Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2453/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X5 qarşı “aliment” tələbinə dair mülki iş üzrə Açar sözlər:(aliment tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Fuad Vilayət oğlu X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(002)-372/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ 423561 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X11 xx.xx.2014-cü il tarixində doğulmuşdur. Anası İddiaçı, atası X6r.
2. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş,, AZ-İV 116889 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X12 xx.xx.2018-ci il tarixində doğulmuşdur. Anası İddiaçı, atası X6r. 3.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Qaradağ Rayon Mühafizə İdarəsinin 3-13-17-xx-xx/2024 №-li xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 2011ci il tarixdən Qaradağ Rayon Mühafizə İdarəsində manqa komandiri vəzifəsində xidmət edir və aylıq ələ aldığı əmək haqqısı 711,76 manat təşkil edir.
a)Birinci instansiya məhkəməsində icraat
4.İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat, 2024-cü il yanvar ayının birindən isə hər ay bir uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 26 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 adlı iki övladı vardır. Bakı şəhər 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına və birgə nikahdan doğulmuş övladların onun himayəsində saxlanması ilə bağlı razılığa gəlsələr də alimentlə bağlı razılıq əldə olunmamışdır.İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə, Azərbaycan Respublikasında 2023cü il üçün “X13” Azərbaycan Respublikasının Qanununa və “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə istinad etmişdir. 7.İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verib iddia tələbini müdafiə edərək, faktiki olaraq ayrıldıqlarını və nikahın pozulması barədə mülki işlərinin məhkəmənin icraatında olduğunu, uşaqların bir ay atanın yanında qaldığını bu səbəbdən alimentin 235 manat hissəsindən imtina etdiyini, hal-hazırda uşaqları ilə birlikdə yaşadığını, işsiz olduğunu, alimentə ehtiyacı olduğunu bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. 8.Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, sabit pul məbləğində aliment tutulmasına etirazının olmadığını lakin alimentin miqdarının çox olmasını və onu ödəməyə imkanı olmadığını bildirmişdir. 9.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31 yanvar 2024-cü il tarixli, 2(002)-372/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Gülnar Aslanova) iddia təmin edilərək Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının 08 dekabr 2023-cü il tarixdən hesablanması, aliment tutulması hissəsində qətnamənin dərhal icra edilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 72.8 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 10.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında nikah pozulmasa da, onlar ayrı yaşayırlar və birgə nikahdan doğulmuş Kənan və Ayan anasının yanında yaşayır, cavabdeh uşağın saxlanmasında iştirak etmir. Yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə əsasən aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. 11.Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. 12.Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. 13.Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab etmişdir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, iş üzrə cavabdehin daimi iş yerinin olması barədə sübutların təqdim edilməməsi və ölkə üzrə yaşayış minimumunu nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş X11 və X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalı və Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. 14.Məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı hər iki tərəf alimentin sabit pul məbləğində tutulmasına etirazlarının olmadığını bildirmişlər. Həmçinin, iddiaçı tələbində hər ay cəmi 440 manat alimentin tutulmasını xahiş etmişdir. Bu halda, cavabdehin maddi və ailə şəraitini uşaqların üstün mənafeyi ilə birlikdə nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən uşağın saxlanması üçün tələb həcmində, hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən hesablanmalıdır. 15.Məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə ödənilməli olan 72,8 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələri, 34-cü maddəsinin İİİ və İV hissələrinə; “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 78.1, 78.2ci; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016- cı il tarixli qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına;“Azərbaycan Respublikasında 2023-cü il üçün X13” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarına; “Azərbaycan Respublikasında 2023-cü il üçün X13” Azərbaycan Respublikası Qanununa; “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2, 9.4, 8.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 217.4,107, 119.1, 119.2, 112.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək bir uşağa görə 150 manat, iki uşağa görə 300 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsi Qaradağ Rayon Mühafizə İdarəsində manqa komandiri vəzifəsində xidmət edir və aylıq 711,76 manat əmək haqqı alır. İki uşağın saxlanması üçün 440 manat aliment ödəsə onun özünün yaşaması və ailəsi üçün pul qalmır və bu hazırki yaşayış minimumuna uyğun deyildir. İddiaçı onun hər hansı başqa gəlirə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir və onun aylıq gəlirindən başqa heç bir başqa gəliri yoxdur. Birgə yaşadıqları müddətdə “Expressbank”-dan 12000 manat kredit götrmüş və birlikdə ailənin müəyyən xərclərinə xərcləmişlər. Hazırda ayda 435 manat kredit ödəyir. Bu barədə məhkəmədə desə də məhkəmə onun maddi vəziyyətini nəzərə almamışdır. O, hər bir uşağa görə 150 manat olmaqla cəmi 300 manat ödəyə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasını iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmunua uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikasının Konstitusiyası: 22.Maddə 17-ci maddə İİ hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 22.Maddə 75.1 və 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 24.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 25.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 26.Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 27.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 28.Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 29.Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 30.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Maddə 234.2.1.Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 32.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 34.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin uşaqlara görə tutulacaq alimentin məbləği ilə bağlı hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 36.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında nikah pozulmasa da, onlar ayrı yaşayırlar və birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 anası İddiaçı yanında yaşayır, Cavabdeh uşaqların saxlanmasında iştirak etmir. 37.Məhkəmə İddiaçı aliment tələbi üzrə iddiasını təmin edərək Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. 38.Hazırda cavabdeh apellyasiya şikayəti verərək aliment məbləği ilə razı olmadığını bildirir, mövqeyini onunla əsaslandırır ki, aylıq 711, 76 manat vəzifə maaşı alır, hər ay 435 manat kredit ödəyir, hər ay 440 manat aliment ödəsə özünə və ailəsinə pul qalmayacaq, məhkəmə onun maddi vəziyyətini nəzərə almamışdır. 39.Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olması ilə bağlı mövqeyini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi vəziyyətin yaxşı olmaması və s. bu kimi şikayətdə qeyd olunmuş səbəblər Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş valideynlik borcunun yerinə yetirilməməsinə hər hansı bir əsas vermir. 40.Kollegiya, həmçinin qeyd edir ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. 41.Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 42.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 43.Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki: 1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 44.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək hər biri üçün 220 manat olmaqla cəmi 440 məbləğində alimentin tutulması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, alimentin məbləği tərəflərin maddi vəziyyəti və digər diqqətəlayiq hallar, uşaqların üstün mənafeyi və onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilmişdir. 45.Məhkəmə kollegiyası apellyatorun dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdehin gəlirinin az olması kimi amillər onu uşaqlarının saxlamaq, eləcə də, qanunvericiliklə müəyyən olunmuş minimum səviyyədən az tələb olunan alimenti ödəmək vəzifəsindən azad etmir. 46.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(002)-372/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində 300 manat aliment ödənilməsinə razı olduğundan, mübahisələndirilən hissə 440-300=140 manat təşkil edir. 140 manatın illik məcmusu 140x12=1680 manat təşkil etməklə 5000 manatan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(002)-372/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov