Məhkəmə qərarları › İş №2(103)-2488/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2488/2025

04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2488/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Möhübbət qızı Cavabdeh Əhmadağa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-974/2025 nömrəli, 18 fevral 2025ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Möhübbət qızı Cavabdeh Əhmadağa oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əvvəlki 3 illik dövr üçün və hər ay sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, xarici məhkəmənin qətnaməsi onlarda yoxdur, təqdim edə bilmirlər. Qeyd edir ki, Belarusiyada baxılması barədə məlumatı olmayıb. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-974/2025 nömrəli, 18 fevral 2025ci il tarixli qərardadına əsasən İddiaçı Möhübbət qızının Cavabdeh Əhmadağa oğluna qarşı “aliment” tələbinə dair mülki işin icraatına xitam verilərək iddiaçıya Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Polotsk rayonu Polotsk şəhəri məhkəməsinin № 2-614-2016, 19 aprel 2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh İddiaçı Mühöbbət qızının xeyrinə xx.xx.2015-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan oğlu X4 saxlanması üçün, uşaq yetkinlik yaşına çatana qədər hər ay bütün növ əməkhaqqının və ya gəlirin 25%-i həcmində, lakin əhalinin adambaşı yaşayış minimumunun 50%-dən az olmayan miqdarda alimentin tutulması müəyyən edilmişdir. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, Razılığa gələn iki Tərəfin bu Konvensiyaya uyğun olaraq səlahiyyətli məhkəmələrində eyni Tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla iş üzrə icraat başlandığı təqdirdə, işi sonradan başlamış məhkəmə işin icraatına xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən “işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 462ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. Həmin Məcəllənin 464-cü maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, həmin alimetnin təyin edilməsi ilə bağlı eyni tərəflər arasında Polotsk rayonu Polotsk şəhəri məhkəməsinin №2- 614-2016, 19 aprel 2016-cı il tarixli qətnamə və icra vərəqəsi mövcuddur. İcra vərəqəsi üzrə uşağın saxlanılması üçün Cavabdeh hər ay bütün növ əməkhaqqının və ya gəlirin 25%-i həcmində, lakin əhalinin adambaşı yaşayış minimumunun 50%-dən az olmayan miqdarda alimentin tutulması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Möhübbət qızının eyni əsaslarla və eyni predmet üzrə təkrar müraciət etməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iş üzrə icraata xitam verilməlidir. İddiaçıya xarici dövlətlərin məhkəmələrinin qətnaməsinin Azərbaycan Respublikasında tanına və icra edilə biləcəyi, həmçinin xarici dövlətlərin məhkəmələrinin qətnamələrinin tanınması və məcburi qaydada icra olunması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılması və iddiaçının həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə İddiaçı Möhübbət qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilərək mülki işin baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı Möhübbət qızı Cavabdeh Əhmadağa oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əvvəlki 3 illik dövr üçün və hər ay sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Möhübbət qızının Cavabdeh Əhmadağa oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına görə məhkəmə hesab edir ki, alimentin təyin edilməsi ilə bağlı eyni tərəflər arasında Polotsk rayonu Polotsk şəhəri məhkəməsinin No2-614-2016, 19 aprel 2016-cı il tarixli qətnamə və icra vərəqəsi mövcuddur. İcra vərəqəsi üzrə uşağın saxlanılması üçün Cavabdeh hər ay bütün növ əməkhaqqının və ya gəlirin 25%-i həcmində, lakin əhalinin adambaşı yaşayış minimumunun 50%-dən az olmayan miqdarda alimentin tutulması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Möhübbət qızının eyni əsaslarla və eyni predmet üzrə təkrar müraciət etməsi yolverilməzdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən,eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hesab edilir ki, məhkəmənin iddia tələbi ilə bağlı icraata xitam verilmə barədə qərardadı qanunsuz və əsassız olmaqla yanaşı, vətəndaşın məhkəməyə müraciəti ilə bağlı konstitusion hüququna ziddiyyət təşkil edir. Qərardadın ləğv edilməsi üçün 3 mühüm əsas vardır, onlar aşağıdakı kimidir: Birincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qərardadda bəhs edilən Polotsk şəhəri məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qanuni qüvvəyə minməmiş və tanınmamışdır. Azərbaycan Respublikasında müvafiq qaydada tanınmamış, habelə, rəsmi olaraq mövcud olmayan xarici məhkəmə qətnaməsindəki faktoloji əsaslar sübut kimi qəbul oluna bilməz. İkincisi, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında" Konvensiyanın təsdiq edilməsi barədə 13 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, Razılığa gələn iki Tərəfin bu Konvensiyaya uyğun olaraq səlahiyyətli məhkəmələrində eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslarla iş üzrə icraat başlandığı təqdirdə, işi sonradan başlamış məhkəmə işin icraatına xitam verir. Qərardadda qeyd olunduğu üzrə Polotsk şəhər məhkəməsinin qətnaməsi üzrə Cavabdeh uşağın saxlanılması üçün hər ay bütün növ əməkhaqqının və ya gəlirin 25%-i həcmində, lakin əhalinin adambaşı yaşayış minimumunun 50%-dən az olmayan miqdarda alimentin tutulması müəyyən edilmişdir. İddia tələbində isə tamamilə fərqli hüquqi əsas göstərilərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əvvəlki 3 illik dövr üçün və hər ay sabit pul məbləğində alimentin tutulmasını xahiş edilir. O zaman məhkəmənin qənaətindən belə nəticə hasil olur ki, eyni tərəflər arasında, eyni predmet üzrə (aliment tələbinə dair) yerli məhkəmənin alimentin sabit pul məbləğində təyin olunmasına dair qətnaməsi mövcud olsaydı, iddiaçı alimentin cavabdehin rəsmi gəlirləri və sair xərclərinin 1/4-i miqdarında təyin olunması tələbi ilə məhkəmədə yenidən iddia qaldıra bilməyəcəkdi. Üçüncüsü, məhkəmə iş üzrə icraata xitam verərkən Mülki Prosessual Məcəllənin normalarını əsas götürmüşdür. Mülki Prosessual Məcəllə Azərbaycan Respublikası yurisdiksiyasına tabe olur, Belarus Respublikası Polotsk şəhəri adından qəbul olunmuş qətnamə Mülki Prosessual Məcəllənin təsir dairəsinə düşmür. İddiaçı və onun övladı (Azərbaycan Respublikası vətəndaşı) Azərbaycan Respublikasında yaşayır, aliment tələbinə dair iddianın təmin olunmayaraq icraata xitam verilməsi ən başlıcası uşaq hüquqlarının üstün mənafeyinə ziddir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edilir ki, qərardad qanunsuz və əsassızdır ona görə də şikayət təmin olunmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-974/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Möhübbət qızı tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-974/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qüvvəsində saxlanılaraq, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları İ. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİ. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Maddə 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Maddə 439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Maddə 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Maddə 440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Maddə 462. Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 974/2025 nömrəli, 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qərardaddan müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə icraata ona görə xitam vermişdir ki, tərəflər arasında eyni əsaslarla və eyni predmet üzrə Belarusiya Respublikasının Vitebsk vilayətinin Plotsk rayonu Plotsk şəhər Məhkəməsinin qətnaməsi mövcuddur. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisə tərəflərin eyniliyi o halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. İddianın predmeti iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətlərindən irəli gələn maddi hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə, mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, hüquqi əsası isə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılmasıdır. İddianın əsasının eyniliyi dedikdə barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisəyə dair iddianın yalnız faktiki əsasının məhkəmədə baxılmaq üçün verilmiş iddianın faktiki əsası ilə eyni olması başa düşülməlidir. İddiaçı tərəf şikayətinin dəlillərində də bu halı bildirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi şikayətin həmin dəlilinə hüquqi qiymət verməmiş, əvvəlki qərardadını qüvvədə saxlamaqla kifayətlənmişdir. Halbuki, MPM-nin 269.2-ci maddəsinin tələbinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Bundan başqa xarici elementli mülki mübahisələr üzrə icraata xitam verilməsinin mümkünlüyü məsələsi MPM-in 261.0.3.-cü maddəsinin tələblərinin mövcud olub-olmaması baxımından yoxlanmalıdır. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınaraq icraya qəbul edildiyi halda eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla iddia tələbinin yolverilməzliyi mümkündür. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar”. “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər”. “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir”. Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Tədqiq olunan Polotsk rayonu Polotsk şəhər Məhkəməsinin № 2-992-2016 xx.xx.2016-cı il tarixli qətnaməsinin, № 2-614-2016, 19 aprel 2016-cı il tarixli icra vərəqəsinin və Vitebsk vilayəti İK BƏİ Mİİ Plotsk rayonu və Plotsk şəhəri məcburi icra şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh İddiaçı Mühöbbət qızının xeyrinə xx.xx.2015-ci ildə doğulmuş yetkinlik yaşına çatmayan oğlu X4 saxlanması üçün, uşaq yetkinlik yaşına çatana qədər hər ay bütün növ əməkhaqqının və ya gəlirinin 25%-i həcmində, lakin əhalinin adambaşı yaşayış minimumunun 50%-dən az olmayan miqdarda alimentin tutulması müəyyən edilmiş, borclu Azərbaycan Respublikasının ünvan 1 ünvanında yaşadığından icra sənədi icra olunmadan tələbkara qaytarılmışdır. Göründüyü kimi iddiaçı əvvəlki iddia tələbində cavabdehdən sonuncunun hər ay bütün növ əməkhaqqının və ya gəlirinin 25%-i həcmində aliment tələb etdiyi halda, hazırkı iddia tələbində Cavabdeh əvvəlki 3 illik dövr üçün və hər ay sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə müvafiq qaydada təsdiq olunmuş məhkəmə aktının və icra sənədinin surətini tələb etmədən, həmin sənələrin qüvvədə olub-olmamsını müəyyən etmədən, yalnız sənələrin surətlərinə istinad etməklə iş üzrə icraata xitam verərkən, iddiaçının hazırkı iddia tələbinin predmetinin fərqli olmasını da nəzərə almamışdır. Beləliklə, Məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməli, təkrar araşdırma zamanı isə birinci instansiya məhkəməsi təqdim olunan sənədlərlə hazırkı iddia tələbləri üzrə mülki işin icraatına xitam verilməsinin mümkün olub-olmamasını araşdırarkən tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayanın üstün mənafeyinini də nəzərə almalıdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin Konvensiyanın 4-cü bəndinə əsasən isə iştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Avropa Şurasının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Bu Konvensiyasının 9-cu maddəsinə görə, uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bunun uşağın ən yaxşı mənafeləri naminə labüd olması və məhkəmə prosesi ilə baş verməsi istisna təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], § 66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 134). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-974/2025 nömrəli, 18 fevral 2025ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar