Məhkəmə qərarları › İş №2(103)-2549/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2549/2023

10.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2549/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh X1rşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, iddiaçı X3 cavabdeh Azəriqaz İB-yə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsiylə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)-5542 /2022 nömrəli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı X6 cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500000 manat məbləğdə pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ciil tarixli, 2(011)- 5542/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mənəvi zərərə görə 20000 manat pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi, 150 manat məbləğdə dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Qətnamə ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

6. “Dövlət rüsumu haqqında” AR Qanununun: Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğdə dövlət rüsumu ödənilməlidir; Maddə 8.6-cı maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci və 8.2-ci maddələri ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğdə dövlət rüsumu tutulur;

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4-cü maddəsinə uyğun hesablama apardıqda məlum olur ki, iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 790 manatdır (390 manat + (500000 x 0,1%).

8. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, cavabdeh qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq, “birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun 50 faizi”, yəni 395 manat (540 x 50%) məbləğdə dövlət rüsumu ödəməli olduğu halda, iddianın təmin edilən hissəsinə uyğun olaraq 75 manat məbləğdə dövlət rüsumu ödəmişdir.

9. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsi apelyasiya şikayəti verildiyi halda dövlət rüsumunun məbləğini iddianın təmin olunmuş hissəsi ilə deyil, birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun məbləği ilə tənzimləyir.

10. Lakin birinci instansiya məhkəməsi qanunun imperativ göstərişlərini nəzərə almamış, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

11. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(011)-5542 /2022 nömrəli qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar