Məhkəmə qərarları › İş №2(103)-2566/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2566/2021

20.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2566/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Səyyaf oğlu ilkin iddia üzrə cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul tələbinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 ilə Cavabdeh1 arasında xx xxxx 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada 367 000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Səyyaf oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Səyyaf oğlunun ilkin iddiasının rədd edilməsi və onun məhkəməyə təqdim etdiyi Cavabdeh1-nin adından tərtib edilmiş Bakı şəhəri, X8 prospekti, 112 saylı evin 73-ci mənzilinin Cavabdeh1 tərəfindən X1 barədə xx xxxx 2004-cü il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 ilə Cavabdeh1 arasında xx xxxx 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dən müştərək qaydada 200.000 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili son dəfə xx xxx 2019-cu il tarixdə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək X4 ilə Cavabdeh1 arasında xx xxxx 2004-cü il tarixdə bağlanmış yaşayış evinin tikintisində iştirak payı haqqında 16 saylı müqavilənin ləğv edilməsi və X4 tərəfindən Cavabdeh1-ə 2004-cü ildən 2005-ci ilin yanvar ayının 15-ə qədər cəmi 64 800 manat (denominasiyadan əvvəl, yəni xx xxxxxx 2006-cı il tarixinə olan 324 000 000 manat) ödənilən pul məbləğini və həmin məbləğin illik 5% hesablanmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1-dan müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1-dan 64 800 manat əsas və 44 988,24 manat faiz (illik 5% hesablanmaqla) olmaqla, ümumlikdə 109788,24 (bir yüz doqquz min yeddi yüz səksən səkkiz manat, 24 qəpik) məbləğində pulun X5 xeyrinə tutulması, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın tam rədd edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat məbləğində pulun Cavabdeh1-dan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev xx xxxxxx 2021-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, ilkin iddia üzrə iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apelyasiya baxışından çıxarılsın və ilkin iddia üzrə iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar