Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-253/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız edilməsi, artıq alınmış pulun qaytarılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "müqavilənin etibarsız edilməsi, artıq alınmış pulun qaytarılması və sair") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş saxta müqavilənin ləğv edilərək ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq tərtib edilmiş saxta müqavilənin etibarsız hesab edilməsi və ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə təqdim edərək, ondan artıq alınmış 1640 manat pulun geri qaytarılması və ona dəymiş zərər kimi 174,60 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı daha sonra yenidən iddianın həcminin artırılması barədə ərizə verərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona vurulmuş mənəvi zərərə görə də 3000 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak xidmətləri Məkanına yaşadığı mülk evində əlavə tikilmiş tikililərin əlavə edilməsi üçün müvafiq sənədləri (ş/v, etibarnamə, tikintinin plan-cizgisi, qəbz, texniki pasport, məlumatlandırma icraatı haqqında ərizə) təqdim etmişdir. Ərizə xx.xx.2022-ci il tarixində ********** sıra nömrəsi ilə qeydiyyata alınmış, son icra tarixi xx.xx.2022-ci il tarixinə təyin edilmişdir. Lakin idarə ərizənin icrasını yubadaraq 20 günə deyil, 61 günə icra etmişdir. Çıxarış və Texniki pasportu alan zaman 2077 manat 62 qəpik ödəniş etməli olduğunu öyrənmişdir. Sənədlərin yenidən aylarla ləngidilməməsi üçün həmin pulu ödəməyə məcbur olmuşdur. Həmin ödənişin nədən ibarət olduğunu araşdırmaq üçün yenidən 09 dekabr 2022-ci il tarixli ərizəylə müraciət etmiş, ərizəsi ********** qeydiyyat №si ilə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və 1 ay 15 gün son icra tarixi qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ərizələrin baxılmasına 15 gün vaxt müəyyən edilmişdir. Qeyd edilən ərizəyə xx.xx.2023-cü il tarixli **********14 saylı cavab məktubu almış, məktuba qoşma olaraq fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqının smetası əlavə olunmuşdur. Smetadan məlum olmuşdur ki, 1640,00 manat qiymətləndirmə arayışının hazırlanması üçün xidmət haqqı adı altında ondan artıq pul alınmışdır. Ondan artıq alınmış 1640,00 manatın geri qaytarılması üçün yenidən xx.xx.2023-cü il tarixində ərizə yazmış, hətta bu cavab məktubuna qoşma olaraq nömrəsiz müqavilə də əlavə olunmuşdur. Halbuki, heç bir müqaviləyə imza atmamış, bu məsələ haqqında xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmiş və ondan artıq alınan pulun qaytarılmasını tələb etmişdir. İndi isə saxta yaratdıqları müqavilə haqqında qeyd edir ki, müqavilə anlayışı 2 tərəfli qarşılıqlı razılıq əsasında tərtib olunur və hər iki tərəfin ünvanı, VÖEN-i varsa kodu, hesab nömrəsi, telefon nömrələri qeyd edilməklə müqavilə nömrələnərək imzalanıb bir nüsxə sifarişçiyə, ikinci nüsxə isə icraçıya verilmiş olur. 1 saylı Bakı Ərazi İdarəsinin onun xx.xx.2023-ci il tarixli müraciət ərizəsinə cavab olaraq yazdığı xx.xx.2023-cü il tarixli məktubuna qoşma kimi əlavə etdiyi müqavilənin surətini ilk dəfə görür. Müqavilənin tərtibatına nəzər saldıqda görünür ki, müqavilə nömrələnməmiş, müqavilənin neçə nüsxədən ibarət tərtib olunması qeyd edilməmiş, sifarişçinin ünvanı, telefon nömrəsi qeyd olunmamışdır. Müqavilənin qiyməti və ödəmə qaydası bölməsində, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 №-li qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq qarşılıqlı razılaşma yolu ilə müəyyən edirlər” cümləsi yazılmasına baxmayaraq heç bir razılaşma olmayıb, 1640,00 manat dəyərin arxasında görüləcək işlərin smetası orada olmalı idi, lakin yoxdur. Ümumiyyətlə saxta yolla yazılıb və onun imzası köçürmə yolu ilə şəkli çəkilibdir. Guya ki, müqavilə xx.xx.2022-ci ildə tərtib olunub, bu yalandır. Həqiqətən də xx.xx.2022- ci il tarixində olsaydı, onda həmin tarixdə onun təqdim etdiyi sənədlərin siyahısında qeyd olunardı. Qeyd olunan saxta müqavilə onun xx.xx.2022-ci il tarixdə yazdığı ərizədən sonra yaradıblar ki, qanunsuz olaraq aldıqları 1640 manatı ört-basdır etsinlər.
6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat və məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat, cəmi 326 (üç yüz iyirmi altı) manat məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X3, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qərara alınmışdır.
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
8. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Məhkəmənin qənaətinə görə xx.xx.2022-ci il tarixli müqavilə hər iki tərəfin iradəsini ifadə edir və bu səbəbdən də Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 390, 425, 337.1, 339.2, 339.3 maddələri tətbiq olunmalı və iddia rədd olunmalıdır. Prossesual qanunvericiliyinin normalarını tətbiq edərkən məhkəmə belə hesab edib ki, iddianı istinad etdiyi halları sübuta yetirə bilməyib. Məhkəmənin qənaətinə görə xx.xx.2022-ci ildə tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğundur və hər iki tərəfin iradəsini ifadə edir. Gəlinən nəticənin nə faktiki, nə də hüquqi əsası yoxdur. Əvvəla ona görə ki, iddiaçının xx.xx.2022ci ildə cavabdehə verdiyi ərizənin məzmunundan görünür ki, İddiaçı verdiyi ərizədə aparılmış əlavə tikililərin qeydə alınmasını xahiş edib, həmin ərizədə mülkiyyətin qiymətləndirilməsini xahiş etməyib. Eyni məzmunlu ərizə xx.xx.2022-ci ildə Nərimanov Rayon İcra hakimiyyətinə də verilib. Verilən cavabdan da görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti fərdi yaşayış evinin üzərində inşa olunmuş əlavə sahələri qanunvericiliyə uyğun sənədləşdirilməsinə etiraz etmir. Yəni göstərilən hər iki ərizə ilə təsdiq olunur ki, iddiaçı qiymətləndirməyə dair arayış verilməsini xahiş etməmişdir. Qətnamənin 9-cu abzasının birinci cümləsindədə bu hal təstiq olunub. Lakin sonda məhkəmə ziddiyyətli nəticəyə gəlib.
9. Məhkəmənin iddianı rədd etmək üçün istinad etdiyi əsas sübut tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin tərəflərin iradəsinə və qanunun tələblərinə uyğun olmasıdır. Hansı ki, göstərilən müqavilə nə tərəflərin iradəsinə uyğun deyil, nə də qanunun tələblərinə uyğun deyil. Belə ki, yuxarıda göstərildiyi kimi iddiaçı müqavilə bağlanması ilə cavabdehə müraciət etməyib. Digər tərəfdən müqavilədə cavabdehi təmsil edən şəxsin kimliyi göstərilməyib. İmzanın kimə məxsus olması bəlli deyil. Müqavilənin 3.1 bəndində qiymətləndirməyə dair 1640 manat xidmət haqqı nəzərdə tutulduğu göstərilib. Xidmət haqqı Tarif şurasının xx.xx.2021-ci il tarixli 2 nömrəli qərarına istinadən yazılıb. Tarif şurasının göstərilən qərarında belə bir norma mövcud deyil. İddiaçı belə bir normanın mövcud olmadığını israrla mübahisələndirdiyi halda məhkəmə bu dəlili müzakirə etməyib. Hansı ki, istinad olunan bu hal iddianın təmin olunmasına kifayət edirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2 maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş,tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Bəhs olunan müqavilənin Tarif şurasının xx.xx.2021-ci tarixli 2 nömrəli qərarına zidd olması işin mübahisəsiz halıdır. Müqavilənin 3.1 bəndində qiymətləndirməyə dair 1640 manat xidmət haqqı əlyazma ilə yazılıb. Tərəfi bəlli olmayan bu müqaviləyə 1640 manat kim tərəfindən yazılıb? Müqavilənin əsli ilə düzdür yazılmış surətində nömrə olmadığı halda müqavilənin sonradan təqdim olunan əslində nömrə göstərilməsinə də məhkəmə qiymət verməyib. Müqavilənin doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Müqavilələrin qeydiyyatı kitabını məhkəməyə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh müqavilələrin qeydiyyatı kitabını məhkəməyə təqdim etməyib. Məhkəmə də buna qiymət verməyib. Müqavilənin birinci abzasında sifarişçinin İddiaçı olduğu göstərilib. Sonda sifarişçi sözünün qarşındakı imzanın kimə məxsus olması göstərilməyib. Güman edilib ki, imza sifarişçinin nümayəndəsinə məxsus ola bilər. Bu səbəbdən də xətşünaslıq ekspertizasına Nümayəndə imza nümunələri göndərilib. Hansı ki, müqavilədə imzanın Nümayəndə tərəfindən icra olunmasına dair qeyd yoxdur. İmza nümunələri ilə müqavilədəki sifarişçı sözünün qarşısındakı imzalar arasında vizual baxımdan da fərqlər çoxdur. Lakin məhkəmə xətşünaslıq ekspertizalarının rəylərinin işin hallarına uyğun olmamasına əhəmiyyət verməmişdir. Baxmayaraq ki, ekspertiza rəylərini məhkəmə sübut kimi qiymətləndirməyə bilər. Məhkəmə sübutlara qiymət verərkən xx.xx.2022-ci il tarixli müqavilə ilə həmin müqaviləyə əsasən hazırlanmış smeta arasındakı uyğunsuzluqlara da qiymət verməmişdir. Müqavilənin predmeti xx.xx.2022 tarixli ********** nömrəli ərizəyə əsasən daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi göstərilib. Smetada isə fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın,texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı göstərilib. Smeta işin hallarına uyğun deyil. Əvvəla ona görə ki, smetanın nə vaxt hazırlanması məlum deyil. Digər tərəfdən iddiaçı smeta ilə tanış edilməyib. xx.xx.2022 tarixli ********** nömrəli ərizədə daşınmaz əmlakın qiymətləndirilməsi xahiş olunmayıb. Analoji iş üzrə Bakı ApellyasiyaMəhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)- 2903/2019 nömrəli qərarı ilə eyni məzmunlu iddia təmin olunmuşdur. Vahid məhkəmə təcrübəsinin tətbiqi baxımından göstərilən qərar hazırkı iddianın təmin olunmasını zəruri edir. İddiaçı iddia etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilə ləğv olunmuş qurumun adı ilə yazılıb. Məhkəmə iddiaçının irəli sürdüyü bu dəlili müzakirə etməmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2024-cü ildə iddiaçıya təqdim olunub. İclas protokoluna verilmiş qeydlərə məhkəmə xx.xx.2024-cü ildə baxaraq qəbul etmişdir. Yəni çıxarılmış qətnamənin məhkəmədə tədqiq olunmamış sübutlara əsasən tərtib olunması təstiq olunmuşdur.
10. Müqavilə tərəflərin iradəsini ifadə etmir. Müqavilə sonradan tərtib olunub, müqavilənin bağlanması üçün müraciət olunmayıb, təqdim olunmuş smeta yeni yaradılmış daşınmaz əmlakın qeydə alınması üçün verilib, müqavilənin 3.1 maddəsi Tarif şurasının xx.xx.2021-ci tarixli 2 nömrəli qərarına ziddir.
11. Mülki Məcəlləsinin 390.2 maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Tarif şurasının xx.xx.2021-ci tarixli 2 nömrəli qərarında xidmət haqqının müəyyən edilməsi ilə əlaqədar norma yoxdur.
12. Məhkəmə sübutlara qiymət verərkən xx.xx.2022-ci il tarixli müqavilə ilə həmin müqaviləyə əsasən hazırlanmış smeta arasındakı uyğunsuzluqlara da qiymət verməmişdir. Müqavilənin predmeti xx.xx.2022 tarixli ********** nömrəli ərizəyə əsasən daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi göstərilib. Smetada isə fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı göstərilib. Smeta işin hallarına uyğun deyil. Əvvala ona görə ki, smetanın nə vaxt hazırlanması məlum deyil. Digər tərəfdən iddiaçı smeta ilə tanış edilməyib. xx.xx.2022 tarixli ********** nömrəli ərizədə daşınmaz əmlakın qiymətləndirilməsi xahiş olunmayıb.
13. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiı edərək, onun dəlillərinə uyğun izahat verərək, bildirdi ki, o yalnız öz mülkiyyətində olan evdə apardığı əlavə tikintilərə dair çıxarış almaq üçün cavabdehə müraciət edib, onun verdiyi ərizədə də məhz çıxarış almaq niyyəti əks olunub. Onun tərəfindən qiymətləndirmə sifariş olunmayıb. O, cavabdehə müraciət edərkən ona çoxsaylı sənədlər toplusu imzalatdırılmışdır, ola bilsin həmin sənəd də belə bir vəziyyətdə, mahiyyətinə varılmadan imzalanıb. Amma o, heç bir qiymətləndirmə sifariş etməmiş, belə bir müqavilə müzakirə edilməmişdir. Qiymətləndirməyə dair ərizə olmadığı halda qiymətləndirməyə dair müqavilənin məhz məhkəmənin ərizənin məcburi götürülməsinə dair qərardadının icra olunması nəticəsində alınması da belə bir müqavilənin əslində mövcud olmadığını göstərir. Rayon məhkəməsi ekspert rəyinə istinad edib ki, imza ona məxsusdur. Lakin müqavilədə imzanın olması müqavilənin onun iradəsinə uyğun olaraq bağlanması anlamına gəlmir. Onun cavabdehə hansı məqsədlə müraciət etməsi ərizədən aydın görünür. Cavabdeh ondan aldığı əlavə ödənişə qanuni don geyindirmək üçün sonradan belə bir müqavilə tərtib edərək təqdim etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
16. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
17. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
18. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişindən görünür ki, İddiaçı qeydiyyat nömrəsi ********** nömrəli, son icra tarixi xx.xx.2022-ci il olan ərizəsi məsul şəxs Humay Umudova tərəfindən qəbul edilmişdir, ərizəyə şəxsiyyət vəsiqəsinin surəti, etibarnamə, dövlət reyestrindən çıxarış, tikilinin təsdiq edilmiş plan-cizgisi, qəbz, texniki pasport, məlumatlandırma icraatı haqqında ərizə əlavə edilmişdir.
19. Mülki iş materiallarında olan İddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən məlum olur ki, o “məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, o, mülkiyyətində olan ünvan 2 ünvanında yaşayış sahəsi 219 kv.m, hündürlüyü 7,6 m., mərtəbəliliyi 2 olan fərdi yaşayış bağ evini inşa etmişdir. Nəzərə alınmasını xahiş edir.
20. Mülki iş materiallarında olan İddiaçı məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə dair çıxarışın, texniki pasportun və qiymətləndirmə arayışının hazırlanması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqının smetasından məlum olur ki, dövlət rüsumu 125 manat, daşınmaz əmlakın inventarlaşdırılması 40+222,62, torpaq sahəsi-20,0, daşınmaz əmlak obyekti barədə məlumatların yoxlanması və daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi 30 manat, qiymətləndirmə arayışının hazırlanması üçün xidmət haqqı 1640 manat olmaqla, cəmi yekun xidmət haqqı -2077, 62 manat müəyyən edilmişdir.
21. Mülki iş materiallarında olan daşınmaz əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçinin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən daşınmaz əmlakın bazar qiymətini müəyyən etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, obyektin qiymətləndirilməsi üçün xidmət haqqının məbləği Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq, qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir... əmlakın bazar dəyərinin hesablanmasına görə 1640 manat məbləğində xidmət haqqının ödənilməsi nəzərdə tutulur.
22. Mülki iş materiallarında olan ********* əməliyyat nömrəli qəbzdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin hesabına 31 manat və 7 manat, ********** nömrəli qəbzdən görünür ki, Bakı İnzibati Məhkəməsinin hesabına 31 manat ödəniş edib.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/2001-5/1695-5/1703 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində (təkrar və əlavə) isə ekspert qarşısında qoyulan suallara cavab olaraq göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza Nümayəndə tərəfindən icra olunmuşdur. Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilədə “Sifarişçi” qrafasında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Ekspertiza xərci 200 manat təşkil edir.
24. X1 179 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qərardadın birinci suala cavabından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilənin tərtib edilməsi ilə onun İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən imzalanmasının eyni vaxtda icra və ya fərqli vaxtda tərtib edilməsinin müəyyən edilməsinə dair elmi-tədqiqat metodikasının işlənilib hazırlanmadığı üçün bu sualı cavablandırmaq mümkün deyil.
25. İkinci sual üzrə cavabdan məlum olur ki, tədqiqata təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi ilə İddiaçı arasında bağlanmış olan xx.xx.2022-ci il tarixli, 378446 nömrəli müqavilənin sonunda “Sifarişçi” qrafasındakı imza Nümayəndə tərəfindən icra olunmuşdur. Xidmət haqqı 300 manat təşkil edir. Tətbiq edilən maddi hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
28. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
29. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
30. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
31. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
32. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
35. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
41. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.
43. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
44. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
45. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
46. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
47. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı.
48. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
49. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı.
50. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.
51. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi özözlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
53. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
54. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119)
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanunu. “6.4. Daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir”. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri” ( Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarı ilə ləğv edilmişdir.) İ. Daşınmaz əmlakın texniki inventarlaşdırılması 1.5. Fərdi yaşayış və bağ evləri üzrə: 1.5.1. sahəsi 100 m2-dək (100 m2 daxil) olduqda Bakı şəhərində -40,0 (manat) 1.5.2. sahəsi 100 m2-dən çox olduqda, hər əlavə 1 m2 üçün Bakı şəhərində -0,36 (manat), 2.2. Həyətyanı və bağ sahələri üzrə, 2.2.1.sahəsi 0,12 ha-dək (0,12 ha daxil) olduqda- 20,0 Vİ. Daşınmaz əmlak obyektinin bazar dəyərinin müəyyən edilməsi və arayışların verilməsi (bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir) “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.1. Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
56. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
59. Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində apardığı tikiliyə çıxarış almaq üçün cavabdehə müraciət etmiş, çıxarış və texniki pasport cavabdehin özünün təyin etdiyi 20 günə yox, 61 gündən sonra verilmiş, həmin vaxt ondan 2077, 62 manat ödəniş etməli olduğu tələb edilmiş, sənədin aylarla ləngiməməsi üçün məcbur olub həmin məbləği ödəmişdir. Daha sonra ondan alınan həmin məbləğin nədən ibarət olması barədə ərizə yazıb, bu zaman ona smeta verilmiş, orada qiymətləndirmə arayışı üçün 1640 manat alındığı qeyd edilib. Çoxsaylı müraciətlərindən sonra ona verilən cavab məktubuna nömrəsiz bir müqavilə əlavə etdilər ki, həmin müqavilə əsasında ondan 1640 manat alınıb. Amma o, heç bir müqavilə bağlamamışdır. Hesab edir ki, həmin müqaviləni ondan qanunsuz aldıqları 1640 manatı ört-basdır etmək üçün yaradıblar.
60. Mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişindən görünür ki, İddiaçı qeydiyyat nömrəsi ********** nömrəli, son icra tarixi xx.xx.2022-ci il olan ərizəsi məsul şəxs Humay Umudova tərəfindən qəbul edilmişdir, ərizəyə şəxsiyyət vəsiqəsinin surəti, etibarnamə, dövlət reyestrindən çıxarış, tikilinin təsdiq edilmiş plan-cizgisi, qəbz, texniki pasport, məlumatlandırma icraatı haqqında ərizə əlavə edilmişdir.
61. Kollegiya qeyd edir ki, əgər iddiaçı həqiqətən cavabdehlə qiymətləndirmə arayışı haqqında müqavilə bağlamış olsaydı, onda cavabdeh tərəfindən verilmiş təsdiqetmə bildirişində əlavə edilən sənəd kimi həmin müqavilə də göstərilməli idi.
62. İddiaçının məhz öz mülkiyyətində apardığı tikililərə dair çıxarış almaq üçün cavabdehə müraciət etməsi hazırkı işin mübahisəsiz halıdır.
63. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
64. Qanunun 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
65. Göründüyü kimi, qanunda hüquqların dövlət qeydiyyatı zamanı tələb olunan sənədlər arasında qiymətləndirmə arayışı nəzərədə tutulmammışdır.
66. Rayon məhkəməsində izahat vermiş cavabdehin nümayəndəsi L.Əliyev tikililərin ilkin qeydiyyatının aparılması zamanı ilkin qiymətləndirmənin aparılmasının zəruri olduğunu, mövcud qanunvericiliyə görə bunun DƏDRX-nin vəzifəsi olduğunu bildirmişdir (i/v 247-248, 1-ci cild).
67. Kollegiya qeyd edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə görə, yalnız dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir.
68. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər arasında qiymətləndirmə arayışı qeyd edilməyib.
69. Həmin Qanunun 10.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
70. Demək ki, hüquqların dövlət qeydiyyatı üçün hansı sənədlərin qəbulu Qanunla müəyyən edilir, müvafiq icra hakimiyyəti yalnız ərizələrin qəbulu ilə bağlı və həm də yalnız prosedur qaydaları tənzimləyə bilər. Belə olan halda müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı zamanı qiymətləndirmə arayışının verilməsi barədə tələb Qanunda nəzərdə tutulmamış, müvafiq icra orqanı da bunu etməyə səlahiyyətli olmamışdır.
71. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli Qərarı ilə ləğv edilmiş, iddiaçıya çıxarış verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri”nin Vİ bəndinə görə, daşınmaz əmlak obyektinin bazar dəyərinin müəyyən edilməsi və arayışların verilməsi (bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir).
72. Hazırkı halda öz mülkiyyətində inşa etdiyi tikililərin qeydiyyatı ilə bağlı müraciət edən iddiaçı tərəfindən Qanunda hüquqların qeydiyyatı zamanı qiymətləndirmə arayışı tələb olunmadığı halda, cavabdehlə qiymətləndirmə barədə müqavilə bağlaması ağılabatan və inandırıcı hesab edilmir. Demək ki, iddiaçının belə bir müqavilə bağlamaq niyyət və iradəsi olmamışdır.
73. MM-in 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
74. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
75. Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
76. Məcəllənin 324.6-cı maddəsinə görə, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
77. MM-in 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
78. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.).
79. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.).
80. Aparılmış ekspertiza tədqiqatları nəticəsində verilən rəylərdən məlum olur ki, təqdim edilən müqavilədəki imza iddiaçının nümayəndəsinə aiddir.
81. MPM-in 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
82. Beləliklə də, iddiaçı öz mülkiyyətindəki tikililəri qeydiyyata aldırmaq məqsədilə cavabdehə müraciət etmiş iddiaçı tərəfindən qeydiyyat zamanı Qanunda tələb olunan sənədlər arasında qiymətləndirmə arayışı olmadığı halda, cavabdeh təşkilatla bağladığı iddia edilən xx.xx.2022-ci il tarixli müqavilənin aşkar şəkildə iddiaçının iradəsinə uyğun olmadığı müəyyən edilir.
83. Məhkəmə kollegiyası müqavilədəki imzanın iddiaçının nümayəndəsinə məxsus olması barədə ekspert rəylərinə münasibətdə qeyd edir ki, qanunda belə bir tələb olmadığı halda, iddiaçının cavabdehlə belə bir müqavilə bağlamasının onun iradəsinə uyğun olması ağılabatan mühakiməyə uyğun gəlmir. Məhkəmə kollegiyası, bu vaxt, iddiaçının nümayəndəsi Nümayəndə ali təhsilli inşaat mühəndisi olmaqla, uzun müddət öz ixtisası üzrə müxtəlif yerlərdə, o cümlədən 1968-1982-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsində (onun nəzdində olan Bağlar təsərrüfatı və Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinə nəzarət şöbəsində) işlədiyini, bu məsələrlə bağlı kifayət qədər məlumatlı olmağını da nəzərə alır. Demək ki, o heç vaxt mülkiyyətində olan sahədə aparılmış əlavə tikililərin sənədləşdirilməsi üçün zəruri olmayan və qanunda nəzərdə tutulmayan qiymətləndirməyə dair müqavilə bağlaya bilməzdi. Həmin müqavilənin əslinin yalnız rayon məhkəməsinin qərardadı əsasında cavabdeh təşkilatdan məcburi alınması da onu sübut edir ki, müqavilə tərəflərin qarşılıqlı iradəsinə əsaslanan razılığı təsdiqi olmayıb, çox güman ki, məhz iddiaçının nümayəndəsi bildirdiyi kimi, onun tərəfindən cavabdeh təşkilatdan təqdim edilən digər sənədlərin imzalanması zamanı fərqinə varılmadan texniki olaraq imzalana bilərdi. Cavabdeh tərəf bunun əksinin təsdiq edə biləcək hər hansı sübut (həmin müqavilənin bağlanması ilə bağlı tərəflər arasında olan danışıq, sövdələşmə və müvafiq şərtlərlə bağlı razılaşma barədə hər hansı sübut) təqdim etməmiş, yalnız iddiaçının müqavilədəki imzasının mövcudluğuna istinad etmişdir. Amma nəzərdən qaçırmaq olmaz ki, müqavilədə (və ya istənilən sənəddəki) imzanın şəxsə məxsus olması, heç də bütün hallarda müqavilədə (və ya digər sənəddə) qeyd edilənlər barəsində imza sahibinin razılığının olması kimi təfsir edilə bilməz. Müqavilədəki imza iradənin təsdiqi olmaqla, yalnız həmin müqavilədə əks olunanlara dair imza sahibinin iradəsinin mövcudluğu halında əhəmiyyətlidir, əks halda, yəni iradənin mövcudluğu sübut olunmursa, təkcə imzanın mövcudluğu yetərli sayıla bilməz. Bu halda imzanın olduğu müqavilədə (və ya istənilən sənəddə) əks olunanlar əhəmiyyətsiz olmaqla, həmin müqavilə mövcud olmayan- puç əqd hesab olunur. Çünki əqdin əmələ gəlməsinin (etibarlı olmasının) mühüm (ümdə) şərti məhz tərəfin həmin əqdi bağlayarkən arzu olunan nəticəyə yönəlik sərbəst iradə ifadəsinin olmasıdır. Həmin şərtin gözlənilməməsi, ümumiyyətlə əqdin mövcudluğunu istisna edir.
84. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarına görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.
85. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
86. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
87. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).
88. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim olunan müqavilənin forması ilə bağlı da aşağıdakıları qeyd edir.
89. MM-in 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
90. Həmin Məcəllənin 406.2-ci maddəsinə görə, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.
91. Məcəllənin 406.3-cü maddəsinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
92. Hazırkı müqavilənin kim tərəfindən imzalanması qeyd edilməmiş, yalnız cavabdeh orqanın adı və imza, sifarişçi və imza əks olunmuşdur. Yəni müqaviləni imzalayanların kimliyi müəyyən edilmir. Bundan başqa, iddiaçının müraciətindən sonra cavabdehin ona göndərdiyi müqavilədə heç bir nömrə olmadığı halda, məhkəmənin qərardadı əsasında cavabdehdən götürülmüş müqavilənin əslində qırmızı ştampla 378446 nömrəsi qeyd edilib. Bütün bunlar onu göstərir ki, cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi həmin müqavilə, həm də qanunvericilikdə təsbit olunan forma tələblərinə cavab vermir.
93. Beləliklə də şərh olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan alınan 1640 manatın pul vəsaitinin alınmasının əsası kimi cavabdehin istinad etdiyi həmin müqavilə tərəflərin qarşılıqlı iradə ifadəsini əks etdirmədiyindən, onun bağlanması tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlı olmadığından, etibarsızdır.
94. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
95. MM-in 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
96. Cavabdehin istinad etdiyi həmin müqavilə etibarsız olduğundan, demək ki, həmin müqavilə əsasında iddiaçıdan 1640 manat pul vəsaiti alınmasının qanuni əsası olmadığından, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
97. İddiaçı həmçinin həmin məbləğin cavabdehdə qanunsuz saxlanması ilə bağlı bank uçot dərəcəsinə uyğun 6,5 faiz, yəni 106,60 manat, ödənilmiş cəmi 68 manat dövlət rüsumunun əvəzini də tələb edir.
98. MM-in 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
99. MM-in 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
100. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pul vəsaitinin qanunsuz saxlanması barədə 106,60 manat MM-in 449.1-ci maddəsinə əsasən, əsaslıdır və təmin edilməlidir.
101. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
102. Odur ki, məhkəmə xərclərinə dair 68 manat hissədə də tələb əsaslıdır və təmin edilməlidir.
103. İddiaçı həmçinin 3000 manat mənəvi zərər tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəfələrlə cavabdeh orqana müraciət etmiş, onun bir sıra müraciətləri vaxtında cavablandırılmamış, bəzən isə cavab verilmiş və müvafiq olaraq da bunun nəticəsində iddiaçının gümansızlıq hissinə qapılması, məyus olması və narahatlıq keçirməsi qaçılmaz olmuşdur.
104. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda Avropa Məhkəməsinin presedentlərində vurğulandığı kimi, yalnız pozuntu faktının müəyyən edilməsi ədalətli kompensasiya sayıla bilməz, belə bir yanaşma bu işin halları baxımından ədalətli və mütənasib olmayacaqdır. Odur ki, mənəvi zərər hissədə iddia tələbi qismən təmin edilməlklə cavabdehdən 200 (iki yüz) manat alınaraq iddiaçıya verilməsi mütənasib və ədalətli hesab edilməlidir. Nəticə:
105. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbləri təmin edilərək, xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilməli, iddiaçıdan əsassız alınmış 1640 manat, maddi zərər və məhkəmə xərci kimi cəmi 174,60 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
106. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, eləcə də ekspetiza tədqiqatları üçün ödənilmiş cəmi 326 (üç yüz iyirmi altı) manat Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə, 300 manat X2 xeyrinə cavabdehdən tutulmalıdır.
107. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-162/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri təmin edilsin və cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə etibarsız hesab edilsin, iddiaçıdan əsassız alınmış 1640 manat, maddi zərər və məhkəmə xərci kimi cəmi 174,60 manat olmaqla, ümumilikdə 1814,6 (min səkkiz yüz on dörd manat altı qəpik) manat və 35 manat apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq İddiaçı verilsin. Məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat və məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası tədqiqatının dəyəri olan 200 (iki yüz) manat, cəmi 326 (üç yüz iyirmi altı) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X3, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Apellyasiya baxışı zamanı mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş 300 (üç yüz) manat xərc cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq X1 (VÖEN **********, İBAN: AZ94BRES**********474602201, "xxxx" ASC-nin “Nərimanov” filialı, kodu: 513489, M/h: AZ80NABZ********************, SWİFT:BRESAZ22) hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.