Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2615/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi) üzrə (Açar sözlər: əmək haqqının, faiz ödənişinin və dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də baş menecer vəzifəsində işə başlamış, işçinin əmək haqqının məbləği aylıq 300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bir neçə ay cavabdeh təşkilatda işlədikdən sonra xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, lakin iddiaçı ilə son haqq hesab aparılmamışdır. Daha sonra, iddiaçının şikayəti əsasında X2 müvafiq araşdırma aparılmış və əmək haqqının ödənilməsində yol verilmiş hüquqpozmanın aradan qaldırılması "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixli əmrlə əvvəlki vəzifəsinə bərpa edilmiş və ona işə çıxması barədə bildiriş göndərilmişdir. Lakin iddiaçı işə bərpa edildikdən sonra öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi üzrə ödənilməli olan 3000 (üç min) manat məbləğində əmək haqqının və 300 (üç yüz) manat məzuniyyət pulunun (son haqq-hesabın), iddianın təmin olunacağı günə hər ay üzrə ayrılıqda olmaqla, hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənclə birgə yenidən hesablanaraq, o cümlədən 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC iddiaçıya işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək haqqını ödəməmişdir. Cavabdeh şirkətin rəhbəri tərəfindən hər ay növbəti ay ödəmə edəcəyinə söz verilsə də, buna əməl edilməmişdir və xx.xx.2022-ci il tarixində əmək münasibətlərinə düzgün olmayan bir şəkildə xitam verilmişdir. İddiaçı tərəfindən bundan sonra lazımı orqanlara müraciət olunmuş və bu barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə (tərəflərin qarşılıqlı razılığı) əsasən əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və son haqq-hesab ödənilməmişdir. Bu səbəbdən də müəssisənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğuna görə Cavabdeh MMC-nin direktoru Aysel Məmmədova barəsində AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin, nöqsanların aradan qaldırılması məqsədi ilə idarə tərəfindən Cavabdeh MMCnin ünvanına **********6 saylı xx.xx.2022-ci il tarixli məktub da göndərilmişdir. Bu tədbirlərdən sonra cavabdeh müəssisənin rəhbəri Aysel Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixli məktubla iddiaçıya müraciət olunaraq bildirilmişdir ki, o, xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-də menecer vəzifəsinə bərpa edilmişdir. İddiaçı artıq cavabdeh şirkətin rəhbərliyi ilə birlikdə işləməyin mümkün olmayacağı səbəbindən dərhal işdən azad olunma barədə ərizə ilə müraciət etmiş və bu səbəbdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, yenə də cavabdeh müəssisənin rəhbərliyi tərəfindən rəsmi olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə hər ay üçün aylıq 300 manat əmək haqqı və son haqq hesab iddiaçıya ödənilməmişdir. Bu barədə cavabdehə ünvanlanan xəbərdarlığa da cavab verilməmişdir. Hal-hazırda "xxxx" MMC-nin iddiaçıya əmək haqqı üzrə 10 ay və hər ay üçün 300 (üç yüz) manat təşkil etməklə cəmi 3000 (üç min) manat məbləğində və 300 manat məbləğində məzuniyyət pulu olmaqla, cəmi 3600 (üç min altı yüz) manat məbləğində borcu vardır. İddiaçıya ödənilməli olan bu məbləğlərin vaxtında, eyni zamanda ümumiyyətlə ödənilməməsi onun cox ciddi maddi və mənəvi sıxıntılarına səbəb olmuşdur. Bu barədə iddiaçı tərəfindən Cavabdeh MMC-yə dəfələrlə şifahi və eyni zamanda yazılı şəkildə müraciət olunsa da, heç bir nəticə olmamışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova, iş № 2(010)-900/2023) iddia qismən təmin edilmiş, cavabdehdən 2446.03 manat məbləğində gecikdirilmiş əmək haqqı, 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat, həmin məbləğə günlük 1 faizlə xx.xx.2022-ci il tarixindən bu qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış cəmi 12930.12 manat məbləğində pul olmaqla, cəmi 15649.2 manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, gecikdirilmiş əmək haqqı və məzuniyyət pulunun tutulması ilə bağlı hissədə iddia tələbi mahiyyət baxımından əsaslı olsa da, tələb olunan məbləğə münasibətdə iddia tələbi əsaslı sayıla bilməz. Belə ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə əsasən, iddiaçıya ödənilməli olan əmək haqqı məbləği xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üzrə cəmi 2446.03 manat (ələ çatacaq məbləğ), hesablanan məzuniyyət haqqı isə 273.05 manat (ələ çatacaq məbləğ) təşkil edir. Məhkəmə həmin hissədə ekspert rəyini mötəbər sübut kimi nəzərə alır və hesab edir ki, iddia tələbi əmək haqqı və məzuniyyət pulunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2446.03 manat ödənilməmiş əmək haqqı və 273.05 manat məbləğində məzuniyyət haqqı olmaqla, cəmi 2719.08 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddiaçının əmək haqqının gecikdirilməsinə görə günlük 1 faiz məbləğin hesablanaraq onun xeyrinə tutulması tələbini də əsaslı hesab etmişdir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə işçi ilə əmək münasibətlərinə xitam verildiyi gün işçi ilə son haqq hesab aparılmalıdır, əks halda hər gün üçün işçiyə ödəniləcək məbləğin 1 faizi həcmində pul ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən məqsədli şəkildə iddiaçının əmək haqqı və məzuniyyət haqqı ödənilməmiş, işçi ilə əmək münasibətlərinə qanunun tələbləri pozulmaqla xitam verilmiş, sonradan işçi işinə bərpa edildikən sonra belə yenidən sistemdə əvvəlki tarixdən işdən ayrıldığı qeyd edilmişdir. Bu isə məqsədli olaraq işçinin son haqq hesabının aparılmaması kimi qiymətləndirilir. Cavabdeh iddiaçının 2022-ci ilin yanvar-oktyabr ayları üçün əmək haqqı almadığını mübahisələndirməmiş, iddiaçı isə 22 aylıq gecikdirilməyə görə pul tələb etmişdir, bu o deməkdir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 300 manat təşkil etdiyi və ekspert rəyində göstərilən hər ay üçün iddiaçıya çatmalı olan məbləğ əsas götürülməklə) 12930.12 (on iki min doqquz yüz otuz manat on iki qəpik) manat təşkil edir ((yanvar ayının maaşı üçün 830.4 manat (126.01 manat x 1% x 659 gün); fevral ayının maaşı üçün 1744.71 manat (276.5 manat x 1% x 631 gün); mart ayının maaşı üçün 1659 manat (276.5 manat x 1% x 600 gün); aprel ayının maaşı üçün 1576.05 manat (276.5 manat x 1% x 570 gün); may ayının maaşı üçün 1490.33 manat (276.5 manat x 1% x 539 gün); iyun ayının maaşı üçün 1407.38 manat (276.5 manat x 1% x 509 gün), iyul ayının maaşı üçün 1321.67 manat (276.5 manat x 1% x 478 gün), avqust ayının maaşı üçün 1211.07 manat (276.5 manat x 1% x 438 gün), sentyabr ayının maaşı üçün 1108.76 manat (276.5 manat x 1% x 401 gün), oktyabr ayının maaşı üçün 400.75 manat (108.02 manat x 1% x 371 gün)).
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1, 172.4, 172.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işə daxil olma müddəti xx.xx.2022-ci il tarixində olmuş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, bundan sonra o, X3 müraciət etmiş, bundan sonra xitamın əsasının səhv göstərildiyi, işdən çıxmaqla bağlı ərizəsinin olmadığı bəlli olmuş, daha sonra araşdırma aparılmış, nəticədə yenidən səhv edilərək xx.xx.2022-ci il tarixdə iddiaçının əmək müqaviləsi avtomatik olaraq bərpa edilmiş, həm yeni tarixlə, həm də xitamın əsası düzgün göstərilməməklə edilmişdir. Bundan sonra yenidən idarəyə yenidən müraciəti əsasında araşdırılma aparılmasını tələb edib, nəticədə xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bildirişinin xitam edilməsi sistemə daxil edilmişdir. İddiaçının xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi “Regis BC” Xaricdə təhsil Mərkəzində menecer vəzifəsində işlədiyini nəzərə almamışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiaçı barədə həmin təşkilatdan məlumat alınmasını xahiş etsə də, məhkəmə işin bu halını aydınlaşdırmamışdır. İddiaçı “RegisBC” Xaricdə təhsil Mərkəzində menecer vəzifəsində işlədiyindən "xxxx"MMC-də işə bərpa olunmaq barədə iddia qaldırmamışdır. Başqa təşkilatda rəsmi olaraq əsas iş yeri olmaqla əmək müqaviləsi əsasında işlədiyi halda CavabdehMMC-yə qarşı əsassız iddia qaldırmışdır. X4 Xidmətinin “İnzibati xəta haqqındaiş üzrə qərardan verilən şikayətə baxılması haqqında” xx.xx.2023cu iitarixli 2- 3- 17-5/3-1-2713/2023 nömrəli qərarla barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilmişdir. Həmin qərarda göstərilir ki, İddiaçı əmək müqaviləsinə "xxxx" Şirkətindən aldığı mühasibatlıq xidməti nəticəsində yanlış maddə ilə, yəni AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin"a" bəndi ilə xitam verilməli olduğu halda 75-ci maddənin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə xitam sistemdən ləğvi və köhnə tarixlə bərpası üçün müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə X4 Xidməti tərəfindən xitamın sistemdə ləğv edilməsi ilə bağlı rəsmi bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixi ilə xitam verilməsi ilə bağlı bildiriş sistemə daxil edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi hal-hazırda elektron sistemdə iddiaçının xx.xx.2022-ci il tarixdə işə bərpa edildiyi və xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verildiyi ümumiyyətlə görünmür. İddiaçı ilə xitam tarixi xx.xx.2022-ci il tarixi kimi qeyd edilir. Cavabdehin iddiaçı qarşısında 2 ay 10 gün müddət üçün hər hansı bir məsuliyyəti yaranmır, həmin müddət üçün əmək haqqını nağd şəkildə almışdır. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən menecer vəzifəsində işə başladığı qeyd edilmişdir. Halbuki, o, bu tarixdə müəssisəyə ilk dəfə olaraq CV ilə müraciət etmişdir. İddiaçı Cavabdeh MMC ilə rəsmi şəkildə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022ci il, əmək müqaviləsinə xitam verildiyi tarix isə xx.xx.2022-ci ildir. xx.xx.2023-cü il tarixdən X4 Xidməti bütün qanun pozuntularının aradan qaldırıldığını nəzərə alaraq İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi barədə sistemə məlumat daxil etmişdir. Bunun üçün cavabdeh müvafiq sistemə müraciət etmiş, sistem açılmış və İddiaçı əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixdən xitam verilməsi qeydi sistemə daxil edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun bu vəsatətlərinin işə baxılmasını yubatmaq məqsədi daşıdığı qənaətinə gələrək və MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini mümkün saymışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 172.1. Aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, qətnamədə gəlinən nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.
17. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi 3 hissədən ibarətdir: - gecikdirilmiş əmək haqqının ödənilməsi; - məzuniyyət haqqının ödənilməsi; - hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi.
18. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdeh MMC-yə baş menecer vəzifəsinə işə qəbul edilmiş, işin birinci 19.01.22-26.01.22 həftəsi sınaq müddəti təyin edilmiş, xx.xx.2022-ci ildən isə müddətsiz işə qəbul olunmuş, əmək haqqı 300 manat təşkil etmişdir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (tərəflərin qarşılıqlı razılığı ilə) əsasən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı həmin əmri mübahisələndirməmiş, X4 Xidmətinə məzuniyyət pulunun, əmək haqqının verilməsi ilə bağlı müraciət etmiş, həmin orqanda araşdırma aparılan vaxtda iddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də menecer vəzifəsinə bərpa olunmuş, lakin sonra öz ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır.
19. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 1-ci əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək, yəni təxminən 1 il 4 aya yaxın “X6” MMC-də işləmiş, əmək haqqı 300 manat təşkil etmişdir. İddiaçının “X6” MMC-də aldığı əmək haqqı ilə Cavabdeh MMC-də aldığı əmək haqqı eyni məbləğdə - 300 manat olmuşdır. İddiaçı cavabdeh tərəfindən verilmiş işdən çıxma barədə əmrləri mübahisələndirməmişdir.
20. Kollegiyanın qənaətinə görə iddiaçı cavabdehdən 2022-ci ilin oktyabr ayına qədər deyil, yalnız xx.xx.2022-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı cavabdeh MMC ilə əmək müqaviləsinə xitam verildikdən sonra işsiz qalmamış, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək, yəni təxminən 1 il 4 ay “X6” MMC-də əmək fəaliyyətini davam etdirmiş, eyni məbləğdə də əmək haqqı almışdır.
21. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/5440 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçıya yanvar ayında 133,33 manat əmək haqqı hesablanmış, ələ çatacaq məbləğ isə 126,01 manat, fevral, mart ayları üçün əmək haqqı 300 manat olmuş, ələ çatacaq məbləğ isə 276,50 manat olmuşdur. Mart ayında 25 gün işlədiyi nəzərə alındıqda, ələ çatacaq məbləğ 230, 42 manat təşkil edir (276,50 ÷30×25).
22. Məhkəmə kollegiyası əmək müqaviləsi üzrə aylıq əmək haqqının 300 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, gecikdirilmiş əmək haqqı yanvar ayı üçün 133,33 manat, fevral ayı üçün 300 manat, mart ayı (25 gün) üçün 250 manat olmaqla, cəmi 683,33 manat (133,33+300+250) manat məbləğində müəyyən edilməlidir.
23. Əmək haqqının gecikdirilməsi ilə əlaqədar bir faiz ödəncin verilməsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
25. Əmək Məcəlləsinin 172-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, bir dəfə ödənilən aylıq əmək haqqı ay sonunadək ödənilib başa çatdırılmalı, növbəti aya keçid olunmamalıdır.
26. Məhkəmə kollegiyasının qənaətinə görə işəgötürən əmək haqqının ödənilməsində gecikmələrə yol verməklə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.4-cü bəndinin tələblərini pozmuşdur.
27. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında gəldiyi nəticəyə görə əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
29. İddiaçının aylıq əmək haqqına münasibətdə hər gün üçün əmək haqqının bir faizi məbləğində ödənc aşağıdakı qaydada hesablanmalıdır: - yanvar ayı üçün nəzərdə tutulan 133,33 manat əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə bir faiz məbləğində ödənc birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı xx.xx.2023-cü il tarixə 22 ay (659 gün) gecikmə ilə 876,47 manat (133,33 x 1% x 659) təşkil edir; - fevral ayı üçün nəzərdə tutulan 300 manat əmək haqqına görə ödənc 21 ay (631 gün) gecikmə ilə 1893 manat (300 ×1% × 631) təşkil edir; - mart ayı üçün nəzərdə tutulan 250 manat əmək haqqına görə ödənc 600 gün gecikmə ilə 1500 manat (250 × 1% × 600) təşkil edir. Beləliklə, yanvar, fevral, mart ayları üçün nəzərdə tutulan əmək haqqının ödənilməsi gecikdirildiyindən cavabdehdən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələbinə müvafiq olaraq iddiaçının xeyrinə tutulmalı olan bir faiz ödəncin cəmi məbləği 4269,47 manat təşkil edir (876,47+1893+1500). İddiaçı bu məbləğin iddianın təmin olunması barədə qətnamə çıxarılan tarixə tutulması tələb etdiyindən, Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinin tələbinə uyğun olaraq hesablamanı həmin tarixədək olan dövr üçün aparır.
30. Məzuniyyət pulu tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
31. Əmək Məcəlləsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir (maddə 131.1).
32. İşdən görünür ki, iddiaçı cəmi 2 ay 6 gün cavabdeh MMC-də işləmiş, əmək məzuniyyətindən istifadə etmək hüququ yaranmamışdır.
33. əmək Məcəlləsinin 131.1-ci maddəsinin tələbinə əsasən işçinin altı ay işlədikdən sonra əmək məzuniyyətindən istifadə etmək hüququ yaranır. Hazırkı vəziyyətdə iddiaçının yaranmayan məzuniyyət hüququna görə məzuniyyət pulu tələbinin hüquqi əsası yoxdur. Ona görə də iddia tələbi həmin hissədə rədd olunmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdehndən 683,33 (altı yüz səksən üç manat, otuz üç qəpik) manat məbləğində gecikdirilmiş əmək haqqı, həmin məbləğə günlük 1 faizlə birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixinədək hesablanmış 4269,47 (dörd min iki yüz altmış doqquz manat, qırx yeddi qəpik) manat məbləğində pul (ödənc) olmaqla, cəmi 4952,8 (dörd min doqquz yüz əlli iki manat, səksən qəpik) manat məbləğində pul və mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.