Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2589/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı Xanhüseyn qızının nümayəndəsi X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3788/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Xanhüseyn qızı Cavabdeh qarşı iddia ərizzəsi ilə məhkəməyə müraciət edərək özünə məxsus olan cehiz və qızıl-zinət əşyalarının və ya həmin əşyaların cavabdeh tərəfindən satıldığı və məhv edildiyi təqdirdə onların dəyərinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 08 avqust 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan bir övladları dünyaya gəlmişdir. Hal-hazırda cavabdehlə ailə münasibətlərinə son qoymuş və nikah Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-1252/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə ailə qurarkən onunla birlikdə yaşadıqları gəlin köçdüyü Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, ünvanda yerləşən "Kristal Abşeron-1” şəhərciyi, 8-ci binanın 6-cı mərtəbəsində yerləşən 193 saylı 2 otaqlı mənzilə öz cehiz əşyalarını gətirmişdir. Aralarında baş verən ailə münaqişəsindən sonra cavabdehlə birgə yaşadıqları mənzili tərk etmiş və hazırda valideyni ilə yaşayır. Sonradan iddiaçıya məxsus cehiz əşyalarını tələb etdikdə cavabdeh və onun valideynləri bir qismini qaytarsalar da, çox hissəsini, o cümlədən, bəzi qızıl zinət əşyalarını qaytarmaqdan imtina etmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh və onun valideynləri cehiz əşyalarının yerləşdiyi mənzili iddiaçıya qaytarılmayan əşyaları ilə birlikdə satmışlar. Ona görə də əşyalarının qalan hissəsini də almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3788/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi iddia təmin edilərək Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, Kristal Abşeron-1 şəhərciyi, bina 8, mərtəbə 6, 193 sayı mənzildə olan Sintepon yorğan (İŞBİR firmasının istehsalı) 2 ədəd-100 manat dəyərində; yastıq (İŞBİR firmasının istehsalı) 4 ədəd-40 manat dəyərində; yataq dəsti (ALTİNBAŞAQ firmasının istehsalı) 2 ədəd yorğan və üzlük- 160 manat dəyərində; yastıq üzlüyü 6 ədəd - 60 manat dəyərində; hamam dəsmalı 6 ədəd - 90 manat dəyərində; əl-üz dəsmalı 6 ədəd - 60 manat dəyərində; çay dəsmalı 10 ədəd -50 manat dəyərində; mikrofiber təmizlik dəsmalı 8 ədəd - 40 manat dəyərində; skatert 1 ədəd - 20 manat dəyərində; mop dəsmalı 2 cüt -10 manat dəyərində; qırmızı rəngdə səyahət çantası 1 ədəd - 40 manat dəyərində; ağ rəngdə çətir 1 ədəd - 30 manat dəyərində; udlinitel 2 ədəd -10 manat dəyərində; internet üçün modern aparatı 1 ədəd - 50 manat dəyərində; çanta 5 ədəd - 250 manat dəyərində; güzgü və şamdan- 60 manat dəyərində; cins şalvar 4 ədəd- 100 manat dəyərində; kofta 6 ədəd - 120 manat dəyərində; hamam dəsti 2 ədəd -120 manat dəyərində; idman dəsti 3 ədəd - 150 manat dəyərində; Nişan donu 1 ədəd- 90 manat dəyərində; Xına donu 1 ədəd - 55 manat dəyərində; keta (istifadə olunmamış) 2 cüt -120 manat dəyərində; yay ayaqqabısı (istifadə olunmamış) 3 cüt - 120 manat dəyərində; ağ rəngdə gəlinlik ayaqqabı -1 cüt - 40 manat dəyərində; çəkmə 1 cüt - 90 manat dəyərində; ev ayaqqabısı (domaşnik) 4 cüt- 60 manat dəyərində; saç ütüsü 1 ədəd- 50 manat dəyərində; parfümeriya və kosmetika dəsti - 350 manat dəyərində; qırmızı rəngdə pul qabı («VİKTORİA SEKRET» firması) içərisində 650 manat pul ilə birlikdə 1 ədəd - 40 manat dəyərində; qazan qapağı və altlığı ilə birlikdə («WEST» firması) 1 ədəd - 55 manat dəyərində; asılqan 18 ədəd - 25 manat dəyərində; mətbəx mebeli 1 ədəd - 800 manat dəyərində; iki gözlü mətbəx vannası 1 ədəd- 60 manat dəyərində; iki gözlü elektrik plitə 1 ədəd - 35 manat dəyərində olmaqla ümumi dəyəri 4110 manat olan əşyaların və qızıl üzük 1 ədəd -120 manat dəyərində; qızıl nişan üzüyü 1 ədəd - 1850 manat dəyərində; qol saatı 2 ədəd -60 manat dəyərində; qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) 1 ədəd - 60 manat dəyərində olmaqla ümumi dəyəri 2090 manat olan qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, iş materiallarında iddiaçı ilə ailə qurarkən onunla birlikdə yaşadıqları gəlin köçdüyü Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında yerləşən "Kristal Abşeron- 1" şəhərciyi, 8-ci binanın 6-cı mərtəbəsində yerləşən 193 saylı 2 otaqlı mənzilə hansı cehiz əşyalarınının gətirilməsini müəyyən etmək mümkün deyil. İddia ərizəsində sadalanan bir qisim cehiz və qızıl zinət əşyalarının iddiaçının subyektiv mülahizəsindən başqa mövcudluğuna dair heç bir sübut təqdim edilməmişdir. Hakim qətnamənin əsaslandırma hissəsində sadəcə iddiaçının anası X4 və atası Nümayəndəin və xalası X2 şahid ifadələrinə istinad edilməklə iddia tələbinin təmin edilməsi aşağıda qeyd edilən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərdir. İddiaçı cehiz əşyalarının mövcudluğunu təsdiq edən heç bir sübut təqdim etmədən, yalnız subyektiv mülahizəyə əsaslanaraq əşya adlarını sadalamaqla tələb irəli sürmüşdür. MPMin 14-cü maddəsi iş üzrə məhkəmə baxışının prinsiplərini müəyyən edərək qeyd etmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci Maddə Sübut etmə vəzifəsini (77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) tələb irəli sürənin üzərinə qoymuşdur. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-c maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia ərizəsində tələb olunan əmlakların cavabdeh tərəfdə qalması sübut olunmur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-c maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə tələb edilən cehiz əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. İş materiallarında hansı əmlakların iddiaçı tərəfindən aparılmadığı yalnız iddiaçının atası, anası və xalasının həqiqəti əks etdirməyən subyektiv mülahizəsi məhkəmə iclas protokolu ilə verilmiş qeydlərdə öz əksini tapmışdır. İclas protokolu ilə tanış olmaq üçün etibarnamə üzrə nümayəndə olaraq Vəkil Məmmədhüseyn oğlunun 02.12.2021-cu ildə etdiyi müraciət 08.12.2021- ci il tarixdə cavablandırılaraq şərait yaradılmışdır. Məhkəmə iclası protokolu ilə tanış olunarkən keçirilmiş məhkəmə iclas protokolları ilə yol verilmiş yanlışlıqları və ya natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim edilmişdir. 1. Məhkəmə baxışı 26.11.2021-ci il tarixdə yekunlaşsa da, qətnamə iş materiallarında yoxdur, elektron kabinetə yerləşdirilməmişdir. İş materiallarının səhifələri nömrələnmədiyindən protokola qeydlər səhifələrə istinad edilməsi mümkünsüzdür. Məhkəmə iclası audio-video çəkilişlə aparılsa da, disk iş materiallarında müşahidə edilmədi. 2. İş materiallarının 25.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclas protokolunda iddiaçı tərəfindən təqdim edilən şahid Dəmirova Nailəyə ünvanladığı sual "cehiz əmlaklarını apardığınızı və sonra götürdüyünüzü iddia etdiyiniz " Kristal Abşeron " şəhərciyindəki mənzil neçənci mərtəbədə yerləşir?" Cavab: Mən hardan bilim?" protokolda öz əksini tapmamışdır. Şahidə verdiyi sual: "İddia etdiyiniz üzük necə qaşlı idi?". Cavab: "Siz məni çaşdırırsınız, bacımgil dedi ki, üzüyü verməyiblər" ifadəsi iclas protokolunda qeyd edilməyib. 3. İddiaçının nümayəndəsi Hasilova Həmidəyə ünvanladığı "Qızınızın əl sumkasında 650 manat pul olduğunu nə ilə sübut edərsiniz?" Cavab: "İşə ədalətli baxmasalar, şikayət edəcəm”. Sual " İddia etdiyiniz qızıl- zinət əşyaları hardan alınmışdı?" Cavab: "Amerikadan gətirtmişdik" Sual: "Qızınızın yaşadığı mənzilin mətbəxi necə kv. metr olardı?" Cavab: "Siz onların tərəfini tutursunuz" Sual : "Apardığınız əşyalar hansılardır?" Cavab verilmədi. Sual: “Göstərdiyiniz qiymətləri haradan götürmüsünüz?" Digər əşyaların aparılması şahid ifadələrindən də göründüyü kimi iddiaçı tərəfindən aparılmşdır. Cehiz əşyalarının aparılması iddiaçının ailə üzvlərinin iştirakı ilə ağ rəngli "Ford" markalı avtomaşınla aparılması qonşu və cavabdehin ailə üzvlərinin şahidliyi həyata keçirilmişdir. Qızıl zinət əşyalarının iddiaçı tərəfindən özü ilə hətta nikaha xitam verilməmişdən əvvəl özü ilə aparılması şahid ifadələri ilə təsdiqini tapır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində icraat: Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2, 36.9, Mülki Məcəllənin 157.1, 225.2, 225.3-cü maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı şəxsə verilmiş və iddia ərizəsində öz əksini tapmış qizıl zinət əşyalarının və cehiz əmlakların cavabdehdə qalması öz təsdiqini tapmış və cavabdeh tərəf iddianın bu xüsusat üzrə hissəsini qismən qəbul etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əşyalar natura şəklində, bu mümkün olmadığı təqdirdə isə çatışmayan əşyaların dəyəri pul şəklində Cavabdeh alınaraq İddiaçı verilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissələrdə qətnamənin qismən ləğv edilməsi və həmin hissələrdə iddianın təmin edilməməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini bütövlükdə birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların 1 ədəd mətbəx mebeli - 800 manat dəyərində; 1 ədəd -120 manat dəyərində qızıl üzük; 1 ədəd qızıl nişan üzüyü - 1850 manat dəyərində istisna olmaqla Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşması müəyyən edilmir. Qeyd olunduğu kimi, iddiaçının hazırki tələbinin təmin olunması üçün üç şərt olmalıdır. Yəni, iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, əşya cavabdehin sahibliyində olmalı və əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu şərtlərdən hər hansı birinin mövcud olmaması həmin iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı, tələb etdiyi 1 ədəd -120 manat dəyərində qızıl üzük; 1 ədəd qızıl nişan üzüyü - 1850 manat dəyərində qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona hədiyyə edildiyini, bu səbəbdən həmin əşyaların mülkiyyət hüququ ilə ona məxsus olduğunu bildirmiş, cavabdeh tərəf isə bu halı mübahisələndirməmiş, o cümlədən apellyasiya baxışı zamanı da bunu təsdiq etmişdir. Bununla da, birinci şərti - iddiaçının həmin əşyaların mülkiyyətçisi olması halı sübuta yetirilmişdir və həmin xüsusat üzrə əlavə araşdırma aparılmasına gərək olmamışdır. İkinci dispozisiya şərti - əşyaların cavabdehin sahibliyində olması ilə bağlı iddiaçı bildirmişdir ki, ailə münasibətləri pozulduğuna görə cavabdehlə birgə yaşadığı mənzili tərk etməli olmuş, sonradan cehiz və qızıl-zinət əşyalarını tələb etdikdə cavabdeh və onun valideynləri bir qismini qaytarsalar da, çox hissəsi, o cümlədən bəzi qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişlər. Göründüyü kimi iddiaçı, ona məxsus cehiz və qızıl-zinət əşyalarının bir qisminin cavabdeh və onun valideynləri tərəfindən qaytarıldığını, tələb etdiyi əşyaların isə qaytarılmadığına istinad etmişdir. Cavabdeh isə bu halları təsdiq etməyərək bildirir ki, mübahisəli əşyalar onun sahibliyində deyil, iddiaçı həm cehiz, həmdə qızıl əşyalarını aparmışdır. Demək, cavabdeh qızıl əşyalarının onun sahibliyində olması halını mübahisələndirirsə, bunun həqiqi olub-olmaması sübuta yetirilməlidir. Əlbətdə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Ancaq bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir. Lakin hazırki iş üzrə tələb edilən qızıl-zinət əşyalarının cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gətirdiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. Bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar isə aşkar edilməmişdir. Belə ki, həyatda həmişə baş verən hallara görə qızıl-zinət əşyaları adətən qadında olur yaxud onun tərəfindən saxlanılır. Bu hal həmin əşyaların xarakterinə və istifadə təyinatına görə də müəyyən edilir. Ona görə də bu qızıl-zinət əşyalarının digər şəxsin qanunsuz sahibliyinə keçməsi üçün sübuta yetirlməsi tələb edilən bir hadisə olmalıdır. Başqa sözlə, iddiaçı evdən çıxarkən və ya əri ilə faktiki ailə münasibətləri başqa formada kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmaya, yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı qadının iradəsindən asılı olmayaraq məhdudlaşdırıla bilər (məsələn, zor tətbiq edilməklə evdən qovulması, öz əşyalarını götürmək imkanından başqa cür maneələr yaradılmaqla məhrum edilməsi və s.). Lakin bu cür vəziyyətdə iddiaçı istinad etdiyi bu hadisələrin baş verdiyini, yəni həqiqətən də birgə yaşadıqları evi əşyalarını özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməlidir. Belə sübut cavabdehin etirafı ola biləcəyi kimi, iddiaçının dərhal polisə etdiyi şikayət, həmin şikayətin araşdırılması nəticəsində müəyyən edilən hallar və s. ola bilər. Ancaq iddiaçının bu barədə yalnız izahatları mövcuddur. Bu izahatlar isə həmin faktların təsdiq olunması nəticəsinə gəlmək üçün kifayət etmir, çünki bu cür izahatlar işdəki digər sübutlarla təsdiqlənməlidir. Lakin işdə belə bir sübut mövcud deyildir. Buna baxmayaraq, hazırkı işdə iddiaçı, həm cehiz, həm də qızıl-zinət əşyalarının bir qisminin qaytarıldığını təsdiq edir. Apellyasiya baxışı zamanı cavabdeh 1 ədəd - 120 manat dəyərində qızıl üzüyün və 1 ədəd - 1850 manat dəyərində qızıl nişan üzüyünün həqiqətən də həmin dəyərdə olduğunu və iddiaçıya hədiyyə edildiyini təsdiq etdi. Lakin iddiaçının tələb etdiyi 60 manat dəyərində 2 ədəd qol saatının və 1 ədəd qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) - 60 manat dəyərində olmaqla ümumi dəyəri 120 manat olan əşyalarının cavabdeh tərəfindən iddiaçıya alınmadığını, iddiaçının özünə məxsus olduğu da müəyyən olundu. Bu cür vəziyyətdə iddiaçıya məxsus həmin əşyaların cavabdehin sahibliyində qalması da inandırıcı və ağlabatan deyil, həmçinin bu hallar sübuta yetirilməmişdir. Buna görə də 2 ədəd -60 manat dəyərində qol saatının və 1 ədəd qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) - 60 manat dəyərində olmaqla ümumi dəyəri 120 manat olan əşyaların cavabdehdən alınması hissəsində qətnamə ləğv edilməli və iddia həmin hissələrdə təmin edilməməlidir. Bununla yanaşı, cavabdeh iddiaçının 1 ədəd - 120 manat dəyərində qızıl üzüyün və 1 ədəd - 1850 manat dəyərində qızıl nişan üzüyünün özü ilə aparmasını bildirərək iddia tələbinin bu hissəsinə də etiraz etsə də, etirazın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də məhz bu hallarla bağlı, yəni iddiaçının həmin qızıl-zinət əşyalarını özü ilə aparmasını və qızıl-zinət əşyalarının özündə olmasını sübutetmə yükü artıq cavabdeh tərəfə keçir və bu sübutetmə vəzifəsi onun üzərinə düşsə də, cavabdeh bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı həqiqətən də bu halları sübuta yetirəcək mötəbər dəlillər gətirməmişdir. Bundan əlavə, apellyasiya baxışı zamanı da 1 ədəd - 800 manat dəyərində mətbəx mebelinin dəyərinin cavabdehin atası tərəfindən ödənildiyi göstərilsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də qətnamə mübahisələndirilən bu hissədə ləğv edilə və iddia həmin hissədə rədd edilə bilməz. Qeyd olunanlarla yanaşı iddiaçı tərəf tələb etdiyi digər cehiz əşyalarının həqiqətən də mövcud olması və bunların məhz cavabdehin sahibliyində olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə iddia ərizəsində də cehiz əşyalarının bir qisminin qaytarıldığını göstərir. Lakin digər hissələrinin həqiqətən mövcud olması və mövcud olmuşdursa hansı səbəbdən aparmadığı barədə heç bir ciddi arqument irəli sürmür. Tələb edilən əşyaların gündəlik məişətdə istifadə edilən, o cümlədən qadına məxsus şəxsi geyim və digər əşyalar olması da onların Cavabdeh qanunsuz sahibliyində olmasını istisna edən hallar kimi qiymətləndirilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissədə hər hansı bir mötəbər sübuta istinad etmədən, yalnız iddiaçının izahatına və işin nəticəsində hüquqi marağı olan qohumlarının şahid ifadələrinə əsaslanması kifayətedici mötəbər sübut sayıla bilməzdi. Çünki, şahid Nayilə Dəmirovanın ifadəsində göstərildiyi kimi əgər yataq dəsti, divan, stul və xırda qab-qacaq, zinət əşyalarından iki üzük qaytarılırdısa, hazırda tələb edilən digər əşyaların qaytarılmaması üçün də hansısa ciddi bir əsas olmalı idi. Belə bir əsasın olması isə təsdiq olunmur. Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1, 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunalara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3788/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, Kristal Abşeron-1 şəhərciyi, bina 8, mərtəbə 6, 193 sayı mənzildə olan Sintepon yorğan (İŞBİR firmasının istehsalı) 2 ədəd- 100 manat dəyərində; yastıq (İŞBİR firmasının istehsalı) 4 ədəd-40 manat dəyərində; yataq dəsti (ALTİNBAŞAQ firmasının istehsalı) 2 ədəd yorğan və üzlük- 160 manat dəyərində; yastıq üzlüyü 6 ədəd - 60 manat dəyərində; hamam dəsmalı 6 ədəd - 90 manat dəyərində; əl-üz dəsmalı 6 ədəd - 60 manat dəyərində; çay dəsmalı 10 ədəd -50 manat dəyərində; mikrofıber təmizlik dəsmalı 8 ədəd - 40 manat dəyərində; skatert 1 ədəd - 20 manat dəyərində; mop dəsmalı 2 cüt -10 manat dəyərində; qırmızı rəngdə səyahət çantası 1 ədəd - 40 manat dəyərində; ağ rəngdə çətir 1 ədəd - 30 manat dəyərində; udlinitel 2 ədəd -10 manat dəyərində; internet üçün modern aparatı 1 ədəd - 50 manat dəyərində; çanta 5 ədəd - 250 manat dəyərində; güzgü və şamdan- 60 manat dəyərində; cins şalvar 4 ədəd-100 manat dəyərində; kofta 6 ədəd - 120 manat dəyərində; hamam dəsti 2 ədəd - 120 manat dəyərində; idman dəsti 3 ədəd - 150 manat dəyərində; nişan donu 1 ədəd- 90 manat dəyərində; xına donu 1 ədəd - 55 manat dəyərində; keta (istifadə olunmamış) 2 cüt -120 manat dəyərində; yay ayaqqabısı (istifadə olunmamış) 3 cüt - 120 manat dəyərində; ağ rəngdə gəlinlik ayaqqabı -1 cüt - 40 manat dəyərində; çəkmə 1 cüt - 90 manat dəyərində; ev ayaqqabısı (domaşnik) 4 cüt- 60 manat dəyərində; saç ütüsü 1 ədəd- 50 manat dəyərində; parfümeriya və kosmetika dəsti - 350 manat dəyərində; qırmızı rəngdə pul qabı («VİKTORİA SEKRET» firması) içərisində 650 manat pul ilə birlikdə 1 ədəd - 40 manat dəyərində; qazan qapağı və altlığı ilə birlikdə («WEST» firması) 1 ədəd - 55 manat dəyərində; asılqan 18 ədəd - 25 manat dəyərində; iki gözlü mətbəx vannası 1 ədəd- 60 manat dəyərində; iki gözlü elektrik plitə 1 ədəd - 35 manat dəyərində olmaqla ümumi dəyəri 3310 manat olan əşyaların və qol saatı 2 ədəd -60 manat dəyərində; qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) 1 ədəd - 60 manat dəyərində olmaqla ümumi dəyəri 120 manat olan qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması hissələrində ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməli; Mübahisələndirilən qalan, yəni mətbəx mebeli 1 ədəd - 800 manat dəyərində; qızıl üzük 1 ədəd -120 manat dəyərində; qızıl nişan üzüyü 1 ədəd - 1850 manat dəyərində, ümumi dəyəri 1970 manat olan qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması hissələrdə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3788/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30, Kristal Abşeron-1 şəhərciyi, bina 8, mərtəbə 6, 193 sayı mənzildə olan Sintepon yorğan (İŞBİR firmasının istehsalı) 2 ədəd-100 manat dəyərində; yastıq (İŞBİR firmasının istehsalı) 4 ədəd-40 manat dəyərində; yataq dəsti (ALTİNBAŞAQ firmasının istehsalı) 2 ədəd yorğan və üzlük- 160 manat dəyərində; yastıq üzlüyü 6 ədəd - 60 manat dəyərində; hamam dəsmalı 6 ədəd - 90 manat dəyərində; əl-üz dəsmalı 6 ədəd - 60 manat dəyərində; çay dəsmalı 10 ədəd -50 manat dəyərində; mikrofıber təmizlik dəsmalı 8 ədəd - 40 manat dəyərində; skatert 1 ədəd - 20 manat dəyərində; mop dəsmalı 2 cüt -10 manat dəyərində; qırmızı rəngdə səyahət çantası 1 ədəd - 40 manat dəyərində; ağ rəngdə çətir 1 ədəd - 30 manat dəyərində; udlinitel 2 ədəd -10 manat dəyərində; internet üçün modern aparatı 1 ədəd - 50 manat dəyərində; çanta 5 ədəd - 250 manat dəyərində; güzgü və şamdan- 60 manat dəyərində; cins şalvar 4 ədəd-100 manat dəyərində; kofta 6 ədəd - 120 manat dəyərində; hamam dəsti 2 ədəd -120 manat dəyərində; idman dəsti 3 ədəd - 150 manat dəyərində; nişan donu 1 ədəd- 90 manat dəyərində; xına donu 1 ədəd - 55 manat dəyərində; keta (istifadə olunmamış) 2 cüt -120 manat dəyərində; yay ayaqqabısı (istifadə olunmamış) 3 cüt - 120 manat dəyərində; ağ rəngdə gəlinlik ayaqqabı -1 cüt - 40 manat dəyərində; çəkmə 1 cüt - 90 manat dəyərində; ev ayaqqabısı (domaşnik) 4 cüt- 60 manat dəyərində; saç ütüsü 1 ədəd- 50 manat dəyərində; parfümeriya və kosmetika dəsti - 350 manat dəyərində; qırmızı rəngdə pul qabı («VİKTORİA SEKRET» firması) içərisində 650 manat pul ilə birlikdə 1 ədəd - 40 manat dəyərində; qazan qapağı və altlığı ilə birlikdə («WEST» firması) 1 ədəd - 55 manat dəyərində; asılqan 18 ədəd - 25 manat dəyərində; iki gözlü mətbəx vannası 1 ədəd- 60 manat dəyərində; iki gözlü elektrik plitə 1 ədəd - 35 manat dəyərində olmaqla ümumi dəyəri 3310 manat olan əşyaların və qol saatı 2 ədəd -60 manat dəyərində; qızılı rəngdə qolbağ («VİKTORİA SEKRET» firması) 1 ədəd - 60 manat dəyərində olmaqla ümumi dəyəri 120 manat olan qızıl-zinət əşyalarının, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması hissələrində ləğv edilsin və həmin hissələrdə iddia təmin edilməsin. Mübahisələndirilən qalan, yəni mətbəx mebeli 1 ədəd - 800 manat dəyərində; qızıl üzük 1 ədəd -120 manat dəyərində; qızıl nişan üzüyü 1 ədəd - 1850 manat dəyərində, ümumi dəyəri 1970 manat olan qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların pul əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulması hissələrində qətnamə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2589/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2589/2022
28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver