Məhkəmə qərarları › İş №2(103)-254/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-254/2023

06.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-254/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-254/2023 (Açar sözlər: “istilik komunikasiya xəttlərinin bərpası”) Bakı şəhəri 06 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Cahangir Afər oğlu Yusifov və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" MMMC-nin qanuni təmsilçisi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi X7 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2022 saylı, 06 aprel 2022ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-512 saylı Arayışın surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə, 10:00-10:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

2. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 7411.30 qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin mülkiyyətindədir.

3. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.6210 torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.

4. 01.05.2017-ci il tarixli 1117-MM4-0046 nömrəli X3 X8 Şəhadətnamədən görünür ki, hüquqi şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır.

5. 16.09.2019-cu il tarixli 1117-MM4-0046 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın sürətindən görünür ki, Nümayəndə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin qanuni təmsilçisidir. Cəmiyyətin daşınmaz əmlak kompleksini, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək fəaliyyət predmeti və məqsədidir.

6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “İnşaatçı” şirkətinə verilmiş xx.xx.2004-cü il tarixli qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki Passportundan görünür ki, texniki passportun “əsas tikintilərin və xidməti tikintilərin, həyətdaxili qurğuların və təyinatı və xarakteristikaları” bölməsində ünvan 1 ünvanında tikilimiş çox mənzilli yaşayış binasına xidmət edən “Qazanxana” binası yerləşmişdir.

7. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/5315 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın ümumi istifadəsində olan mərkəzləşdirilmiş istilik kommunikasiya xəttləri və onun ayrılmaz hissəsi olan qazanxana xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və həmin çıxarışa əlavə olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir.

8. Həmçinin, həmin Rəydən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın qarşısında yerləşən eni 6,0 m., uzunluğu 8,8 m. ölçüdə olmaqla mişar daşından tikilmiş qazanxana mövcuddur.Lakin həmin qazanxanabinasının paylayıcı xəttlərinin kəsildiyi müəyyən olunmuşdur.

9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/5315 saylı, xx.xx.2022-ci il tarixli rəy üzrə tədqiqatın dəyəri 100 (bir yüz) manatdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı "xxxx" MMMC cavabdeh "xxxx" MMC-yə qarşı “istilik komunikasiya xəttlərinin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xətlərinin "xxxx" MMC tərəfindən bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binada 2017-ci ildən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Lakin binanı inşa edən şirkətin nümayəndələri binanın istilik kommunikasiya xətlərinin bir hissəsini söküb aparmış, digər hissələrini də 05 aprel 2021-ci il tarixdə sökərkən bu söküntü əməllərindən 102 xidmətinə məlumat verilmiş, polis əməkdaşları gəlmiş və bu işin mülki qaydada həll olunmasını bildirmişlər. 2017-ci ildə binanı inşa edən şirkət tərəfindən istilik sistemi dayandırılmışdır. Hazırda yeni yaradılan cəmiyyət tərəfindən bina idarə olunur və gələcəkdə həmin istilik sistemini bərpa etmək nəzərdə tutulur.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2022 saylı, 06 aprel 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 26 saylı binanın istilik kommunikasiya xəttlərinin bərpa edilməsi cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli qeyri yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki Passportundan görünür ki, texniki passportun “əsas tikintilərin və xidməti tikintilərin, həyətdaxili qurğuların və təyinatı və xarakteristikaları” bölməsində ünvan 1 ünvanında tikilimiş çox mənzilli yaşayış binasına xidmət edən “Qazanxana” binası yerləşmişdir.

16. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı bina "xxxx" MMC tərəfindən inşa edilərkən mərkəzləşdirilmiş qaydada isti suyun verilməsini təmin etmək məqsədi ilə həmin bina istilik kommunikasiya xətləri ilə təchiz edilməsi və binada olan mənzillər sakinlərə satılanda mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri mövcud olması, hətta bir müddət isti su mərkəzləşdirilmiş qaydada həmin xətlər vasitəsi ilə verilsə də, 01 may 2017-ci il tarixdə həmin binada olan mənzillərin mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış, cari ilin aprel ayında isə binanın mərkəzləşdirilmiş istilik kommunikasiya xətləri "xxxx" MMC tərəfindən sökülməsi işin mübahisəsiz halıdır.

17. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri öz yaşayış sahələri üzrə mülkiyyət hüququ əldə etməklə yanaşı həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan bir sıra obyektlərlə, həmçinin ümumi istifadə də olan mərkəzləşdirilmiş istilik kommunikasiya xətlərinə də ümumi paylı mülkiyyət hüququ mülkiyyətçilərə keçmiş, daha sonra 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri həmin daşınmaz əmlak kompleksini birgə idarə etmək, həmçinin binanın ümumi əmlakının istismarını, istifadəsini təmin etmək məqsədi ilə 01 may 2017-ci il tarixdə "xxxx" MMMC yaratmışlar. Lakin buna baxmaraq "xxxx" MMC cari ilin aprel ayında mülkiyyətində olmayan istilik kommunikasiya xətlərini sökmüşdür. Göründüyü kimi qanunverici vurulmuş ziyanın ödənilməsi tələblərini müəyyən etmişdir. Hazırda iddiaçıya zərərin cavabdehin qanunazidd hərəkətləri nəticəsində vurulması işin mübahisəsiz halı olduğdan, bu tələblərə əsasən ziyanvuran qanunazidd təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurduğu ziyanın əvəzinin ödəməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə, 1096.2-ci maddəsinə, 1097.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci -35.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2022 saylı, 06 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı ş, Yasamal ray, Zahid Xəlilov küçəsi, 26 saylı bina 2004-cü ildə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmişdir. Mənzil-tikinti kooperartivdən fərqli olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu üçün həmin binanı, binaya aid olan bütün qurğuları, konstruksiyaları, o cümlədən qazanxananı öz vəsaiti hesabına tikib quraşdırmışdır. Sözügedən binanın yerləşdiyi torpaq da cavabdehin mülkiyyətindədir. Həmin binanın həyətində cavabdehə məxsus qazanxana yerləşir. Qazanxana və ondan keçən istilik kommunikasiya xətləri vahid bir sistem təşkil edir. Binada olan mənzillərin mülkiyyətçiləri mərkəzləşdirilmiş qaydada isti suyun və istiliyin verilməsindən imtina etdikdən sonra, hər mülkiyyətçi öz mənzilində kombi sistemi quraşdırmış və mənzilin daxilində keçən istilik xətlərini mərkəzi isitmə sistemindən ayırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Bakı ş, Yasamal ray, Z.Xəlilov küçəsində yerləşən 26 saylı binanın mənzillərinin mülkiyyətçiləri öz yaşayış sahələri üzrə mülkiyyət hüququ əldə etməklə yanaşı, həmçinin ümumi istifadədə olan mərkəzləşdirilmiş istilik kommunikasiya xətlərinə də ümumi paylı mülkiyyət hüququ mülkiyyətçilərə keçmişdir.Və cavabdeh "xxxx" MMC onun mülkiyyətində olmayan istilik kommunikasiya xətlərini sökmüşdür.Hesab edir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, çünki cavabdeh tərəfindən sökülmüş istilik kommunikasiya xətləri cavabdehə məxsus olan və onun öz vəsaiti hesabına tikilən qazanxananın ayrılmaz hissəsidir.Hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmişdir, çünki mübahisənin predmeti olan istilik kommunikasiya xətləri cavabdehə məxsus olduğundan, onun vəsaiti hesabına quraşdırıldığından bu xətlər çoxmənzilli binanın ümumi əmlakı sayılmır və ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus deyil.

b) Apellyasiya şikayətinə yazılı etiraz

21. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

24. 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

25. 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

26. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.

27. Həmin Məcəllənin 35.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın.

28. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam və ya qismən ləğv edə, işdə olan sübutlar və ya yeni təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalıdır.

45. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 7411.30 qeyri-yaşayış sahəsi və ünvan 1 ünvanda yerləşən 0.6210 torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.

46. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təyin olunmuş ekspertiza ilə bağlı verilmiş 10/5315 saylı, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın ümumi istifadəsində olan mərkəzləşdirilmiş istilik kommunikasiya xəttləri və onun ayrılmaz hissəsi olan qazanxana xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların X8 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və həmin çıxarışa əlavə olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir.

47. Həmçinin, həmin Rəydən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın qarşısında yerləşən eni 6,0 m., uzunluğu 8,8 m. ölçüdə olmaqla mişar daşından tikilmiş qazanxana mövcuddur.Lakin həmin qazanxana binasının paylayıcı xəttlərinin kəsildiyi müəyyən olunmuşdur.

48. 01.05.2017-ci il tarixli 1117-MM4-0046 nömrəli X3 X8 Şəhadətnamədən görünür ki, hüquqi şəxs "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır.

49. 16.09.2019-cu il tarixli 1117-MM4-0046 nömrəli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın sürətindən görünür ki, Nümayəndə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin qanuni təmsilçisidir. Cəmiyyətin daşınmaz əmlak kompleksini, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək fəaliyyət predmeti və məqsədidir.

50. Hazırda iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 26 saylı binanın qarşısında yerləşən eni 6,0 m., uzunluğu 8,8 m. ölçüdə olmaqla mişar daşından tikilmiş qazanxana binasının paylayıcı xəttlərinin cavabdeh tərəfindən kəsildiyini, buna görə də həmin xəttlərin bərpa edilməsi öhdəliyi daşıdığını iddia edir.

51. Halbuki, həmin qazanxana cavabdeh "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir.

52. Bundan başqa iddia ərizəsindən və tərəflərin izahatından da göründüyü kimi, Bakı ş, Yasamal ray, Zahid Xəlilov küçəsi, 26 saylı bina 2004-cü ildə cavabdeh "xxxx" MMC tərəfindən inşa edilmişdir. Mənzil-tikinti kooperartivdən fərqli olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu üçün həmin binanı, binaya aid olan bütün qurğuları, konstruksiyaları, o cümlədən qazanxananı öz vəsaiti hesabına tikib quraşdırmışdır.Sözügedən qazanxananın yerləşdiyi torpaq da cavabdehin mülkiyyətindədir. Qazanxana və ondan keçən istilik kommunikasiya xətləri vahid bir sistem təşkil edir.

53. Binada olan mənzillərin mülkiyyətçiləri 2017-ci ilin aprel ayında mərkəzləşdirilmiş qaydada isti suyun və istiliyin verilməsi üçün müqavilə bağlamaqdan imtina etdikdən sonra, hər mülkiyyətçi öz mənzilində kombi sistemi quraşdırmış və mənzilin daxilində keçən istilik xətlərini mərkəzi isitmə sistemindən ayırmışdır.

54. Beləliklə, mübahisə edilən qazanxananın və ondan keçən istilik kommunikasiya xətlərinin iddiaçıya, yaxud bina sakinlərinə təhvil verilməli olması, yaxud təhvil verildiyi barədə hər hansı sübut iş materiallarında müəyyən olunmur.

55. Azərbaycan Respublikası MPM-in tələblərinə əsasən:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Beləliklə, mübahisənin predmeti olan istilik kommunikasiya xətləri yaşayış binasının yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən binaya xidmət göstərilməsi üçün nəzərdə tutulduğu təsdiq olunmur.

59. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.

60. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən çoxmənzilli bina məhv olduqda, o cümlədən təsadüfi dağıldıqda, söküldükdə yaşıllaşdırma-abadlaşdırma elementləri ilə birlikdə binanın yerləşdiyi torpaq sahəsinə və göstərilən torpaq sahəsində yerləşən həmin binaya xidmət göstərməsi, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş digər obyektlərə binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyət hüququnda payları çoxmənzilli bina məhv olanadək, o cümlədən təsadüfi dağılanadək, sökülənədək həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq saxlanır. Göstərilən mülkiyyətçilər mülki qanunvericiliyə uyğun olaraq bu maddədə nəzərdə tutulan əmlaka sahiblik edir, ondan istifadə edir və barəsində sərəncam verirlər.

61. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

62. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

63. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

64. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

65. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının iddiasında tələb etdiyi öhdəliyinin yaranması iş materialları ilə təsdiqini tapmamışdır.

66. Beləliklə, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2022 saylı, 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır.

67. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə (X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilməlidir.

68. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100,0 (bir yüz) manat məbləğindədir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2022 saylı, 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia rədd edilsin. Aapellyasiya baxışı zamanı ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq dövlət büdcəsinə (X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar