Məhkəmə qərarları › İş №2(103)-2402/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2402/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2402/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, Üçüncü şəxs “X5 Mərkəzi” X3 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi X1rşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, “xxxxxxxx” X6 və “X5 Mərkəzi” X4maqla) “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 ev 4, 197 saylı mənzilin xx.xx.2006-cı il tarixli, KMHŞ ********** saylı kredit müqaviləsinin təminatı kimi QSC «Bank Standard» KB qarşısında olan ipotekasına xitam verilməsi və həmin mənzilin ipotekadan azad edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi X2 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)- 1225/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. LPO QSC “Bank Standart” KB apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-9515/2019 saylı qətnaməsi ilə Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1225/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq və iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)- 7802/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı üçüncü şəxs “X5 Mərkəzi” X3 nümayəndəsi X8 işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və digər üçüncü şəxslər səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(004)-653/08 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxx” MKM-dən ümumilikdə 121.306,77 manat borcun QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus və ipoteka predmeti olan Yasamal rayonu Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzili hesabına ödənilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində mənzil qiymətləndirilmiş, hərraca çıxarılmış və banka satılmışdır. Bundan sonra İddiaçı cavabdehlər “xxxxxxxx” MMC-yə, “X5 Mərkəzi” MMC-yə və ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı iddia qaldıraraq, ipoteka predmeti olan həmin mənzilin qiymətləndirilməsinə dair «xxxxxxxx» MMC-nin xx xxx 2009-cu il tarixli 09-569 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə xx.xx.2010-cu il tarixli, Y-397 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmçinin əmlakın ilkin satış qiyməti 94.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinə diqqət yetirmədən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmetinə dair “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat və ipoteka predmetinin açıq hərracdan satılmasına dair “hərracın yekunları barədə” protokol etibarsız hesab edildikdən sonra ötən müddət ərzində ipoteka predmetinə dair hər hansı icra hərəkətlərinin aparılıb-aparılmamasını araşdırmadan, zərurət yarandığı halda icra işini tələb edib ona baxış keçirmədən, iddia tələblərini rədd etməklə əslində iddiaçının mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etmək hüququnu pozmuşdur. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişləri icra edilməsi məqsədi ilə təkrar apelyasiya araşdırması zamanı müvafiq sorğular verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin sorğularına cavab olaraq alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx xxxx 2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi,ev 4, 197 saylı mənzil İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmənin digər sorğusuna əsasən Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-428/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə Səbail rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmiş, daha sonra icra sənədləri icra tədbirlərinin davam etdirilməsi üçün xx xxxx 2018-ci il tarixdə ərazi aidiyyatı üzrə Yasamal rayon icra şöbəsinə göndərilmiş, spzügedən icra sənədi xx xxxx 2018-ci il tarixdə şpbənin icraatına daxil olmuşdur. İcraat zamanı məlum olmuşdur ki, iş üzrə tələbkar İddiaçı “ipotekaya xitam verilməsi tələbinə” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Daha sonra qətnamə mübahisələndirildiyindən sözügedən mənzilin hərracda satılması ilə bağlı hərhansı icra tədbirləri həyata keçirilməmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə verilmiş icra sənədi üzrə ilkin hərrac xx xxxx 2009-cu il, təkrar hərrac isə xx xxxxxx 2009-cu il tarixlərdə təyin edilmiş, lakin hər iki hərraclarda əmlak satılmamışdır. Təkrar hərracın keçirilməsindən yalnız bir il iki ay sonra həmin mənzil tələbkar QSC Bank Standart KB-na təklif edilmiş və həmin mənzilin sonuncuya satılmasına dair xx xxxxxx 2010-cu il tarixli Y- 397 saylı «hərracın yekunları barədə» yekun protokol tərtib edilmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi, «İpoteka haqqında» AR Qanununun 43.8-ci maddəsinə istinad etmişdir. Həmin maddədə göstərilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, eyni tərəflər arasında mübahisələndirilən ipoteka yüklülüyününün əsasını təşkil edən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar mübahisə olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan başqa, məhkəmə ipoteka predmetini təşkil edən mənzilin qiymətlədirilməsinin nəticələrinə dair hesabatın və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə protokolun qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarsız hesab edilməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 294-cü (girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur), 299.1-ci (borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər), 527.1-ci (öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir), «İpoteka haqqında» AR Qanununun 48.1.2-ci (öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir) maddələrinə, həmçinin Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən tərəflər arasında mübahisəyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-6943/2017 saylı qərarı ilə müəyyən edilmiş və hazırkı mübahisə üzrə preyudisial xarakter daşıyan hallara əsaslanmışdır. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən işin hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin mübahisəsiz hallarına görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(004)-653/08 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxx” MKM-dən ümumilikdə 121.306,77 manat borcun QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus və ipoteka predmeti olan Yasamal rayonu Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzili hesabına ödənilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində mənzil qiymətləndirilmiş, hərraca çıxarılmış və banka satılmışdır. Bundan sonra İddiaçı cavabdehlər “xxxxxxxx” MMC-yə, “X5 Mərkəzi” MMC-yə və ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı iddia qaldıraraq, ipoteka predmeti olan həmin mənzilin qiymətləndirilməsinə dair «xxxxxxxx» MMC-nin xx xxx 2009-cu il tarixli 09-569 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə xx.xx.2010-cu il tarixli, Y-397 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında mübahisələndirilən ipoteka yüklülüyününün əsasını təşkil edən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar mübahisə olmamışdır və bununla bağlı yekun məhkəmə aktı mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsinin hazırkı mübahisənin həll edilməsi məqsədilə tətbiq etdiyi maddi hüquq normaları ümumilikdə öhdəliyə icra nəticəsində xitam verilməsi ilə bağlı girova xitam verilməsi sahəsindəki hüquq münasibətlərini tənzimləyir. Lakin hazırkı iş materialları ilə İddiaçı cavabdeh LPO Bank Standart KB qarşısında öhdəliklərinin hamısını və ya onların bir hissəsini icra etməsi müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməklə tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisəsi üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş halların hazırkı mübahisə üzrə preyudisial xarakter daşımasına istinad etməklə iddianı təmin etməsi ilə də razılaşmır. Qeyd edilən məhkəmə aktları ilə müəyyən edilir ki, tərəflər arasında ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinə dair «xxxxxxxx» MMC-nin xx xxx 2009-cu il tarixli 09-569 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə xx.xx.2010-cu il tarixli, Y-397 nömrəli protokolun etibarsız hesab edilməsi barədə məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin həmin qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktlarının məzmunundan görünür ki, işə baxan məhkəmə ipoteka predmeti olan mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə xx.xx.2010cu il tarixli, Y-397 nömrəli protokolun etibarsız hesab edilməsi barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olub etibarsız hesab edilməli olan «xxxxxx» MMC tərəfindən qəbul edilmiş xx.xx.2009-cu il tarixli 09-589 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan törəmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilmişdir. Belə ki, «X5 Mərkəzi» MMC tərəfindən təşkil edilmiş hərrac və alqı-satqı müqaviləsi törəmə hüquq münasibəti olub, mübahisəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatla müəyyən edilmiş ilkin satış qiymətinin əsasında keçirilmişdir. Buna görə də, ipoteka predmeti olmuş mübahisəli mənzilə dair «xxxxxxxx» MMC-nin əmlakın qyimətləndirilməsinin nəticələri haqqında hesabatı etibarsız hesab edildiyindən, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzilinin həmin hesabatda müəyyən edilmiş ilkin satış qiyməti əsasında «X5 Mərkəzi» MMC tərəfindən keçirilən hərracın nəticələrini əks etdirən xx.xx.2010-cu il tarixli Y-397 №li protokol da etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, göstərilən məhkəmə aktları ilə müəyyən edilir ki, tərəflər arasında ipoteka predmetini təşkil edən mənzilin açıq hərracdan satılmasına dair xx.xx.2010-cu il tarixli Y- 397 №-li yekun protokolun etibarsız hesab edilməsinin faktiki əsasını həmin mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi təşkil etmişdir. Başqa sözlə, qeyd edilən məhkəmə aktları ilə xx.xx.2010-cu il tarixli Y-397 №-li yekun protokol təkcə ipoteka predmetinin tələbkar QSC Bank Standart KB-na satılması hissəsində deyil, bütünlükdə həmin əmlakın düzgün müəyyən edilməmiş ilkin satış qiyməti əsasında həyata keçirilmiş ilkin və təkrar hərraclarla bağlı hissədə etibarsız hesab edilmişdir. Bu hal isə mülki-hüquqi mənada o anlama gəlir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2008-ci il tarixli 2(004)-653/08 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı nə ilkin, nə də təkrar hərrac keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından, həmin maddəyə istinad etməklə ipoteka predmeti olan əmlakın tələbkar tərəfindən təkrar hərracdan keçən 30 təqvim günü ərzində əldə edilməməsi səbəbindən ipoteka predmetinə xitam verilməsi və bu əsasla iddia tələbinin təmin edilməsi yolverilməzdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin dispozisiya şərtləri yalnız ipoteka predmeti olan əmlakın açıq hərracda satılması ilə bağlı etibarlı ilkin və təkrar hərrac təşkil edildikdən və bu əmlak həmin hərraclarda satılmadıqdan sonra mövcud olur. Həmin qanunun 48.1-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları müəyyən edilmişdir. Bunlar aşağıdakılardır: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Hazırki məhkəmə mübahisəsində isə bu hallardan hər hansı birinin mövcud olması müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı müəyyən edilmişdir ki, hazırkı ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 94.000 manat müəyyən edilmiş, mənzilin göstərilən qiymətlə açıq hərracdan satılması üçün icra vərəqəsi verilmiş, həmin icra vərəqəsi əsasında başlanmış icra işi hazırda Yasamal rayon icra və probasiya şöbəsinin icraatındadır, hazırkı məhkəmə mübahisəsinin yekunlaşmaması səbəbindən sözügedən ipoteka predmetinin hərracda satılması ilə bağlı hər-hansı icra tədbirləri həyata keçirilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-1225/2019 saylı qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığı və orada göstərilən nəticələr işin hallarına uyğun gəlmədiyi üçün ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, yuxarıda qeyd edilən əsaslarla iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Məcəllənin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və Məcəllənin və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 384.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1225/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar