Məhkəmə qərarları › İş №2(103)-2410/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2410/2024

27.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2410/2024 27.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X4 ilə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanması üçün hər ay 220 manat olmaqla iki uşaq üçün ayda 440 manat aliment məbləğinin X2 anası Cavabdeh tutularaq uşaqlar 18 yaşına çatana qədər ona ödənilməsini və mediasiya prosesində ödədiyi 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285-2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddət üzürlü hesab edilərək bərpa edilmişdir. Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285/2023 nömrəli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının asan imza əldə etmək və elektron kabinet vasitəsilə şikayət verə bilmək üçün maddi imkanının olmaması ilə əlaqədar buraxılmış müddətni üzürlü hesab etməkdə haqlı olmamışdır. Halbuki, qeyd edilən hal, ümumiyyətlə, prosessual müddətin bərpası üçün əsas deyil. Bununla yanaşı iddiaçı tərəfindən maddi imkanının olmamasına dair mötəbər sənəd ərizəyə əlavə edilmədiyi halda məhkəmə formal mülahizələr əsasında iddiaçının maddi imkanının olmaması qənaətinə gəlmiş və prosessual müddəti bərpa etmişdir. İddiaçının birinci instansiya məhkəməsinə iddia verilməmişdən əvvəl və məhkəmə iclasının gedişində “Asan imza” əldə etmək və prosessual müddəti ötürməmək imkanı olmuşdur. Lakin iddiaçı tərəfindən üzürsüz səbəbdən prosessual müddəti ötürmüş və müddətin ötürülməsinə etinasız yanaşmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285/2023 nömrəli qərardadı ilə Cavabdeh şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi 30 oktyabr 2023-cü il tarixdə tərəflərə o cümlədən İddiaçı göndərilmişdir. xx.xx.2023-cü il tarixdə qətnamə iddiaçı tərəfindən məhkəmə qəbzinə şəxsən imza edilməklə ona rəsmi təqdim edilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını xx.xx.2023cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir. Lakin İddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəni və apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Yəni qətnaməni rəsmi aldığı tarixdən 4 gün sonra apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Müddətin ötürülmə səbəbini isə asan imza əldə etmək və elektron kabinet vasitəsilə şikayət verə bilmək üçün maddi imkanının olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ötürülmüş müddətin çox qısa zaman olduğunu nəzərə alaraq qətnamədən şikayət verilməsi müddətinin ötürülməsini üzürlü hesab edir, bu isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6285/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən şikayət verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, buraxılmış müddəti bərpa etmişdir. Bu səbəbdən Cavabdeh şikayəti təmin olunmamalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-6285/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar