Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2578/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: alimentin azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-346/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Nəcəfova (Həsənzadə) Ülkər Yusif qızı arasında xx.xx.2013-cü ildə rəsmiləşdirilmiş nikahın pozulması,xx.xx.2014-cü ildə anadan olmuş X4 iddiaçı X2 yanında saxlanılması və cavabdehdən 31 iyul 2015-ci il tarixdən başlayaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazanının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında, eyni zamanda uşaq 3 yaşına çatanadək 60 manat sabit pul məbləğində tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 15 avqust 2022-ci il tarixdən hesablanaraq Cavabdeh1 hər ay cavabdeh İddiaçı tərəfindən qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamələri ilə tutulan alimentin dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü övladı X4 və xx.xx.2022-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi nisbətində aliment müəyyən edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qüvvədə olan məhkəmə qətnamələri əsasında hazırda onun əmək haqqından hər bir uşaq üçün qazancının ¼ hissəsi olmaqla, ümumilikdə maaşının ½ hissəsi aliment qismində tutulur. Onun aylıq başqa xərcləri də var, belə ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5576/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanının yarısına onun, yarısına isə X2 payları müəyyən edilmiş və xx.xx.2015-ci il tarixindən başlayaraq "xxxx" ASC-nə ödənilməli olan aylıq 385,91 manat kredit borcunun yarısının X5 tərəfindən ödənilməsi qət edilmişdir. Lakin, qətnamə çıxarıldığı tarixdən bu günkü günədək Cavabdeh2 tərəfindən 1 manat belə olsa ödəniş həyata keçirilməmiş və sözügedən kreditlərin ödənişlərini tam formada o həyata keçirir. Kredit məbləğinin də ödənişləri tərəfindən icra edildiyi üçün və əmək haqqından 2 uşaq üçün ½ hissə aliment tutulduğu üçün maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-346/2023 saylı 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilməmişdir.
6. Məhkəmə iddiaçının mövqeyi və tələbini əsassız sayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarında və Ailə Məcəlləsində birbaşa qeyd edilir ki, kredit ödənişlərinin və digər ödənişlərin olması alimentin azaldılması üçün əsas ola bilməz.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərin xeyrinə tutulmuş alimentlər Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur. Tutulmaların iddiaçının qazancının müvafiq hissəsinə uyğun aparılması isə icra məmuru tərəfindən icra qanunvericiliyinə uyğun qaydada həyata keçirilməlidir. Bu halda, uşaqları üçün ödənilən alimentin məbləğindən narazı qalan şəxs (aliment alan), alimentin miqdarının dəyişdirilməsi (sabit məbləğdə tutulması və s.) üçün məhkəmədə iddia qaldıra bilər.
8. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 76.1, 112.1ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnaməyə görə o, 2 uşağa görə Ailə Məcəlləsinin 76.1.3-cü maddəsində qeyd olunan 3 və ya daha çox uşağa görə ödənilməli olan aliment məbləğini ödəməkdə davam etməlidir. Onun ayrı-ayrı nikahlardan 4 uşağı olsa və hər biri üçün ¼ hissə aliment ödəmiş olsa, bu qazancının tam olaraq aliment üçün ödəniləcəyinə gətirib çıxarır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh2 apelyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
13. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
15. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur.
16. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməlidir.
25. Qanunvericiliyin tələbinə uyğun olaraq hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur.
26. Hazırda iddiaçının birinci nikahdan bir, ikinci nikahından da bir övladı var.
27. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətində aparıcı mütəxəssis vəzifəsində işləməklə aylıq 3428 manat əmək haqqı alır.
28. Məhkəmə qətnamələri ilə hər uşaq üçün hər ay iddiaçının qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulmuşdur.
29. Belə olan halda 2 uşağa görə iddiaçının qazancının yarısı aliment olaraq tutulur. Belə ki, aldığı əmək haqqından bir uşağa görə 857 manat (3428x1/4=857) tutulduqda, iki uşağa görə bu məbləğ 1714 manat (857x2) edir ki, bu məbləğ də onun aldığı əmək haqqının 3428/2=1714) yarısını təşkil edir.
30. Qanunvericiliyin tələbinə görə isə 3 və ya daha çox uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutula bilər.
31. İddiaçı isə 2 uşağa görə bu məbləğdə aliment ödəyir, bu isə onun qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır.
32. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, iddiaçının hazırki tələbi əsaslı olduğundan təmin edilməli və məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərək, qanunvericiliyin tələbinə uyğun olaraq hər uşağa görə qazancının (başqa gəlirlərinin) 1/6 hissəsində aliment məbləği müəyyən edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-346/2023 saylı iş üzrə 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4734/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1879/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentlərin məbləği dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı tutulan alimentin məbləği hər bir uşaq üçün hər ay qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.