Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2550/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2550/2024 (Açar sözlər: əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-622/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Mingəçevir 55 saylı X4 Mexanikləşdirilmiş Dəstə “AqrarTikinti” filialı adlandırılmışdır. 2005-ci ilin yanvarından etibarən Cavabdeh X7 Cəmiyyəti tərəfindən tikinti işləri təmin edilmədiyi üçün filial fəaliyyət göstərmir. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Əsasnaməyə əsasən filial hüquqi şəxs deyildir, onun istifadəsində olan əmlak Cavabdeh X7 Cəmiyyətinə məxsusdur. Mingəçevir “AqrarTikinti” filialı xx.xx.2022-ci il tarixli 23 nömrəli əmrə əsasən ləğv edilmiş və müvafiq əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. 2005-ci il tarixdən hal-hazıradək əmək haqqı almamışdır. İddiaçı Cavabdeh X7 Cəmiyyətinin əmlakını hələ də mühafizə edir. Göstərilənlər nəzərə alınmaqla 2005-ci ilin yanvar ayından etibarən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməmiş əmək haqqının hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 622/2024 saylı qətnaməsi ilə (hakim Fuad Babayev) iddia təmin edilməmişdir
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 70-ci maddəsini "xxxx" bəndi, 154.1, 155.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
7. Apellyasiya baxışı zamanı iddiaçı verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
9. Maddə 11, “ə” bəndi. Bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüquqlarındandır.
10. Maddə 70, "xxxx" bəndi. Müəssisə ləğv edildikdə işəgötürən əmək müqaviləsini ləğv edə bilər.
11. Maddə 154.1. Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
12. Maddə 155.2. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
16. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, iş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 23 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Mingəçevir “AqrarTikinti” filialı ləğv edilmişdir.
28. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının 2012- 2017-ci illər üzrə fəaliyyətinin olmaması və işçilərə əmək haqqı ödənilməməsi barədə arayış İddiaçı tərəfindən vergi qurumuna təqdim edilmişdir.
29. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının 2022- 2027-ci illər üzrə fəaliyyətinin olmaması və işçilərə əmək haqqı ödənilməməsi barədə arayış İddiaçı tərəfindən vergi qurumuna təqdim edilmişdir.
30. İş materiallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası X2 sərgisinin müstəqil təsərüfat hesablı təşkilata çevrilməsi haqqında xx.xx.1992-ci il tarixli 315 nömrəli qərarı əlavə edilmişdir.
31. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yevlax “AqrarTikinti” filialının anoloji sənədləri əlavə edilmişdir (sözügedən müəssisə Mingəçevir “AqrarTikinti” filialından fərqli olaraq fəaliyyət göstərmişdir).
32. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının Əsasnaməsinin 3.2-ci bəndinə əsasən müəyyən olunur ki, filialın təsərrüfat fəaliyyətindən əldə edilmiş mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra qalan xalis mənfəət ümumi yığıncağın müəyyən etdiyi qaydada bölüşdürülür.
33. İş materiallarına İddiaçı kadr sənədləri əlavə edilmişdir.
34. Kollegiya ilk növbədə işin mübahisəsiz halı olaraq onu qeyd edir ki, İddiaçı özünün də iddia ərizəsində bildirdiyi kimi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialı 2005-ci ildən etibarən fəaliyyət göstərmir və iddiaçı həmin müəssisənin rəhbəri kimi də bu barədə hesabatları vergi orqanına təqdim etmişdir. Cavabdeh tərəf də müəssisənin həmin tarixdən etibarən fəaliyyətinin dayandırılmasını inkar etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı sözügedən müəssisədə hüquqi və faktiki zərurətin olmaması səbəbindən 2005-ci ildən etibarən əmək funksiyalarını icra etməmiş, formal olaraq əmək münasibətlərində olmuşdur. Bu halda həmin dövr ərzində əmək haqqı almasını zəruri edən hər hansı əmək fəaliyyəti həyata keçirməmişdir.
35. Halbuki Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
36. Bundan əlavə iddiaçı öz apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının Əsasnaməsinin 3.2-ci bəndinə əsaslanaraq filialın təsərrüfat fəaliyyətindən əldə edilmiş mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra qalan xalis mənfəət ümumi yığıncağın müəyyən etdiyi qaydada bölüşdürüldüyünü bildirmiş, lakin məhkəmə filialın tikinti işləri ilə təmin edilmədiyini nəzərə almamışdır. Qeyd edilənlərə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi də məhz filialın iddiaçının da qeyd etdiyi kimi 2005-ci ildən etibarən fəaliyyət göstərməməməsinə əsaslanaraq haqlı olaraq bildirmişdir ki, rəhbəri İddiaçı olmuş sözügedən müəssisə fəaliyyət göstərmədiyindən və gəlir əldə etmədiyindən olmayan gəlirdən ödəniş etmək kimi bir öhdəliyi yaranmamışdır.
37. Həmçinin kollegiya qeyd edir ki, hüququnun pozulduğunu iddia edən tələb hamıdan öncə özü ilk növbədə onun müdafiəsi ilə bağlı maraqlı olmalı, qanunvericiliyin ona verdiyi hüquqlardan sui-istifadə etməməli, vaxtında müdafiəsini nəzərdə saxlamalıdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməməsinə baxmayaraq məhkəmə hər bir halda tərəflərin bu barədə intizamlı və məsuliyyətli olması baxımından qeyd edir ki, iddiaçı hələ 2005-ci ildən etibarən əmək haqqısının ödənilmədiyi qənaətində olmasına baxmayaraq indiyədək bununla bağlı heç bir hüquqi addımlar atmamış, bunun səbəbini aydınlaşdırmamış, lazımi intizamı göstərməmişdir.
38. Bundan əlavə kollegiya həmçinin bildirir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərkən cavabdeh tərəfindən qeyri-müəyyən bir məbləğin ödənilməsini tələb etmiş, konkret olaraq hansı məbləğdə əməkhaqqı aldığını və hansı məbləğin ötən dövr ərzində ödənilmədiyini hesab etdiyini bildirməmiş və tələbinin əsasını konkret sübutlarla möhkəmləndirməmişdir.
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ödənilməmiş əmək haqqının qaytarılması ilə bağlı iddiasını haqlı olaraq təmin etməmişdir və qətnamənin ləğvi üçün hər hansı əsas mövcud deyildir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
41. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
43. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-622/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova