Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2626/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 08.05.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 12.10.2007-ci il tarixdə doğulmuş X3 və 23.10.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 21.05.2020-ci il tarixdən hesablanaraq hər ay hər uşaq üçün 50 manatın, ümumilikdə 100 manat alimentin X1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamə 27.05.2021-ci il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmiş, onun 23.08.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti məhkəmənin 24.09.2021-ci il tarixli qərardadı ilə müddətin ötürüldüyü əsas göstərilməklə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi 07.10.2021-ci il tarixdə yenidən apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 07.10.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti lazımi qaydada verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. 05.01.2022-ci il tarixdə nümayəndə (vəkil) yenidən apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə təqdim etmiş, məhkəmənin 18.01.2022-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpası haqqında ərizənin rədd olunması, apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin 09.02.2022-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məcəllənin 135.7-ci maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. İş materiallarından görünür ki, məhkəmənin 18 yanvar 2022-ci il tarixli qərardadı 19.01.2022-ci il tarixdə saat 15:48-də cavabdehin nümayəndəsi (vəkili) Vəkil elektron kabinetinə yerləşdirilmiş, o isə qərardaddan şikayətini 02 fevral 2022-ci il tarixdə saat 23:51-də elektron sistemə yükləmişdir. Belə olan halda cavabdehin nümayəndəsinin 18.01.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətini ötürüb-ötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət verilmədən, müddət ötürülməmişdirsə buna münasibət bildirilmədən apellyasiyanı mümkün hesab etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-372/2021 saylı iş üzrə 18 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin vaxtında verilibverilmədiyinin aydınlaşdırılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2626/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2626/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver