Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2602/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5859/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı – xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2005-ci ildən etibarən faktiki nikah münasibətlərinə daxil olmuşdur. Həmin vaxtdan etibarən birgə yaşayaraq birgə təsərrüfat aparmışlar. Birgə nikahdan üç yetkinlik yaşına çatmayan övladları vardır. xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6. İddiaçının cavabdeh ilə rəsmi nikahları olmasa da, uzun müddət ərzində onunla faktiki ailə münasibətlərində olmuşlar. Eyni zamanda, hər üç uşağa münasibətdə atası olması faktı onlara məxsus doğum haqqında şəhadətnamələrlə təsdiq edilmişdir. Cavabdehlə münasibətləri ilk başlarda yaxşı olsa da, artıq 2 ilə yaxındır ki, ayrı yaşayırlar. Faktiki ailə münasibətləri dağılmışdır, əlaqələri yoxdur. xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 isə həmin vaxtdan etibarən iddiaçının himayəsindədirlər. İddiaçı onların maddi və mənəvi ehtiyaclarının təmin edilməsində, təlim-tərbiyə prosesində tək iştirak edir. Cavabdeh uşaqların saxlanılmasında heç bir maddi köməklik etmir. O bir ata kimi uşaqlarından, onların tərbiyə olunmasından səhhətindən xəbərsizdir. Cavabdeh nə bir valideyn kimi qanunla müəyyən olunmuş atalıq vəzifəsini yerinə yetirir, nə də ki atalıq hüququndan istifadə edir. Bunun üçün də cavabdehin artıq atalıq vəzifəsini icra etməsi və uşaqların saxlanılması üçün ondan qanunla müəyyən edilən alimentin tutulması zərurəti yaranmışdır. 2020-ci ilin yanvarın 1-dən etibarən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, hər bir uşağın saxlanılması üçün onlar yetkinlik yaşına çatanadək müvafiq olaraq hər ay qanunla müəyyən edilmiş qaydada ödənilməli olan aliment 170 manat məbləğində müəyyən olunmalıdır. Odur ki, qanunvericiliyin tanıdığı imkanlara əsasən, cavabdeh tərəfindən iddiaçıya aliment borcunun ödənilməsi də məhkəmə tərəfindən qət edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx xxxxxx 2007-ci il təvəllüdlü X1, xx xxxxxx 2010-cu il təvəllüdlü X3, xx xxxxxx 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində sabit pul şəkilində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Lalə Rəhimli). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsini, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin aylıq gəliri 300 AZN təşkil edir və əlavə qazancı yoxdur. Hazırki nikahdan cavabdehin 3 yetkinlik yaşına çatmayan uşaqları var. 510 manat məbləğində aliment tutularsa, o digər uşaqlarını dolandıra bilməyəcəkdir. Cavabdehin birinci arvadından olan uşaqları talassemiya xəstəsidirlər. Cavabdeh iddiaçıya hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat alimet ödəyə bilər. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Ailə Məcəlləsinin 75, 76, 100, Mülki Prosessual Məcəllənin384, 385-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdeh L.Fərəzəliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1 “Valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı”dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 “Valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı”dır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 “Valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı”dır. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində iştirakı təmin edilməmiş və onun qazancı, himayəsində olan uşaqların sayı barədə araşdırma aparılmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat alimentin ödənilməsi xahişini, eyni zamanda, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutulması məqsədəmüvafiqdir. Nəticə: Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və işin hallarını nəzərə alaraq müəyyən olunmuş alimentin məbləğinin azaldılmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilsin. xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx xxxxxxx 2020-ci il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2602/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2602/2021
05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver