Məhkəmə qərarları › İş №2(103)-2504/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2504/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2504/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X14 və X8 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı, Cavabdeh Ləğv prosesində “Bank Standard” KB-nin ləğvedicisi X2 nümayəndəsi X12, Üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi X10 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2872/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binədəi rayon İcra və probasiya Şöbəsi, AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və “X5 Mərkəzi” MMC işə cəlb edilməklə) cavabdehlər QSC “xxxxxxxxxxxxx” Komersiya Bankına və X1rşı məhkəmədə iddia qaldıraraq, ipoteka predmeti olan Bakı, Biləcəri qəsəbəsi, 1 may yaşayış məhəlləsi, döngə 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 4 otaqlı ümumi sahəsi 259,8 kv.m olan 35 nömrəli fərdi yaşayış evinə dair İddiaçı ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi, həmçinin əmlakın üzərindəki məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı cavabdehlər İddiaçı, X11, X6 və X7 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli 100/00/505/10 saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı 97767,64 manat məbləğində əsas borcun, 27043,05 manat faiz borcunun, 45135,96 manat cərimə borcunun, ümumilikdə isə 169946,65 manat borcun məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiyməti 232800 manat müəyyən edildikdə cavabdeh İddiaçı tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.5.km. yaşayış, 164.3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına, evə tutma yönəldikdən və satıldıqdan sonra ipoteka qoyan İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X13, X6 və X17 gızı yaşayış şahəşindən çıxmadıqda, həmin şəxşlərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin 2(001)-1094/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 97767,64 manat məbləğində əsas borc, 27043,05 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 125310,69 manat məbləğində borc və iddiaçı tərəfındən ödənilmiş rüsumların 44,53 manat hissəsinin tutularaq iddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilməsi, rüsumların qalan hissəsinin iddiaçının özünə aid edilməsi, eyni zamanda tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95,5 km. yaşayış, 164,3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 325000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra ipoteka qoyan cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri X13, X6 və X17 gızı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, evdən çıxarılmaları qət edilmişdir. Cavabdeh İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, faiz borcunun tutulması hissəsində iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4369/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin 2(001)- 1094/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı həmin qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8502/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4369/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)- 1094/2016 saylı icra vərəqəsinin icrası məqsədi ilə Binəqədi rayon İcra şöbəsinin 17/68-824-13 saylı xx.xx.2017-ci il tarixli sifarişli məktubu ilə ipoteka predmeti olmuş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.5.km. yaşayış, 164.3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılması üçün “X5 Mərkəzi” MMC-nə həvalə edilmişdir. “X5 Mərkəzi” MMC tərəfındən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95.5.km. yaşayış, 164.3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi 325000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, ayrı-ayrı vaxtlarda hərrac keçirilmiş və hərracın yekunları barədə xx xxxx 2017- cil il tarixdə Y-346 Ne-li Protokol və həmin tarixli alğı-satqı müqaviləsi əsasında “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, xx xxxx 2017-ci il tarixdə təkrar hərracda alğı-satqı nəticəsində qiyməti 207188 manata ipoteka saxlayan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına satılmışdır. Lakin ipoteka saxlayan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı həmin yaşayış sahəsini 30 gün müddət keçməsinə baxmayaraq, əldə etmədiyi üçün sənədlər toplusu Binəqədi rayon İcra şöbəsinə geri qaytarılmışdır. Bundan əlavə 17/68- 32604-16 saylı məktubundan görmək olar ki, sözü gedən evin “xxxxxxxxxxxxx” KB tərəfindən alğı-satqı müqaviləsi ilə əldə edilməsi və hansı məbləğdə pul ödənilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin heç bir məlumatı olmayıb. Bank Standar iddia edir ki, mübahisəli evi 207188 manata əldə edib, lakin vətəndaş İddiaçı banka olan borcu 125310,69 manatdır, əgər bank evi əldə edibsə niyə iki ildir vətəndaşa 81877,31 manatı olan borcunu qaytarmayıb. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95,5 kv.m. yaşayış, 164,3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə dair onunla QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankı arasında bağlanmış İpoteka Müqaviləsinə xitam verilməli, ipoteka predmeti ipotekadan azad eliməli və dövlət reyestrində qeydə alınmış yüklülük ləğv edilərək, əmlakın üzərindən məhdudiyyət götürülməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli qərarında “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: İş materiallarından görünür ki, cavabdeh iddiaçıya məxsus əmlakı dövlət reyestrində qeydə alındırmayıb. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. “İpoteka haqqında” Qanunu 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Qeyd edilənlərə əsasən ipoteka predmeti olan fərdi yaşayış evinə dair İddiaçı ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaqaviləsinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi, həmçinin əmlakın üzərindəki məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2872/2019 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunur ki, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixində qəbul olunmuş bu qətnaməsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4369/2017 saylı, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon Məhkəməsinin qeyd etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra o, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)- 8502/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə mənim kassasiya şikayətimi təmin etməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə, Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-1094/2016 saylı icra vərəqəsinin icrası məqsədi ilə Binəqədi rayon İcra şöbəsinin 17/68-824-13 saylı xx.xx.2017-ci il tarixli sifarişli məktubu ilə ipoteka predmeti olmuş, yəni onun qeyd etdiyi ipoteka ilə yüklü etdiyi ev hərraca çıxarılmış və fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması “X9 Mərkəzi” MMC-yə həvalə edilmişdir. “X5 Mərkəzi” MMC tərəfindən ev ilkin satış qiyməti 325000 manat olmaqla hərraca çıxarılmış, ayrı-ayrı vaxtlarda hərrac keçirilmiş və hərracın yekunları barədə xx xxxx 2017-ci il tarixdə Y-346 №-li Protokol və həmin tarixli alğı-satqı müqaviləsi əsasında “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ilkin satış qiymətindən, yəni 325000 manatdan əvvəlcə 15%, sonradan isə 25% endirməklə, xx xxxx 2017-ci il tarixində təkrar hərracda alğı- satqı nəticəsində qiyməti ******* manata ipoteka saxlayan QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına satılmışdır. Qeyd etdiyi kimi, QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankının evi ******* manata aldığı “X5 Mərkəzinin” Y-346 №-li protokolunda təsdiq olunsa da bu protokol yalnız Hərracın təşkilatçısı direktor İ.Bayramov tərəfindən imzalanmış, Binəqədi rayon İcra şöbəsinin İcra məmuru S.Əhmədzadə imzası isə bu protokolda əks olunmamışdır, yəni sözü gedən evin “xxxxxxxxxxxxx” KB tərəfindən alğı-satqı müqaviləsi ilə əldə edilməsi və hansı məbləğdə pul ödənilməsi ilə bağlı Binəqədi rayon İcra və Probasiya şöbəsinin heç bir məlumatı olmamışdır. Lakin, “xxxxxxxxxxxxxx” QSC iddia edir ki, evi 207188 manata əldə edib. Əgər bank evi əldə edibsə, niyə onun banka olan borcu 125310,69 manat çıxıldıqdan sonra, qalan 81877.31 manatı iki ildir ki, ona qaytarmır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Ləğv prosesində “Bank Standard” KB-nin ləğvedicisi X2 nümayəndəsi X16 apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Zahir Həmdulla oğlu apellyasiya şikayətini qəbul etmədi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 3-cü şəxslər Binəqədi rayon İcra və Probasiya şöbəsi, AR ƏMDK-nin yaninda DƏDRX-nı̇n Baki şəhər Ərazı̇ İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını, cavabdeh və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2872/2019 saylı qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1094/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı QSC “xxxxxxxxxxxxx” KB-nın cavabdehlər İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X13, X6 və X17 gızına qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 97767,64 manat məbləğində əsas borc, 27043,05 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 125310,69 manat məbləğində borc və iddiaçı tərəfındən ödənilmiş rüsumların 44,53 manat hissəsinin tutularaq iddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilməsi, rüsumların qalan hissəsinin iddiaçının özünə aid edilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95,5 kv.m. yaşayış, 164,3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 325000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin İddiaçı qaytarılması, mənzil satıldıqdan sonra ipoteka qoyan cavabdeh İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X13, X6 və X17 gızı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə, evdən çıxarılmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx xxxxxx 2016-cı il tarixdə İcra vərəqəsi verilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin “X5 Mərkəzi” MMC-yə ünvanlanmış 17/68-824-13 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1094/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsi hərracın təşkili və keçirilməsi üçün göndərilir. İş materiallarında olan ləğvetmədə olan “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X2 “X5 Mərkəzi” MMC-yə ünvanlanmış 26/22624 saylı, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, “ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə” xx.xx.2017-ci il tarixli bildirişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evinin “xxxxxxxxxxxxx” QSC tərəfindən götürülməsi təklifini qəbul edir. İş materiallarında olan “X5 Mərkəzi” hərracın nəticələri haqqında Y-346 saylı, xx.xx.2017-ci il tarixli yekun protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evini ipotekasaxlayan ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB 207188 manata aldı. İş materiallarında olan Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx xxxx 2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evini ipotekasaxlayan ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB 207188 manata aldı. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1094/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı QSC “xxxxxxxxxxxxx” KB-nın cavabdehlər İddiaçı və onunla birlikdə yaşayan ailə üzvləri X13, X6 və X17 gızına qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 97767,64 manat məbləğində əsas borc, 27043,05 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 125310,69 manat məbləğində borcun və ödənilmiş rüsumun 44,53 manat hissəsinin tutularaq iddiaçı QSC “xxxxxxxxxxxxx” Kommersiya Bankına ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakışəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May yaşayış məhəlləsi, döngə 2-də olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 95,5 kv.m. yaşayış, 164,3 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə ilkin satış qiyməti 325000 manat müəyyən edilməklə yönəldilməsi, evin həmin qiymətlə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində evdən çıxarılmaları qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx xxxxxx 2016-cı il tarixdə İcra vərəqəsi verilmişdir. Qeyd olunan icra vərəqəsi əsasında icra məmuru tərəfindən hərrac təşkilatına sifariş verilmiş, iki dəfə təşkil olunan hərracda əmlak satılmamış, belə olan halda əmlakın alınması ipoteka saxlayan banka təklif olunmuş və bank təklifi qəbul edərək, həmin əmlakı hərrac təşkilatından almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında göstərmişdir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir.(“İpoteka haqqında” Qanunun 48.1.5-ci mad.). “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Göründüyü kimi, İddiaçı iddia tələbi və apellyasiya şikayətində qeyd etdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla müəyyən olunur ki, ipoteka predmeti olan iddiaçıya məxsus fərdi yaşayış evi iki dəfə-xx xxxxx 2017-ci il və xx xxx 2017-ci il tarixlərdə hərraca çıxarılmış, lakin iki dəfə təşkil olunan hərracda əmlak satılmamış, belə olan halda hərrac təşkilatı əmlakın alınması təklifi ilə ipoteka saxlayan banka xx.xx.2017-ci il tarixli bildiriş göndərmiş, ləğvetmədə olan “xxxxxxxxxxxxx” QSC-nin ləğvedicisi X4 xx.xx.2017-ci il tarixli məktubla “X5 Mərkəzi” MMC-nin ipoteka predmeti olan fərdi yaşayış evinin “xxxxxxxxxxxxx” QSC tərəfindən götürülməsi təklifini qəbul etmiş, əmlakı hərracın nəticələri haqqında Y-346 saylı, xx.xx.2017-ci il tarixli yekun protokol və həmin tarixli alğı-satqı müqaviləsi əsasında 207188 manata almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin olunmaması qənaətinə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2872/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar