Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2553/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı pul tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3599/20 saylı xx.xx.2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” ASC-dən sığorta ödənişi olaraq 4581 (dörd min beş yüz səksən bir) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olaraq 5941 manat pul və sığorta hadisəsi baş verdiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində X7 mülkiyyətində olan “Hyundai-Azera" markalı, 10-SN045 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edib hərəkətdə olarkən qarşıdan X2 idarə etdiyi “VAZ 2107" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətində olan avtomobilə qabaq hissəsindən dəyərək toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Hyundai-Azera" markalı, 10- SN-045 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı “VAZ 2107" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı məlumat verildikdə “xxxx" ASC-nin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilə dəymiş maddi ziyan “xxxx" ASC tərəfindən ödənilməmişdir. 2012-ci il buraxılışlı, “Hyundai-Azera" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilimi xx xxxxxx 2018-ci il tarixdə almış və mülkiyyətində olan avtomobilini idarə etməyə oğlu Vüqar Əliyevə etibarnamə əsasında icazə vermişdi. Hadisə nəticəsində "VAZ 2107" markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs X1 rayon Dövlət Yol Polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-cl maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. İddiaçı tərəfindən “xxxx" ASC-yə baş vermiş hadisə ilə bağlı bütun sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar “Hyundai” avtomobillərin rəsmi servisi olan “Auto Azərbaycan" şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 5941 manat təşkil etmişdir. Bu barədə avtomobilin icbarı sığortaçısı “xxxx" ASC-yə rəsmi sənədləri təqdim etməyinə baxmayaraq cavabdeh avtomobilə dəymiş ziyanla bağlı ödənişi etməkdən qanunsuz olaraq yayınmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh “xxxx" ASC-nin səlahiyətli nümayəndəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir, hüququn tətbiq edilməsində səhv buraxmış və bu düzgün olmayan qətnamənin qəbul olmasına səbəb olmuşdur. Kollegiya apellyasiya şikayətini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdeh “xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan AD № ******* nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2012-ci il buraxılışlı “Hyundai Azera” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 046864 saylı arayışın surətinə əsasən, X3 idarə etdiyi “VAZ 21074” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə əmlaka zərər dəymişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 xx.xx.2020-ci il tarixdə, saat 10:00-da Suraxanı rayon DYPŞ ərazosondə “VAZ 21074” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 9/3667 saylı ekspert rəyinə əsasən, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə avtoehtiyyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla təxminən 4581 manat müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdur. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 4581 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyinə uyğun olaraq 4581 manat məbləğdə pulun “xxxx” ASC tərəfindən iddiaçıya ödənilməsini, bununla da iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin əsassız, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir əsas olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2553/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2553/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver