Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2544/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək dəyəri 6035 manat olan 1 ədəd böyük konsol, dəyəri 4794 manat olan 1 ədəd kiçik konsol, dəyəri 4930 manat olan 1 ədəd kreslo, dəyəri 2237 manat olan 1 ədəd kiçik masa, dəyəri 5406 manat olan 1 ədəd divan, dəyəri 2754 manat olan 2 ədəd divana aid kiçik masalar, dəyəri 7514 manat olan 1 ədəd masa, dəyəri 5202 manat olan 12 ədəd stullar, dəyəri 11492 manat olan 1 ədəd çarpayı, dəyəri 3400 manat olan 1 ədəd döşək “Hilton Otel”, dəyəri 3876 manat olan 2 ədəd tumba, dəyəri 380 manat olan 1 ədəd benç, dəyəri 5276 manat olan 1 ədəd komod, dəyəri 935 manat olan güzgü, dəyəri 2108 manat olan 1 ədəd kreslo, dəyəri 1547 manatolan ədəd kiçik masa, dəyəri 14280 manat olan 2 ədəd divan, dəyəri 3604 manat olan 1 ədəd jurnal masası, dəyəri 9520 manat olan 2 ədəd kreslo, dəyəri 10608 manat olan 1 ədəd komod, dəyəri 4760 manat olan 1 ədəd konsol, dəyəri 8670 manat olan 1 ədəd masa, dəyəri 10370 manat olan 10 ədəd stullar, dəyəri 2312 manat olan 2 ədəd kreslo-stullar, dəyəri 3740 manat olan 2 ədəd hündür tumbalar, dəyəri 2244 manat olan 1 ədəd divan masası, dəyəri 1700 manat olan 1 ədəd rəsmdən ibarət ümumi dəyəri 141.678 manat olan mebel əşyalarının; dəyəri 1530 manat olan 2 ədəd ağ torşerlər, dəyəri 1428 manat olan 2 ədəd qara torşerlər, dəyəri 31450 manat olan 11 ədəd “Collezione” çilçıraqlar, dəyəri 9945 manat olan 13 ədəd “Collezione” braları, dəyəri 7140 manat olan 2 ədəd ipək xalça, dəyəri 18360 manat olan 1 ədəd “Baccarat” gümüş xrustal güldan, dəyəri 18870 manat olan 11 ədəd “De Greggio” gümüş vaza, dəyəri 3910 manat olan 1 ədəd “De Greggio” gümüş çay servisi, dəyəri 11560 manat olan 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəlbıçaq dəsti, dəyəri 2380 manat olan 2 ədəd “Christofle” gümüş sous qabları, dəyəri 1190 manat olan 2 ədəd “De Greggio” gümüş kürü qablan, dəyəri 765 manat olan 1 ədəd “DeGreggio” gümüş sini, dəyəri 775.2 manat olan 12 ədəd “De Greggio” gümüş salfet halqaları, dəyəri 166.600 manat olan 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, dəyəri 30940 manat olan 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi, dəyəri 2652 manat olan 12 ədəd gümüş stəkanaltılar, dəyəri 425 manat olaxı 12 ədəd gümüş qaşıqlar, dəyəri 2380 manat olan 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar, dəyəri 5270 manat olan 6 ədəd “Versace” vazalar, dəyəri 952 manat olan 4 ədəd “Vera Wang” gümüş çərçivələr, dəyəri 408 manat olan 2 ədəd “De Greggio” gümüş salfet qabları, dəyəri 3672 manat olan 24 ədəd “Tibon” qədəhlər”, dəyəri 2448 manat olan 36 ədəd “Tibon” qədəhlər”, dəyəri 5440 manat olan 5 ədəd “LLADRO/Rosental” heykəlciklər, dəyəri 2618 manat olan 7 ədəd xrustal şamdanlar, dəyəri 4165 manat olan 7 ədəd xrustal vazalar, dəyəri 13940 manat olan mətbəx qab-qacağı, süfrə ləvazimatlarından ibarət ümumi dəyəri 201.278 manat olan qabqacaqların, dəyəri 4200 manat olan 1 ədəd “LG” soyuducu, dəyəri 1200 manat olan 1 ədəd “Bosh” paltaryuyan maşın, dəyəri 600 manat olan 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba, dəyəri 4200 manat olan 1 ədəd 75" “Samsung” televizor, dəyəri 4100 manat olan 1 ədəd 70" “Samsung” televizor, dəyəri 3800 manat olan 1 ədəd 65" “Samsung” televizor, dəyəri 2600 manat olan 1 ədəd 55" “Samsung” televizor, dəyəri 2200 manat olan kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşm və s.) ibarət ümumi dəyəri 22.900 olan məişət texnikasının, dəyəri 136.000 manat olan “Graff’ markalı 1 brilyant 2 crt+20,5 crt-hq brilyantlarla nişan üzüyü, dəyəri 17.000 manat olan “Graff’markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü, dəyəri 54.400 manat olan “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük), dəyəri 51.000 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üziik), dəyəri 10200 manat olan “Dior” markalı qara brilyantlarla saat, dəyəri 10200 manat olan “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon, dəyəri 2550 manat olan sırğa və üzük, dəyəri 5950 manat olan qızıl quranqabı ilə boyunbağı, dəyəri 4760 manat olan “Chopard” markalı sarı qızıl brilyantlarla üzük, dəyəri 8500 manat olan “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); dəyəri 8160 manat olan “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa, dəyəri 5100 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər, dəyəri 12920 manat olan “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük, dəyəri 3570 manat olan “Roberto Coin” markalı sarı qızıl sırğa, dəyəri 5100 manat olan “Van Cleef”’ markalı sarı qızıl boyunbağı kulon ilə, dəyəri 15470 manat olan “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı, dəyəri 1700 manat olan “Apey” markalı ağ qtzıl qolbaqdan ibarət ümumi dəyəri 352.580 manat olan zinət və bəzək əşyalarının, dəyəri 5000 manat olan göy rəngli Norka (su samuru) şuba, dəyəri 20000 manat olan qəhvəyi rəngli sobol (samur) şuba, dəyəri 5900 manat olan ağ rəngli “Gucci” palto, dəyəri 6100 manat olan qara rəngli “Lui Vuitton” palto, dəyəri 2000 manat olan ağ rəngli palto, dəyəri 37500 manat olan 8 ədəd ziyafət geyimləri, dəyəri 15000 manat olan 15 ədəd ayaqqabı, dəyəri 4800 manat olan 4 ədəd şərflər, dəyəri 30000 manat olan müxtəlif geyimlər, dəyəri 18000 manat olan 6 ədəd çantalardan ibarət ümumi dəyəri 144.340 manat olan geyimlərin üzərinə həbs qoyulması, onların istifadəsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır (sədrlik edən: Fərid Əyyubov). Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır...Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Kollegiya iş materiallarını və cavabdehin şikayətinin dəlillərini araşdıraraq, qeyd edilən normaların tələblərini əsas götürməklə belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün iddianın təmin tədbiri kimi iddia təmin tədbiri barədə ərizədə qeyd edilən əşyaların cavabdeh tərəfindən istifadəsinin işə mahiyyəti üzrə baxılanadək qadağan edilməsi məqsədəmüvafiqdir. Cavabdeh şikayətində bildirmişdir ki, ərizə Ənvər Əmirəliyev tərəfindən imzalansa da, ərizənin qoşmasında onun səlahiyyətinin olmasına dair etibarnamə qeyd edilməmişdir. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası-İİN 137999 saylı etibarnamədə (i.v. 9) əsasən X1 iddia ərizəsinin, ərizələrin (vəsatətlərin), məhkəmə aktlarından şikayət verilməsi, etiraz və mülahizələrin imzalanması və s. öz əksini tapmışdır. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırda sözügedən əşyalardan istifadənin qadağan edilməsi iddianın təmin tədbiri kimi nəzərdə tutulmuşdur, yəni işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd edilən halları və hüquq normalarının tələblərini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5722/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2544/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2544/2021
05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver