Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2414/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 405/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdehndən 800000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-405/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, mənəvi zərərə görə 25000 manat pulun Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 165 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbinin əsaslılığı və iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi üçün ilk növbədə cavabdehin işçilərinin iddiaçının ərinin ölümündə təqsirli olub-olmaması, habelə cavabdehin öz işçiləri Şənlik Mirzəyevin və Mahir İbadovun hərəkətlərinə görə məsuliyyət daşıyıb-daşımaması araşdırılaraq hüquqi qiymət verilməlidir. İddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçiləri olmuş Şənlik Mirzəyevin və Mahir İbadovun əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onların təqsirli olması, habelə onların əməli nəticəsində iddiaçının ərinin ölməsi iş materialları öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehin işçiləri olmuş Şənlik Mirzəyev Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, Mahir İbadov isə Mirzəyev Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Mahir İbadov və Şənlik Mirzəyev ona görə təqsirləndərilmişlər ki, onların öz vəzifələrini düzgün icra etməməsi nəticəsində Şamaxı şəhəri, M.Qəniyev küçəsi 17 saylı evin küçəyə tərəf olan divarının qarşısı ilə yerüstü olaraq çəkilmiş daşıyıcı qaz xəttinin üzəri torpaqla örtülmüş 2,3 metr hissəsində, daşıyıcı qaz xəttindən qaz sayğacına budaqlanma verilməklə çəkilmiş diametri 20 millimetrlik polad qaz borusunun daşıyıcı qaz xəttinə qaynaqla birləşmə yerindən sızan təbii qaz kanalizasiya borusu vasitəsilə X2 məxsus yaşayış evinin hamam-tualet otağının daxilinə daxil olmuş partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hər hansı alışdırıcı mənbənin təsirindən alışması nəticəsində həmin vaxt hamam otağnda olan iddiaçının əri aldığı ağır xəsarətdən xx.xx.2021-ci il tarixdə ölmüşdür. Şənlik Mirzəyevin və Mahir İbadovun cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır. O ki qaldı deliktin Şənlik Mirzəyevin və Mahir İbadovun əmək vəzifələrinin icrası zamanı törətmələrinə, bu hal qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmiş və X11 İbadova ittiham onların əmək funksiyalarının pozulmasına görə verilmişdir. Beləliklə, cavabdehin işçiləri Şənlik Mirzəyevin və Mahir İbadovun törətdikləri mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması işdə olan sübutlar əsasında təsdiqini tapır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçilərinin təqsirindən iddiaçının əri ölmüşdür. İddiaçı mərhum əri X4 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq uzun müddət ər-arvad münasibətlərində yaşamış və birgə təsərrüfat aparmışlar. Şübhəsiz ki, iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin işçilərinin təqsirli hərəkətəri ilə iddiaçının ərinin ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının ərinin ölməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 25000 manat pulun tutulmasını mütənasib hesab edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(011)- 405/2023 saylı qətnaməsinin tam ləğv edilməsini, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbində Şamaxı Rayon Məhkəməsinin 1(074)- 39/2022 saylı 27 iyul 2022-ci il tarixli hökmü əlavə edilərək iş üzrə X12 Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin çilingəri X5 ehtiyatsızlığı və həmin xidmətin 8-ci dərəcəli texniki X1 üzündən hadisənin baş verdiyi, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məkhum edildiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Nümayəndələri tərəfindən icraatın dayandırılması barədə vəsatət təqdim edilməsinə baxmayaraq, vəsatətə münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün Cavabdeh İB-nin nümayəndəsinin vermiş olduğu vəsatəti nəzərə almamış, ümumiyyətlə qətnamədə vəsatətə münasibət bildirməmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-405/2023 saylı qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23, 1097, 1099; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 50.3, 77.1, 88, 217, 385.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi hələ həyatı dərk etməyən və ata sevgisinə və qayğısına möhtac olan üç azyaşlı uşağın atasız qalmasını, uşaqlardan birinin atasını itirən vaxt cəmi iki aylıq olmasını, serebrial iflic xəstəliyindən əziyyət çəkməsini, uşaqların atalarını görmədən və tanımadan, ümumiyyətlə atanın nə olduğunu dərk etmədən, dolayısı ilə ömür boyu ata həsrəti ilə böyüyəcək olmalarının bu faciəni daha da ağırlaşdırdığını, bütün bunların isə həyat yoldaşını itirən İddiaçı keçirdiyi iztirabı daha da dözülməz etməsini nəzərə almamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin qadın olmaqla 3 azyaşlı uşaq anası olmasını, uşaqların səhhətindəki problemləri (ən kiçiyi serebrial iflic xəstəliyindən əziyyət çəkir), evsiz olmasını (mərhum ərinin anasigildə yaşamış, hazırda öz anasının evinə müvəqqəti sığınmış), ərinin faciəvi şəkildə ölməsindən keçirdiyi sarsıntı, iztirab və s. azmış kimi, hazırda ağır maddi ehtiyac içərisində yaşadığını və digər halları nəzərə almamışdır. Bundan başqa, iş üçün mühüm əhəmiyyət kəsb edən və zərərçəkmiş şəxsin fərdi xüsusiyyətlərinə aid olan aşağıdakı hallar da birinci instansiya məhkəməsinin nəzərindən qaçmışdır: Hüquqlarını müdafiə və təmsil etdiyim İddiaçı 3 körpə uşağının atasını, ailəni dolandıranı, hər daim fəxr etdiyi həyat yoldaşını itirdiyinə görə əvvəlki sevincli həyatı istəsə də artıq təkrar yaşaya bilməyəcək. Ona qovuşmaq, körpə uşaqlarının ata sevgisi və qayğısı ilə böyüməsini, xüsusi ilə yeni doğulmuş uşağının atasını tanımasını, ilk addımlarını atan zaman atasının əlindən tutmasını və həyat yoldaşı ilə bağlı bir çox arzularının çin olmasını istəsə də, bunun artıq mümkün olmayacağını dərk edərək, acizliyini anlayıb məyus olur, hər an əzab çəkir, keçirdiyi ruhi sarsıntı və iztirablar daha da dərinləşir. O bu həyatda 3 körpə uşağını tək böyütmək məcburiyyətində buraxılmışdır. Ailənin bütün xərclərinin hamısını İddiaçı həyat yoldaşı çəkirdi, lakin hadisədən sonra ailə çox ağır maddi vəziyyətə düşmüşdür. Hazırda yaxın qohumlarının dəstəyi ilə dolanmağa çalışırlar, lakin uşaqların müalicə və təhsil xərclərini çatdıra bilmirlər. Çarəsiz vəziyyətdə ümidlərini onlara veriləcək kompensasiyaya bağlamışlar. Məhkəmə bu göstərilənləri nəzərə almamaqla sonda iddia məbləği ilə bağlı düzgün olmayan ədalətsiz nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi iddia irəli sürən insanla ölən şəxs arasındakı şəfqət və mənəvi bağlılığın möhkəmliyini, keçirilmiş iztirabın və sarsıntının dərəcəsini az da olsa formal olaraq müəyyən etsə də, mənəvi təzminatın həcmini müəyyən edərkən bunları faktiki olaraq nəzərə almamışdır. Məhkəmə mənəvi zərərə görə 25000 manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsini təsdiq etsə də, mənəvi ziyan 800000 manat məbləğində qiymətləndirildiyi halda, iddia tələbini niyə qismən və məhz 25000 manat həcmində təmin etməsini öz qətnaməsində əsaslandırmamış, bu isə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnmişdir. Məhkəmə qarşı tərəfin mənəvi ziyan tələblərinə dair iddialarına hər hansı bir tutarlı arqumentinin, o cümlədən dəlilinin olmamasına baxmayaraq, iddianı qismən təmin etməkdə qətnamə üzrə göstərdiyi əsaslar doğru deyildir. İddia tərəfi olaraq tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmişlər. Lakin onlardan fərqli olaraq cavabdeh tərəf iddia tələblərinin əsassız olduğunu bildirsə də, öz etirazlarını əsaslandıra bilməmiş və heç bir dəlil gətirməmişdir. Məhkəmə qətnaməsində də bu öz təsdiqini tapır. Buna baxmayaraq (qarşı tərəfin etirazının əsassız olmasına və tələbi tam həcmdə ödəmək imkanının olmasına) məhkəmə iddianı heç bir əsas olmadan və qanunsuz olaraq qismən təmin etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehin nümayəndəsinin apellyasiya məhkəməsində Cavabdeh İB-nin digər əməkdaşı barəsində icraat olduğunu dediyini, hökm birinin barəsində qanuni qüvvəyə minirsə qanunvericiliyə edilən son dəyişikliklərə əsasən artıq icraya yönəldildiyini, apellyasiya məhkəməsində artıq işin ikinci hissəsinin də yekunlaşdığını bildirmişdir.
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsi məsələsinin müzakirə olunmadığını, onların əməkdaşlarından ikisinin məsuliyyətə cəlb edildiyini, onlardan birinin apellyasiya şikayəti verdiyini, iş üzrə hər iki əməkdaşın məsuliyyət daşıdığını bildirmiş, mübahisənin barışıq yolu ilə həll edilməsi üçün bir həftə-on gün vaxt verilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi qarşı tərəfdən barışıqla bağlı hər hansı bir təklif olmadığına görə müzakirənin baş tutmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Şamaxı Rayon Məhkəməsinin 1(074)-39/2022 saylı, 27 iyul 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilməsi, Şamaxı Rayon Məhkəməsinin 1(074)-39/2022 saylı, 27 iyul 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi qərara alınmışdır. Apellyasiya baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12. Həmin Məcəllənin 1096.1-1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
15. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Həmin Məcəllənin 106.1-106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
18. Kollegiya, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarlarına əsasən diqqətə çatdırır ki, mübahisə edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
19. Məhkəmə kollegiyası qeyd edilən xüsusatlar üzrə cavabdehin irəli sürdüyü dəlillərin mənəvi zərərə (sarsıntılara) aidiyyəti olmadığını və əsaslı əks-dəlillər irəli sürülmədiyini nəzərə alaraq, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən baş vermiş cinayət hadisəsi nəticəsində ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinin, yaşanan stres, əzab və əziyyətlər ilə bağlı iddiaçının dəlillərinin mübahisəsiz olduğunu diqqətəlayiq hesab edərək, iddiaçının keçirdiyi mənəvi sarsıntının dəyərləndirdiyi məbləğə yaxın müəyyən edilməsində mütənasib və ağlabatan hesab etməsə də «Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi»ni müəyyən edən Mülki Məcəllənin 1117-1127-ci maddələrinin tələblərin nəzərə alaraq, 50000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir.
20. Qətnamə kompensasiyanın məbləği hissəsində dəyişdirilməli olduğundan və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-16/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilməsini və cavabdehin hazırkı iş üzrə apellyasiya şikayətinin əsassız olduğunu (dəlillərinin sübuta yetirilmədiyini) nəzərə alaraq, şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxslərə aid edilməsini kollegiya əsaslı hesab edir.
21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-405/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi mənəvi zərərə görə müəyyən edilmiş məbləğə münasibətdə dəyişdirilsin və mənəvi zərərə görə məbləğin miqdarı 50 000 (əlli min) manat müəyyən edilsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.