Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-261/2023 24.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X4 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi tələbinə dair” Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-927/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 24 avqust 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2011-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2011-ci il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmasına razılıq verilməsini xahiş etmişdir.
2. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 39/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi müddətə görə 2011-ci il iyulun 01-dən 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət 21 təqvim günü, üstəgəl 6 gün əmək stajına görə, üstəgəl 6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2011-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
3. İddiaçı xx.xx.2012-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2012-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
4. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 35/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi müddətə görə 2012-ci il iyunun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 15 iyun- Milli Qurtuluş Günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2012-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
5. İddiaçı xx.xx.2013-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi müddətə görə, xx.xx.2013-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 39/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi müddətə görə 2013-cü il avqustun 12-dən 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2013-cü il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
7. İddiaçı xx.xx.2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi müddətə görə, xx.xx.2014-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
8. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 70/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi müddətə görə 2014-cü il iyulun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 28 və 29 iyul- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2014-cü il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
9. İddiaçı xx.xx.2015-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2015-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
10. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 51/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi müddətə görə 2015-ci il iyunun 08-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 15 iyun- Milli Qurtuluş Günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2015-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
11. İddiaçı xx.xx.2016-cı il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi müddətə görə, xx.xx.2016-cı il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
12. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2016-cı il tarixli, 64/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi müddətə görə 2016-cı il iyulun 01-dən 35 (otuz beş) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 2 gün bayram- 06-07 iyul- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2016-cı il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
13. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2017-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
14. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 42/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi müddətə görə 2017-ci il iyunun 05-dən 37 (otuz yeddi) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 4 gün bayram- 15 iyun-Azərbaycan xalqının milli qurtuluş günü, 26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü və 26-27 iyun- Ramazan bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2017-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
15. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 177 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 666.45 manat əmək haqqı köçürülmüşdür.
16. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2018-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
17. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 57/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi müddətə görə 2018-ci il iyulun 10-dan 33 (otuz üç) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2018-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
18. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 185 nömrəli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 729,66 manat əmək haqqı köçürülmüşdür.
19. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi müddətə görə, xx.xx.2019-cu il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
20. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 12/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək işlədiyi müddətə görə 2019-cu il fevralın 04-dən 34 (otuz dörd) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 1 gün bayram- 8 mart Qadınlar günü) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2019-cu il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
21. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1118.88 manat əmək haqqı köçürülmüşdür.
22. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2020-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
23. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 17/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün 2020-ci il martın 02-dən 39 (otuz doqquz) təqvim günü müddətinə (əsas məzuniyyət- 21 təqvim günü, üstəgəl- 6 gün əmək stajına görə, üstəgəl6 gün əmək şəraitinin xarakterinə görə və 6 gün bayram- 8 mart Qadınlar günü, 20-24 mart- Novruz bayramı) əmək məzuniyyətinin verilməsi və İddiaçı xx.xx.2020-ci il tarixindən işə başlaması əmr edilmiş, mühasibatlığa İddiaçı 33 (otuz üç) təqvim günü məbləğində məzuniyyət pulunu ödəməsi tapşırılmışdır.
24. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1119,23 manat əmək haqqı köçürülmüşdür.
25. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx000102 nömrəli bildirişin surətindən görünür ki, işçi İddiaçı, işəgötürən Cavabdeh MMC ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə fəhlə olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış, işçinin aylıq əmək haqqı məbləği 600 manat müəyyən edilmişdir.
26. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi müddətə görə, xx.xx.2021-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına razılıq verilməsini xahiş etmişdir.
27. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 07/M nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh MMC-də fəhlə işləyən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün 2021-ci il fevralın 01-dən 27 (iyirmi yeddi) təqvim günü müddətinə (əsas məzuniyyət-21 təqvim günü, üstəgəl-6 gün əmək stajına görə) əmək məzuniyyəti verilmiş və İddiaçı xx.xx.2021-ci il tarixindən işə başlamışdır, mühasibatlığa tapşırılmışdır ki, İddiaçı 27 (iyirmi yeddi) təqvim günü məbləğində məzuniyyət pulu ödənilsin.
28. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, həmin tarixdə İddiaçı **********6944-128839 nömrəli kart hesabına 1036,29 manat əmək haqqı köçürülmüşdür.
29. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-də fəhlə işindən azad edilməsini xahiş etmişdir.
30. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən Cavabdeh MMCnin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, tam hesablaşma apararaq İddiaçı 16 (on altı) təqvim günü məbləğində kompensasiyanın ödənilməsi mühasibatlığa tapşırılmışdır.
31. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bank hesabına 402,78 manat əmək haqqı və son haqq-hesab köçürülmüşdür.
32. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx0001X0 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixli 29/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə xitam verilmişdir.
33. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)- 2704/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
34. İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, həmin tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-yə fəhlə işinə təyin olunmasını xahiş etmişdir.
35. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2021-ci il tarixli, 109/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən fəhlə işinə təyin edilməsi və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir.
36. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx000300 nömrəli bildirişin surətindən görünür ki, işçi İddiaçı, işəgötürən Cavabdeh MMC ilə aralarında bağlanmış müddətli əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə fəhlə olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək bağlanmış, işçinin aylıq əmək haqqı məbləği 450 manat müəyyən edilmişdir.
37. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 109 nömrəli Əmək müqaviləsinə əsasən, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMCyə fəhlə işinə qəbul edilmişdir.
38. 38 nömrəli Şəhər Poliklinikasında xx.xx.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən (bülleten) görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma. İnfeksion Allergik forma” diaqnozu ilə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix xx.xx.2021-ci il qeyd edilmişdir.
39. 38 nömrəli Şəhər Poliklinikasında xx.xx.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin (bülleten) surətindən görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma İAF. Kəskinləşmiş mərhələ” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix xx.xx.2021-ci il qeyd edilmişdir.
40. Cavabdeh MMC tərəfindən işçi İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli “müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı” xəbərdarlıqdan (bildiriş) görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək onunla 3 aylıq müddətli əmək müqaviləsinin bağlanması, bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi və xx.xx.2021-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir.
41. 38 nömrəli Şəhər Poliklinikasında xx.xx.2021-ci il tarixdə açılmış ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən (bülleten) görünür ki, Cavabdeh MMC-də işləyən İddiaçı “Bronxial astma. İnfeksion Allergik forma” diaqnozu ilə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən azad edilmişdir, işə başlamalı olduğu tarix xx.xx.2021-ci il qeyd edilmişdir.
42. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 146/K nömrəli əmrinin surətindən görünür ki, xx.xx.2021ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən Cavabdeh MMC-nin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmiş, tam hesablaşma apararaq İddiaçı 6 (altı) təqvim günü məbləğində kompensasiyanın ödənilməsi mühasibatlığa tapşırılmışdır.
43. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, xxxxxxx0003X0 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixli 146/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
44. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı bank hesabına 560.33 manat əmək haqqı və son haqq-hesab köçürülmüşdür.
45. X2 əksini tapmış “Əmək müqaviləsi üzrə elektron informasiya sistemi”ndən əldə edilmiş çıxarışın surətindən görünür ki, İddiaçı əvvəlki iş yerləri haqqında məlumatlara əsasən o, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də hörgüçü və suvaqçı işləmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş (xitam səbəbi: tərəflərdən birinin təşəbbüsü ilə, 18/K nömrəli əmr), o cümlədən həmin müəssisədə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fəhlə işləmişdir (xitam səbəbi: tərəflərdən birinin təşəbbüsü ilə, 146/K nömrəli əmr).
46. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin “mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X5” altsisteminə xitamla bağlı daxil edilmiş X3 xitam maddəsinə dəyişiklik edilməsinə köməklik göstərilməsi” barədə X6 Xidmətinə etdiyi xx.xx.2021-ci il tarixli 58/M nömrəli müraciətinə baxılmış və məsələ ilə əlaqədar İddiaçı Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixli 29K nömrəli əmrin ləğv edilməsi və işə bərpa haqqında əmrinin, bununla bağlı əmək kitabçasında aparılmış qeydlərin surətinin təqdim ediləcəyi təqdirdə icrasına qanunvericilik çərçivəsində baxılacağı bildirilmişdir.
47. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 17/K nömrəli əmrindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2704/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, Cavabdeh MMC-də fəhlə işləmiş İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmri ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən fəhlə işinə bərpa olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X5” aktivləşdirilmək üçün əmrin surətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilməsi və İddiaçı əmək kitabçasında əmrin müvafiq bəndinə uyğun qeydlərin aparılması əmr edilmişdir.
48. Cavabdeh MMC-nin baş direktorunun “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 18/K nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən Cavabdeh MMC-nin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmrinin 2-ci hissəsində qeyd olunmuş 16 (on altı) təqvim günü məbləğində kompensasiya və son haqq-hesab ümumilikdə 402,78 (dörd yüz iki manat, 78 qəpik) manat məbləğ hesablanaraq, İddiaçı əmək haqqı kartına 08 may 2021-ci il tarixdə ödənilmişdir.
49. Cavabdeh MMC-nin baş direktorunun Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 07/M nömrəli məktubun surətindən görünür ki, cəmiyyətdə fəhlə işləmiş İddiaçı ona tapşırılmış işi keyfiyyətsiz yerinə yetirdiyinə, eləcə də buna qədər edilmiş şifahi xəbərdarlıqlara əsasən 05 may 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-cı hissəsinin “a” bəndinə əsasən ona “töhmət” verilmiş və xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmrə əsasən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özüniin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə “əmrin ləğv edilməsi və işə bərpa” tələbi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrinin ləğv olunması və onun işə bərpa edilməsi qət edilmişdir. Bildirilmişdir ki, o, növbəti gün şirkətə gələrək ərizə yazaraq işdən azad olunmasını bildirmiş, lakin Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X3 düzəliş etmək mümkün olmadığından, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə əvəz etmək mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X5” sistemində müvafiq düzəlişin edilməsinə razılıq verilməsi xahiş edilmişdir.
50. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, xxxxxxx0001X1 nömrəli bildirişin surətindən görünür ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Cavabdeh MMCnin xx.xx.2021-ci il tarixli, 18/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü ilə) əsası ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
51. Cavabdeh MMC-nin baş direktorunun məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh rəhbərliyi vətəndaş İddiaçı Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin xx.xx.2021-ci il tarixli, 109/k saylı əmrinin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində 01 fevral 2022-ci il tarixdə başlanılmış 2(007)-927/2022 saylı işlə əlaqədar tərəflərindən müvafiq araşdırmalar aparılmışdır. Bildirirlər ki, X6 Xidmətinə ünvanladıqları 01 mart 2022ci il tarixli, 07/M nömrəli məktuba əsasən “Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X5” sistemində 16 mart 2022-ci il tarixdə aktivləşmə aparıldığından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC-nin 08 may 2021-ci il tarixli, 29/K nömrəli əmri (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda)) ləğv edilmiş, o, işə bərpa olunmuş və Cavabdeh MMC-nin rəhbərliyinin 01 mart 2022-ci il tarixli 18/K nömrəli əmrinə əsasən onun Kadrlar şöbəsinə təqdim etdiyi işdənçıxma ərizəsini rəhbər tutaraq, 08 may 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Ona çatacaq işdən çıxması ilə əlaqədar hesablanmış son haqq-hesab və kompensasiya xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində onun əmək haqqı kartına köçürülmüşdür (Bank çıxarışları əlavə olunur). Vətəndaş İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi müddətlərdə əmək məzuniyyəti hüququndan tam istifadə etmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi 3 (üç) ay müddətində isə ona 6 (altı) təqvim günü kompensasiya hesablamışdır (Məzuniyyət əmrləri və ərizələri əlavə olunur). Vətəndaş İddiaçı əmək kitabçasında müvafiq dəyişikliklər aparılmışdır.
52. Cavabdeh MMC-nin baş mühasibi tərəfindən təqdim edilmiş əmək haqqı cədvəllərindən görünür ki, işçi İddiaçı MMC-də 2021-ci ilin may ayında aylıq vəzifə maaşı 600 manat təşkil etmiş, əlavələr və tutulmalardan sonra ona 402.78 manat əmək haqqı ödənilmişdir. İddiaçı 2021-ci ilin noyabr ayında aylıq vəzifə maaşı 450 manat təşkil etmiş, əlavələr və tutulmalar nəzərə alınmaqla ona noyabr ayı üçün 560.33 manat əmək haqqı ödənilmişdir.
53. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/A nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdən xx.xx.2021ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş və onun aylıq orta əmək haqqı 600 (altı yüz) manat təşkil etmişdir və dövlət orqanlarına tutulmalardan sonra əmək haqqı kartına 545 (beş yüz qırx beş) manat hər ay köçürülmüşdür.
54. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 11/A nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh MMC-də fəhlə işləmiş və onun aylıq orta əmək haqqı 450 (dörd yüz əlli) manat təşkil etmişdir və dövlət orqanlarına tutulmalardan sonra əmək haqqı kartına 412.25 (dörd yüz on iki manat, iyirmi beş qəpik) manat hər ay köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
55. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əmək kitabçasında düzəliş edilməsi, ödənilməmiş əmək haqlarının və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
56. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMCnin direktoru Faiq Əliyev arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmişdir və işə başlama tarixi xx.xx.2010cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Əmək müqaviləsi bağlandığı vaxtdan, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq işləsə də, xx.xx.2021-ci il tarixdə iş yerinin rəhbərliyi tərəfindən ona və ondan başqa 3 işçiyə tullantıları toplamaq üçün Bakıxanov qəsəbəsinə getməli olduqları bildirilmişdir. O və digər işçilər verilən tapşırığı yerinə yetirdikdən sonra, iş yerlərinə qayıtmışlar. İşə qayıdandan sonra onlara guya verilmiş tapşırığı yerinə yetirməmələri və işdən azad olunmaları barədə ərizə verməli olduqları bildirilmişdir. Onunla işləri yerinə yetirməyə gedən digər işçilər işdən azad olunmaq barədə könüllü ərizə versələr də, o, əsassız səbəbdən işdən azad olunmasına etiraz edərək, ərizə yazmaq istəmədikdə, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə heç bir məlumat verilməmiş, səbəb kimi isə guya ona xx.xx.2021-ci il tarixdə 08/D saylı “Töhmət əmri” və Cavabdeh MMC-nin direktor müavini Əhməd Əhmədovun xx.xx.2021-ci il tarixli təqdimatının əsas olmasından, 31 may 2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini alan zaman məlumat almışdır. Ona xx.xx.2021-ci il tarixdə 08/D saylı “Töhmət əmri”nin verilməsindən məlumatı olmamış, əvvəllər barəsində hər hansə intizam tənbehi tətbiq edilməməsinə baxmayaraq, 05 may 2021-ci il tarixdə formal olaraq töhmət əmri daha sonra isə, 3 gün sonra işdən azad olunmağı barədə əsassız əmr verilmişdir. O, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli 29/K saylı, xx.xx.2021-ci il tarixli 08/D saylı “Töhmət əmri”nin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-yə fəhlə vəzifəsinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 2704/2021 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrinin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin buna baxmayaraq, qətnamənin icrası təmin olunarkən, əmək kitabçasında onun guya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə əmrin ləğv edilməsi barədə qeyd aparılmamış, həmin əmr olduğu kimi əmək kitabçasında saxlanılaraq, onunla xx.xx.2021-ci il tarixli 109/K saylı əmrlə yenidən əmək müqaviləsi bağlanmış və 3 aylıq sınaq müddəti ilə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Halbuki, məhkəmə qətnaməsi ilə işə bərpa olunduğu zaman, digər əmək müqaviləsi onunla müddətsiz olaraq bağlanmış, qətnamənin icrasını cavabdeh öz mənafeyinə uyğun şəkildə onunla əmək müqaviləsi bağlayaraq, 3 aylıq sınaq müddəti ilə sanki yenidən işə qəbul etmişdir. Onun isə hüquqi savadı olmadığından, eyni zamanda məhkəmə qətnaməsinin icrası zamanı onu aldada biləcəklərini düşünmədiyindən, ona təqdim edilmiş sənədləri imzalamışdır. Lakin sonradan, ona xəbərdarlıq edilərək, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi üzrə sınaq müddətinin başa çatdığı bildirilərək, işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bunun nəticəsində, xx.xx.2021-ci il tarixli 146/K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə yenidən işdən azad edilmişdir. Əmək müqaviləsi 3 ay müddətinə bağlandığından, ona son haqq-hesab ödənilməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əsassız olaraq işdən azad edildiyi müddətdə, ona ödənilməli olan hər ay 650 manat hesablanmaqla 2200 manat ödənilməmiş əmək haqqı, xx.xx.2010-cu il tarixdə işə başlaması nəzərə alınmaqla, 11 il müddətinə hesablanmaqla, ödənilməli olan son haqq-hesabın ödənilməsi təmin edilməlidir. Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 noyabr 2021-ci il tarixli 146/K saylı əmri ilə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi barədə əmr qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra müddəalarına riayət etməli olduğu halda etməmişdir. Belə ki, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyev işəgötürən kimi Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görməli, yəni onu əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl rəsmi xəbərdar etməli, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad etməli, eləcə də əmək müqaviləsinin ləğvi haqqında Əmrdə Cavabdeh MMC-nin hüquqi ünvanını, əmək müqaviləsinin ləğv edilməsinin əsasını göstərməli olduğu halda Məcəllənin qeyd olunan imperativ tələblərinə riayət etməmişdir. Əmək Məcəlləsinin 51-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə müəyyən edilməsi nəzərdə tutulsa da, cavabdeh məhkəmə qətnaməsinin icrasını təmin etmək əvəzinə onu 11 il müddətində işlədiyi, əmək funksiyasını və əmək funksiyasını icra etmək qabiliyyətini kifayət qədər bildiyi halda, qanunsuz əmr qəbul etmişdir. Əmək Məcəlləsinin 51.3-cü maddəsinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə sınaq müddətində özünü doğrultmamağı barədə əsaslandırılmış əmr qəbul edilməmişdir. Bundan başqa, həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Buna görə də, ona məxsus əmək kitabçasında düzəliş edilərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması, onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
57. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində işdən azad edildiyi tarix kimi qeyd edilmiş xx.xx.2021-ci il tarixin xx.xx.2021-ci il kimi oxunmasını və qəbul edilməsini xahiş etmişdir.
58. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-927/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı işlədiyi müddətdə aldığı əmək haqqı nəzərə alınmaqla, işdən qanunsuz azad edilməsi nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan əmək haqqının Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
59. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 389.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 9-cu maddəsinin “d” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 42-ci maddəsinə, 44-cü maddəsinin 1-ci hissəsinə, 45, 68, 83.1, 83.2, 154, 156-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
60. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-927/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-cu il tarixli qətnaməsinin dəyişdirilərək, ona məxsus əmək kitabçasında düzəliş edilərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin xx.xx.2022-ci il tarixli 18/K saylı əmrinin ləğv olunaraq, əmək kitabçasında müvafiq düzəlişin edilməsi, onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
61. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ünvanladığı iddia ərizəsində ona məxsus əmək kitabçasında düzəliş edilərək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli, 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması barədə iddia tələbi ilə müraciət etsə də, məhkəmə araşdırması zaman hakim Ülkər Yusifova ona məxsus əmək kitabçasında düzəliş edilməsi ilə bağlı Cavabdeh MMC-yə təqdim edilməsi üçün məhkəmə iclasında əmək kitabçasının əslinin təqdim edilməli olduğunu bildirmiş və o, əmək kitabçasını hakim Ülkər Yusifovaya təqdim etmişdir. Hakim isə öz növbəsində əmək kitabçasını cavabdehin nümayəndəsinə təqdim etmişdir. Cavabdeh MMC əmək kitabçasında Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli, 29/K saylı əmrini yəni onun, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunmasını qeyd etsə də, xx.xx.2022-ci il tarixli, 18/K saylı əmrlə xx.xx.2022-ci il tarixdən “Fəhlənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə (tərəflərdən birinin təşəbbüsü) ilə əmək müqaviləsinə xitam verilməsini qeyd etmişdir. Məhkəmə prosesinin gedişində, hakim tərəfindən ona məxsus əmək kitabçasının əsli cavabdehin nümayəndəsi təqdim edilənədək, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 01 mart 2021-ci il tarixli, 18/K saylı əmri ilə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi barədə əmr mövcud olmamış, cavabdeh qanunsuz hərəkətləri ilə ona məxsus əmək kitabçasında yalnış düzəlişlər etmişdir. Bundan başqa, əmək kitabçasında xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixinədək müddətli əmək müqaviləsi ilə işləməyi daha əvvəl qeyd olunduğu halda, sonradan məhkəmə prosesində edilmiş düzəlişə əsasən guya onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixli, 18/K saylı əmr əsasında işdən azad olunmağı qeyd edilmişdir.
62. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işçinin onlarda işləmədiyi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMCdə işlədiyi müddət üçün vəsait ödənməsi barəsində öhdəliyin üzərilərindən götürülməsini xahiş etmişdir.
63. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi xx.xx.2021-ci il tarixində ilk dəfə Cavabdeh MMC-də vəzifəsindən azad edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də işləmişdir. Daha sonra işçi barəsində qəbul edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi icra olunaraq yenidən işə qəbul olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 aylıq müddətli əmək müqaviləsi bağlanmaqla işləmişdir. Məhkəmə qətnaməsində onların tərəfindən pul ödənilməsi qət edilmiş iyun-avqust ayları üçün ödənişlər işçinin həmin vaxt ərzində rəsmi şəkildə işlədiyi "xxxx" MMC tərəfindən ödənilməlidir. Çünki həmin vaxt ərzində işçi onlarla çalışmamışdır. Onlarda çalışmayan işçi üçün son haqq-hesab ödəməkləri həm onların hüquqlarını məhdudlaşdırır, həm də qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. İşçi Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi 3 aylıq müddət ərzində 3 dəfə bülleten götürmüşdür. Həmin bülletenə dair 14 günün pulu şirkət tərəfindən iddiaçıya ödənilmişdir, digər günlərə görə isə pul DSMF tərəfindən ödənilməlidir. DSMF-dən qalan pulu almaq üçün isə İddiaçı "xxxx" MMC-dən arayış gətirməlidir. iddiaçıya işdən azad olunması barədə bildiriş xx.xx.2021-ci il tarixdə verilmiş və o, bu bildirişi imzalayaraq götürmüşdür. xx.xx.2021-ci il tarixdə isə müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə işçi işdən azad edilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi müddətdə 600 manat əmək haqqı almışdır. İddiaçı ilə şirkət arasında ilkin əmək müqaviləsi 1 il müddətinə, sonrakı müddətli əmək müqaviləsi isə 3 ay müddətinə bağlanmışdır. İddiaçıya son haqq hesab və kompensasiya verilmişdir, yəni işləmədiyi dövr üçün əmək haqqı və əmək məzuniyyətindən istifadə etmədiyi günlər üçün isə kompensasiya pulları tam hesablanaraq verilmişdir. O, vaxt onu xx.xx.2021-ci ildə 70-ci maddənin ç bəndi ilə işdən azad etmişlər, sonra İddiaçı xx.xx.2021-ci il tarixə işdən çıxma ərizəsi yazıb onlara təqdim etmiş, lakin sistem donduğundan geri qayıtmadığı üçün 68.2-ci maddənin a bəndini tətbiq edə bilməmişlər. Sonra 2021-ci ilin dekabrında DƏMX-nə məktub ünvanlamışlar ki, sistemi aktivləşdirsinlər, çünki məhkəmənin qərarına əsasən, onlar da rəsmi cavab vermişdirlər ki, əmək kitabçasında qeydlər edin və sonra göndərin. Məmməd də əmək kitabçasını onlara təqdim etməmiş, sonra martın 2-də məhkəmə iclasında əmək kitabçasını vermişdir. Martda DƏMX-nə ünvanladıqları 2-ci məktuba əsasən sistemi onlar 16 martda aktivləşdirmişlər. Sonra onlarda olan işdən çıxma ərizəsinə əsasən, 68.2-ci maddənin “a” bəndini ona tətbiq etmişlər və məhkəmədə əmək kitabçasına etdikləri qeydlərlə birlikdə ona təqdim etmişlər. Ona görə də xx.xx.2021-dən xx.xx.2021-dək olan müddətə ona heç bir ödəniş düşmür. Əmək müfəttişliyi də işdənçıxma ərizəsinə heç bir irad bildirməmişdir, çünki onlarda komissiya var, nəsə düz olmayanda irad bildirirlər və sistemi aktivləşdirmirlər. Beləliklə, xx.xx.2021-dən xx.xx.2021-dək olan müddətə ona əmək haqqının verilməsi qanuna ziddir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
65. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
66. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
67. Maddə 2. 1-ci hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
68. Maddə 9. “d” bəndi. əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır.
69. Maddə 11. 1-ci hissəsi “a” və “b” bəndləri. əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır.
70. Maddə 42. əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
71. Maddə 44. 1-ci hissə. əmək müqaviləsi yazılı formada bağlanır.
72. Maddə 45. əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
73. Maddə 68. əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
74. Maddə 83. 1-ci hissə. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
75. Maddə 83. 2-ci hissə. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
76. Maddə 154. əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
77. Maddə 156. əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
78. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
81. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
82. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
83. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
84. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
85. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının və cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
86. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
87. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
88. İşin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə qəbul edilmiş, işə başlama tarixi xx.xx.2010-cu il olmaqla, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Qeyd olunan əmək müqaviləsinə Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. İddiaçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də hörgüçü və suvaqçı işləmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin tarixdən Cavabdeh MMC-yə fəhlə işinə təyin olunmasını xahiş etmiş və işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında xx.xx.2021-ci il tarixdə, 109 nömrəli əmək müqaviləsi bağlanmaqla, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, həmin əmək müqaviləsi görülən işlərin həcminin və davamiyyətinin qısa müddətli olduğu səbəbinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 (üç) ay müddətinə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC işçi İddiaçı “müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı” xəbərdarlıq (bildiriş) ünvanlayaraq, aralarında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi və əmək müqaviləsinə MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam veriləcəyi barədə xəbərdarlıq etmiş və əmək müqaviləsinə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 146/K saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı, onun əmək kitabçasında düzəliş edilərək onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması, onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli, 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
89. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin “ona məxsus əmək kitabçasında düzəliş edilərək, onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilməsi barədə Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin xx.xx.2021-ci il tarixli, 29/K saylı əmrinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-2704/2021 saylı qətnaməsi ilə ləğv olunması barədə qeydin aparılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxt onun əmək kitabçasında sözügedən qeydlər aparılmamış, cavabdeh isə hazırkı məhkəmə araşdırması zamanı verdiyi izahatında bunun səbəbini məhkəmə qətnaməsinə əsasən müvafiq düzəlişlərin aparılması üçün əmək kitabçasını təqdim etməsini iddiaçıdan tələb etmələrinə baxmayaraq, sonuncunun əmək kitabçasını təqdim etməməsi ilə əlaqələndirmişdir. Məhkəmə baxışı zamanı İddiaçı əmək kitabçasını Cavabdeh MMC-nin nümayəndəsinə təqdim etmiş və əmək kitabçasında sözügedən qeydlər aparılmışdır.
90. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, əmək kitabçasında Cavabdeh MMC-nin baş direktoru xx.xx.2022-ci il tarixli, 17/K nömrəli əmr əsasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2704/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini əsas tutaraq, Cavabdeh MMC-də fəhlə işləmiş İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 29/K nömrəli əmrinin ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən fəhlə işinə bərpa olunması barədə qeyd aparılmış, müəssisənin möhürü və imza ilə təsdiq edilmişdir.
91. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə qətnaməsinin icrası əsasında əmək kitabçasında iddiaçının tələb etdiyi qaydada müvafiq qeydlər aparıldığından və həmin hissədə mübahisə həllini tapdığından, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur.
92. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin “onun Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 24 avqust 2021-ci il tarixli 109/K saylı əmri ilə fəhlə vəzifəsinə işə qəbul edilməsi barədə əmrin qanunsuz olduğundan ləğv edilməsi, onun işə bərpa edilməsinin qeyd edilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin tarixdən Cavabdeh MMCyə fəhlə işinə təyin olunmasını xahiş etmiş, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 109 nömrəli əmək müqaviləsinə əsasən, həmin tarixdə işçi İddiaçı Cavabdeh MMC-yə fəhlə işinə qəbul edilmişdir. Tərəflər qarşılıqlı iradə ifadəsini əks etdirməklə aralarında müqavilə bağlamaqla, qeyd olunan müqavilədə görülən işlərin həcminin və davamiyyətinin qısa müddətli olduğu səbəbinə görə əmək müqaviləsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 (üç) ay müddətinə bağlamışlar.
93. Məhkəmə hesab etmişdir ki, iddiaçı bunun əksini təsdiq edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
94. Birinci instansiya məhkəməsi iddia tələbinin “xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixinədək işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan aylıq 600 manat olmaqla 2200 manat ödənilməmiş əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC-nin direktoru arasında xx.xx.2010-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMC-nə fəhlə kimi işə qəbul edilmiş, Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin xx.xx.2021-ci il tarixli 29/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-2704/2021 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin baş direktoru Faiq Əliyevin 08 may 2021-ci il tarixli, 29/K saylı əmrinin ləğv edilməsi, M.Q.Mustayevin yenidən Cavabdeh MMC-nə fəhlə vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə, iddiaçının ərizəsi əsasında yenidən onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından o, işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr qeyd edilən məhkəmə qətnaməsi ilə ləğv edilmiş, lakin ona işdən qanunsuz azad edilməsi nəticəsində ödənilməli olan əmək haqqı ödənilməmişdir.
95. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, İddiaçı işlədiyi müddətdə aldığı əmək haqqı nəzərə alınmaqla, işdən qanunsuz azad edilməsi nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək ödənilməli olan əmək haqqı ona ödənilməlidir.
96. Birinci instansiya məhkəməsi iddia tələbinin “xx.xx.2010-cu il tarixdən xx.xx.2021ci il tarixədək işlədiyi 11 il müddət hesablanmaqla, son haqq-hesabın hesablanaraq, Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
97. İşin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən işdən azad edilməsi ilə bağlı İddiaçı bank hesabına 402.78 manat əmək haqqı və son haqq-hesab, o cümlədən Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə, işdən azad edilməsi ilə bağlı onun bank hesabına 560,33 manat əmək haqqı və son haqq-hesab "xxxx" ASC vasitəsilə köçürülmüşdür, buna görə də, cavabdeh tərəfindən qeyd olunan məbləğlərin iddiaçıya ödənilməsi nəzərə alınmaqla iddianın həmin hissədə təmin edilməsi üçün əsas olmamışdır.
98. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
99. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
100. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
101. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir..
102. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-927/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.