Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2375/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsitələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən ümumi sahəsi 42.1 kv.m olan qeyri-yaşayış binasının (bundan sonra – mübahisəli sahə) qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi əsaslandırılmamışdır. Əmlakın qiymətləndirilməsinin nəticəsindən narazıdır, qiymətləndirmə barədə ona məlumat verilməyib, qiymətləndirici tərəfindən obyektə baxış keçirilməyib. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, iclasda həqiqətən üzrlü səbəbdən iştirak edə bilmədiyi barədə heç bir sübut təqdim etməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, Lənkəran Şəhər Məhkəməsinin 2(049)-9163/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı və X2 müştərək qaydada «xxxxxxxxxx» QSC-nin xeyrinə 23198.70 ABŞ dolları, faiz borcu üzrə 3490.07 ABŞ dolları faiz borcu, 2300 ABŞ dolları cərimə olmaqla, cəmi 28988.77 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə tutulması, tələbin ipoteka qoyulmuş cavabdehə məxsus mübahisəli sahəyə yönəldilməsi, sahənin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixli, 147 saylı rəyi ilə mübahisəli sahənin bazar dəyəri 45000 manat müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iki qiymətləndirmə keçirilmişdir. “xxxxx” Firmasının xx.xx.2019-cu il tarixli, 8 saylı rəyi ilə sahənin real bazar qiyməti 45000 manat; “xxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 41 saylı rəyi ilə 47300 manat qiymətləndirilmişdir Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8-ci maddələri işin müəyyən edilmiş hallarına tətbiq edərək belə qənaətə gəlmişdir ki, mübahisəli sahənin qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı - əmlakın qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilməmişdir. Bu baxımdan iddia əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırılması ilə razılaşır. Belə ki, işə baxılarkən iki yeni qiymətləndirmə keçirilmiş və əmlakın cavabdeh tərəfindən müəyyən edilmiş qiymətinin real və əsaslı olduğu təsdiq olunmuşdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1540/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-2375/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2375/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver