Məhkəmə qərarları › İş №2(103)-249/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-249/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-249/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh4 Bank olmayan Kredit Təşkilatının və Cavabdeh3 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçıov oğlunun cavabdehlərlər “xxxx” ASC, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi və Cavabdeh4 Bank olmayan Kredit Təşkilatına qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər “xxxx” ASC, Cavabdeh4 Bank olmayan Kredit Təşkilatı Cavabdeh3 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, ona məxsus Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evə dair “Cavabdeh1" ASC-nin ipoteka hüququnun ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 ASC ilə İddiaçı arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 618 №-li kredit müqaviləsinin təminatı kimi (kreditor-ipoteka saxlayan Cavabdeh1 ASC ilə alıcı-ipoteka qoyan İddiaçı arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli 02 №-li alqı-satqı və ipoteka müqaviləsi) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi və Bakı şəhəri. Sabunçu rayonu, Maştağa qəsəbəsi. 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1, 43.4, 43.5, 43.7, 43.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinıə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cəmi 420499 manatın tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ******* manat qiymətləndirilmiş Bakı şəhəri. Sabunçu rayonu. Maştağa qəsəbəsi. 1- ci kvartal, 137 saylı evə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alımış və icraya yönəlmişdir. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1 -ci kvartal, 137 saylı evin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra evin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə yenidən satışı üçün hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra ev ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə 892500 manata təkrar hərraca çıxarılmış, təkrar hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmiş, lakin təkrar hərrac da baş tutmamış, mənzil hərracda satılmamışdır. Bundan sonra ipoteka predmeti olan qeyd edilən mənzil ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə ipoteka saxlayan "Cavabdeh1" ASC-yə təklif edilmiş, lakin ipoteka saxlayan ipoteka predmeti olan qeyd olunan mənzili əldə etməmişdir. Eyni zamanda xx.xx.2018-ci il tarixdə təkrar hərracın baş tutmaması elan edilmiş, lakin həmin tarixdən bu günədək ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir mübahisələndirilən ipoteka predmeti ilə əlaqədar iki hərrac keçirilmiş və həmin hərraclar baş tutmadıqdan sonra üçüncü hərrac da keçirilmiş, həmin hərrac da baş tutmamışdır. Lakin iki hərracdan sonra yenidən hərracın keçirilməsi qanuna ziddir. İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Lakin təkrar hərracın baş tutmamış elan edilməsi tarixindən 30 gündən artıq müddətin keçməsinə baxmayaraq, ipoteka predmeti Cavabdeh1” ASC tərəfindən qəbul edilməmişdir. Ona görə də iddiaçı ipoteka qoyan ipotekaya xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” ASC, Cavabdeh4 və Cavabdeh3 MMC qətnamədən apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3896/2018 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Şikayətdə “İpoteka Haqqında”Azərbaycan Respublikasının Qanununun 42.1, 43.4, 43.5, 43.1.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3, 54, 217.1, 217.2, 217.3, 385.1.2-, 384.0.2, 416.1, 416.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, təkrar hərrac da baş tutmamış, mənzil hərracda satılmamışdır. Bundan sonra ipoteka predmeti olan qeyd edilən mənzil ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilmiş, lakin ipoteka saxlayan ipoteka predmeti olan qeyd olunan mənzili əldə etməmişdir. Hərrac xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərədə keçirilmişdir. Yəni bir əmlak üzrə 2 hərrac yox 4 hərrac keçirilmişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir Cavabdeh3 tərəfindən Səbail Rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, 17.05.201 7-ci il tarixli icra sənədi üzrə “xxxx” MMC tərəfindən borclu İddiaçı mülkiyyətində olan Bakı Şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı yaşayış evinin hrracda satılmasına dair xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində keçirilən hərracların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir və hazırda həmin iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icratındadır.Hesab edirik ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır.Azərbaycan Beynəlxaiq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İ döviətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci ii 15 iyul tarixli 570 nömrəli Fərmanına əsasən, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar “Cavabdeh1" ASC ilə “xxxx" QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun “xxxx" QSC-yə güzəşt edilməsinə dair” 21,04.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd edilən Sərəncamın icrası ilə bağlı “Cavabdeh1" ASC- nin İddiaçı problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında Cavabdeh4-yə təhvil verilmişdir. Bununla əlaqədar proses zamanı tərəfin əvəz edilməsi ilə bağlı tərəfimizdən ərizə və təhvil- təslim aktının surəti təqdim edilmişdir. İddiaçının tələbinin yönəldiyi Cavabdeh1 ASC tələb hüququnu Cavabdeh4-yə güzəşt etdiyinə görə artıq iş üzrə üzrə cavabdeh ola bilməz. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz olunması təklif olunsa da, o, təkliflə razılaşmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi, iddiaya cavab verməli olmayan şəxsə qarşı iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Yəni, birinci instansiya məhkəməsi ış üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, hazırki iş üzrə cavabdeh qismində göstərilən "Cavabdeh1" ASC-nin iddiaya cavabdehlik daşımayan şəxs olmasına baxmayaraq, cavabdeh ola bilməyən şəxsə qarşı iddianı təmin etməklə nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.Bundan başqa, cavabdehin nümayəndəsinin iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin qeyrı-dəqiq olmasına Daxmayaraq, məhkəmə tərəfindən bu ərizə qəbul edilmişdir. Belə ki, adı çəkilən ərizənin 3-cü bəndində İddiaçı məxsus Bakı şəh., Sabunçu ray., Maştağa qəs., 1-ci kvartal, 137 saylı evinə dair Cavabdeh1 ASC-nin (Cavabdeh4-nin) ipoteka hüququ(yüklülüyü) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsi tərəfindən ləğv edilməsi tələbi qeyd olunmuşdur. Bununla əlaqədar bildiririk kı, tələbin dəqiqləşdirilməsi ərizəsində hüquqi şəxsin adının Cavabdeh1 ASC (“xxxx" QSC) şəklində göstərilməsi hüquqi əsaslı deyildir, çünki Cavabdeh1" ASC və “xxxx" QSC eyni hüquqi şəxs deyildir, buna görə də, ərizədəki tələbin bu formada göstərilməsi tələbin qeyri- dəqiqliyinin göstəricisidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6820/2019 saylı işi üzrə xx-xx.2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh4 və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərin təmin edilməməsi və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir (səh.238). Cavabdehlər “xxxx” ASC, Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7382/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə, kassasiya şikayətlərinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6820/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1 , 43.4, 43.5, 43.1.2, 43.8; Mülki Məcəllənin 194.1, 194.2, 196; İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31; Mülki Prosessual Məcəllənin 392.2, 417.1.3, 418.1, 418.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Açıq hərracın keçirilməsinə dair 01/3742 №-li xx.xx.2017-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X1 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair 01/3927 №-li xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2017-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1- ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X1 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair 01/14 №-li xx.xx.2018-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC-yə, İddiaçı və X1 bildiriş göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin satışı üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon icra şöbəsinə, “xxxx” ASC-yə, İddiaçı və X1 bildiriş göndərilmişdir.“xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə Sabunçu rayon icra şöbəsinə, Cavabdeh1 ASC- yə, İddiaçı və X1 ünvanlanmış məktubun surətindən görünür ki, Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən **********6 saylı xx.xx.2017-ci il tarixli sifaris məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakışəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43- cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya vasitəsilə məlumat verildiyi bildirilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, ikinci hərracın keçirildiyi və ipoteka predmeti Cavabdeh1 ASC-yə təklif edildiyi vaxta tələb hüququ Cavabdeh1 ASC-dən Cavabdeh4 güzəşt edilmişdir. Belə ki, Cavabdeh1 ASC ilə Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Cavabdeh1 ASC-nin problemli aktivləri üzrə tələb hüququnun Cavabdeh4-yə güzəşt edilməsinə dair» müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq Cavabdeh1 ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq Cavabdeh4-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da Cavabdeh4-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 ASC ilə Cavabdeh4 arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh4-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əlavə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101 s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh4 tərəfindən Cavabdeh1 ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin xx.xx.2017-ci il tarixli S-FK-991 nömrəli təhvil-təsliminə dair aktının surətindən görünür ki, borclu İddiaçı aid hüquqi sənədlər, 04.11,2014-cu il tarixli 618 №-li kredit müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti “Borc alan” İddiaçı 420499 manat faiz borcu məbləği ilə birlikdə «Cavabdeh1 ASC tərəfindən Cavabdeh4-yə təhvil verilmişdir.İşdən göründüyü kimi, hərrac keçirilən zaman tələbkar dəyişmiş, hərracıkeçirən təşkilatı tərəfindən tələbkar “xxxx" QSC Bank olmayan Kredit Təşkilatına hər hansı bir bildiriş göndərilməmişdirİşdən göründüyü kimi, hərrac keçirilən zaman tələbkar dəyişmiş, hərracıkeçirən təşkilatı tərəfindən tələbkar “xxxx" QSC Bank olmayan Kredit Təşkilatına hər hansı bir bildiriş göndərilməmişdirİş materiallarında olan sənədlərdən da göründüyü kimi "Cavabdeh1” ASC-nin İddiaçı qarşı 345610 manat əsas borc, 74889 manat faiz borcu, cəmi 420499 manat məbləğində problemli borcu üzrə tələb hüququ da 13 dekabr; 2017-ci il tarixli təhvil-təslim aktı əsasında "xxxx” QSC Bank olmayan Kredit Təşkilatına güzəşt edilmiş və həmin tarixdən borc Cavabdeh1 ASC-nin balansından çıxarılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsi “xxxx” ASC-ni “xxxx“ QSC ilə əvəz etməmiş və bununla da "İcra haqqında' Azərbaycan Respublikası Qanunilinin 31-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh4 hərracda iştirak etməli olduğu halda, iştirak etməmişdir. Ona heç bir təklif göndərilməmişdir. Apellyasiya instansiyası apellyasiya şikayətlərində göstərilən bu hallarla bağlı dəlillərə hüquqi verməmiş, şikayətlərin dəlilləri ilə bağlı hər hansı araşdırma aparmayaraq iş üzrə səhv nəticəyə gəlmişdirİşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir (səh.278). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıının xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı "Cavabdeh3”xxxx"Daşınar və Daşınmaz Əmlakın Satış üzrə Hərrac MMC”-yə (üçüncü şəxs İddiaçı) qarşı hərracın etibarsız sayılması tələbinə dair 2-2(113)-374/2020 saylı iş baxılanadək, İddiaçıov oğlunun cavabdehlərlər Cavabdeh1 ASC, DƏDRX-nin Bakı şəhəri Ərzi İdarəsi və Cavabdeh4-yə qarşı (Sabunçu rayon İcra və Probasiya Şöbəsi və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC 3-cü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-1912/2020 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıının Bakı Kommersiya Məhkəməsinə xx.xx.2021-ci il tarixli işin nəticəsi barədə sorğuya xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, qətnamə xx.xx.2020-ci ildə qanuni qüvvəyə minmiş və apellyasiya şikayəti daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasıının xx.xx.2021-ci il tarixli qərardadı ilə icraat təzələnmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 Bank olmayan Kredit Təşkilatı və Cavabdeh3 MMC nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçıov oğlu və cavabdehlərlər “xxxx” ASC, DƏDRX-nin Bakı şəhəri Ərzi İdarəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 41.1; Mülki Məcəllənin 269-323-1, 414-416, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişləri, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Hərracın nəticələrinə istinadən verilən iddia üzrə işin baxılması zamanı hərracların etibarsız hesab edilməsi müəyyən edildiyindən kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq birinci instansiya məhkəməsinin istinad etdiyi əsasların sübuta yetirilməməsi səbəbi ilə mübahisələndirilən qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406, 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər “xxxx” ASC, Cavabdeh4 Bank olmayan Kredit Təşkilatı və Cavabdeh3 MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3896/2018 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətanməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçıov oğlunun cavabdehlərlər “xxxx” ASC, DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi və Cavabdeh4 Bank olmayan Kredit Təşkilatına qarşı “ipotekaya xitam verilməsi” dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar