Məhkəmə qərarları › İş №2(103)-2569/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2569/2023

05.04.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2569/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2569/2023 (Açar sözlər: boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4011/2022 saylı 19 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2014-cü il tarixdən "xxxx" ASC-də qablaşdırıcı vəzifəsində işləmişdir. İddiaçının əmək haqqı xx.xx.2022-ci il tarixədək 295 manat, xx.xx.2022-ci il tarixdən etibarən 315 manat olmuşdur. "xxxx" ASC İdarə Heyətinin sədri ilə Həmkarlar İttifaqı Komitəsi arasında 2020-2023-cü illər üçün kollektiv müqavilə bağlanmışdır. Müqavilənin 4.10-cu bəndində istehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılmasına səbəb olan hallar olduqda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxilması nəzərdə tutulmuşdur. 22 may 2019-cu il tarixdən başlayaraq "xxxx" ASC-nin X8 müxtəlif əmrləri ilə İddiaçı Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə istinad edilməklə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətə buraxılmışdır. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 02 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən geri çağırılmışdır. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 07 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı əmri, xx.xx.2021-ci il tarixli 03 saylı əmri, xx.xx.2021-ci il tarixli 04 saylı əmri, xx.xx.2021-ci il tarixli 05 saylı əmri və xx.xx.2021-ci il tarixli 07 saylı əmrinin ona aid hissədə etibarsız hesab edilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində cavabdehdə olan boşdayanmaya görə onun vəzifə maaşının 2/3 hissəsi olan 2904 manat əmək haqqının, mediasiya xərcinin əvəzi olan 50 manatın və Vəkil1 ödədiyi hüquqi yardım haqqının əvəzi olan 100 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC-də qablaşdırıcı vəzifəsində işləmişdir. E-sosial.az internet saytından əldə etdiyi məlumata əsasən əmək haqqı xx.xx.2022-ci il tarixədək 295 manat olmuş, xx.xx.2022-ci il tarixdən etibarən 315 manat olmuş və əmək müqaviləsinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-nin kadrlar şöbəsinə çağırıb bildirmişlər ki, sabahdan müvəqqəti olaraq işə çıxmasın, ehtiyac olduğu zaman onu işə çağıracaqlar, ancaq bununla əlaqədar əmr və ya digər sənəd təqdim etməmişlər. Vəkili kimi məzununiyyət əmrlərinin təqdim olunması barədə cavabdehə 31/07 saylı xx.xx.2022-ci il tarixli vəkil sorğusu vermiş, lakin cavabdeh həmin vəkil sorğusuna cavab verməmişdir. ƏƏSMN yanında X4 Xidməti Bakı Şəhər İdarəsinə 42/08 saylı xx.xx.2022-ci il tarixli vəkil sorğusu vermiş, qeyd olunan idarədən ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar əmrlərin surətini əldə etmişdir. Məlum olmuşdur ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 09 saylı əmrinə əsasən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2019-cu il tarixli, 10 saylı əmrinə əsasən xx.xx.2019-cu il tarixli, 09 saylı əmrin müddəti 3 ay uzadılmış, cavabdehin xx.xx.2019-cu il tarixli 11 saylı əmrinə əsasən xx.xx.2019-cu il tarixli, 10 saylı əmrin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli, 01 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən 1 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2020-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Belə aydın olur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, 05 saylı əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli 01 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 02 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli, 03 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 04 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmış, cavabdehin xx.xx.2021-ci il tarixli 05 saylı əmrinə əsasən xx.xx.2021-ci il tarixdən geri çağırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, 07 saylı əmrinə əsasən xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. Beləliklə, 3 il 15 gün müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır, belə vəziyyət isə boşdayanma sayılır, cavabdeh tərəfindən boşdayanma zamanı onun vəzifə maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilməlidir.

4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, müəssisədə mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, istehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər. Müəssisənin 01 saylı, xx.xx.2021- ci i tarixli əmri ilə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 02 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. 03 saylı, xx.xx.2021-ci il tarixli əmrlə məzuniyyətə buraxılmış işçilər xx.xx.2021-ci il tarixindən geri çağrılmış, 04 saylı, xx.xx.2021-ci il tarixli əmrlə işçi heyəti xx.xx.2021-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçının tələbi 2021-ci il üzrə olduğu üçün göründüyü kimi bu aylarda işçilər, o cümlədən iddiaçı ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddətə əmək haqqının verilməsi mümkün deyildir. Oxşar tələblə digər bir iddiaçı Məmmədova Hafizə 2019-cu ildə iddia qaldırmış, 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə iddia tələbi təmin edilmiş, X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək əmək haqqının üçdə iki miqdarı hesablanaraq "xxxx" ASC tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin bu qətnamədən verilən şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2913/2020 saylı, xx.xx.2020 tarixli qətnamə qəbul edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5174/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən iddiaçı X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək əmək haqqının hesablanaraq ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Əmək Məcəlləsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 169-cu maddəsinin hazırki mübahisəyə tətbiq olunması üçün əsaslar mövcud deyil. Belə ki, qanunvericiliyin yuxarıda qeyd olunan mənasına görə işçi ilə işəgötürənin razılığı əsasında, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. Bu o deməkdir ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz məzuniyyətin verilməsi qanunidir. İşdən görünür ki, Kollektiv müqavilənin 4.10-cu bəndində işəgötürənin təqsiri olmadan istehsal və satışın olmamasından işin dayandırılması və eləcə də Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışa tələbatın olmaması və digər hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2019cu il tarixli 09 nömrəli əmri bütün işçilərin bir ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir. Həmin əmrin müddəti xx.xx.2019-cu il tarixdə 3 ay, xx.xx.2019-cu il tarixdə isə yenidən 3 ay – xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmr vermiş, iddiaçıya xx.xx.2019-cu il tarixdə saat 08:00-da işdə olmağına dair bildiriş verilmişdir. Göründüyü kimi işçilərin ödənişsiz məzuniyyətə buraxılması barədə əmrin verildiyi xx.xx.2019-cu il tarixdən 6 ay müddətində, yəni xx.xx.2019-cu il tarixədək ödənişsiz məzuniyyətin verilməsi qanuni olmuşdur. Həmin müddət başa çatdıqda işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə əmr verilməmiş, bu barədə əmr isə yalnız xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu baxımdan qanunla ödənişsiz məzuniyyətin verilmə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq həmin müddətin 6 aydan çox - xx.xx.2019-cu il tarixədək uzadılması qanunsuz olmuşdur.” Bu qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Oxşar tələblə əlaqədar digər iddiaçı X1 tələbi üzrə də 2(005)-5175/2019 saylı, xx.xx.2019 tarixli qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilmişdir. Lakin bu qətnamə də apellyasiya instansiyası tərəfindən qəbul edilən 2(103)-3337/2020 saylı, 8.09.2020-ci il tarixli qətnamə ilə ləğv edilmiş, iddia tələbi qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti 2(102)-1992/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarla təmin edilməmişdir. Ali Məhkəmə qərarda göstərmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olması təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləği müvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy əsasında müəyyən etmişdir.” Göründüyü kimi bu işlər üzrə Ali Məhkəmənin də mövqeyi apellyasiya instansiyasının mövqeyi ilə üst-üstə düşmüş, işlərin yalnız 6 aydan çox olan müddət üçün əmək haqqının ödənilməsi müəyyən edilmişdir. Aydın məsələdir ki, apellyasiya və Ali Məhkəmə etibarsız əmrlər əsasında qərar qəbul edə bilməz, əgər bu əmrlərin verilməsi qanunazidd olsaydı, digər oxşar tələblər üzrə qəbul edilən qərarlarda da məhkəmələr bunu nəzərə alardı. Həmçinin iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-il tarixədək boşdayanmaya görə əmək haqqı tələbinin 2021-ci ilin sentyabr ayına qədər olan hissəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək, tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(005)- 4011/2022 saylı qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı, xx.xx.2021-ci il tarixli 03 saylı, xx.xx.2021-ci il tarixli 04 saylı, xx.xx.2021-ci il tarixli 05 saylı və xx.xx.2021-ci il tarixli 07 saylı əmrlərinin İddiaçı aid hissədə etibarsız hesab edilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2432,34 manat məbləğində pul, ödənilmiş tələblərə mütənasib olaraq hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 83 manat və mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul, cəmi 2565,34 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının35-ci maddəsinin 2 və 6-cı hissəsi, 71-ci maddəsinin 1, 2-ci bənləri, , Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi, 7-ci maddəsinin 3-cü hissəsi, 31-ci maddəsinin 3 və 4-cü hissələri, 269-cu maddəsinin 4 və 6-cı hissəsi,138-ci maddəsinin 1 və 2-ci hissəsi, 129, 146, 155.1, 156.1, 169, 233, 310-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 121.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə belə əsaslandırma etmişdir ki, “Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə görə ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına asasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Maddənin məzmunundan göründüyü kimi, ödənişsiz məzuniyyət işəgötürən tərəfindən birtərəfli qaydada deyil, altı aydan çox olmamaqla tərəflərin mülahizəsin əsasən verilə bilər.” Halbuki maddədə belə bir tələb mövcud deyil. Həmin maddənin 2-ci hissəsində 3 aynı əsas nəzərdə tutulmuşdur: tərəflərin qarşılıqlı razılığı, kollektiv müqavilədə nəzərdə tutulma və əmək müqaviləsində müəyyən edilmə. Bunlardan bir-birindən asılı olmayan, müstəqil əsaslardır. Məhkəmə baxışı zamanı da qeyd etdikləri kimi cavabdeh iddiaçıları tərəflərin razılığı əsası ilə deyil, kollektiv müqavilədə nəzərdə tutulma əsası ilə ödənişsiz məzuniyyətə buraxmışdır. Bu zaman hər hansı razılıq və ya müraciət qanunvericiliklə tələb olunmur. Çünki mövcud olan kollektiv müqavilənin 4.10-cu bəndinə əsasən, “İstehsal və satışın olmaması yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərinsatışa tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssəsisənin normal fəaliyyət göstərməsinə mane olan, o cümlədən dövlət orqanlarının qəbul etdikləri qərarlar və ya onların nümayəndələrinin hərəkətləri məhkəmə qarşısında mübahisələndirilərkən müəssisənin fəaliyyət göstərməməsi zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla bir təqvim ilində bir neçə dəfə ola bilər.” Göründüyü kimi məhkəmə maddəni düzgün tətbiq etməmiş, pozuntuya yol vermişdir. Daha sonra qeyd olunur: “O da nəzərə alınmalıdır ki, işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılmasına yalnız işin normal ahəngini pozan qarşısıalınmaz amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda yol verilir. Digər hallarda ödənişsiz məzuniyyət qrup halında deyil, yalnız tərəflərin mülahizəsinə, yəni işçi ilə işəgötürənin qarşılıqlı razılığına əsasən altı aydan çox olmayaraq fərdi şəkildə verilə bilər. Hazırki işdə isə işçilərə qrup halında məzuniyyət verilməsi səbəbi kimi məhsul və istehsal satışının dayanması göstərilmişdir. Bu hal isə əmək qanunvericiliyinə əsasən işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əsası kimi nəzərdə tutulmamışdır. Yuxarıda eyd edildiyi kimi, kollektiv müqavilələrdə işçilərin hüquqlarını əmək qanunvericiliyinə nisbətən məhdudlaşdıran müddəalar nəzərdə tutula bilməz.” Məhkəmə bu halda isə Əmək Məcəlləsinin 146 və 129-cu maddələrini birlikdə tətbiq etməyə çalışmışdır. Bu maddələr üzrə tənzimlənən məsələlər fərqlidir və bu mübahisə üzrə 146-cı maddənin tətbiq olunması mümkün deyildir. Çünki hazırki iş üzrə tərəflər arasında kollektiv müqavilə mövcuddur və onlar arasındakı münasibətlər 129-cu maddə ilə tənzimlənir. Məhkəmə qətnamədə Əmək Məcəlləsinin 146-cı maddəsinə istinad olunaraq iddiaçıların iddialarında haqlı olduğu qeyd olunmuşdur. Məhkəmə bu dəfə də kobud pozuntuya yol verərək əvvəlcə kollektiv müqavilədə işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməsinin, qanunvericilikdə müəyyən edilmiş müddətdən çox olmayaraq bir təqvim ilində bir neçə dəfə ola bilməsi nəzərdə tutulduğunu qeyd etsə də, daha sonra bu mübahisəyə aid olmayan Əmək Məcəlləsinin 146-cı maddəsinə istinad etmişdir. Halbuki bu maddə spesifik bir hallarla - təbii falakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallarla əlaqədardır və bu halda onun maksimum müddəti əsas məzuniyyətinin iki illik müddətinin cəmi qədərdir. Əgər bu mübahisəyə məhkəmə 146-cı maddənin tətbiq olunmalı olduğu qənaətinə gəlmişdisə, məhkəmə iddiaçıların 6 aylıq məzuniyyətə buraxılma hüququnu deyil, məhz əsas məzuniyyətlərinin iki illik müddətinin cəmini təsbit etməli idi. Apellyasiya məhkəməsinin niyə görə 6 aylıq məzuniyyətə istinad edərək daha sonra 146-cı maddəsini sitat gətirməsi məlum deyildir. Daha sonra qeyd olunur: “Həmçinin yuxarıda göstərildiyikimi, ödənişsiz məzuniyyətin müddəti qanunvericilikdə 6 ay müddətlə məhdudlaşdırılmışdır. Hazrki işdə isə iddiaçı 2019-2022-ci illər üzrə davamlı olaraq, 6 aydan bir məzuniyyətdən geri çağırılma, yenidən ödənişsiz məzuniyyət verilmə barədə əmrlərlə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal isə işəgötürənin hüquqlarından sui-istifadə etməsinin və davamlı olaraq ödənişsiz məzuniyyətə göndərmək barədə əmrlər verməklə əmək ganunvericiliyinin tələblərini pozmasının göstəricisidir." Cavabdeh qanunun bu tələbini də pozmamış, işçilərə 6 aya qədər ödənişsiz məzuniyyət buraxmış, daha sonra işə geri çağırmış və yeni bir əmrlə başqa vaxtda yeni ödənişsiz məzuniyyətə buraxmışdır. Qanun işəgötürənin umumilikdə yalnız 1 dəfə ödənişsiz məzuniyyətə buraxmasını təsbit etməmiş, bu barədə hər hansı məhdudlaşdırı norma mövcud deyildir. Qanunun tələbiburaxılan məzuniyyətin müddətinin 6 aydan çox olmaması ilə əlaqədardır. Bu halda isə belə bir pozuntu mövcud deyildir. Oxşar tələb üzrə qəbul edilmiş Ali Məhkəmənin2(102)- 1992/2021 saylı, xx.xx.2021-ci il qaranda da göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasa mahkəməsi tərəfindən mübahisəli hüquq münasibət ni tənzimləyən maddi hüquq normalan düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallan müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası dəlillərə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq iddiaçının qanunda nəzərdə tutulan müddətdən artıq həddə ödənişsiz məzuniyyətdə olmasını təsdiq olunduğundan, məhz həmin müddət üçün ona ödənilməli məbləği müvafiq audit yoxlaması təyin edərək almış olduğu rəy asasında müəyyən etmişdir.” Göründüyü kimi oxşar tələb üzrə Ali Məhkəmənin də mövqeyi ondan ibarət olmuşdur ki, əsaslar olduğu təqdirdə 6 ayadək ödənişsiz mazuniyyətin verilməsi qanunidir. Aydın məsələdir ki, apellyasiya və Ali məhkəmə etibarsız amrlar asasında qərar qəbul edə bilməz, əgər bu əmrlərin verilməsi qanunazidd olsaydı, digər oxşar tələblər üzrə qəbul edilən qərarlarda da məhkəmələr bunu nəzərə alardı. Çünki Azarbaycan Respublikası Konstitusiya MəhkəməsPlenumur.un 2 aprel 2021-ci il tarixli "Azarbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 va 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" qərarına əsasən, "Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın neca asaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını muayyan etməkdir... Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərləbağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqd istisna olmaqla) aşkar edərsə, məhkəmələr bunu nəzərə almahdır.” Göründüyü kimi Konstitusiya Məhkəməsinin də mövqeyinə əsasən, artıq bu cür bir neçə işə baxmış apellyasiya və Ali Məhkəmə eyni əmrlərin etibarsız olmasına dair qənaət formalaşdırsaydı, buna dair mütləq mövqe bildirərdi. Əksinə, məhkəmələr bu trləri qanuni hesab etmiş və onun əsasında iddia tələblərini təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Eyni zamanda iddiaçıya apellyasiya instansiya məhkəməsində göstərilmiş hüquqi yardım əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavadehin nüamyəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin nüamyəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 35. 2-ci bənd. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

13. Maddə 35. 6-cı bənd. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

14. Maddə 71. 1-ci bənd. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. Maddə 71. 2-ci bənd. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

16. Maddə 2. 3-cü hissə. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi və əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 7. 3-cü hissə. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.

18. Maddə 31. 3-cü hissə. Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.

19. Maddə 31. 4-cü hissə. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqaviləyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.

20. Maddə 129. 1-ci hissə. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

21. Maddə 129. 2-ci hissə. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

22. Maddə 146. 1-ci hissə. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.

23. Maddə 146. 2-ci hissə. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.

24. Maddə 1383. 1-ci hissə. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

25. Maddə 138. 2-ci hissə. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

26. Maddə 310. İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Cavabdeh tərəfindən qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 209 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı “spirt istehsalı, süzülmə və araq süzmə sexində qablaşdırıcı” vəzifəsinə aylıq əmək haqqı 295 manat olmaqla işə qəbul edilmişdir.

37. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129- cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

38. "xxxx" ASC X8 xx.xx.2021-ci il tarixli, 03 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin surətindən görünür ki, X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci il tarixdən geri çağırılması əmr edilmişdir.

39. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129- cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2021-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

40. "xxxx" ASC X8 xx.xx.2021-ci il tarixli, 05 nömrəli “işçilərin ödənişsiz məzuniyyətdən geri çağırılması barədə” əmrinin surətindən görünür ki, X8 əmri ilə ödənişsiz məzuniyyətə buraxılmış işçilərin xx.xx.2021-ci il tarixdən geri çağırılması əmr edilmişdir.

41. "xxxx" ASC-nin X8 xx.xx.2021-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129- cu maddəsinin 2-ci hissəsinə əsaslanaraq, göstərilən şəxslər istisna olmaqla bütün işçilərin xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə, xəstəlik ilə əlaqədar olaraq işdə olmayan və növbəti məzuniyyətdə olan işçilərin məzuniyyət müddəti başa çatdıqdan sonra onların da ödənişsiz məzuniyyətə buraxılmaları əmr edilmişdir.

42. "xxxx" ASC-nin 2020-2023-cü illər üçün kollektiv müqaviləsinin surətindən və məzmunundan görünür ki, "xxxx" ASC-nin işəgötürəni və müəssisə həmkarlar ittifaqı komitəsi əmək, sosial-iqtisadi və istehsalat sahəsində münasibətləri tənzimləyən bu kollektiv müqaviləni bağlayırlar (1.1-ci bənd). Kollektiv müqavilə 3 il müddətinə (2020- 2023)-cu illər üçün bağlanılır və tərəflər imzaladığı gündən qüvvəyə minir (1.3-cü bənd). Kollektiv müqavilə bütün müəssisə işçilərinə şamil edilir və onun normaları işəgötürən həmkarlar ittifaqı təşkilatı üçün məcburidir (1.4-cü bənd). İstehsal və satışın olmaması, yaxud Məhərrəmlik, Ramazan aylarında spirtli içkilərin satışına tələbatın olmamasından işin dayandırılması, eləcə də müəssisənin normal fəaliyyət göstərməsinə mane olan, onun fəaliyyətinin dayandırılmasına səbəb olan hallar olduqda işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxila bilər. İşçilərin ödənişsiz məzuniyyətə buraxılması qanunvericiliklə müəyyən olunan müddətdən çox olmamaqla təqvim ilində bir neçə dəfə ola bilər (4.10-cu bənd).

43. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 29 nömrəli əmrin surətindən görünür ki, “qablaşdırıcı” vəzifəsində işləyən İddiaçı İmraz qızı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi əmr edilmişdir.

44. Göründüyü kimi, "xxxx" ASC ödənişsiz məzuniyyətə buraxılma barədə əmrlər ilə məhsul istehsalı və satışının dayanması ilə əlaqədar Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla işçiləri, o cümlədən hazırki iş üzrə iddiaçını ödənişsiz məzuniyyətlərə buraxmışdır. Cavabdeh tərəfindən bu cür əmrlər Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə əsaslanmaqla il ərzində bir neçə dəfə təkrarlanmış, 2021-2022-ci illər üzrə hər dəfə 6 ay olmaqla, davamlı olmuş (3-4 gün fasilə verilməklə), demək olar ki, iddiaçı bütün il ərzində əmək müqaviləsinə xitam verilənədək ödənişsiz məzuniyyətdə olmuşdur.

45. Kollegiya hesab edir ki, qeyd olunan əmrlər verilərkən kollektiv müqavilədə nəzərdə tutulmasına baxmayaraq, Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğun olaraq, ödənişsiz məzuniyyətin tərəflərin mülahizəsinə əsasən müəyyən edilməsi nəzərə alınmamışdır. Belə ki, cavabdeh əmrlər verilərkən iddiaçının mülahizəsinin nəzərə alınmasını, onun bu barədə əvvəlcədən xəbərdar edilməsini, ödənişsiz məzuniyyətin müddəti ilə razı olub-olmamasının müəyyənləşdirilməsini, məzuniyyətə göndərilmə və məzuniyyətdən çağrılma barədə əmrlərin ona təqdim edilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir.

46. Həmçinin, kollegiya qeyd edir ki, ödənişsiz məzuniyyətin müddəti qanunvericilikdə 6 ay müddətlə məhdudlaşdırılmışdır. Hazrki işdə isə iddiaçı 2019-2022-ci illər üzrə davamlı olaraq, 6 aydan bir məzuniyyətdən geri çağırılma, yenidən ödənişsiz məzuniyyət verilmə barədə əmrlərlə 3 ildən çox müddətə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu hal isə işəgötürənin hüquqlarından sui-istifadə etməsinin və davamlı olaraq ödənişsiz məzuniyyətə göndərmək barədə əmrlər verməklə əmək qanunvericiliyinin tələblərini pozmasının göstəricisidir.

48. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün oalraq cavabdeh "xxxx" ASC-nin ödənişsiz məzuniyyətə buraxılma və ödənişsiz məzuniyyətdən geri çağırılma ilə əlaqədar xx.xx.2021-ci il tarixli 02 saylı əmri, xx.xx.2021-ci il tarixli 03 saylı əmri, xx.xx.2021-ci il tarixli 04 saylı əmri, xx.xx.2021-ci il tarixli 05 saylı əmri və xx.xx.2021ci il tarixli 07 saylı əmri verilərkən qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozulduğundan iddia tələbi həmin hissədə təmin edilməsi və göstərilən əmrlər iddiaçıya aid hissədə etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir.

49. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərdə boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, boşdayanma vaxtı əmək münasibətləri prosesində təsadüf olunan elə bir haldır ki, bu zaman işçi hər hansı səbəb üzündən əmək funksiyası üzrə öhdəliklərini yerinə yetirə bilmir. Boşdayanma işəgötürənin təqsiri üzündən və ya işçidən asılı olmayan digər səbəblər üzündən yaranarsa, işçilərə əmək müqaviləsində və yaxud kollektiv müqavilədə nəzərdə tutulan əmək haqqı məbləği tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq hesablanır və ödənilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə işəgötürən hasilat normalarının yerinə yetirilməsi üçün işçiyə iş şəraitinin minimum şərtlərini mütləq təmin etməlidir. Müvafiq şəraitin yaradılmamasına görə boşdayanma vaxtı işəgötürənin məsuliyyətinə aiddir və onun təqsiri üzündən boşdayanma kimi qəbul olunmalıdır

50. İddiaçı ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsinin ödənilməsini tələb edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək İddiaçı cavabdeh "xxxx" ASC-dən 2021-ci ilin 1 aprel tarixindən 2022-ci ilin 08 iyun tarixinə qədər boşdayanmaya görə əmək haqqı tələbinin 2021-ci ilin sentyabr ayına qədər olan hissəsi iddia müddəti keçməklə verildiyi üçün iddia müddətini tətbiq edərək tələbin bu hissəsinin rədd edilməsini xahiş etmişdir.

51. Bununla bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4 və 6cı hissələrinə əsasən pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

52. İddiaçı müddətinin bərpası haqqında ərizə verərək göstərmişdir ki, məhkəmə iddia tələbinin “01 aprel 2021-ci il tarixdən 16 avqust 2021-ci il tarixədək” olan hissəsi üçün iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü qənaətinə gələrsə, cavabdehin iddiaçının ərizəsi olmadan onun barəsində ödənişsiz məzuniyyətə buraxılma barədə əmr verərək iddiaçını ödənişsiz məzuniyyətə buraxdığını, həmin əmrdə iddiaçının adı, atasının adı və soyadı, vəzifəsi, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra iddiaçının işə başlamalı olduğu il, ay, gün göstərmədiyini, iddiaçını qeyd olunan əmrlə tanış etmədiyini və iddiaçının ondan maddi cəhətdən asılı olmasından istifadə etməsini, habelə cavabdehin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirdiyini (hüquqlardan sui-istifadə etdiyini), eləcə də mübahisənin predmetinin müəyyən olunması məqsədilə iddiaçının və onun vəkilinin mübahisənin mahiyyəti barədə cavabdehdən zəruri sənədləri müstəqil əldə etmək imkanı olmadıqları üçün cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilmədiklərini nəzərə alaraq, məhkəmə tərəfindən buraxılmış hesab edilən həmin müddətin bərpa edilməsini xahiş etmişdir.

53. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı 2021-ci ilin aprel ayından başlayaraq hər ay əmək haqqı almalı olduğu halda almamışdır. Bu isə iddiaçının həmin dövrlərdə əmək haqqının alınması ilə bağlı hüququnun pozulduğunu bilməməsini istisna edir. Bu baxımdan iddiaçının ödənişsiz məzuniyyətə buraxılması ilə bağlı əmrləri və digər sənədləri əldə edə bilməməsi işəgötürənə qarşı pul tələbi ilə məhkəməyə müraciət etməməsi üçün üzrlü səbəb hesab edilə bilməz. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, əməkmüqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq isə son bir il ərzində əmək haqqının ödənilməsini tələb etmək hüququna malikdir. Əmək haqqı hər ay alındığından iddia müddəti yalnız əmək müqaviləsinə xitam verildiyi dövrdən, yəni xx.xx.2022-ci il tarixdən əvvəlki 1 il dövrü üçün tələb edilə bilər.

54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr üçün boşdayanmaya görə vəzifə maaşının 2/3 hissəsi ödənilməsi barədə nəticəyə gəlmişdir.

55. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

56. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsində hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4011/2022 saylı iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Cavabdeh "Bakı Şampan Şərabları” Açıq Səhmdar Cəmiyyətindən hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 100 (bir yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar