Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2646/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqı" tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09.05.2020-ci il tarixdən 22.08.2021-ci il tarixə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq 9460 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 14.02.2022-ci il tarixdə şikayət verərək Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadının mülki işin icraatının dayandırılması hissəsində ləğv edilməsi və iş üzrə icraat təzələnərək ekspert qarşısında qoyulan sualların məhkəmə iclasında müzakirə olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmək haqqının hesablanması üzrə ekspert tədqiqatının Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında professor vəzifəsində çalışan X3 cəlb edilməklə aparılması və ekspert qarşısında tabel cədvəlinə əsasən işçiyə 13.04.2020ci ildən 23.08.2021-ci ilədək əmək müqaviləsində nəzərdə tutulan əmək haqqının verilməsi sualının qoyulması məhkəmədən xahiş edilsə də məhkəmə cavabdehin xahişini cavabsız qoymuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 14.02.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının qeyri-məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 255.0.5-ci maddəsində nəzərdə tutulan – məhkəmə tərəfindən ekspertizanın təyin olunmasıdır. Bu əsasla işin icraatının dayandırılması, xüsusilə, ekspert tədqiqatının uzunmüddətli olacağı, habelə iş materiallarının ekpertizaya göndərilməli olduğu hallarda, eləcə də, ekspert rəyi alınmadan işin icraatının davam etdirilməsinin məqsədəmüvafiq olmadığı hallarda zəruridir. İş materiallarından görünür ki, cavabdeh tərəfə ünvanlanmış 18 yanvar 2022-ci il tarixli sorğuya cavab verilmədiyinə görə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin vəsatəti nəzərə alınaraq, 3 fevral 2022-ci il tarixli hazırlıq iclası 10 fevral 2022-ci il tarixə təxir edilmişdir. Məhkəmənin cavabdehə ünvanladığı sorğuya cavab olaraq 9 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda bildirilir ki, sorğuda qeyd olunan qeyri iş günlərində məcburi əməyə cəlb edilmə faktını təsdiq edən sənəd mövcud deyil. 10 fevral 2022-ci il tarixli hazırlıq iclasında cavabdehin nümayəndəsi heç bir üzrlü səbəb barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasında iştirak etməmişdir. Həmin tarixli hazırlıq iclasında işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün xüsusi bilik tələb edilən sualların cavablandırılması məqsədilə məhkəmənin təşəbbüsü ilə mülki iş üzrə ekspertiza təyin edilmiş, ekspert qarşısında iddia tələbinə uyğun sual qoyulmuş və icraat dayandırılmışdır. Məhkəmənin 10 fevral 2022-ci il tarixə saat 09:50-yə təyin edilmiş hazırlıq iclası yekunlaşdıqdan sonra cavabdeh tərəfin başqa nümayəndəsi tərəfindən onun elektron kabinetə əlavə edilməsi barədə vəsatəti daxil olmuşdur. Nümayəndə elektron kabinetə əlavə olunduqdan sonra 11 fevral 2022-ci il tarixdə eskpertiza ilə bağlı vəsatət daxil olmuşdur. Həmin vəsatət 10 fevral 2022-ci il tarixdə keçirilmiş iclasdan sonra verildiyindən və bu səbəbdən iclasda müzakirə olunmadığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadında əksini tapmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadının dayandırılma hissəsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş şikayəti təmin etməmiş həmçinin qeyd etmişdir ki, icraat təzələndikdən sonra keçiriləcək növbəti məhkəmə hazırlıq iclasında cavabdeh tərəfin verdiyi vəsatət müzakirə olunacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı X2 hazırki tələbində 09.05.2020-ci il tarixdən 22.08.2021-ci il tarixə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyini göstərməklə ona ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq 9460 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin cavabdehə ünvanladığı sorğuya cavab olaraq 9 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda bildirilmişdir ki, sorğuda qeyd olunan qeyri iş günlərində məcburi əməyə cəlb edilmə faktını təsdiq edən sənəd mövcud deyil. Daha sonra da birinci instansiya məhkəməsi 10.02.2022-ci il tarixdə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etməklə ekspert qarşısında - iddiaçının tələbinə uyğun olaraq 09.05.2020-ci il tarixdən 22.08.2021-ci il tarixədək cavabdeh "xxxx" ASC-də işlədiyi müddətdə artıq iş saatlarına görə ödənilməli olan məbləğin nə qədər təşkil etməsi barədə sual qoymuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-834/2022 nömrəli, 10.02.2022-ci il tarixli qərardadı mübahisələndirilən hissədə, yəni icraatın dayandırılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2646/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2646/2022
09.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver