Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2564/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsini bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 25 ildir ki, tanıyır. Artıq aralarında münasibətlər yarandığından ona hörmətlə yanaşdığı üçün onun xahişi ilə ona bir neçə dəfəyə küllü miqdarda borc pul vermişdir. Belə ki, Cavabdeh1 xahiş edərək bildirdi ki, onun banka borcu vardır, kredit borcları onu boğur, əmlakını itirə bilər. Əlavə olaraq bildirdi ki, İsveçrədə yaşayan dostu var, lakin o işləmir. Buna görə də, həmin dostundan borc istəməyib ondan istəyir. O, 2010-2011-ci illərdə Cavabdeh1 və onun şəriki (kompanyonu) Ədalət Fəttahova cəmi 930.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh1 məsləhəti ilə 2012-ci ildə birgə borclular kimi Ə.Fəttahova və Cavabdeh1 qarşı pul tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etdi. Cavabdeh1 ona bildirdi ki, Ə.Fəttahovun yaşadığı yer üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etsin ki, Ə.Fəttahov qorxaraq pulu qaytarsın. Cavabdeh1 bildirməsinə görə guya Ə.Fəttahov onun verdiyi pullardan başqa əlavə olaraq ondan 3.000.000 ABŞ dolları almışdır. Lakin çox sonralar bildi ki, Cavabdeh1 onu aldadır. 12 iyun 2012-ci il tarixdə Cavabdeh1 ona 200.000 ABŞ dolları lazım olmasını bildirərək, ondan həmin məbləğdə borc verməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin məbləğdə pulu ona borc veməsə bütün pulları batar, həmçinin onun əvvəllər verdiyi 930.000 ABŞ dolları məbləğində borcun qaytarılması çətinləşər. Belə olan halda, 12 uyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə Cavabdeh1 ona ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmlakla əvəz olunması barədə müqavilə bağladılar. Əlavə olaraq bildirir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, bu iddia tələbini Cavabdeh1 özünün məsləhəti ilə irəli sürdüyündən, münasibətləri yenə də var idi. 12 iyun 2012-ci il tarixdə pul borcunun əmlakla əvəz olunması barədə müqavilənin bağlanması zamanı həmin əmlak üzərinə məhkəmənin qərardadı ilə iddianı təmin etmə tədbiri kimi həbs qoyulmuşdur. Buna görə də, o inandı ki, həmin əmlk üzərində həbs qoyulduğundan həmin əmlak barədə hər hansı başqa özgəninkiləşdirmə hərəkətləri edilməyəcək və həbsdən sonra həmin qeyriyaşayış sahəsi onun adına rəsmiləşdiriləcəkdir. Lakin məhkəmə prosesi uzun çəkdi və ona verilən vədlər yerinə yetirilmədi. Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə onun Cavabdeh1 və X8 qarşı borc tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh X6 330.000 ABŞ dolları məbləğində əsas borcun, 31.12.2012-ci il tarixə hesablanmış 33000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) pul tutularaq ona ödənilməsi; həmçinin Cavabdeh1 120.000 ABŞ dolları məbləğində əsas borcun, 31.12.2012-ci il tarixə hesablanmış 32.000 ABŞ dolları məbləğində dəbbə (əldən çıxmış fayda) pulunun, (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq tutulsun) pul tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4072/2013 saylı, 19 avqust 2013-cü il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin 01 fevral 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4572/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4072/2013 saylı, 19 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yasamal Rayon Məhkəməsinin 14 fevral 2014-cü il tarixli qərardadı ilə əmlaklar üzərinə, o cümlədən hazırkı mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsi üzərinə həbs qoyulmasına dair iddianı təmin etmə tədbiri ləğv olundu. Bundan sonra cavabdehə müraciət edərək, borc əvəzi kimi ona verdiyi ünvan 2 ünvanda yerləşən 82,8 kv.m olan qeyriyaşayış sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etdi. Lakin Cavabdeh1 ona bildirdi ki, İsveçrədə yaşayan şərikinin həmin qeyri-yaşayış sahəsində payı vardır. Həmin sahənin onun adına keçirilməsinə onun da razılığı lazımdır. Belə bir razılıq isə yoxdur. Buna görə də həmin sahəni onun adına keçirə bilmir. Cavabdeh1 ona söz verdi ki, bir az səbr etsin, şəriki razı salıb, qeyri-yaşayış sahəsini onun adına rəsmiləşdirəcəkdir. 2014-cü ilin axırlarında Cavabdeh1 bildirdi ki, şəriki qeyri-yaşayış sahəsinin onun adına keçirilməsinə razılıq vermir. Buna görə də, ona olan borcunu 2014-cü ilin dekabr ayında qaytaracaqdır. Lakin Cavabdeh1 vədini yerinə yetirmədi və hər dəfə onunla görüşəndə yenə də vədlər verirdi. 2015-ci ilin fevral ayında isə Cavabdeh1 artıq ona bildirdi ki, guya ona görə 160.000 manat məbləğində borca düşüb. 2015-ci ilin dekabr ayının əvvəllərində Yaşarı yaxşı tanıyan Elçin Orucovla Cavabdeh1 yanına getdilər. Cavabdeh1 bunu gördükdə artıq onunla başqa cür danışdı, yəni Cavabdeh1 ona bildirdi ki, ona olan 200.000 ABŞ dolları borcunu qaytarmayacaq və qeyri-yaşayış sahəsini onun adına keçirməyəcək. Çünki onun deməsinə görə o onu 160.000 manat mələğində borca salmışdır. Əlavə olaraq bildirdi ki, o onun sözü ilə hərəkət etməmiş, onu məhkəməyə vermişdir. İndi artıq o, qərara gəlmişdir ki, ona heç bir manat da verməyəcək. Elçinə bildirdi ki, o niyə gəlib, Sabirə pul verməyəcək. Hara istəyir şikayət etsin. Buna görə də, o, məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdi. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi ilə: İddiaçı Cavabdeh1 qarşı Cavabdeh1 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 1 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyriyaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə həmçinin Cavabdeh1 İddiaçı qarşı əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160.000 manat məbləğində pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı «müqavilənin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, ünvan 3 ünvanında yerləşən, 82,8 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı verilməsinə dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi və Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş apellyasiya şikayətləri əsasında işə apellyasiya məhkəməsində baxılması zamanı işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2017-ci il tarixli qətnaməsi ilə Səba il rayon məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə və Səbail Rayon Məhkəməsinin 2(009)-3809/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhkəmə aktları ilə onunla Cavabdeh1 arasında bağlanmış müqavilə etibarsız hesab edilsə də, etibarsız əqdin qaydaları tətbiq edilməmişdir. Buna görə də, o, Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)-1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılaraq iddiası təmin edilmiş, Cavabdeh1 200.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2021 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilmiş və icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsini icra etmir. Tələbi yönəltmək üçün isə əmlakının olmamasını bildirir. Bu zaman məlum olmuşdur ki, borclu Cavabdeh1 tələbi yönəltmək üçün öz adına əmlak qalmasın deyə, ünvan 2 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsini formal olaraq özgəninkiləşdirmişdir. Yəni həmin qeyri-yaşayış sahəsini bağışlama müqaviləsi əsasında başqa şəxsin adına keçirmişdir. Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsinə dair bağladığı bağışlama müqaviləsi həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən qeyri-yaşayış sahəsinə yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 82,8 kv.m. olan qeyri yaşayış sahəsini başqa şəxsə bağışlaması üzrə iradə ifadəsi təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə görə təfsir olunmalıdır. Bu zaman isə müəyyən olunur ki, Cavabdeh1 qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olduğu və tələbin istehsalatda iştirak etməyən həmin əmlaka yönəldilməsi imkanı olduğu halda, Cavabdeh1 göstərilən əmlakı formal olaraq və həm də əvəzsiz olaraq başqa şəxsə bağışlamaq adı ilə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti ilə həmin müqaviləni bağışlamışdır. Ona görə də, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olan və borcu ödəməyən şəxsin öz əmlakı hesabına başqa şəxsi (bağışlama müqaviləsi üzrə əldə edəni) zənginləşdirməsi həqiqi iradə ifadəsi olmayıb, tələbin həmin əmlaka yönəldilməsinin aradan qaldırılması məqsədi ilə bağışlama müqaviləsi bağlanmışdır. Ona görə də, həmin bağışlama müqaviləsi ləğv edilməlidir. 15 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 ilə X7 arasında Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 sentyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə və iddianın predmetinin artırılması barədə ərizə ünvanlayaraq, ünvan 5m qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mülqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyriyaşayış sahəsinə dair 24 oktyabr 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi və iddia predmetinin artırılması ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun xeyrinə 200.000 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4847/2021 saylı, 11 noyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsi və ünvan 7 ünvana dair Cavabdeh1 ilə cavabdeh X7 arasında bağışlama müqavilələri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-892/2020 saylı, 27 yanvar 2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən zaman etibarı ilə daha sonra bağlanmışdır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan əmlakların digər cavabdeh X2 bağışlanmasına dair bağladığı müqavilələr həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Buna görə də, göstərilən bağışlama müqavilələri etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında T.Əlizadənin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. 19 noyabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə və iddianın predmetinin artırılması barədə ərizə ünvanlayaraq, ünvan 5m qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin mülqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 ünvanda yerləşən ümumi sahəsi 2062 kvm olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyriyaşayış sahəsinə dair 24 oktyabr 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, həmçinin ünvan 8 ünvana dair 12 fevral 2020ci il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağlanmış və 12.02.2020-ci iltarixdə Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən 4Ə-69 reyestr sayda qedə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07 dekabr 2021-ci il tarixdə iddiaçı məhkəməyə iddianın predmetinin azaldılması barədə ərizə ünvanlayaraq, ünvan 9 kvm qeyri-yaşayış sahəsinə dair 19 fevral 2019-cu il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağlanmış və həmin tarixdə 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisi tərəfindən 265 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatın və X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 7 ünvana dair Cavabdeh1 ilə digər cavabdeh X7 arasında bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən qeyri-yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 adına aparılmış qeyydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 8 ünvanına dair 12 fevral 2020-ci il tarixdə Cavabdeh1 ilə digər cavabdeh X21 Əşrəf arasında bağlanmış və 12.02.2020-ci il tarixdə Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən 4Ə-69 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında göstərilən yaşayış sahəsinə dair 27 fevral 2020-ci il tarixdə cavabdeh X1 adına aparılmış qeydiyyatın və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin həcminin azaldılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm qeyri-yaşayış sahəsinə dair 18 fevral 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1 ilə X7 arasında 5 saylı «ASAN xidmət» mərkəzinin notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin qeyriyaşayış sahəsinə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 7 ünvana dair 13 fevral 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 ilə X7 arasında Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 8 ünvana dair 27 yanvar 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1 ilə X7 arasında Bakı şəhəri 46 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair X1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət olunmuşdur. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon məhkəməsinin 12.01.2022-ci il tarixli, 2(009)-75/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmə qətnamədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından da görünürdü və məhkəmənin də nəzərinə çatdırılmışdır ki, Cavabdeh1 83 yaşındadır, o və həyat yoldaşı ağır xəstədirlər, bu səbəbdən də Y .Həmidovun özünə məxsus daşınmaz əmlaklar üzərində qanunla qadağan olunmayan formada və qaydada sərəncam verməklə, yaxın qohumuna bağışlamasını “hüquqi nəticələr yaratmaq niyyəti olmayan” əqd kimi qiymətləndirilməsinin üçün heç bir əsası olmamışdır. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə nəzərə almamışdır ki, hazırkı işdə 83 yaşı olan cavabdehin mülkiyyətində olan əmlakları hər hansı təsadüfi kənar şəxsə deyil, məhz öz yaxın qohumuna - bioloji qızına hədiyyə etməsi onun iradə ifadəsinin həqiqiliyinə şübhə yarada bilməz. Bundan əlavə, qeyd etmək lazımdır ki, hazırkı mübahisədə iddiaçı kimi çıxış edən İddiaçı həmin tələbləri irəli sürmək üçün subyektiv hüququ olmamışdır və onun tələbinə uyğun gələn qanuni əsas mövcud deyil. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Hazırkı işdə iddiaçı onunla Cavabdeh1 arasında mövcud olmuş və yekunlaşmış məhkəmə aktına istinad etsə də, həmin mübahisənin predmeti olmayan, tələb yönəldilməsi barədə qətnamə, qərar çıxarılmayan daşınmaz əmlakların qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun şəkildə, sərbəst iradə ifadəsi nəticəsində özgəninkiləşdirilməsini mübahisələndirmiş, birinci instansiya məhkəməsi isə bu barədə tələb irəli sürməyə, yəni subyektiv hüququ olmayan şəxsin iddiasını təmin etmişdir. Bundan əlavə, məhkəmə, iddiaçının tələb məbləğinin 200 000 ABŞ dolları olmasına baxmayaraq, dəyəri bundan dəfələrlə artıq olan 3 əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarmaqla, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Halbuki, iddiaçının özünün məhkəmə iclasında verdiyi izahatlarda da etiraf etmişdir ki, “12 uyun 2012-ci il tarixdə 200.000 ABŞ dolları borcun əvəzinə Cavabdeh1 ona ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsini ona pul borcunun əmlakla əvəz olunması barədə müqavilə bağlamışdır” Belə olan halda, həm qeyd edilən əmlakın, həm də ondan əlavə daha 2 daşınmaz əmlakın: Bakı şəhəri, ünvan 10 ünvanda yerləşən 21 saylı mənzilə dair bağışlama müqavilələrinin etibarsızlığına dair tələbin təmin edilməsi də əsaslı hesab edilə bilməz. Bundan əlavə məhkəmə nəzərə almamışdır ki, hazırda cavabdehin məhkəmə qətnaməsinə əsasən ödənilməli olan borcu cəmi 180 000 (yüz səksən min) ABŞ dolları təşkil edir. Belə ki, Cavabdeh1 tərəfindən 02.12.2021-ci il tarixdə 20 000 (iyirmi min) ABŞ dolları İddiaçı ödənilmişdir . Bu faktı təsdiq edən qəbz məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında iddiaçının özü tərəfindən də təsdiq edilmişdir. Bununla əlaqədar Nəsimi rayon İcra Şöbəsinin icra məmuruna da 12 yanvar 2022-ci il tarixli ərizə ilə məlumat verilmiş, İddiaçı imzaladığı qəbz də ərizəyə əlavə edilmişdi. Məhkəmə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini bir kənara qoyaraq, faktiki olaraq icra məmurlarının səlahiyyətlərini öz üzərinə götürmüşdür. Halbuki, həmin qanunun 2.1-cimaddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 43-cü maddəsi tətbiq edilə biləcək məcburi icra tədbirlərini (43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;) və s. müəyyən edir. Göründüyü kimi, şikayət verilən məhkəmə qətnaməsində yuxarıda sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdeh tərəfindən iddiaçıya 20 000 ABŞ dolları ödənilməsini məhkəmə nəzərə almamış və ümumiyyətlə, bağışlama müqavilələrini etibarsız hesab etdiyi 3 əmlakın qiymətinin həqiqətən hansı məbləğ təşkil etdiyinin fərqinə varmamışdır. Birinci instansiya məhkəməsi, iddiaçının cəmi 180 000 ABŞ dolları “tələbi” üzrə cavabdehin bundan dəfələrlə artıq qiymətə olan 3 əmlakının bağışlama müqavilələrini etibarsız hesab etmişdir. Halbuki, həmin əmlakların dəyərinin 180 000 dollar olması barədə sübut yoxdur. Əksinə, iddiaçı özü həmin əmlaklardan yalnız birinin qiymətinin 200 000 ABŞ dolları olmasını 12.06.2012-ci il tarixli müqavilədə də təsdiq etmişdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, 14.04.2022-ci il tarixdə “Elektron kabinet” vasitəsilə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, İddiaçı ödənilmiş 20.000,0 (iyirmi min) ABŞ dollarından əlavə olaraq ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsinin İddiaçı cavabdehlərə qarşı bundan başqa heç bir tələbinin qalmaması şərti ilə İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan bütün əqdləri rəsmiləşdirəcəklər. Həmçinin 17.04.2022-ci il tarixli, cavabdehlər X9, X10 və Cavabdeh1 eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı də həmçinin bildirmişdir ki, 20.000,0 (iyirmi min) ABŞ dolları ona ödənilib, əlavə olaraq ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsinin 160.000,0 ABŞ dolları borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsi üçün qərardad qəbul edilməsini və icrasını Reyestr Xidmətinə həvalə olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Mülki iş üzrə cavabdeh X9 20 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək ünvan 2 ünvanında yerləşən 69,6 m2, qeyri-yaşayış sahəsi olan əmlakı borc əvəzinə İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mülki iş üzrə cavabdeh X10 23 may 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinə ayrı-ayrı teleqramlarla müraciət edərək ünvan 2 ünvanında yerləşən 62,6 m2 və 82,8 m2 qeyri-yaşayış sahələrinin borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsinə razılıq verdiyini bildirmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsi qismən – ünvan 7 və ünvan 8 ünvana dair 27.01.2020-ci il və 13.02.2020-ci il tarixli müqavilələr etibarsız hesab olunması və həmin müqavilələrlə bağlı çıxarışlar ləğv olunması hissədə ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətlərində Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsini bütövlükdə mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(009)-1979/2019 qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-892/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009) 1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 200 000 ABŞ dolları, həmçinin dövlət rüsumları və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020ci il tarixli, 2(102)-4847/2020 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(009)-599/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində borcun, göstərilən borcun əvəzinə ünvan 1 ünvanda yerləşən sahəsi 82,8 kv.m olan qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilərək, həmin qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması barədə ilkin iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Saleyeviçə qarşı əsassız iddia qaldırılması nəticəsində cavabdehdən onun xeyrinə 160.000 manat məbləğində pulu tutulması barədə qarşılıqlı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(009)-3809/2016 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Əli-zadə Rasimə Əli-Əşraf qızının cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilərək, ünvan 5.m qeyri-yaşayış sahəsinin İddiaçı Saleyeviçə verilməsinə dair Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 12 iyun 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(103)910/2017 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Saleyeviçin Səbail Rayon Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2(009)-599/2016 saylı və 11 oktyabr 2016-cı il tarixli, 2(009)-3809/2016 saylı qətnamələrindən vermiş olduğu hər iki apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-599/2016 saylı, 22 iyul 2016-cı il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə və 2(009)-3809/2016 saylı, 11 oktyabr 2016-cı il tarixli qətnaməsinin isə tam olaraq dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(102)-6786/2017 nömrəli qərarı ilə cavabdeh İddiaçı Saleyeviçin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 217 mart 2017-ci il tarixli, 2(103)-910/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri 5 saylı «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 18 fevral 2019-cu il tarixli, 4Ə-265 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən ümumi sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsinin mülkiyyət üzrə ona məxsus hissəsini X2 bağışlamışdır. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X17 imzalamışdır. Qeyd olunan notariat işində olan Əli-zadə X15 notariat ofisinə ünvanladığı əri Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyinə dair notariat qaydasında təsdiq olunmuş 17.02.2019-cu il tarixli ərizəsindən görünür ki, həmin ərizəni Əli-zadə X15 adından etibarnamə əsasında X17 imzalamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.03.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 20 ünvanında yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. Təqdim olunmuş 47 adda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarından görünür ki, həmin daşınmaz əmlaklar 2019, 2020 və 2021-ci illərdə xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 24.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Hüsü Hacıyev döngəsi, b 7 xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 27 yanvar 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 93.7 kv.m olan mənzili arvadının bacısı X3 mülkiyyətinə vermişdir. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X17 imzalamışdır. Qeyd olunan notariat işində olan Əli-zadə X15 notariat ofisinə ünvanladığı Cavabdeh1 məxsus ünvan 8 ünvanın bağışlanmasına etiraz etmədiyinə dair notariat qaydasında təsdiq olunmuş 27.01.2020-ci il tarixli ərizəsindən görünür ki, həmin ərizəni X4 adından etibarnamə əsasında X17 imzalamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvan xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq olunmuş 13 fevral 2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 95.77 kv.m olan mənzili arvadının bacısı X3 mülkiyyətinə vermişdir. Bağışlama müqaviləsini X1 adından etibarnamə əsasında X17 imzalamışdır. İş materiallarında olan 27.02.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 7 ünvan xüsusi mülkiyyət kimi X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 16.11.2021-ci il tarixli Bakı şəhəri Lokal Cəlirlər Baş İdarəsinin arayışından görünür ki, 16.11.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən, Cavabdeh1 (VÖEN:**********) AZ1005, ünvan 11 ünvanında yerləşən təsərrüfat subyekti (obyekti) 11.09.2020-ci il tarixdə vergi ödəyicisinin müraciətinə əsasən vergi uçotundan çıxarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunda əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Birinci instansiya məhkəməsini iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, İddiaçı Saleyeviçin Cavabdeh1 arasında borc münasibətlərindən yaranmış tələblər üzrə məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(009)-1979/2019 qətnaməsi ilə İddiaçı Saleyeviçin Cavabdeh1 qarşı 200.000 ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Saleyeviçin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli, 2(103)-892/2020 nömrəli qətnaməsi ilə təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1979/2019 saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 200 000 ABŞ dolları, həmçinin dövlət rüsumları və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 vermiş olduğu kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(102)-4847/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-892/2020 nömrəli, 27 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən yaranmış tələblər üzrə məhkəmə araşdırmaları davam etdiyi vaxtda və Cavabdeh1 200 000 ABŞ dollar pulun İddiaçı xeyrinə tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli qətnaməsini qüvvədə saxlamış Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarından sonra da Cavabdeh1 borcunu qaytarmamış, xüsusi mülkiyyətində olan 47 adda daşınmaz əmlakı (o cümlədən mübahisələndirilən əqdlər üzrə) bağışlama müqavilələri ilə baldızı (bioloji qızı) X1 adına keçirməklə özgəninkiləşdirmişdir. Birinci instansiya məhkəməsinin iclasında həmçinin müəyyən olunmuşdur ki, mübahisələndirilən əqdlər üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi ünvanında yerləşən ümumi sahəsi 82,8 kvm olan qeyri-yaşayış sahəsi 18 fevral 2019-cu il tarixdə, ünvan 8 ünvan 27 yanvar 2020-ci il tarixdə, ünvan 7 ünvan isə 13 fevral 2020-ci il tarixdə bağışama yolu ilə X1 adına özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 öz mülkiyyətində olan əmlakların cavabdeh T.Əlizadəyə bağışlanmasına dair bağladığı mübahisələndirilən bağışlama müqavilələri həqiqi iradə ifadəsi deyil, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Göründüyü kimi hazırki mübahisə üzrə göstərilən əmlakların başqa şəxsə bağışlanması üzrə iradə ifadəsi təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakiməyə görə təfsir olunmalıdır. Bu zaman isə müəyyən olunur ki, Cavabdeh1 qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olduğu və tələbin istehsalatda iştirak etməyən həmin əmlaklara yönəldilməsi imkanı olduğu halda, o, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti ilə göstərilən əmlakların formal olaraq başqa şəxsə bağışlanması barədə həmin müqavilələri bağlamışdır. İş üzrə müəyyən edilmiş hallara qiymət verərək, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən borclu olan və borcu ödəməyən Cavabdeh1 öz şəxsi əmlakı hesabına başqa şəxsi (bağışlama müqaviləsi üzrə əldə edəni) zənginləşdirməsi cavabdehlərin həqiqi iradə ifadəsi olmayıb, tələbin göstərilən əmlaklara yönəldilməsindən və bununla da qətnamənin icrasından yayınma xarakteri daşıyır. Lakin, Məhkəmə Kollegiyası nəzərə alır ki, məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, 14.04.2022-ci il tarixdə “Elektron kabinet” vasitəsilə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, İddiaçı ödənilmiş 20.000,0 (iyirmi min) ABŞ dollarından əlavə olaraq ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsinin İddiaçı cavabdehlərə qarşı bundan başqa heç bir tələbinin qalmaması şərti ilə İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan bütün əqdləri rəsmiləşdirəcəklər.Həmçinin, 17.04.2022-ci il tarixli, cavabdehlər X9, X10 və Cavabdeh1 eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişlər.Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı də həmçinin bildirmişdir ki, 20.000,0 (iyirmi min) ABŞ dolları ona ödənilib, əlavə olaraq ünvan 1 ünvanda yerləşən 82,8 kvm olan qeyri-yaşayış sahəsinin 160.000,0 ABŞ dolları borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsi üçün qərardad qəbul edilməsini və icrasını Reyestr Xidmətinə həvalə olunmasını xahiş etmişdir.Mülki iş üzrə cavabdeh X9 20 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə teleqramla müraciət edərək ünvan 2 ünvanında yerləşən 69,6 m2, qeyri-yaşayış sahəsi olan əmlakı borc əvəzinə İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir.Mülki iş üzrə cavabdeh X10 23 may 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinə ayrı-ayrı teleqramlarla müraciət edərək ünvan 2 ünvanında yerləşən 62,6 m2 və 82,8 m2 qeyriyaşayış sahələrinin borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsinə razılıq verdiyini bildirmişdir. Odur ki, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsi qismən – ünvan 7 və ünvan 8 ünvana dair 27.01.2020-ci il və 13.02.2020-ci il tarixli müqavilələr etibarsız hesab olunması və həmin müqavilələrlə bağlı çıxarışlar ləğv olunması hissədə ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-75/2022 saylı, 12.01.2022-ci il tarixli qətnaməsi qismən – ünvan 7 və ünvan 8 ünvana dair 27.01.2020-ci il və 13.02.2020-ci il tarixli müqavilələr etibarsız hesab olunması və həmin müqavilələrlə bağlı çıxarışlar ləğv olunması hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2564/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2564/2022
23.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver