Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2464/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "icbari sığorta pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 797/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "icbari sığorta pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 797/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Sədrinə ünvanlanmış mərhum anası İddiaçı tərəfindən mərhum sabiq əsgər şəhid övladı X2 barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Müraciət etmişdir və cavab olaraq döyüşlərdə şəhid olmuş vətəndaşlar üçün nəzərdə tutulmuş sığorta pulu (qan pulu) verilməsindən imtina edilmişdir. Mərhum anası İddiaçı dünyasını dəyişdiyi üçün o, X1 mərhum sabiq əsgər şəhid qardaşı Əliyev Famil Rasim oğlunun sığorta pulunun verilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Sədrinə o, öz adından iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Nəsimi Rayon Məhkəməsi 1-ci Qarabağ Müharibəsinin şəhidlərinə, əlillərinə biganə yanaşaraq onların hüquqlarını pozmuş, şablon üzrə qərarlar vermiş və iş üzrə sənədləri baxılmamış saxlamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, şikayətin də dəlillərindən göründüyü kimi, İddiaçı vəfat etmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, göstərilən tarixdə məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməməsi əsası ilə iddia ərizəsini baxılmamış saxladığından, kollegiya hesab edir ki, şikayətdə göstərilənlər yenidən yoxlanılmaqla, onun nəticəsi olaraq yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, X1 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2464/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2464/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver