Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2420/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(005)-4492/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh iddiaçı qismində “nigahın pozulması və aliment" tələbi ilə qeydiyyatda olduğu ərazi aidiyyatı üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01.07.2014-ci il tarixli, 2(001)-908/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş və övladları 11 noyabr 2005-ci il təvəllüdlü X3 və 27 iyul 2006-cı il təvəllüdlü X1 anaları ilə birgə qalması qət edilmişdir. Bundan sonra Nərimanov Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2(005)-145/2021 saylı qətnaməsi ilə iddiaçının oğlu Eldar Məmmədlinin onun himayəsinə verilməsi qət olunmuşdur. Məhkəməyə uşaqlarla ünsiyyət hüququnun bərpası tələbi ilə iddia ərizəsi ilə müraciət etmişdir və barışıq sazişi əsasında Nərimanov Rayon Məhkəməsi 10.12.2014-cü il tarixli, 2(005)-4642/14 saylı qərardad qəbul etmişdir. Həmin qərardadla uşaqlarla görüş vaxtı müəyyən edilmiş və hər bir uşaq üçün cavabdehin xeyrinə 250 manat iddiaçıdan aliment tutulması qət edilmişdir. Cavabdeh yenidən ailə qurmuşdur. Ailə qurduqdan bir müddət sonra oğlu X4 anası ilə qalmaqdan imtina etmiş və artıq uzun müddətdir ki, iddiaçı ilə Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küç. ev 24. m. 102 yaşayır. Məhkəmə uşaqlarının saxlanması üçün 17 fevral 2014-cü il tarixindən başlayaraq ondan cavabdehin xeyrinə hər ay hər bir uşaq üçün 250 manat miqdarında alimen tutulmasını qət etmişdir. Cavabdeh dövlət xəstəxanasında həkim işləyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinin müvafiq bəndinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Qanunun tələbinə əsasən cavabdehdən əmək haqqının dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır. Sonradan iddiaçı X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, alimentin sabit olaraq 250 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(005)- 4492/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, 11.11.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçının xeyrinə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, aliment məbləğinin 02.09.2021-ci il tarixdən etibarən hesablanması qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbindən imtina etdiyini nəzərə alaraq, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizəsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 384.0, 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıdakılara əsasən və Mülki Prosessual Məcəllənin 261.0, 261.0.4, 384.0, 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2(005)- 4492/2021 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə hazırkı mülki işin icraatına xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2420/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2420/2022
18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver