Məhkəmə qərarları › İş №2(103)-2399/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2399/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2399/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : (“cehiz və qızıl-zinət əşyalarının qaytarılması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh3 vəkili X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4804/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bəxtivar oğlu və Cavabdeh3 ona məxsus cehiz əşyalarının özünü və ya 8264 manat dəyərini, 6400 manat dəyərində olan qızıl-zinyət əşyalarının və 134 manat ödədiyi dövlət rüsumu və mediasiya üçün ödədiyi 50 manat rüsumun da alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4804/2023 saylı işi üzrə 18 oktyabr 2023-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dəyəri 3500 manat olan mebel dəsti - kardirop, yataq dəsti, televizor altı, termo, triliyaj, servand, jurnalnı stol, 6 ədəd stul, 1 ədəd qabaq stolu, 5 metr künclük divan; dəyəri 500 manat olan Vesta markalı televizor; dəyəri 600 manat olan İndesit markalı soyuducu; dəyəri 400 manat olan paltaryuyan; dəyəri 90 manat olan Akel markalı duxovka; dəyəri 130 manat olan Qalaksi markalı ət maşını; dəyəri 40 manat olan tefal çaydan; dəyəri 30 manat olan ütü; dəyəri 70 manat olan blender; dəyəri 250 manat olan 3 ədəd qazan dəsti; dəyəri 50 manat olan tava dəsti; dəyəri 20 manat olan 1 ədəd şirəli qazan; dəyəri 45 manat olan 6 ədəd qənd qabı; dəyəri 200 manat olan 10 dəst postel; dəyəri 150 manat olan obedni serviz; dəyəri 180 manat olan yorğan döşək üzü; dəyəri 55 manat olan divan üstü; dəyəri 30 manat olan stul üstü; dəyəri 25 manat olan kül qabı; dəyəri 50 manat olan 2 ədəd meyvə qabı; dəyəri 20 manat olan ana bala çaydan; dəyəri 90 manat olan 1 ədəd pakrıval; dəyəri 250 manat olan dəst yorğan döşək; dəyəri 70 manat olan 6 ədəd balınc; dəyəri 60 manat olan 2 ədəd süfrə; dəyəri 600 manat olan 4 ədəd xalça; dəyəri 150 manat olan 3 ədəd çılçıraq; dəyəri 70 manat olan 1 ədəd qaşıq çemodanı; dəyəri 50 manat olan 1 ədəd qril aparatı; dəyəri 10 manat olan spürgə xəkəndaz; dəyəri 10 manat olan pol vedrəsi; dəyəri 5 manat olan şpilka səbəti; dəyəri 20 manat olan paltar sərilən; dəyəri 7 manat olan 12 ədəd yağ bıçağı; dəyəri 35 manat olan 1 ədəd sintifon yorğan adlı cehiz əşyaları və dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 4.5 qram olan nişan üzüyü; dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon, sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briliant qaşıl üzükdən ibarət qızıl-zinət əşyaları və ya onların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 77.1, 106.1, 119.1, 217.4, 218.3; Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 666-cı maddələrinə istinadən qeyd edilmişdir ki, İşin araşdırılmış halları ilə tərəflər arasında nikahahlarının rəsmi qeydə alınması halının mövcud olması müəyyən edilməsə də, tərəflərin dini nikaha girərək el adəti ilə toy etməkləri və iddiaçının, cavabdehlərin mənzilinə gəlin köçərək, cehiz əmlaklarını da, həmin məmzilə gətirməsi, münasibətləri pozulanadək həmin mənzildə ər-arvad olaraq faktiki nikah münasibətlərində yaşamaları, toy ərəfəsində cavabdehlər tərəfindən iddiaçıya yenə də, el adətinə uygun olaraq iddia tələbində göstərilmiş qızıl-zinət əşyalarının hədiyyə gətirilməsi öz təsdiqini tapmış, işin bu halı mübahisəsiz olmaqla iddiaçı və cavabdeh tərəfindən etiraf edilmişdir. Məhkəmə sözügedən qızıl-zinət əşyalarının özünün və ya dəyərinin iş üzrə Cavabdeh2 da, tutulması hissəsi ilə razılaşmayaraq qeyd edir ki, sonuncu sözügedən qızıl-zinət əşyalarının satılmasından xəbərsiz olmuş, cavabdehin məhz məhkəmə vaxtı həmin əşylarının satıldığından məlumatlı olmuşdur. Bundan başqa məhkəmə iddianı cavabdeh B.Süleymanova mübasibətdə qismən təmin edərkən eyni zamanda iddiaçının da, ona qarşı heç bir pritenziyasının olmamasını da nəzərə alır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh3 apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(004)-4804/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin ötürülmüş müddətini üzürlü səbəbdən buraxılmış hesab edərək ötürülmüş müddətin bərpa edilməsini və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəminə göndərilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2; Mülki Prosessual Məcəllənin 77.1, 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə cavabdeh olan Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilməyini (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmağını) qeyd edərək işə onun iştirakı olmadan baxmış, o, məhkəmə tərəfindən prosesin vaxtını bilsə də, ayağı sınmış və prosesdə iştirak edə bilməmişdir. Bu səbəbdən də bəzi mübahisələndirilən tələblərə yalnız o, cavab verə bilərdi. Apelyasiya şikayətinin mübahisələndirilən hissə ondan ibarətdir ki, iddiaçının tələbinin təmin olunmuş qızıl-zinət əşyasından ibarətdir. Beləki, iddiaçının tələb etdiyi dəyəri 1000 manat olan 1 ədəd 750 əyarlı nişan üzüyü cavabdeh olan oğlu Cavabdeh1 iddiaçı tərəfindən alınan nişan üzüyüdür ki, həmin üzük oğluna məxsusdur və o iddiaçıya geri qaytarılmamalıdır. Məhkəmə zamanı isə məhkəmə araşdırmadan alınmış və tələb olunan qızılların kimə məxsus olan qızıl əşyalarından getdiyi müəyyən edilmədən qətnamə çıxarmışdır. İddiaçının iddia tələbinin əsası təşkil edən digər mübahisələndirilən tələb ondan ibarətdir ki, iddiaçı dəyəri 4600 manat olan 750 əyarlı, boyunbağı, klon sırğa və üzük dəsti; dəyəri 900 manat olan 1 ədəd 750 əyarlı, çəkisi 5.5 qram olan briiant qaşıl üzük istəyir. Bu tələbə cavab olaraq bildirir ki, adı qeyd edilən qızıl-zinət əşyalarını özü almışdır və pulu da o, ödəmişdir. Həmin qeyd edilən qızıl-zinət əşyalarına cəmi 3100 manat pul vermişdir. Adıçəkilən qızıllardan boyunbağı, klon, sırğa və üzük dəsti ehtiyacı olduğu üçün cəmi 2000 manata satmışdır. Digər qızıl olan dəyəri 600 manat olan 1 ədəd 750 əyarlı olan brilliant qaşlı üzük isə daim iddiaçının özündə olmuşdur və ondan xəbəri yoxdur. Bu səbəbdən də hesab edir ki, qızılların bir qismi olan dəst tərəfindən satıldığından onun real dəyəri ekspertiza təyin edilərək müəyyən edilməli və ona uyğun olaraq qərar çıxarılmalıdır. Məhkəmə isə buna iddiaçının qeyd etdiyi kimi qiymətləndirərək düzgün olmayan qətnamə çıxarmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmək üçün«Tural» adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alğı-satqısı mağazasının direktoru X3 tərəfindən verilən rəydə qeyd edilmişdir ki, Ağstafa rayonu Saloğlu qəsəbəsində yaşayan X1 deməsinə və təqdim etdiyi şəkillərdə görülənlərə əsasən aşağıdakı adları, əyyarı və çəkisi göstərilən qızılzinət əşyalarının hazırki bazar qiyməti aşağıda göstərilən qaydadadır: 1. 1 ədəd 750 əyyarlı, çəkisi 4,5 qram olan nişan üzüyü qiyməti 1000 manat; 2. 750 əyyarlı, boyunbağı, qolbağı, klon və sırğa-üzük dəsti qiyməti 4600 manat; 3. 1 ədəd 750 əyyarlı, çəkisi 5,5 qram olan briliyant qaşlı üzük qiyməti 900 manat. Ümumi dəyəri 6400 manatdır(iş səh.8).

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili X10 cehiz əşyalarının yerində olduğunu, qarşı tərəfin istədiyi vaxt gəlib əşyaları götürə biləcəklərini qeyd etmiş, qızıllara münasibətdə isə boyunbağı, klon, sirğa, üzük dəstini qəbul etdiklərini, müdafiə etdiyini şəxs tərəfindən həmin dəstin 3100 manata alındığını, lakin ehtiyacı olduğunu üçün 2000 manata satdığını, digər iddia edilən qızıl əşyalarını isə qəbul etmədiklərini, nişan üzüyünün daimi iddiaçının özündə olduğunu, tələb edilən 1000 manat dəyərindəki digər üzüyün isə ümümiyyətlə olmadığını bildirmişdir.Digər Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsi icraatı zamanı tələbin etiraf edilməsinin əsaslı hesab edilməməsini, çünki qızılı alan və satan şəxsin Tamara xanım olduğunu, nə alan zaman, nə satan zaman Sərxanın onun yanında olmadığını qeyd etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə uyğun izahat verərək, boyunbağı, klon, sirğa, üzük dəstini 3100 manata alıb 2000 manata satdığını, iddiaçını heç kəsin qovmadığını,özünün gücü çatan əşyalarını götürüb getdiyini, qalan əşyalarının isə olduğu kimi yerində qaldığını bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cehiz əşyalarını və özünəməxsus olan qızılları istədiyini, cavabdehə hədiyyə kimi verilmiş nişan üzüyünü tələb etmədiyini, qızılların heç vaxt onda olmadığını, cavabdehlər tərəfindən qızılların lombarda qoyulduğunu, evdən getdikdən sonra isə icazə almadan satdıqlarını bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsi zamanı qızılların onlarda olduğunu fikirləşmədən dediyini, yalnız boyunbağı, klon, sirğa, üzük dəstini nəzərdə tutduğunu bildirmişdir.

Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Ərlə arvadın ümumi mülkiyyəti adlanan Mülki Məcəllənin 225-ci maddəsinə əsasən: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

11. Mülki Prosessual Məcəllənin 106-cı maddəsinə əsasən: 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-158, 213, 225, Ailə Məcəlləsnin 31-37; Mülki Prosesual Məcəllənin 76, 77, 80-82, 106, 119, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq hüquqi və faktiki əsası müəyyən olunmayan dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4804/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar