Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2391/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-7188/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-7188/2024 nömrəli qətanməsi ilə iddia qismən təmin olunub, bir uşağın saxlanması üçün cavabdehdən hər ay 235 manat aliment tutulması qət edilib. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilərək alimentin miqdarı 150 manat müəyyən edilsin. Apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətdən imtina edib. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-7188/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2391/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2391/2025
18.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver