Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2494/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 01 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109431 manat əsas məbləğ, 32829 manat əldən çıxmış fayda və vurulmuş mənəvi ziyana görə 10.000 manat kompensasiyası olmaqla, cəmi 152.260 manat məbləğində pulun tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi - Cavabdeh 54716 (əlli dörd min yeddi yüz on altı) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddianın təmin edilmədiyi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2(103)-12392/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 01 fevral 2022ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 01 fevral 2022ci il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçının vəkilinin elektron kabinetinə 03 sentyabr 2021-ci ildə yüklənmiş, lakin şikayət 06.10.2021-ci ildə verilmişdir.Ona görə də buraxılmış müddət üzrlü sayılmamalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 09 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin 16.12.2021-ci il tarixli, 2(103)-12392/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərkən qeyd olunmuşdur ki, apellyasiya şikayəti latın qrafikalı əlifba ilə Azərbaycan dilində tərtib edilərək elektron kabinetə yerləşdirilməmiş, ona görə də şikayətin işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilməsinin təmin edilməsi də mümkünsüz hala düşür. Çünki, nə elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini oxuyub məzmununu və mahiyyətini anlamaq olmur, nədəki məhkəmə işçisi tərəfindən elektron kabinetə yerləşdirilmiş apellyasiya şikayətinin qrafikasını yaxud şriftini dəyişmək texniki cəhətdən mümkün deyil. İkincisi, apellyasiya şikayətinin formasına riayət edilməklə elektron kabinet vasitəsilə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3927/2021 saylı, 01 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2494/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2494/2022
04.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver