Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-260/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Hakimlər Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı X15 Masoudun cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh X3rşı “artıq ödənilmiş əmək haqqının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: X15 Masoud ilə "xxxx" MMC arasında 12 iyun 2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masoud "xxxx" MMC-yə keyfiyyət üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə xitam verilmişdir. Hazirda ilkin iddia üzrə iddiaçı əmək haqqının ödənilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə artıq ödənilmiş əmək haqqının geri qaytarılmasını tələb edirlər. Birinci instansiya məhkəməsində icraat: İlkin iddia üzrə iddiaçı X15 Masoud cavabdeh "xxxx" MMC-yə qarşı cavabdehdən "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, ferval və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat və 2020 və 2021-ci illər üzrə ödənilməmiş məzuniyyət haqqı olaraq 4448 manat olmaqla, cəmi 17636 manat məbləğin və həmin məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manatın və mediasiya xərci olaraq ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq iddiaçı X15 Masouda ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixdən etibarən işçi şirkətin keyfiyyət təminatı üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi üzrə əmək haqqı (vergi və ödənişlər çıxmaqla) 2448,00 manat təyin edilmişdir. 2019-cu ilin iyul ayından 2020-ci ilin sentyabr ayınadək aylıq əmək haqqı müqaviləyə uyğun olaraq işçinin hesabına köçürülmüşdür. İşçinin əmək haqqında hər hansı bir dəyişiklik baş vermədiyi halda ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan da göründüyü kimi xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində işçinin hesabına əmək haqqı təyinatı ilə hər dəfə 500 manat köçürülmüşdür. Daha sonra isə 2021-ci ilin yanvar ayından etibarən əmək müqaviləsinə xitam verilənədək xx.xx.2021-ci il tarixinədək işçiyə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Tərəflər arasında əmək müqaviləsinə xitam verildikdən sonra işçi ilə son haqq-hesab aparılmamışdır. Qeyd edilən hallarla əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət olunmuşdur. Müraciətlə bağlı X11 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulduğu müəyyən edilmiş və şirkətin baş direktoru Nicat Cəbiyev barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin bundan sonra da şirkət tərəfindən işçiyə ödənilməmiş əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Bununla yanaşı "xxxx" MMC cavabdeh X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən 18499,15 manat məbləğində pul vəsaitinin X15 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X15 Masoud ilə "xxxx" MMC arasında xx.xx.2019-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən MMC-nin keyfiyyət təminatı üzrə meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı 2448 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində isə öz xahişi əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdehə işlədiyi iş vaxtına əsasən 22141,95 manat ödənilməli olduğu halda, 40647,10 manat ödəniş edilmişdir. Belə olan halda cavabdehə 18499,15 manat artıq ödəniş edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, "xxxx" MMC-dən X15 Masoudun xeyrinə 540,62 (beş yüz qırx manat altmış iki qəpik) manat ödənilməmiş əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə 893,32 (səkkiz yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində kompensasiya, əmək haqqının gecikdirildiyinə görə 494,70 (dörd yüz doxsan dörd manat yetmiş qəpik) manat cərimə, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat, ümumilikdə 1978,64 (min doqquz yüz yetmiş səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul vəsaitinin tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin iddianın məhkəməyə verilməsinə görə 39,78 (otuz doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddiaya "xxxx"-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün 1948 manat olmaqla, cəmi 5844 manat, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla hər ay üçün 2448 manat olmaqla, cəmi 7344 manat məbləğində ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə aşağıda göstərilənlərə əsasən qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci ildə ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı tərəflər arasında əmək münasibətləri prosesində natamam iş vaxtı rejimi tətbiq edilmişdir. Bununla bağlı məhkəməyə tərəflər arasında əldə edilmiş razılaşmaya dair yazılı sübut təqdim edilməsə də, işin faktiki halları buna dəlalət edir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən müddət üçün əməyin ödənilməsi əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib hesablanmalıdır. Belə olan halda, 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları üzrə X15 Masouda "xxxx" MMC tərəfindən faktiki işlədiyi vaxtda görə hesablanmalı olan əmək haqqından artıq məbləğdə əmək haqqı ödənildiyinə görə, həmin ayları üzrə 5844 manat məbləğində əmək haqqının ödənilməsi tələbi əsassızdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar, fevral və mart ayları üzrə X15 Masouda ümumilikdə 540,62 manat (xx.xx.2023cü il tarixli 9/5031 nömrəli rəydən ekspert rəyi) məbləğində əmək haqqı ödənilməli olduğu halda, hər hansı məbləğdə ödəniş edilməmişdir. İddia da qeyd edilən müddətə görə ödənilməmiş əmək haqqına görə 7344,00 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq X15 Masouda ödənilməsi hissədə qismən təmin edilməli, "xxxx" MMC-dən 540,62 manat məbləğində pul vəsaiti tutularaq X15 Masouda ödənilməlidir. Məhkəmə ilkin iddiaya 2020 və 2021-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə 4448 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə aşağıda göstərilənlərə görə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X15 Masoud 2019- 2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə görə isə sonuncunun 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməlidir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizələrində X15 Masoudun 2020-2021-ci illər üçün isə onun 8 aylıq məzuniyyət hüququ yarandığı, buna görə hesablanmış məbləğin 893,32 manat təşkil etdiyi etiraf edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, işçi X15 Masoud tərəfindən 2020-2021-ci iş ilinə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ yaranmışdır və kompensasiyanın məbləği isə "xxxx" MMC-nin etiraf etdiyi məbləğdə, yəni 893,32 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia işçi tərəfindən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC-dən 893,32 manat məbləğində pul vəsaiti tutularaq X15 Masouda ödənilməlidir. Məhkəmə iddiaya 17636 manat məbləğin ödənilməməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmaqla 6084 manatın "xxxx" MMC-dən tutularaq X15 Maosuda ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır və qismən təmin edilməldir. Belə ki, yuxarıda göstərinlənlərə əsasən işçiyə faktiki olaraq ödənilməli olan, lakin ödənilməyən son haqq-hesabın məbləği 17636,00 manat deyil, 1433,94 manat təşkil edir. Belə olan halda, kompensasiyanın məbləği də 1433,94 manat məbləğə görə hesablanaraq, 494,7 manat məbləğində müəyyən edilməlidir. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddia əmək haqqı və məzuniyyətə görə kompensasiyanın ödənilməməsinə görə 6084 manat məbləğində cərimənin "xxxx" MMC-dən tutularaq X15 Masouda ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC-dən 494,7 manat cərimə məbləği tutularaq X15 Masouda ödənilməlidir. Məhkəmə ilkin iddiaya mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq iddiaçı X15 Masouda ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddia həmin hissədə tam təmin edilməlidir. Məhkəmə 18499,15 manat məbləğində pul vəsaitinin X15 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya qiymət verərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, işçinin əmək haqqından işəgötürən tərəfindən ödənişlərin tutulması hallarının qəti siyahısı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir. Həmin hallardan başqa, həmçinin hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən 2020-ci ildə artıq ödənilməmiş əmək haqqının X15 Masouddan tutularaq cəmiyyətə geri ödənilməsi tələbinə dair qarşılıqlı iddia əsassızdır və rədd edilməliidr. Məhkəmə X15 Masoudun nümayəndəsi-vəkili tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddiaya münasibətdə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsi ilə bağlı ərizəsinə qiymət verərək, qeyd etmişdir ki, qarşılıqlı iddia iddia müddəti tətbiq edilməli, iddia rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, "xxxx" MMC tərəfindən X15 Masoud arasında əmək müqaviləsinə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğuna görə "xxxx" MMC-nin artıq ödənilmiş əmək haqqının geri ödənilməsi tələbi ilə bağlı iddia müddəti qeyd edilən tarixdən hesablanmalıdır. Mülki iş materiallarında göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X15 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı artıq ödənilmiş əmək haqqının geri qaytarılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Odur ki, "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X15 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiasına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Məhkəmə iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumunun ödənilməsi məsələsinə qiymət verərək, hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddianın məhkəməyə verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu, məhkəmə xərcləri isə iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və buna görə də 39,78 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məhkəmə xərcinə daxil olan 200 manat məbləğində ekspertiza xərclərinin ödənilməsi ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, ilkin iddia qismən təmin edildiyi, qarşılıqlı iddianın isə rədd edildiyi nəzərə alınmaqla, ekspertiza xərci ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Həmin qətnamədən X15 Masoud apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddia üzrə iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı "xxxx" MMC tərəfindən də apellyasiya şikayəti verilərək qətnamənin ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı X15 Masoud tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında hər hansı sübut olmadan formal olaraq işin faktiki hallarına istinad edilərək tərəflər arasında karantin rejimi ilə əlaqədar natamam iş vaxtının tətbiq edildiyi qənaətinə gəlinmişdir. Halbuki ilkin iddia üzrə iddiaçı məhkəmə prosesində onun karantin rejimi ilə əlaqədar işəgötürən "xxxx" MMC tərəfindən “TƏBİB” sistemindən icazəsinin olduğu və hər gün əmək müqaviləsinə uyğun olaraq işə gəlməsini qeyd etsə də, məhkəmə bu sübutu araşdırmayaraq ehtimallara və işin olmayan faktiki hallarına istinad edərək tərəflər arasında natamam iş qrafikinin şərtləşdirildiyi qənaətinə gəlmişdir. Digər tərəfdən məhkəmə bir-biri ilə ziddiyyət təşkil edən xx.xx.2023-cü il tarixli 9/5031 saylı ekspert rəyinə istinad edərək iddiaçıya sadəcə 2021-ci ilin yanvar fevral mart ayları üzrə 540.62 (beş yüz qırx manat 62 qəpik) manat məbləğində əmək haqqının ödənilməli olduğu qənaətinə gəlmişdir. Halbuki X7nin Bakı şəhər İdaərsinə təqdim edilmiş və işçinin əmək haqqı hesabının olduğu "xxxx" ASC-də olan xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, qeyd edilən 2021-ci ilin yanvar fevral və mart ayları ərzində ümumiyyətlə hər hansı ödəniş edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi sübut kimi qəbul edilib ilkin iddia üzrə iddiaçının iddiası qismən də olsa təmin edilə bilməzdi. Çünki həmin rəyin nəticə hissəsində göstərilir ki, ilkin iddia üzrə iddiaçıya artıq əmək haqqı ödənilib və buna görə də son haqq-hesabın hesablanmasına ehtiyac qalmadı. Birinci instansiya məhkəməsinin necə bu rəyə istinad etdiyi və bunu mötəbər sübut kimi qəbul etdiyi qeyri-müəyyəndir. Həmçinin X7 Bakı şəhər İdarəsi tərəfindən yuxarıda qeyd edilən və qanuni qüvvəsini almış inzibati akt mövcud olması da, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyin mötəbərliyini aradan qaldırır. Digər tərəfdən məhkəmə tərəfindən ekspertizaya bütün iş materialları təqdim edilsə də, nədənsə ekspertiza sadəcə işəgötürənin "xxxx" MMC-nin təqdim etdiyi sənədlər əsasında rəy tərtib edilmişdir. Digər tərəfdən ilkin iddia üzrə cavabdeh tərəfindən nədənsə X7 tərəfindən yoxlama aparılarkən yox ondan 1 il sonra güya ilkin iddia üzrə iddiaçının iş yerində olan turniketdən olan çıxarışını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin turniketin proqram sisteminin sertifikasiyasının olub-olmaması araşdırılmamışdır. Birinci instansiya məhkəməsi şəxsin 2020-2021-ci illər məzuniyyətinə görə kompensasiya məbləğini ilkin iddia üzrə cavabdehin etirafını əsaslanaraq 893.32 (səkkiz yüz doxsan üç manat 32 qəpik) manat məbləğində müəyyən etmişdir. Halbuki bu məbləğ 4448 (dörd min dörd yüz qırx səkkiz) manat olmalı idi. Digər tərəfdən ilkin iddia üzrə cavabdehin etirafı əsasında heç bir digər sübutla təsdiq edilməyən məbləği əsas almaqla iddianı o hissədə təmin etmək məhkəmə tərəfindən kobud pozuntuya yol verildiyinin bariz nümunəsidir. Birinci instansiya məhkəməsi işçiyə son haqq-hesabın verilmədiyini düzgün nəzərə almadan öz ehtimallarına əsasən məzuniyyət və əmək haqqını hesablamışdır. Birinci instansiya məhkəməsi hər hansı sübut olmadan tərəflər arasında natamam iş vaxtının razılaşdırıldığı qənaətinə gəlmişdir. Halbuki iş materiallarında sübut edəcək hər hansı sübut yoxdur. Məhkəmə yuxarıda qeyd edilən halların hər biri barəsində pozuntuya yol vermişdir. Belə ki, maddi hüquq normlarına iş materiallarına əsasən yox öz mülahizəsinə görə istinad etmişdir. Həmçinin bunun nəticəsində mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamışdır. Məsələn şəxsin karantin rejimi vaxıtnda icazəsinin işəgötürən tərəfindən alınması və onun hər gün işə gəlib getməsini aydınlaşdırmamışdır. Digər tərəfdən əgər ilkin iddia üzrə iddiaçı işə doğru düzgün gəlmirdisə onda nə üçün ona əmək haqqı digər aylarda tam ödənilmişdir. İlkin iddia üzrə cavabdehin mülahizəsi ilə artıq ödənilmişdir. Məhkəmə bütün bu halları araşdırmamışdır. Ümumiyyətlə məhkəmə 2020-ci ilin oktyabr noyabr dekabr aylarında əmək haqqının hansı səbəbdən tam ödənilməməsi məsələsinə qiymət verə bilməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X15 Masoud MMC ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, MMC-nin keyfiyyət təminatı üzrə meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı 2448 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində isə öz xahişi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X15 Masoudun ödənilməmiş əmək haqqının ödənilməsi tələbi əsassızdır, əksinə ona 18499,15 (on səkkiz min dörd yüz doxsan doqquz manat on beş qəpik) manat artıq əmək haqqı ödənilmişdir. 2020-ci ilin yanvar ayından iş yerinə girişdə turniket sistemi quraşdırılmış və hər bir işçi şəxsi istifadəsinə verilmiş kartdan istifadə etməklə turniketdən keçməklə iş yerinə daxil olmuş və iş yerini tərk etmişlər. Bununla da, işçilərin iş günü ərzində neçə saat işdə olmalarını dəqiq müəyyən etmək mümkün olmuşdur. Bu barədə turniketdən giriş-çıxış məlumatları barədə arayışları iddia ərizəsinə əlavə etməklə bildirilir ki, ilk iddia üzrə iddiaçı MMC-nin rəhbərliyi tərəfindən ona artıq ödənilmiş məbləğlərin əmək haqqından tutulmaması ilə bağlı atılmış humanist addımı bir kənara qoymuş, hazırda MMC-dən haqqı olmayan şişirdilmiş məbləğdə pul tələbi etməkdədir. Hətta, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2021-ci ilin mart ayının 5-də xitam verilməsinə baxmayaraq, ilk iddia ərizəsində 2021-ci ilin mart ayı üçün ona tam əmək haqqı məbləği olan 2.448 manatın ödənilməsini tələb edir. Belə tələb irəli sürülməsi özü absurddur və onu göstərir ki, ilk iddiaçı hər vəchlə MMC-dən artıq pul almağa çalışmaqdadır. X15 Masoud MMC-yə məxsus koorporativ notebooku icazəsiz özbaşına iş yerindən götürüb aparmaqla, sonradan həmin əmlakı girov kimi saxladığını, ona nə vaxt tələb etdiyi pulun ödəniləcəyi təqdirdə həmin əmlakı da qaytaracağını bildirmiş, ondan tələb edildikdən sonra poçt vasitəsilə göndərmişdir. Notebooka baxış keçirildikdə içində MMC-yə məxsus olan və kommersiya sirrini təşkil edən uzunmüddətli baza məlumatlarının onun tərəfindən qərəzli olaraq silindiyi aşkar edilmişdir. Təkcə bununla bitmir, MMC-nin Baş Direktoru Nicat Cəbiyev tərəfindən öz şəxsi vəsaiti hesabına X15 Masouda müxtəlif vaxtlarda müəyyən problemlərinin həlli ilə əlaqədar ümumilikdə 4941 manat miqdarında şəxsi borclar da verilərək yardım edilmişdir. Bütün bu qeyd edilənlərə baxmayaraq, X15 Masoudun sözügedən davranışları və əsassız olaraq pul tələbi irəli sürməsi hazırda MMC-nin ona qarşı qarşılıqlı iddia tələbi irəli sürməsinə səbəb olmuş və MMC-nin rəhbərliyi ona qarşı əvvəllər göstərilmiş humanist hərəkətlərə qarşı yol verdiyi bu qanunsuz davranışları nəticəsində artıq ona ödənilmiş əmək haqqı məbləğinin ondan tələb edilməsi qərarına gəlinmişdir. X15 Masoud 2019-2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etmiş, 2020-2021-ci illər üçün isə onun 8 aylıq məzuniyyət hüququ yaranmışdır ki, buna görə hesblanmış məbləğ 893,32 manat təşkil edir. X15 Masoudun 2019-2020-ci illər üçün məzuniyyət hüququndan istifadə etməməsi yalandır. Belə ki, MMC-də hər növbəti ilin məzuniyyət qrafiki əvvəlcədən təsdiq edilir və işçilər həmin qrafiklə məzuniyyətə buraxılırlar. 2020-ci il üçün tərtib edilmiş məzuniyyət qrafikində X15 Masoudun 2020-ci ilin aprel ayını əhatə edən 30 günlük məzuniyyət vaxtı təsdiq edilmiş və həmin qrafik əsasında MMC-nin 08 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixi daxil olmaqla 2019-2020-ci ilin hesabına 30 təqvim günü müddətinə məzuniyyətə buraxılması və işə xx.xx.2020-ci ildən başlaması qərara alınmışdır. X15 Masoud bu məzuniyyət hüququndan tam istifadə etmiş və qeyd edilən müddətdə 1 gün belə olsun işə gəlməmişdir. Bunu təsdiq edən 2020-ci ilin aprel ayına aid turniketdən giriş-çıxış məlumatları barədə arayış ərizəyə əlavə edilir. Odur ki, ilk iddiaçının 2020-ci il üzrə ödənilməmiş məzuniyyət haqqı tələbi əsassızdır. 2020-2021-ci illər üzrə məzuniyyət haqqı tələbinə dair qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113-cü maddəsinin 3-cü bəndinə əsasən, Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. X15 Masoud ilə əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlandığından 2020-2021 iş ili xx.xx.2020-ci ildən başlanır və xx.xx.2021-ci il tarixdə başa çatır. X15 Masoud ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi nəzərə alınarsa, onun cəmi 8 ay üçün məzuniyyət hüququ yaranmışdır. Buna görə ona ödənilməli məbləğ tutulmalar həyata keçirildikdən sonra 893,32 manat təşkil edir. X15 Masoudun MMC-yə qarşı cərimə tələbi həm MMCnin ona gecikdirilmiş pul ödənişinin mövcud olmaması, həm də tərəflər arasında fərdi əmək mübahisəsi mövcud olduğu üçün əsassızdır. Belə ki, yuxarıda müəyyən edildi ki, MMC-nin ilk iddiaçıya hər hansı məbləğdə ödənişi gecikdirilmiş pul öhdəliyi yoxdur, əksinə artıq ödənişi mövcuddur, hansıki hazırda həmin məbləğ X15 Masouddan tələb edilməklə fərdi əmək mübahisəsi yaratmışdır. Göründüyü kimi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçi tərəfindən əmək haqqının azı bir faizi məbləğində ödənc o zaman tələb edilə bilər ki, bu hal fərdi əmək mübahisəsi yaratmasın. Lakin hazırki iş üzrə tərəflər arasında fikir ayrılığı mövcuddur və bir birinə qarşı pul tələbi iddia edirlər. Eyni zamanda nəzərə alınmalıdır ki, ilk iddiaçı məbləği şişirdə bilsin deyə qəsdən iddianı gec irəli sürmüşdür. Belə olan halda, ilk iddiaçının cərimə tələbi də əsassız hesab edilərək təmin edilməməlidir. İlk iddia əsassız olduğu üçün ilk iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manat pul tələbi də əsassız hesab edilməli və həmin xərc onun özünə aid edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, X15 Masoud MMC ilə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, MMC-nin keyfiyyət təminatı üzrə meneceri vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı 2448 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində isə öz xahişi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, cavabdehə işlədiyi iş vaxtına əsasən, 22141,95 manat ödənilməli olduğu halda, 40.,10 manat ödəniş edilmişdir. Belə olan cavabdehə (40647,10 – 22147,95=) 18.499,15 manat artıq ödəniş edilmişdir. 2020-ci ilin yanvar ayından iş yerinə girişdə turniket sistemi quraşdırılmış və hər bir işçi şəxsi istifadəsinə verilmiş kartdan istifadə etməklə turniketdən keçməklə iş yerinə daxil olmuş və iş yerini tərk etmişlər. Bununla da, işçilərin iş günü ərzində neçə saat işdə olmalarını dəqiq müəyyən etmək mümkün olmuşdur. Bu barədə turniketdən giriş-çıxış məlumatları barədə arayışlar təqdim edilmişdir. Lakin ilk iddiaçıya artıq əmək haqqı ödənişlərinin edilməsini, tərəflər arasında fərdi əmək mübahisəsinin mövcud olmasını, iddia müddətinin tərəfin öz hüququnun pozulduğunu bildiyi vaxtdan hesablanmasını və bu səbəbdən iddia müddətinin ötürülməməsini nəzərə almamış birinci instansiya məhkəməsi ilk iddianın bir qisminin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İş materiallarında olan sübutlarla cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmiş əmək haqqının olmadığı, əksinə artıq əmək haqqı ödənildiyi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin ilk iddiaya münasibətini təhrif edərək iddianın etiraf edilməsi kimi şərh etmişdir. Halbuki iddia etiraf edilməmiş, əksinə iddiaya etiraz edilmişdir. Qarşılıqlı iddianın tam sübuta yetməsinə baxmayaraq, əsassız olaraq rədd edilmişdir. İş üzrə verilmiş ekspert rəylərinə düzgün hüquqi qiymət verilməmiş, işə birtərəfli baxılmış, qərəzli və qeyri-obyektiv qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsivəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının son iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 94.1. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı-natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. 94.2. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın-ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. 94.4. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. 94.5. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. 110.1 İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 113.1. Əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı ayrılıqda istifadə edə bilər. 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 154.1. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
171. Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir.
172. 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir 175.1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
175. 2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ; c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği; ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu; d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği; e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər; ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği; f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ; g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.
175. 3. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. 175.4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 175.5. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
175. 6. İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.
178. 1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
296. 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 Aprel 2023-cü il tarixli Qərarı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək ilkin iddia tələbi təmin edilməyən hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X15 Masoud ilə "xxxx" MMC arasında 12 iyun 2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masoud "xxxx" MMC-yə keyfiyyət üzrə menecer vəzifəsində işə qəbul edilmişdir. Müqaviləyə əsasən tərəflər aşağıda şərtlər barəsində razılaşmışdırlar: işçinin aylıq əmək haqqı məbləği 2720 manat təşkil edir; iş saat 08:30 başlanır, saat 17:50-də bitir; nahar vaxtı 12:30-dan saat 13:30-dəkdir; istirahət günləri şənbə və bazar günləridir; işçinin iş ili xx.xx.2019xx.xx.2019 aylardan ibarət dövrü əhatə edir; əsas məzuniyyətin müddətin 30 gündür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən- işçinin öz xahişi ilə, xitam verilmişdir. X15 Masoud "xxxx" MMC tərəfindən hüquqlarının pozulması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət etmiş, aparılmış araşdırma nəticəsində tərəflər arasında əmək müqaviləsinə xitam verildiyi zaman X15 Masouda son haqq-hesabın ödənilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozulduğu aşkar edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən cəmiyyətin Baş direktoru X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmət Bakı şəhər İdarəsinin rəis müavini Sadiq Əliyeva ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun sürətindən görünür ki, "xxxx" MMC-nin direktoru X12 tərəfindən məktubda X15 Masouda şirkət əmlakını, çalışmaq üçün ona verilən telefon, kompüter olan əsas vəsaitləri şirkətə qaytarılmasa, ona son haqqhesabın verilməcəyəyini bildirildiyi bəyan edilib. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli 9/8930 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan bank hesabından çıxarış, tabel-uçot vərəqəsi, əmrlərə və ərizələrə əsasən X15 Masoudun xx.xx.2020-xx.xx.2020ci illər üzə əmək məzuniyyətinə çıxması və məzuniyyət haqqının ödəniləsi müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan bank hesabından çıxarış, tabel uçot vərəqəsi və digər sənədlərə əsasən iddiaçı X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda 2020-ci ilin oktyabr ayı üzrə 465,36 manat, noyabr ayı üzrə 480,40 manat, dekabr ayı üzrə 147,07 manat, həmçinin 2021-ci ilin yanvar ayı üzrə 249,67 manat, fevral ayı üzrə 239,68 manat, mart ayı üzrə 35,76 manat məbləğində əmək haqqının hesablanaraq ödənilməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində verilmiş xx.xx.2023-cü il tarixli 9/5031 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan bank hesabından çıxarış, tabel-uçot vərəqəsi və digər sənədlərə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 Masouda xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlər arasında 25270,36 manat məbləğində müəyyən edilir. Həmin sənədlərə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 Masouda xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlərdə 37932,17 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan sənədlərə əsasən 12661,81 manat məbləğində artıq ödəniş müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan bank hesabından çıxarış, tabel uçot vərəqəsi və digər sənədlər əsasən iddiaçı "xxxx" MMCnin X15 Masouda xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixlər arasında 12661,81 manat məbləğində artıq ödəniş müəyyən edildiyindən son haqq-hesab məbləği hesablanmadı. Tədqiqat zamanı iş materiallarında olan bank hesabından çıxarış, tabel uçot vərəqəsi, əmrlərə və ərizələrə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh X15 Masouda 2020-ci ilin aprel ayında əmək məzuniyyətinə çıxması və 2448,40 manat məbləğində məzuniyyət haqqının ödənilməsi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli “Mühasibatlıq Ekspertizası haqqında rəy”dən görünür ki, X15 Maosud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda xx.xx.2019-cu il tarixdən xx.xx.2021 ci il tarixinədək 24037,54 manat məbləğində əmək haqqı ödənilməli idi. X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilmiş əmək haqqı 37932,17 manat məbləği təşkil etmişdir. X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş əmək haqqı məbləği 13894,63 manat müəyyən edilir. X15 Masouda son haqq-hesab ödənilməmişdir. X15 Masouda hesablanaraq ödənilməli olan son haqq-hesab məbləği 244,90 manat təşkil edir. X15 Masoud 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməlidir. X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda 2020-ci ilin oktyabr ayı üzrə 470,45 manat ödənilməli olan halda 2447,00 manat, noyabr ayı üzrə 485,67 manat ödənilməli olan halda, 1000,00 manat, dekabr ayı üzrə 164,99 manat ödənilməli olan halda, 533,38 manat ödənilmiş, 2021-ci ilin yanvar ayı üzrə 263,65 manat, fevral ayı üzrə 237,13 manat, mart ayı üzrə isə 38,08 manat ödənilməli olduğu halda, sonuncu aylar üzrə ödənişlər edilməmişdir. Qeyd edilən ekspert rəyləri hər iki apellyasiya şikayətində mübahisələndirildiyindən iddia tələblərinin və apellyasiya şikayətlərinin dəlilərinin əsaslılığına hüquqi qiymət verilməsi üçün mövcud olan sübutlar əsasında iş üzrə yekun düzgün nəticəyə gəlinməsi üçün tərəflərin bəyan etdiklərinin həqiqiliyinin yoxlanılması zəruri olmuşdur. Bu baxımdan apellyasiya baxışı zamanı iddiaçının 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla eləcə də 2021-ci ilin yanvar, ferval və mart ayları üzrə vergi və ödənişlər çıxılmaqla 2020-2021-ci illər üçün ödənilməmiş məzuniyyət haqqının məbləğinin düzgün hesablanıb-hesablanmamasını, eləcə də xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi nə qədər olmasını müəyyənləşdirmək məqsədilə iş üzrə auditor cəlb edilməklə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi qərara alınmışdır. “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin Auditoru tərəfindən 20 dekabr 2024-cü il tarixdə rəy verilmişdir. Tədqiqatın dəyəri 708 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli, 9/7500 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda vergi və ödənişlər çıxılmaqla 2020-ci ilin oktyabr ayı üzrə ödənilməli məbləğ 470,45 manat, noyabr ayı üzrə 485,67 manat, dekabr ayı üzrə 153,11 manat olmaqla cəmi 1109,23 manat təşkil edir. Ödənilən maaş İsa 2020-ci ilin oktyabr ayı üzrə 2447,00 manat, noyabr ayı üzrə 1000,00 manat və dekabr ayı üzrə 533,38 manat olmaqla cəmi 3980,38 manat təşkil etməsi müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda vergi və ödənişlər çıxılmaqla 2021-ci ilin yanvar ayı üzrə ödənilməli olan əmək haqqı məbləği 264,75 manat, fevral ayı üzrə 239,68 manat, mart ayı üzrə isə 36,19 manat olmaqla cəmi 540,62 manat təşkil etmişdir və bu aylar üzrə heç bir ödəniş olmaması müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masoud 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməsi müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək gecikdirilmiş tarixlər müəyyən olunmadığından 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi təyin edilmədi; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 25270,36 manat əmək haqqı ödənilməsi müəyyən edilir; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə əsasən X15 Masouda xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 37932,17 manat əmək haqqı ödənilmişdir. Artıq ödənilmiş, əmək haqqı məbləği 12661,81 manat təşkil etməsi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə əsasən X15 Masouda 12661,81 manat artıq ödəniş olunduğu üçün son haqq-hesab hesablanmaması müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Kollegiyasının iclasında dindirilmiş auditor və ekspert izahatlarında verdikləri rəyləri təsdiq etdilər. Məhkəmə Kollegiyası işin qeyd edilən hallarını nəzərə alaraq ilk olaraq iddiaçı X15 Masoud tərəfindən verilmiş iddia tələbinə eləcə də onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Kollegiyaya təqdim edilmiş ekspert rəyinə əsasən X15 Masoud ilə "xxxx" MMC arasında bağlanılmış əmək müqaviləsinə görə ona xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 37932,17 manat əmək haqqı ödənilmişdir. Artıq ödənilmiş, əmək haqqı məbləği 12661,81 manat təşkil etməsi, 12661,81 manat artıq ödəniş olunduğu üçün son haqq-hesab hesablanmaması və X15 Masoud 2020-2021-ci iş ilində istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın məbləği 244,90 manat təşkil etməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd edilən halın, yəni əmək haqqının düzgün ödənilib-ödənilməməsinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyinən və apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı hal müəyyən edilmədiyindən göstərilən ekspert təyi əsas götürülməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən əsaslıdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin oktyabr, noyabr və dekabr aylarında, eləcə də 2021-ci ilin yanvar, fevral və mart ayının 5-nə kimi iddiaçının iş yerində olmamasına dair cavabdeh tərəfindən irəli sürülən dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, ən azından cavabdeh işə götürən olaraq iddiaçı əmək müqaviləsi üzrə əmək intizamını kobut surətdə pozaraq davamlı şəkildə işə gəlmədiyi halda barəsində qanunvericiliyə uyğun intizam tənbehi tətbiq etməmişdir. Həmçinin cavabdeh tərəf iddiaçıya göstərilən müddət ərzində pandemiya vaxtı xüsusi buraxılış vəsiqəsi verməsini inkar etməmişdir. Bu buraxılış isə iş yerinə gəlib getmək üçün xüsusi icazə sənədi olmuşdur. Cavabdeh tərəfin iddiaçının işə gəlməməsinin təsdiqi kimi təqdim etdiyi turniket sənədlərini kollegiya mötəbər sübut kimi qəbul etmir. Belə ki, turnikedən istifadə işçilərin işə gəlib getməsinin qeydiyyata alan sistem olsa da, təcrübədə həmin sistemin işləmədiyi hallarda belə işə turniketdən qeydiyyatdan keçmədən işə gəlib getmə hallarına rast gəlinir. Həmçinin təqdim edilən sənəd kağız daşıyıcıda olmaqla təsdiq edilməmişdir. Kollegiya qeyd edilən turniket sənədini sübut kimi qəbul olunması halında belə yuxarıda qeyd edildiy kimi iddiaçının işə gəlmədiyi üçün barəsində qanunvericiliyə uyğun intizam tənbehi tətbiq etməməsi faktını iddiaçının işdə olması təsdiqi kimi qiymətləndirir və göstərilən müddət üçün əmək haqqının ödənilməsi tələbini əsaslı sayır. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı əmək haqqı ilə bağlı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı qismən sübut edə bildiyindən iddiaçının göstərilən müddət üçün əmək haqqı aşağıdakı qaydada hesablanmalıdır. İddiaçının əmək haqqısı 2448 manat olmaqla, 2020-ci ilin oktyabr, noyabr və dekabr ayıları üçün əmək haqqı 7344 manat təşkil edir (2448*3=7344). Rəylərdə iddiaçıya həmin müddət üçün ödənilmiş əmək haqqının 3980,38 manat ödənilməsi göstərilmişdir. Buna görə kollegiya hesab edir ki, ödənilmiş məbləğ 7344 manatdan çıxılmaqla iddiaçıya onun fərqi, yəni 3363,62 manat əmək haqqı ödənilməlidir. 2021-ci ilin yanvar, fevral ayları üzrə isə iddiaçıya 4896 manat ödənilməlidir. (2448 x 2 = 4896) 2021-ci ilin mart ayının 5-nə kimi əmək haqqısı rəylərə əsasən 36,19 manat təşkil etdiyindən 2021-ci ilin yanvar, fevral və mart ayının 5-i də daxil olmaqla iddiaçıya cəmi 4932,19 manat ödənilməlidir. Beləliklə də, 2020-ci ilin oktyabr, noyabr və dekabr ayları, eləcə də 2021-ci ilin yanvar, fevral və mart ayının 5-i də daxil olmaqla iddiaçıya ödənilməli olan əmək haqqı cəmi 8295,81 (4932,19+3363,62) manat təşkil edir. Eyni zamanda kollegiya tələb üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cərimə hesablanmasını da əsaslı sayır və hesab edir ki, 8295,81 manatın 0,1 faizi, yəni, 8,30 manat 345 gecikdirilmiş gün üçün 2863,50 (8,30*345) manat təşkil etdiyindən X15 Masouda ödənilməlidir. İddiaçı 2020-2021-ci illər məzuniyyətinə görə kompensasiya məbləğini ilkin iddia üzrə cavabdehin etirafına əsaslanaraq 893.32 (səkkiz yüz doxsan üç manat 32 qəpik) manat məbləğində müəyyən edilməsi ilə razılaşmamasını bildirmişdir. Halbuki iddiaçının 4448 (dörd min dörd yüz qırx səkkiz) manat məbləğində ödənilməmiş məzuniyyətə görə kompensasiya tələb etməsinə dair dəlilinə qiymət verərək kollegiya birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, əvvəla iddiaçı bu məbləğ 4448 (dörd min dörd yüz qırx səkkiz) manat olmasına dair sübut təqdim etməmiş, rəylərdə isə bu məbləğin 244,90 manat olması göstərilmişdir. Cavabdeh tərəf kompensasiya məbləğinin 893.32 (səkkiz yüz doxsan üç manat 32 qəpik) məbləğində etiraf etmişdir (Hətta həmin məbləğin etiraf edilməsini apellyasiya şikayətində də qeyd etmişdir). Kollegiya rəylərdən fərqli olaraq cavabdeh tərəfin etiraf etdiyi məbləğ üzrə məzuniyyətinə görə kompensasiya məbləğini müəyyən edilməsini düzgün sayır. Bununla da Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı X15 Masoud tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri göstərilən hissələr üzrə qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası eyni zamanda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti əsassız olmuşdur. Qarşılıqlı iddia tələbinə münasibətdə isə apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, işçinin əmək haqqından işəgötürən tərəfindən ödənişlərin tutulması hallarının qəti siyahısı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir. Həmin hallardan başqa, həmçinin hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. Birinci instansiya məhkəməsi baxışı zamanı X15 Masoudun nümayəndəsi-vəkili tərəfindən qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş və məhkəmə həmin ərizəyə qiymət verərək, düzgün olaraq hesab etmişdir ki, qarşılıqlı iddia iddia müddəti tətbiq edilməli, iddia rədd edilməlidir. Belə ki, işin hallarından görünür ki, "xxxx" MMC tərəfindən X15 Masoud arasında əmək müqaviləsinə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən xitam verilmişdir. Məhkəmə hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğuna görə "xxxx" MMC-nin artıq ödənilmiş əmək haqqının geri ödənilməsi tələbi ilə bağlı iddia müddəti qeyd edilən tarixdən hesablanmalıdır. Mülki iş materiallarında göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X1 tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Halbuki, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı artıq ödənilmiş əmək haqqının geri qaytarılması ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC 18499,15 manat məbləğində pul vəsaitinin X15 Masouddan tutularaq "xxxx" MMC-yə ödənilməsi tələbinə dair iddiasına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə də rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə həmin hissədə əsassız olmaqla hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə həmin hissədə ilkin iddia tələbi qismən təmin edilməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddianın məhkəməyə verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olduğu, məhkəmə xərcləri isə iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməli və buna görə də 123,48 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, eləcə də audit rəyinin alınması üçün nəzərdə tutulmuş 708 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə iddiaçı X15 Masoud tərəfindən verilmişa apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən verilmişa apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-43/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən 2020-ci ilin oktyabr, noyabr və dekabr ayı üzrə vergi və ödənişlər çıxılmaqla ödənilməmiş hər ay üçün əmək haqqısı 2448 manat olmaqla, 3363,62 manat əmək haqqı tutularaq X15 Masouda ödənilsin. "xxxx" MMC-dən 2021-ci ilin yanvar, fevral ayları üzrə isə iddiaçıya 4896 manat 2021-ci ilin mart ayının 5-nə kimi əmək haqqıs 36,19 manat, cəmi 4932,19 manat iddiaçı X15 Masouda ödənilsin. "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 345 günün hər günü üçün gündəlik olaraq gecikdirilmiş məbləğin 0,1 faizi cəriməsi, 2863,50 manat, cəmi 11159,31 manat ( 8295,81+2863,50) X15 Masouda ödənilsin. Cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İlkin iddianın məhkəməyə verilməsinə görə 123,48 (yüz iyirmi üç manat qırx səkkiz qəpik) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə cavabdeh, qarşılılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-dən tutularaq dövlət büdcəsində ödənilsin. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspert tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, eləcə də audit rəyinin alınması üçün nəzərdə tutulmuş 708 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən tutularaq “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə