Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2658/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Xudaquliyev Samir Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi, valideynlik hüququndan məhrum edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatandan sonra hər ay 1000 manat məbləğində aliment, əlavə xərc olaraq hər ay 1000 manat məbləğində taksi xidmətləri xərclərinə, əlavə xərc olaraq hər ay 1000 manat məbləğində xüsusi qida xərclərinə cəlb edilməsi, 18 yaşından sonra 21 ay müddətində ona çəkilmiş aliment, taksi xidmətləri xərclərinə, xüsusi qida xərclərinə görə 18000 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsinə, Cavabdeh valideynlik hüquqlarından məhrum edilməsinə, mülki proses zamanı prosessual hüquqlarından sui-istifadə etməklə, 10 ay mülki işi mahiyyəti üzrə məhkəmə baxışından kənarda saxladığına, 10 ayın aliment pulunu 9000 manatı ödəməkdən kənarda qalmağa nail olduğuna görə vurduğu 10000 manat maddi zərər, mənəvi zərər üçün 40000 manat məbləğindən pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2000-ci ilin aprel ayında cavabdeh ilə anası el adəti ilə toy edib evlənmiş, xx.xx.2001-ci ildə o anadan olmuşdur. Anadagəlməortopedik, xroniki venoz-damar və s. xəstəliklərdən əziyyət çəkir, xəstəlikləri məhkəmətibbi ekspertizasının rəyi ilə təsbiq olunub. “Hipermobil”, “Ehlers-Danlos” sindromlarından əziyyət çəkir. Uşaqlıqdan əlildir, 18 yaşınadək “sağlamlıq imkanları məhdudluğu” dərəcəsi, 18 yaşdan sonra isə 2-ci qrup əlildir. Səhiyyə Nazirliyinin 5 saylı Uşaq Klinikasının verdiyi 29.03.2019-cu il tarixli 152 saylı arayışında deyilir ki, əziyyət çəkdiyi “Hipermobil” sindromunun ölkədə müalicəsi yoxdur. 18 yaşınadək məhkəmə cavabdehi alimentə, müalicə xərclərinə, xüsusi qida xərclərində iştirakına cəlb etdi. Hazırda cavabdeh 18 yaşından sonra ona aliment ödəməli, yolu çətinliklə yeridiyinə görə taksi xidmətləri xərclərini, xüsusi qida xərclərini ödəməli, üstəlik, 18 yaşından sonra ona çəkilən xərcləri də ödəməlidir. Cavabdeh uzun illər alimentini, müalicə və xüsusi qida xərclərini ödəmədiyi üçün sağlıq vəziyyətinin ağırlaşmasına səbəb oldu. 18 yaşı tamam olub, hələ də 18 yaşınadək təyin olunan alimenti, müalicə xərclərini, xüsusi qida xərclərini, borclarını ödəmir. Doğulan gündən əlil olduğu üçün anası ona baxıb, işləyə bilməmiş, özünə də ona da çörək pulu qazana bilməmişdir. Məhkəmə cavabdehi valideyn kimi onun müalicə xərclərində, saxlanılmağında iştiraka cəlb etdi, cavabdeh isə özünü uzun illər bu xərclərdə iştirakdan kənarda saxladı, 16 il onu anası ilə maddi olaraq köməksiz vəziyyətdə saxladı. Cavabdeh 16 il aliment vermədiyi üçün onu icra orqanında, məhkəmələrdə süründürdü. O doğulanda Cavabdeh özünün ərizəsi ilə 08.06.2001-ci ildə “atalığı müəyyən etmək haqqında” şəhadətnamə almışdır. 2003-cü ildə Cavabdeh anasından ayrılanda, 2 il sonra, aliment ödəməmək üçün Kəpəz Rayon Məhkəməsində onun övladı olduğunu bilə-bilə, anasına qarşı onun mənşəyini şübhə altına alan iddia qaldırdı. Keçirilən məhkəmə-tibbi ekspertizadan sonra anası onun mənşəyini şübhə altına alıb ekspertiza təyin edən Kəpəz Rayon Məhkəməsinə etirazını Ali Məhkəməyə təqdim etdi. Alimenti Samux Rayon Məhkəməsi təyin etdi. 09.02.2004-cü il tarixli qətnamədən görünür ki, cavabdeh onu soyadından çıxartmaq istəyir. Kiçik yaşlarından dəfələrlə Cavabdeh və onun adamları tərəfindən o və anası küçədə, evdə döyülmüşlər. Cavabdeh, 2003-2004-cü illərə dair anasının prokurorluğa, polisə etdiyi şikayətlərlə, məhkəmə qətnaməsi ilə sübut olunur ki, cavabdeh anasının alimentdən imtina etməsi üçün onu və anasını ölümlə hədələmiş, onları döymüşdür. Yasamal Rayon Məhkəməsi 23.05.2011-ci il tarixli qətnaməsində yazır ki, 2003/2004-cü illərdə, anasının alimentdən imtina etməsi üçün Cavabdeh ona və anasına fiziki təzyiqlər etmişdir. 3-4 yaşlarında Cavabdeh küçədə görəndə yanına qaçırdı, o isə onu geri itələyir, ondan qaçırdı. Cavabdeh, onu “ata” sevgisindən məhrum etmişdir. “Ata” hissini ona yaşatmadığına görə cavabdehi tanımır. 20 yaşı var, 1 dəfə olsun, onunla oturub üz-üzə söhbət etməmişdir. Orta məktəbi “qırmızı xüsusi nümunəvi atestat”la bitirib, yüksək bal toplayıb, Diplomatiya Akademiyasına daxil olmuşdur. Respublika Fənn Olimpiadasının qalibidir. Anasının təkidlə, təhsil uğurlarını atasına telefonda demişdir. O isə “Mənim sənin kimi qızım yoxdu”- deyib qışqırmışdır. Cavabdeh ona olan nifrəti qanuni qüvvədə olan məhkəmə qərarları ila sübut olunur. O, iddiaçının adını başqa arvadlardan olan qızlarına qoydu. Bir ata bir neçə qız övladlarına eyni adı qoya bilməz, dövlət orqanlarında çaşqınlıq yaradar. Cavabdeh uzun illər Samux Rayon Məhkəməsinin icra sənədi üzrə alimenti ödəmədi. 18 yaşına qədər müxtəlif illərdə cavabdehin ödəmədiyi alimentin və əlavə xərclərin miqdarları artırıldı. Məhkəmələr cavabdehi 2012-ci ildə 100 manat hər ay "xüsusi qida xərclərinə”, 2013-cü ildə hər ay 300 manat aliment və müalicə xərclərinə cəlb etdilər. Cavabdeh hər ay 400 manat ödəməli olduğu halda, 16 il bu borcları ödəmədi. Cavabdeh aliment və əlavə xərcləri ödəmədiyi, sağlıq vəziyyətini fəsadlaşdırdığı üçün 2017-ci ildə alimentin, müalicə xərclərinin, xüsusi qida xərclərinin miqdarlarının artırılması barədə iddia qaldırmışlar. Yasamal Rayon Məhkəməsi öz təşəbbüsü ilə araşdırdı: cavabdehin saysız-hesabsız əmlakları, banklarda külli miqdarda pul vəsaitləri var. Məhkəmə hər ay 900 manat sabit pul məbləğində aliment, müalicə xərcləri, xüsusi qida xərcləri təyin etdi. Cavabdeh aliment borclarını ödəmədiyi üçün 31.10.2016-cı ildə onunla anası Gəncə İcra İdarəsində qəbulda olmuşlar. Rəis “atan it oğlu alimenti vermir, mən nə edim, rədd olun otaqdan” deyib sənədləri onun başına çırpdı, otağından qovdu. Huşunu itirib yıxıldı. Ədliyyə Nazirliyinin Regional Gəncə idarəsi ona təcili tibbi yardım çağırdı. 31.10.2016-cı il tarixli 27B saylı Təcili Tibbi Yardım Vərəqəsindən və eyni tarixli prokurorluğa göndərilən məlumatdan görünür ki, ona tibbi xidmət göstərilmiş, “Vegetativdistoniya sindromu” diaqnozu qoyulmuşdur. Hadisədən sonra uzun müddət müalicə olunmuşdur. Yasamal Rayonu 5 saylı Uşaq Poliklinikasının 07.11.2016-cı il tarixli 567 saylı arayışında deyilir ki, ona təcili tibbi yardımdan sonra poliklinikadan evə çağırış oldu, sahə həkimi və nevropatoloq “Vegetativ distoniya sindromu hipotonik krizlə” diaqnozu ilə ona müalicələr təyin etdilər. Cavabeh alimenti ödəmədiyinə görə, ona qarşı hörmətsiz davranan Gəncə İcra İdarəsinin rəisinin hərəkətlərini araşdıran Prokurorluğunun 21.11.2016-cı il tarixli qərarında idarə rəisi və icra məmurları ifadələrində etiraf etdilər ki, Yusibov uzun illərdir ki, əlil uşağın alimentini ödəmir. Cavabdeh aliment borclarını ödəməmək üçün 15 yaşında “mənim Gülxanım adlı uşağın atası olmamağıma dair” yenə iddia ərizəsi verdi, məhkəmə 26.12.2016-cı ildə qərar qəbul etdi. Cavabdeh imzaladığı “mənim Gülxanım adlı uşağın atası olmamağıma dair qətnamə çıxarın” məzmunlu iddia ərizəsi ilə ondan imtina etməsini 23.12.2016-cı ildə Kəpəz Rayon Məhkəməsində öyrəndi, sarsıldı, huşunu itirdi. Məhkəmə binasına təcili tibbi yardım gəlmiş, həkimlər onu ayılda bilməmiş, xəstəxanaya aparmışlar. Təcili-Tibbi Yardımın 23.12.2016-cı il 10 saylı sənədinə və prokurorluğa göndərilmiş 1331 saylı məlumatına görə, ona tibbi xidmət göstərilmiş, “Vegetativ distoniya sindromu” diaqnozu qoyulmuşdur. Cavabdeh o doğulanda özü ərizə verib, atalığı müəyyən edir, qızı olduğunu bilə-bilə, 2 yaşında, sonra 15 yaşında aliment ödəməmək üçün ondan imtina edir. O valideynlik hüququndan məhrum olmalıdır. Cavabdeh ondan imtina etdiyinə görə, mütəmadi həkimlərdə müalicə olundu. Bu barədə Yasamal Rayonu 5 saylı Uşaq Poliklinikasının 07.01.2017-ci il tarixli, 03 saylı arayışının 6cı səhifəsində yazılır: “07 yanvar 2017-ci ildə uşaq yenidən poliklininkanın nevropatoloquna müayinə və müalicə üçün müraciət etmiş, nevropatoloq E.Qasımovanın və Gəncə şəhər TTTYS-nın (Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının) verdiyi 1331 saylı, 24 dekabr 2016-cı il tarixli məlumatına əsasən uşağa “Vegetativ distoniya sindromu hipetonik krizlə hipermobil sindromu” diaqnozu qoyulmuşdur. Şikayətləri baş ağrılarından, arterial təzyiqin aşağı olmasından (86/57), yuxu pozğunluğundan, narahat yuxudan, yaddaşın zəifliyindən, əllərin tərləməsindən, əsəbilikdən əziyyət çəkməsindəndir. Müayinə zamanı, B.B.S. (baş beyin sinirləri) tərəfindən göz almalarının hərəkəti tamdır, yüngül nistaqmoid qeyd olunur, hərəki sistemi normal, yuxusu narahatdır, romberq vəziyyətində əllərdə tremor qeyd olunur. Cavabdeh aliment borclarını qərəzli şəkildə ödəmədiyi üçün məhkəmələr onun avtomobillərinin, villalarının, mənzillərin üzərinə həbs qoydu. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 03.06.2015-ci il tarixli, 05.05.2016-cı il tarixli, 10 oktyabr 2016-cı il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 01.11.2016-cı il tarixli, Kəpəz Rayon Məhkəməsinin 23.12.2016-cı il tarixli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli qərardadları, Ali Məhkəmənin 01.06.2017-ci il tarixli qərarı və s. məhkəmə aktları ilə cavabdehin əmlaklarının üzərlərinə həbs qoyulmuşdur. Cavabdeh qərəzli şəkildə üzərinə həbs qoyulan avtomaşınlarını icra orqanından gizlədir, yol polisi avtomaşınları tapa bilmir, amma cavabdeh onların üzərindən həbsi götürmək üçün məhkəmədə iddialar qaldırır. Qərəzli davranışlarına görə dəfələrlə inzibati qaydada tənbehlənib. Gəncə Apellyasiya Məhkəməsinin 24.03.2019-cu il tarixli 8(104)-105/2019 saylı, 8 səhifəlik qərardan görünür ki, Cavabdeh, çox sayda, üzərinə həbs qoyulan əmlaklarını qərəzlə icra orqanından gizlədir. Aliment borclarını ödəməyən Cavabdeh avtomobillərinin, villalarının, mənzillərinin siyahısı icra məmurunun məhkəmələrə göndərdiyi 15.03.2019-cu il tarixli “protokola əlavə”sində var. Cavabdeh istəyir ki, o ölsün, aliment borcları xitam olunsun. Bu barədə prokurorluq, polis orqanlarında material var. Belə ki, 29.03.2019-cu ildə Kəpəz Rayon Məhkəməsi cavabdehin barəsində İnzibati Xəta Protokoluna baxılan gün, cavabdeh zəng edib onu hədələdi: “Gələcəm universitetə, səni biabır edəcəm: tələbə yoldaşlarına, müəllimlərinə deyəcəm ki, sən xəstəsən, səni xəstəliyinə görə universitetdən çıxartsınlar, universitetdən çıxsan, xərclərin olmayacaq, mən də aliment borclarını ödəməyəcəm”. Cavabdehə bildirmişdir ki, tez-tez xəstəxanada yatıb çıxır, əziyyətlə universitə hazırlaşıb girmişdir, kəsri yoxdu, niyə onu çıxartsınlar universitetdən? O, xəstəliklərini tələbə yoldaşlarına desə iddiaçı özünü pis hiss edəcək, səhhəti daha da pisləşəcək. Cavabdeh dedi ki, istəyir ki, o ölsün. Cavabdeh məqsədi odur ki, onu universitetdə biabır eləsin, onun ürəyi partlasın, aliment borcları xitam olunsun. Cavabdehin zəngindən sonra özünü pis hiss etmişdir. 30.03.2019-cu ildə təcili tibbi yardım gəlmişdir. Müalicələrini poliklinikada davam etdirmişdir. O, şəxsi məlumatlarını qorumaq əvəzinə, xəstəliklərini ictimailəşdirəcəyi ilə hədələdiyi üçün, 31.03.2019-cu ildə Yasamal Rayon 29 Polis Bölməsinə anası və o, şikayət etmişlər. Polisə, Yasamal Rayon Prokurorluğunun “daxilolma” möhürü vurulmuş, 01.04.2019-cu ildə imzalanmışdır. Alimenti 16 il ödəməyib səhhətini ağırlaşdıran cavabdeh ölkədən çıxmağına razılıq vermədi ki, gedib Türkiyədə müalicə olunsun. 2017-ci ildə Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışlar. Yaşadığı Bakı şəhərindən Gəncə şəhərinə böyük əziyyətlərlə gedib-gəlmişdir. Məhkəmə 20.09.2017-ci il tarixli qətnamə ilə cavabdehin razılığı olmadan ölkədən çıxmağına icazə verdi. 2019-cu ildə “atası” ona qarşı kinini, nifrətini ifadə edərək, poliklinikaya və anasına qarşı məhkəmə mübahisəsi açdı. Kəpəz Rayon Məhkəməsi 15.01.2019-cu il tarixli qərardadla, anasının cavabdeh qismində göstərilməsini nöqsan bildi, iddia ərizəsini Cavabdeh geri qaytardı. Cavabdehin illərlə ödəmədiyi aylıq alimentə dair icra sənədləri bunlardır - Samux Rayon Məhkəməsinin 09.02.2004-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 06.09.2012-ci il tarixli qətnaməsi ilə xüsusi qida xərcləri ilə bağlı hər ay 100 manat icra sənədi, həmin məhkəmənin 26.11.2013-ci il tarixli qətnaməsi ilə alimentin və 300 manat olması barədə icra sənədi. İcra sənədlərinə görə cavabdeh hər ay 400 manat ödəməli idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 dekabr 2017-ci il Qərarı ilə müəyyən olundu ki, Cavabdeh prosessual hüquqlarından sui-istifadə etmişdir. O, Cavabdeh hərəkətlərini müzakirə və mübahisə etmək üçün deyil, bunlar onsuz da məhkəmə aktları ilə təsdiqini tapır, cavabdehin prosesual hüquqlardan sui-istifadə etməsi nəticəsində 10 ay mülki işi əsassız olaraq məhkəmə baxışından kənarda saxladığı müddət ərzində onu məhkəmə instansiyalarında süründürdüyü üçün müxtəlif xəstəxanalarda, tibb müəssisələrində nə əziyyətlər, əzablar çəkmişdir. Cavabdeh illərlə aliment, müalicə xərclərini, xüsusi qida xərclərini, borclarını ödəmədiyi üçün sağlıq vəziyyəti ağırlaşmışdır. Buna görə anası 2017-ci ilin fevralında alimentin və s. miqdarların artırılması barədə yeni məhkəmə mübahisəsi açmışdır. Yasamal Rayon Məhkəməsi 02.03.2017-ci il tarixli qərardadla, məhkəmə proseslərini ləngidən Cavabdeh 1000 manat cərimə etmişdir. Yasamal Rayon Məhkəməsi 22.05.2017-ci il tarixli qətnamə ilə iddianı qismən təmin etdi, yetkinlik yaşına çatanadək saxlanılmağı üçün hər ay 500 manat sabit pul məbləğində aliment, xəstəliklərinin müalicələrinin aparılması ilə əlaqədar hər ay 200 manat, xüsusi qida ilə təmin olunmağı üçün isə hər ay 200 manatın, cəmi 900 manatın Yusibovdan tutulması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmasını qət etdi. Cavabdeh 22.05.2017-ci il tarixli qətnamədən apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsində şikayətə baxılarkən, cavabdeh birinci instansiya məhkəməsində prosesi uzatdığı kimi, yenə eyni hərəkəti apellyasiya instansiyasında da etdi: Yasamal Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadından şikayət verdi, halbuki, prosessual qanunvericiliyə görə həmin qərardaddan şikayət verilə bilməzdi. Cavabdehə məhkəmə prosesini uzatmaq, ləngitmək “çox vacib” idi. O zaman onun 16 yaşı vardı. Çünki,18 yaşınadək təyin olunan aliment və s. xərclərin miqdarlarının artırılması ilə bağlı qəbul olunan qətnamənin gec qanuni qüvvəyə minməsinə, 10 ay gec icraya yönəldilməsinə nail olmaqla, cavabdeh 10 ay alimenti ödəməmiş olur. Buna görə cavabdeh məhkəmə prosesini 10 ay uzatdı. Bunun üçün Cavabdeh nə etdi? O, Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini Yasamal Rayon Məhkəməsinə verdi. Mülki işin apellyasiya məhkəməsinə getməsini gözlədi. Apellyasiya Məhkəməsindən işə mahiyyəti üzrə baxılması barədə göndəriş məktubunu alandan sonra, yenidən 1-ci instansiya məhkəməsinə ərizə verib, 02.03.2017-ci il tarixli qərardadın ləğv edilməsi üçün verdiyi şikayətə baxılmasından ötrü prosessual müddətin bərpasını xahiş etdi. Cavabdeh qərardaddan verdiyi şikayətin icraata götürülməsinə, Bakı Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılacaq mülki işin məhkəmə baxışından çıxarılıb Yasamal Rayon Məhkəməsinə qaytarılmasına nail oldu. Bu cür qanunsuz hərəkətlərləri ilə cavabdeh anası ilə onu–əlil övladını, 10 ay üç məhkəmə instansiyaları yollarında süründürməklə səhhətinin ağırlaşmasına, xəstəxanalarda müalicə almağına səbəb oldu, məhkəmə heyətlərində çaşqınlıq yaratdı, hakimlər arasında əlavə vaxt itkisi yaratdı, məhkəmələrə, dövlətə, ona, anasına əlavə dəftərxana xərcləri yaratdı. Hər üç məhkəmə instansiyası cavabdehin şikayətlərini təmin etmədi. Ali Məhkəmə öz qərarında qeyd etdi ki, Cavabdeh məhkəmə proseslərini uzatmaq, ləngitmək niyyəti ilə bu şikayətləri verir. Məhkəmə ərizəyə baxaraq 1000 manat olan cərimənin miqdarını ya azalda, ya da tamamilə ləğv edə bilərdi. Bunun üçün yeni qərardad qəbul edilməli, qərardaddan Cavabdeh narazı olardısa, o zaman şikayət verə bilərdi. Lakin, nə belə bir ərizə, nə də ki, belə bir qərardad qəbul olunmadığı üçün, Cavabdeh qanunsuz şikayətləri ilə 10 ay mülki işi apellyasiya məhkəməsinin baxışından əsassız olaraq uzaqda tutmağa, məhkəmə proseslərini ləngitməyə nail oldu. Yəni mahiyyəti üzrə baxılmalı olan apellyasiya şikayəti qaldı kənarda, ləğv edilməsi üçün şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmayan, mülki proses zamanı qəbul olunan cərimə qərardadından verdiyi şikayətə baxılması üçün apellyasiya məhkəməsində 17.10.2017-ci il tarixli qərardad qəbul edilməsinə nail oldu. Apellyasiya Məhkəməsi də həmin qərardadı ilə Cavabdeh məhkəmədə mülki işi süründürməsi qənaətinə gəldi. Daha sonra,Cavabdeh kassasiya şikayəti tərtib edib, imzalayıb, mülki işin Ali Məhkəməyə göndərilməsinə nail oldu. Ali Məhkəmənin 29.12.2017-ci il tarixli qərarı ilə Cavabdeh prosessual qanunvericliyin tələblərindən sui-istifadə edərək mülki işi məhkəmələrdə süründürdüyü qənaətinə gəldi. Mülki iş Ali Məhkəmədən apellyasiya instansiyasına qayıtdı. Anası Sevil Aİİahverdiyeva cavabdehin verdiyi şikayətlərə baxan Bakı Apellyasiya Məhkəməsinin hakimlərini mülki işə mahiyyəti üzrə baxmaqdan uzaqlaşdırmaq üçün həmin məhkəmənin sədrinə, Məhkəmə Hüquq Şurasına, Ombudsmana, Ali Məhkəməyə etirazlarını, şikayətlərini göndərdi. Məhkəmə Hüquq Şurası, şikayət verilməməli olan bir qərardaddan cavabdehin verdiyi şikayətlərə baxan hakimlərin qanunsuz hərəkətlərindən anasının təqdim etdiyi şikayətləri nəzarətə aldı, həmin şikayətləri, hakimlərin məhkəmədəki mülki işə baxmaqdan uzaqlaşdırılması üçün apellyasiya məhkəməsinin sədrinə göndərdi. Mahiyyəti üzrə apellyasiya şikayətinə 17.04.2018-ci ildə (Rafael Eyvazovun sədrliyi ilə) baxıldı və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə qaldı. Ali Məhkəmənin Mülki Kollegiyasının 27.09.2018-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində qaldı. Ali Məhkəmənin Qərarından sonra Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi 27.09.2018-ci ildə qanuni qüvvəyə mindi, icraya yönəldi. Həmin qətnamələrdən aydın olur ki, təyin olunan aliment və əlavə xərclərin miqdarları barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəlir. 22.05.2017-ci il tarixli qətnamə üzrə alimentin və əlavə xərclərin miqdarının artırılması hər ay davamlı ödəmələr olunmaqla onun 18 yaşı tamam olanadək təyin edilib. Həmin qətnamə qəbul olunanda 16 yaşı vardı. Cavabdeh məhkəmə proseslərini ləngitməklə, mülki işi məhkəmələr arasında süründürməklə, o, 17 yaş 5 aylıq oldu. Yəni 10 ay cavabdeh vaxt qazandı və 10 ay əsassız olaraq mülki işi ləngitdi ki, qətnamə gec qanuni qüvvəyə minsin, o da 10 ay aliment və əlavə xərcləri ödəməsin, üstəlik,18 yaşına qədər olan müddətədək, yəni cəmi 7 ay ona aliment və s.xərcləri ödəsin. Bundan əlavə mülki iş məhkəmə instansiyalarının icraatında 23 ay oldu, Ali Məhkəmə 29.12.2017-ci il tarixli cavabdehin cərimə qərardadından verdiyi “absurt” şikayətə baxarkən, qərarında da qeyd edir ki, bunun 10 ayını cavabdeh əsassız olaraq “şikayət verilib ləğv edilməsi prosesual qanunvericilikdə nəzərdə tutulmayan” 02.03.2017ci il tarixli cərimə qərardadından şikayət verdiyi vaxta sərf olunur. Cavabdeh 23 aylıq məhkəmə icraatı müddətinin 10 ayını “havaya sovurmuşdu”. Cavabdeh 10 ay “havaya sovurduğu” müddətdə anası ilə onu-əlil övladını-10 ay ərzində üç məhkəmə instansiyalarında yollarda süründürməklə səhhətinin ağrlaşmasına, xəstəxanalarda yatmağına, müalicələr almağına, daim həkim nəzarətində qalmağına səbəb oldu. O, ortopedik xəstəliklərdən, venoz-damar xəstəliklərindən, xroniki alergik-rinit xəstəliyindən, xroniki dəri, xroniki bronxit xəstəliyilindən, gözlərində anadangəlmə miopiya xəstəliyindən və digər sistem xəstəliklərindən əziyyət çəkir. Uşaqlıqdan əlildir, ona “Hipermobil” sindromu xəstəliyi qoyuldu. Küçədə gedəndə dizi çıxır, yıxılır. Cavabdeh onu və anasını məhkəmələrdə süründürəndə: gah anası mülki işin hansı məhkəmələrdə olduğunu öyrənmək üçün məhkəmələrə onunla gedirdi, gah da o, dərslərindən geri qalmamağı üçün anası özü gedirdi, o da dərsdən tək çıxıb evə gələndə dizi çıxırdı, küçədə yıxılırdı. 07.06.2017-ci ildə o, dərsdən evə tək gələndə yolda dizi çıxdı, tanımadığı qadınlar onun qolundan tutub evinə gətirdilər. Xroniki bronxit xəstəsidir, həmin gün təngənəfəslikdən, nəfəs ala bilməməkdən əziyyət çəkdiyi üçün burun-boğaz-qulaq həkiminin də müayinəsində olmuşdur. Ali Məhkəmənin MK-nın 29.12.2017-ci il tarixli qərarında deyildiyi kimi, cavabdeh prosessual hüquqlardan sui-istifadə etməklə Yasamal Rayon Məhkəməsinin şikayət verilməməli olan qərardaddan verdiyi şikayətə baxılmasını təmin etməyə nail olduğu gün, 22.09.2017-ci il tarixli qərardad çıxarılan gün o, göz xəstəliyinə görə 22.09.2017-ci ildə Bakıda yerləşən Dünya Göz Klinikasında müayinədə olunmuş, ona “Orta dərəcədə miopi” diaqnozuyla OD SPH-3,75 OS SPH-4,50 cyl -0,75 ax 180-0 ölçüdə yeni eynək təyin edildi. Həmin günü, Yasamal Rayon Məhkəməsində cavabdehin şikayətinə baxılırdı, anası ilə o, gah məhkəməyə qaçmış, gah da göz klinikasına. Cavabdeh onları məhkəmə-klinika yollarında süründürdü. Dünya Göz Klinikasının 22.09.2017-ci il tarixli göz müayinəsi protokolu, yazılan resepti ilə, eyni gündə çıxarılan 22.09.2017-ci il tarixli Qərardad yazdıqlarını sübut edir. Cavabdehin mülki işi məhkəmə baxışından əsassız olaraq kənarda saxlaması, onun əziyyət çəkdiyi xəstəliklərinin daha da fəsadlaşmasına səbəb oldu. Anadangəlmə başının dərisində, “xroniki seboreyalı dermatıt” xəstəliyi var. Bundan əlavə, dizlərində, ayaqlarında, belində mütəmadi ağrı, şişmələr var, ayaqları şişir. 5 saylı Uşaq Poliklinikasının 605 saylı 14.12.2017-ci il tarixli arayışında yazılır ki, o, “Seboreyalı dermatit” dəri xəstəliyinə görə dərman müalicəsi alır, həmin günü ortopedik xəstəliklərinə görə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verildi ki, getsin xəstəxanada müailcə olunsun. Ortopedik-xəstəliklərdən əziyyət çəkdiyini bildiyi halda, cavabdeh məhkəmələrarası onu süründürdüyü üçün, 14.12.2017-ci ildə ayaqlarında ağrı, şişkinlik və s.şikayətlərinə görə, 5 saylı poliklinika onu Respublika Klinik Xəstəxanasına göndərdi. Respublika Klinik Xəstəxanasının xəstəsidir, vaxtaşırı müalicə alır, ona “Fəqərə sütununun S-vari skalyozu 2-ci dərəcə, hər iki diz oynağının valqus deformasiyası, ikitərəfli yastıayaqlılıq, aşağı ətrafların iç ratasiyası, yastıpəncəlilik 3-cü dərəcə və valqus deformasiyası”-diaqnozları ilə fizioterapevtik müalicə, ortopedik ayaqqabı, massaj, müalicəvi idman, əzələlərin elektrostimulyasiyası məsləhət görüldü. Ayaqlarında olan ağrılardan, şişkinlikdən və s. çox əziyyət çəkdiyi üçün 22.12.2017-ci ildə başqa tibb müəssisəsinə, İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyətinin Bakıda yerləşən klinikasında da ortoped-həkimə müraciət etmişdir. Həmin klinikanın 22.12.2017-ci il tarixli tibbi məsləhət kartına əsasən ona “Fəqərə sütununun S-vari skaliozu 2-ci dərəcə, hər iki diz oynağının valqus deformasiyası, ikitərəfli yastıpəncəlilik 3-cü dərəcə, aşağı ətraflarda iç ratasiya vəziyyəti, valqus deformasiyası, Hipermobil sindromu”-diaqnozları qoyulmaqla, orada da ona reablitasiya və “zioterapevtik müalicə məsləhət görüldü. Cavabdeh onu məhkəmədə, prosessual hüquqlarından sui-istifadə edərək süründürdüyü müddətdə, 23 dekabr 2017-ci ildə əziyyət çəkdiyi nevroloji xəstəliklərə görə İran Klinikasında nevropatoloqun müayinə və müalicəsində olmuş, ona, təkrar müayinədən sonra uastenonevrotik vəziyyət” diaqnozu qoyulmuş, dərman preparatları təyin olunmuşdur. Cavabdeh 10 ay mükli işi məhkəmə baxışından əsassız olaraq uzaqda tutduğu 2017/2018-illərdə, anası ilə onu məhkəmələrdə süründürdüyü müddətdə, 2017- 2018-ci illərdə dəfələrlə yüksək hərarətlə, Təcili Tibbi yardım maşını ilə aparmış o, xəstəxanalarda yatmışdır. Belə ki, Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 09.01.2018-ci il tarixli 4 saylı arayışında göstərilir ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı 03.01.2018-ci il tarixdə saat 01:15 radələrində 4 saylı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən “Yuxarı tənəffüs yolarının infeksiyası. Hipertermiya” diaqnozu ilə qəbul şöbəsinə gətirilmiş, profilə uyğun Pediatriya şöbəsinə qəbul edilmişdir. Hal-hazırda diaqnoz: “Sağ tərəfi bronxopnevmaniya”. Bu diaqnozla hal-hazırda xəstənin stasionar qaydada müalicəsi davam etdirilir. Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 38 saylı xəstəlik tarixinə dair Epikrizinə görə, o, 03.01.2018-ci ildə xəstəxanaya daxil olmuş, kliniki diaqnozun: “sağ tərəfli bronxopnevmaniya. Hipermobil sindromu. Alergik rinit. Qastrin.” O, xəstəxanada yatmış, sonra dispanser qeydiyyatda olduğu sahə həkiminin nəzarətinə verilmişdir. Cavabdeh prosessual hüquqlarından suiistifadə edərək, anası ilə onu məhkəmələrdə süründürdüyü müddətdə, 2018-ci ilin mart ayında yenidən ağır xəstələnmiş, kəskin öskürək, təngənəfəslikdən əziyyət çəkmiş, temperaturu 38-39 dərəcədən aşağı düşməmiş, dəfələrlə poliklinikadan evə göndərilən həkim müalicələr təyin etsə də, hərarəti aşağı düşməmişdir. Polikinikanın göndərişi ilə yenidən Qarayev adına xəstəxanaya stasionar qaydada müalicəyə göndərilmişdir. Bundan əlavə, o, dəfələrlə, kəskin resperator xəstəliklərindən əziyyət çəkdiyi üçün, temperaturu yüksək olduğu üçün 5 saylı uşaq poliklinikasından dəfələrlə evə həkim gəlməsi üçün çağırış olmuş, müalicələri davam etmişdir. Bu barədə 5 saylı Uşaq poliklinikasının 13.02.2019-cu il tarixli 74 saylı arayışında da göstərilir ki, 14.09.2018-ci ildə sahə həkimi ev şəraitində uşağı müayinə etdikdən sonra dərman preparatları ilə müalicə təyin etmişdir. 10 ay mülki işi məhkəmə baxışından kənarda saxlamaqla ona maddi və mənəvi zərər vurdu, o, xəstəxanalarda yatdı, onun sağlıq vəziyyəti çox ağır oldu, səhhəti fəsadlaşdı, ayaqları şişdi, Elmi Tədqiqat tibb müəssisəslərində, klinik xəstəxanalarda yatdı. Xroniki bronxit xəstəsidir, “Sağ tərəfli bronxo pnevmaniya olmuş”, xəstəxanada yatmışdır. Dizləri yerindən çıxır. Bütün bu müalicələrdə maddi olaraq çox pul vəsaitləri xərcləmişlər. 10 ay mülki işi mahiyyəti üzrə kənarda saxlamaqla, hər ayı 900 manat olmaqla 10 aylıq alimentinin və s.xərclərinin - 9000 manat xərclərini ödəməkdən özünü kənarda saxladı. Buna görə də anası 2019-cu ilin əvvəlində 9.000 manat tələbi ilə cavabdehə qarşı yeni məhkəmə mübahisəsi açdı, məhkəmə iddianı təmin etdi, dərhal icraya göndərdi. Anası, 10 ayın alimenti olan 9000 manat pul tələbi ilə Cavabdeh qarşı 2019-cu ilin əvvəlində yeni məhkəmə mübahisəsi açmışdır. Bakı Apellyasiya Məhkəməsi 05.07.2019-cu tarixli 2(103)- 8253/2019 Qətnamə ilə 9000 manatın Cavabdeh alınıb anasına verilməsi barədə icra sənədini, dərhal icra olunması üçün icra orqanına göndərmişdir. Cavabdeh, Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli dərhal icra etməli olduğu icra sənədi üzrə 10 ayın alimentini ödəmədi, bu dəfə də 11 ay onu və anasını onun barəsində keçirilən inzibati xəta haqda məhkəmə proseslərində, Gəncə-Bakı yollarında süründürdü, sağlıq vəziyyətini daha da fəsadlaşdırdı. Gəncə icra orqanı Cavabdeh icra sənədini dərhal icra etməsi üçün 15.11.2019-cu il tarixli AC115788/19 saylı “xəbərdarlıq” göndərmişdir. Gəncə icra orqanı Cavabdeh qərəzli şəkildə məhkəmənin dərhal icra olunmalı olan icra sənədini icra etmədiyi üçün onun barəsində 23.01.2020-ci ildə Kəpəz Rayon Məhkəməsinə İnzibati xəta haqqında” protokolu təqdim etdi. Protokola, Kəpəz Rayon Məhkəməsinin hakimi C.Tağıyev 23.01.2020-ci ildə baxmış, Cavabdeh əməlini əsassız olaraq xitam etmiş, qərarında göstərmişdir ki, 05.07.2019-cu il tarixli “dərhal icra” olunmalı olan icra sənədinə səbəb olan eyni tarixli qətnamə qanun qüvvəsini almayıb. İcra məmuru A.Cəfərov hakim C.Tağıyevin, borclunun əməlini xitam edən 23.01.2020-ci il tarixli 3(043)- 91/2020 saylı qərarından məhkəməyə şikayət təqdim etmişdir. İcra məmurunun şikayətinə baxmaq üçün Gəncə Apellyasiya Məhkəməsi 06.02.2020-ci il tarixli 3(104)-63/2020 saylı bildirişi onların ünvanına göndərməklə məhkəməyə çağırmışdır. Gəncə Apellyasiya Məhkəməsi 11.02.2020-ci il tarixli Qərarı ilə, borclunun barəsindəki təqdimata yenidən baxılması üçün Kəpəz Rayon Məhkəməsinə göndərdi. Təqdimata yenidən baxan Kəpəz Rayon Məhkəməsi, “dərhal icra” barədə icra sənədi üzrə borclunu 32.03.2020-ci il tarixli, 3(043)-91/2020 saylı qərarla 500 manat cərimə etdi. Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli icra sənədinin icra olunması üçün, pul borcu olan borclunun pul ilə cərimə tənbehi ilə deyil, həbslə inzibati tənbeh alması üçün Kəpəz Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli qərarından anası apellyasiya şikayəti təqdim etdi. 3(043)-91/2020 saylı, 02.03.2020-ci il tarixli inzibati qərarından verdiyi şikayəti xəbərnaməli poçt vasitəsiylə məhkəməyə göndərmişlər. Gəncə Apellyasiya Məhkəməsi 18.05.2020-ci il tarixli 3(104)-140/2020 saylı məktub göndərib anasını məhkəmə prosesinə çağırmışdır. Təkrar, Gəncə Apellyasiya Məhkəməsi 08.06.2020-ci il tarixli 3(104)-63/2020 saylı məktub göndərib, anasını məhkəmə prosesinə çağırmışdır. Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli icra sənədinin icrası dayandırılmadığı halda, Gəncə Apellyasiya Məhkəməsi 29.06.2020-ci il, 3(104)-121/2020 saylı qərar qəbul etmişdir. Məhkəmə Hüquq Şurasına etdiyi şikayətinə Gəncə Apellyasiya Məhkəməsi 06.08.2020-ci il tarixli 28- 644/2020 saylı böyük həcmli məktubla cavab vermişdir. Cavabdeh, beləcə, onu anası ilə yollarda, məhkəmələrdə süründürdü, mülki işi 10 ay məhkəmələrarası süründürdüyü üçün yaratdığı 9000 manat aliment borclarını ödəmədi. Ali Məhkəmə 35.07.2019-cu il tarixli qətnamə üzrə kassasiya şikayətinə baxdı, 02.06.2020-ci ildə Qərar qəbul etdi, həmin qərarın təsviri, hüququ və nəticə hissəsi bir-biri ilə uyğun gəlmədiyi üçün hazırda Ali Məhkəmənin Sədri tərəfindən plenumda araşdırılır. Mülki iş Ali Məhkəmədən yenidən Bakı Apellyasiya məhkəməsinə göndərildi, 2020-ci ildə, yenə apellyasiya məhkəməsi cavabdehin 9.000 manat aliment borcunu ödəməsi üçün dərhal icra olunması ilə bağlı icra sənədi tərtib edib, yenidən icraya göndərmişdir. Bundan əlavə cavabdeh prosessual hüquqlarından sui-istifadə etdiyi üçün 9000 manatı dərhal ödəməsi üçün Bakı Apellyasiya Məhkəməsi 19.08.2020-ci ildə qətnamə qəbul etmişdir. Qətnaməni, icra sənədini, göndəriş məktubunu Gəncə İcra orqanına göndərmişdir. Cavabdeh 9000 manatı dərhal ödəmək əvəzinə, qərəzli hərəkətlər etmiş, inzibati qaydada tənbeh olunsa da məhkəmənin aktlarına, onun və anasının əziyyətlərinə məhəl qoymamışdır. Onu məhkəmələrdə süründürmüş, onun inzibati xəta tənbehi ilə bağlı məhkəmə proseslərinə gedib gələrkən, onu və anasını əzab-əziyyətlərə, yol xərclərinə məruz qoymuşdur. Gəncə icra orqanı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli icra sənədi üzrə 07.10.2020-ci ildə “xəbərdarlıq” göndərmişdir, cavabdeh isə dərhal icra etmək əvəzinə icra sənədinə etiraz vermiş, 12.11.2020-ci il tarixli məktubla etiraz qəbul edilməmişdir. Cavabdeh 2017-2018-ci illərdə 10 ayın alimentini ödəməmək üçün 10 ay mülki işi və onu məhkəmələrarası süründürərkən ona vurduğu sağlıq fəsadlaşmalarına görə xəstəxanalarda qatmış, bu barədə tibbi sənədləri əlavə etmişdir. Müalicələrə külli miqdarda pul xərcləmişdir. Yasamal Rayonu 5 saylı Uşaq Poliklinikasının 09.01.2019-cu il tarixli göndərişi ilə o, 38,3 dərəcə temperaturla, kəskin öskürəklə, təngənəfəsliklə “Kəskin bronxit”, “Kəskin Respirator Xəstəlik”, “Alergik rinit” diaqnozları ilə Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına stasionar qaydada müalicəyə göndərilmişdir. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 24 saylı 14 yanvar 2019-cu il tarixli arayışında yazılır ki, o, 10.01.2019 saat 11:28-də Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 2-ci Pediatriya bölməsinə daxil olmuşdur. (5 saylı Uşaq poliklinikasının 09.01.2019-cu il tarixli göndərişinə əsasən), xəstəlik tarixi 141. Diaqnoz: Kəskin bronxit, Hipermobil sindrom. Xroniki qastrit. Astenonevrotik vəziyyət. Orta dərəcəli miopiya. Allergik rinit, bu diaqnozla hal-hazırda xəstənin stasionar müayinə və müalicəsi davam etdirilir. Qarayev adına 2 sayı Uşaq Klinik Xəstəxanasının 141 saylı xəstəlik tarixinə dair Epikrizinə əsasən o, 10 yanvar 2019-cu ildə xəstəxanaya daxil olmuş, 2-ci Pediatriya bölməsində “kəskin bronxit”, hipermobil” sindromu, “Xroniki Qastrit”, “Astenonevrotik vəziyyət”, “orta dərəcə miopiya”, “Alergik rinit”, “Anemiya” xəstəliklərindən stasionar qaydada müalicə almışdır. O, xəstəxanada kardioloji EKQ müayinəsində olarkən müəyyən olundu ki, ürəyində ciddi problem var. Bu barədə Epikrizdə yazılır:“...Miokardda metobolik dəyişikliklər qeyd olunur. Sol mədəciyin bioelektrik fəallığı qeyri-dürüst yüksəlib”. Epikrizdə ona kardioloqun nəzarətində olmağı məsləhət olundu. Bundan əlavə, o, hematoloji xəstəlik olan xroniki “Anemiya”dan əziyyət çəkir, 5 saylı uşaq poliklinikasında uzun illərdir dispanser qeydiyyatda olmuşdur. Xəstəxanada onun qanının laborator analizləri araşdırıldı, normadan aşağı göstərici ilə nəticələndi, buna görə də xəstəxananın həkimləri tərəfindən ematoloqun nəzarətində olmağı tövsiyyə olundu. “Anemiya” xəstəliyinə görə, xüsusi keyfiyyətli qida menyusu iə qidalanmağı tövsiyyə olundu, xəstəxanadan bu barədə ayrıca arayış verildi. Bu barədə Qarayev adına 2 sayı Uşaq Klinik Xəstəxanasının 60 saylı 29.01.2019-cu il tarixli arayışında yazılır ki, o, 10.01.2019cu idən 17.01.2019-cu ilədək .Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 2-ci Pediatriya bölməsində stasionar müalicə almışam, xəstəlik tarixi 141, diaqnoz: “Kəskin bronxit”, “Hipermobil” sindromu, “Xroniki Qastrit”, “Astenonevrotik vəziyyət”, “Orta dərəcə miopiya”, “Alergik-rinit”, anemiya”, onda anemiya olduğu üçün xüsusi keyfiyyətli qida rejimi təyin edilir. Bu rejimə əsasən dəmir və zülalla qida maddələri, ət və ət məhsulları (mal-əti, qara-ciyər, meyvə, tərəvəz) kimi qidalar daxildir. Mütəmadi olaraq həkim-hematoloqun nəzarətində olmağı tövsiyyə olunur. 5 saylı Uşaq Poliklinikasının 45 saylı, 30 yanvar 2019cu il tarixli arayışında da yazılır ki, “Hipermobil” sindromuna görə kalsi, fosfor, Vitamin-D ilə zəngin qida maddələri : mal əti, qaraciyər, qara kürü, alma və s.meyvə şirələri “ANEMİYA” xəstəliyində olduğu kimi) qəbul etməlidir. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 141 saylı Epikrizində və 60 saylı 29 yanvar 2019-cu il tarixli arayışında da aydın yazılır ki, sahə həkiminin, kardioloqun, hematoloqun nəzarətində olmalıdır. Ayrı ayrılıqda hər iki tibb müsəssisəsi onun xüsusi keyfiyyətli qida menyusu ilə qidalanmalı olmağını məsləhət edirlər. 26.04.2019-cu il tarixdə o, Prezident Administrasiyasının Mərkəzi Klinikasında müalicə olunmuşdur. Həmin klinikada “Alergik-rinit” diaqnozu, “Ehlers-Danlos sindromu – kallogen уetməziliyi diaqnozu qoyuldu, “Epidermal Dəri Test Nəticələri” haqda müayinələr aparıldı, “Alergik-rinit” diaqnozuna görə müalicə təyin edildi. Gözlərində görmə zəiflədiyi üçün sahə poliklinikasının göndərişi əsasında 29.04.2019-cu ildə Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti dəfə müayinə olunmuşdur. 29.04.2019-cu il tarixli, Oftalmologiya Mərkəzinin arayışına əsasən, ona “mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuş, Rp.: OD Sph -5,0 D - 0,5 D 170 dərəcə, OS Sph - 5,52 - 0,5 В 0 dərəcə, Dp= 58 mm ölçüdə eynək taxması tövsiyyə olunmuşdur. Sahə poliklinikasının göndərişi əsasında 30.04.2019-cu ildə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserində müayinə və müalicədə olunmuş, bu barədə həmin tarixli Ambulator Kartadan çıxarışda qeyd edilir: “hipermobil sindromu”, “Ehlers-Danlos sindromu- kallogen yetməzliyi”. Həmin ambulator Kartadan çıxarışda o da qeyd edilir ki, 2011-ci ildə ilk dəfə dispanserə müraciət etmişdir, ambulator müalicə təyin edilmişdir və vaxtaşırı müalicə kursları aparılır, başında olan qaşınma və kəpəklənmədən şikayətlidir. Sənəddə qeyd edilir ki, dəri səthində proses məhdud xarakterlidir, başın tüklü hissəsində ağ qabıqlar müşahidə olunur, bəzi nahiyədə hiperimiyalı zədə ocağı görünür, subyektiv olaraq qaşınır. Ona müalicə təyin edildi, dəriZöhrəvi həkimin nəzarətində olmağı, ona mütəmadi müalicə məsləhət görülmüşdür. Səhhətinin fəsadlaşdığına, nəfəs ala bilmədiyinə, nəfəs tıxanıqlığına görə sahə poliklinikası onu Ə.Qarayev adına Uşaq xəstəxanasına göndərmişdir. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasının 210 saylı, 01.05.2019-cu il tarixli arayışında deyilir: “obyektiv olaraq burunun müayinəsi zamanı burun çəpərinin əyriliyi (sola doğru) və alergik rinit qeyd edildi. Onda yanaşı gedən xəstəliklər olduğuna görə (venoz damar çatışmamazlığı, miopiya, Hipermobil sindromu və s.) həmçinin burun tənəffüsünün adi halda çətin olmadığı üçün təcili əməliyyat aparılmasına ehtiyac yoxdur. Gələcəkdə terapevt və nevropatoloqun icazəsindən sonra burun tənəffüsü çətinləşəcəyi təqdirdə burun çəpərində əməliyyat aparıla bilər”. Ayağında, aşağı ətraflarında, pəncələrində, hər iki diz oynaqlarında, digər orqanlarında olan ağrılardan əziyyət çəkdiyinə görə, 03.05.2019-cu ildə Respublika Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müalicə olunmaq üçün müraciət etmişdir. Həkimlər ona müalicə təyin edib məsləhət etdilər. Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 3563 saylı, 03 may 2019cu il tarixli arayışına əsasən ona aşağıdakı diaqnozlar qoyuldu – “Ehler-Danlos Sindromu”, “Bütün oynaqlarda hipermobil hərəkətlər”, “Hər iki aşağı ətrafların femoral anteversion”, “hər iki ayaqda patoloji pesplanus”, “Kalkalovalqus deformasiyası”, “Morbit obezite”. Həmçinin iddiaçı anadangəlmə xroniki venoz damar genişlənməsindən əziyyət çəkir. 2010-cu ildə Respublika Cərrahiyyə Mərkəzində Fleboloqun qəbulunda olmuş, həkim rəngli dopler aparatı ilə müayinə etmiş, diaqnoz qoyaraq, müalicə təyin etmişdir. 2012-ci ildə Respublika Cərrahiyyə Mərkəzinə sahə poliklinikasının göndərişi əsasında növbəti dəfə dopler müayinə və müalicəyə göndərilmiş, tibbi sənədlərinə “doplerasiya edən həkim elmi məzuniyyətdə olduğu üçün dopler etmək mümkün olmadı” yazılmışdır. Həmin sənəddə yazdılar ki, “cərrahiyyə əməliyyatı məsləhət görülür”. Belə bir tibb müəsisəsində, yəni dopler aparatla müayinə etmədən əməliyyat təyin edən tibb müəssisəsindən Səhiyyə Nazirliyinə şikayət etmişlər. Buna görə, daha ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunmağa başlamışdır. İran İslam Respublikasının Bakıda yerləşən klinikasının Fleboloqlarına müraciət etmiş, onu dopler müayinə etmiş və müalicələr yazmışlar. O, 08.04.2019-cu ildə aşağı ətraflarında, ayaqlarında ağrıların artdığına, ayaqları şişdiyinə görə yenə damar cərrah həkiminin müayinəsində olmuşdur. Onu dopler edən həkim öz tibbi sənədində qeyd edir ki, diaqnozu “Xroniki Venoz çatışmamazlığı, sağdan 2-ci dərəcəli, soldan 2-ci dərəcəli”, “Planlı şəkildə hər iki ətraf BDV-nun genişlənməsi, anadangəlmə - C 3-cü 15), əməliyyata hazırlıq”. Müalicə: Fizioterapevtin baxışı. Ağır idman hərəkəti olmaz, massaj olmaz”. Bundan əlavə, cavabdeh məhkəmələrdə əsassız olaraq onu və anasını süründürdüyü üçün 2019-cu ilin sentyabrın əvvəlində diz nahiyyəsindən sümükləri çıxmış yenidən sahə poliklinikasının göndərişi əsasında xəstəxanaya göndərilmişdir. Elmi-tədqiqat Travmatologiya və Ortopediya institutunun 3563/1743 saylı, 16 sentyabr 2019-cu il tarixli arayışına əsasən ona müalicə olunmağı üçün dərmanlar təyin edilmişdir. Cavabdeh anası ilə onu məhkəmə instansiyalarında süründürdüyü, hələ də, 9000 manat aliment borcunu vermədiyi üçün məhkəmə və icra orqanlarında onun haqqında olan inzibati xəta qərarlarına çıxarılması üçün proseslərə getdiyinə görə, 2019-cu ilin 24 avqust tarixində səhhəti daha da fəsadlaşmış və 1 saylı dəri-zöhrəvi dispanserinə müalicəyə getmişdir. Dəri həkimi və tibb bacısı ona tibbi xidmət göstərməkdən imtina etdiklərinə, onun sistem xəstəsi olduğuna görə, onu otaqdan uzaqlaşdırılmağı üçün dava saldıqlarına, başqa vətəndaşları da bu davaya cəlb etdiklərinə görə, o və anası ölümlə hədələndiyinə görə DİN-nin 102-zəng mərkəzinə müraciət etmiş, sonra ona müalicə təyin etmişlər. Dispanserin 2 ədəd müxtəlif tarixli arayışları buna sübutdur. Dispanserin 24 avqust 2019-cu il tarixli arayışına görə, ona dərman təyin edilmədi, lakin polis orqanlarının müdaxiləsindən sonra- 02.09.2019-cu il tarixli 935 saylı arayışda isə onun əziyyət çəkdiyi sindromu nəzərə alıb dərman təyin edilməsi qeyd edilir. Anası Səhiyyə Nazirliyinə həmin həkim və tibb işçisinin qanunsuz hərəkətlərindən şikayət etmişdir. Bakı Baş Səhiyyə İdarəsi 26.09.2019-cu il tarixli 1462/9- 01/12 saylı məktubla “dəri həkimi və tibb bacısı barəsində intizam tədbiri görülmüşdür” cavabını verdi. Anadangəlmə-ortopedik xəstəliklərdən biri də dizlərinin tez-tez yerindən çıxmasıdır. Ayaqları şişir, istilik verir, damar-venoz xəstəlikləri də var, ağrıları çoxdur. Teztez həkimə müraciət etməyə məcbur olur. Lakin, Cavabdeh 2017-ci ildən bəri 10 ayın alimentini verməmək üçün hələ də israr edir, məhkəmənin icra sənədi üzrə dərhal ona 10 ayın alimentini ödəməməklə, onu icra orqanlarında, məhkəmələrdə süründürməyə davam edir, sağlıq vəziyyətini daha da fəsadlaşdırır, maddi olaraq əlavə xərclərə məruz qoyur. Elmitədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 41 saylı, 19 fevral 2021-ci il tarixli arayışına əsasən ona əziyyət çəkdiyi xəstəliklərə görə “ortez” istifadə etməyi məsləhət görülüb. Həmin arayışda deyilir: Diaqnoz: – “Ehler-Danlos Sindromu”, “Bütün oynaqlarda hipermobil hərəkətlər", “Hər iki aşağı ətraflarda funksional anteversion”, “hər iki ayaqda patolojik pesplanus”, “Kalkaneo-valqus deformasiyası”, “Morbit obezite”, “Hər iki diz oynağının hiperekstansionu ve qeyri spesifik bağ zədələnməsi”. Onun saxlanılmağı üçün 22.05.2017-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə 18 yaşınadək olan müddətə qədər hər ay sabit məbləğdə 900 manat aliment və s.xərclərin cavabdehdən alınması qət edilmiş, bu məbləğin 500 manatı aliment, 400 manatı isə əlavə xərclərə görə təyin edilmişdi. Hal-hazırda, onun saxlanılmağı üçün hər ay 1000 manat məbləğində aliment təyin olunmalıdır. Ona “xüsusi qida xərcləri” üçün Bakı Apellyasiya Məhkəməsinin 06.09.2012-ci il tarixli Qətnaməsi ilə hər ay sabit məbləğdə 100 manat məbləğində pul təyin edilmiş, sonradan bu məbləğ artırılaraq, Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə hər ay 200 manat olmuşdur. Halhazırda, yetkinlik yaşı tamam olandan sonra cavabdeh hər ay sabit məbləğdə 1000 manat məbləğində “xüsusi qida xərclərinə” də cəlb edilməlidir. Yetkinlik yaşı tamam olan gündən, 08.05.2019-cu ildən hal-hazıradək 21 aydır ki, o, 18000 manat taxsi xərcləri, xüsusi qida xərcləri çəkmişdir, həkimə və s. yerlərə taxsi ilə getmişdir. 21-aylıq çəkilmiş 18000 manat məbləğində xərc Cavabdeh alınıb ona verilməlidir. Bundan əlavə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından, icra orqanının cavab məktublarından, Cavabdeh barəsində qəbul olunan inzibati tənbeh qərarlarından, 2015-ci ildən cavabdehin avtomobillərinin, mülklərinin, əmlaklarının üzərinə məhkəmə qərarları ilə həbs qoyulmasından aydın olur ki, 2004-cü ildən qəbul olunan, illərlə miqdarları artırılan alimenti, müalicə xərclərini, xüsusi qida xərclərini cavabdeh 16 il icra etmədi. İcra orqanının 2004-2019-cu illər arası Cavabdeh aliment ödəməməsi barədə arayışları da sübut edir ki, cavabdeh illərlə aliment ödəməmişdir: Gəncə icra idarəsinin 1297/12 saylı 22.08.2013-cü il tarixli, 1254/14 saylı 09.09.2014-cü il tarixli arayışlarında göstərilir ki, cavabdeh aliment ödəmir. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22.05.2017-ci il tarixli qətnaməsində deyilir ki, məhkəmə öz təşəbbüsü ilə cavabdehin barəsində Maliyyə Bazarına Nəzarət Palatasına sorğu göndərdi, verilən cavabdan aydın oldu ki, 36000 manatdan çox bankda cavabdehin pul vəsaiti olmuşdur. Cavabdeh 16 il ona alimenti, borcları ödəməmiş, amma ona ödəməli olduğu aylıq alimentlərlə öz var-dövlərini artırmış, əsassız olaraq ona çatası alimentlərinin hesabına varlanmışdı. Bunu, cavabdehin şəxsi mülkiyyətində olan əmlaklarına üzərinə həbs qoyulan məhkəmə qərarları, həmin əmlakları qərəzli şəkildə icra orqanından gizlətdiyinə görə məhkəmələrin inzibati cərimətənbeh qərarları sübut edir. İcra İdarəsinin 21.02.2017-ci il tarixli Qərarı ilə aliment borcları 17908 manat hesablanmışdır. 2 il sonra, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin 20.11.2018-ci tarixli 04/11-20977 saylı məktubunda qeyd edilir ki, anası Ədliyyə Nazirinin qəbulunda olmuş, 18918.61 manat aliment borcu var. Cavabdeh isə, ona qarşı münasibətdə ondan qaçaraq, onunla əlaqə qurmamış, onunla danışmamış, ona fiziki xəsarət yetirmiş, oxuduğu universitetə gəlib onun xəstəliklərini universitetdə yaymaqla hədələmiş, 2 yaşında və 15 yaşında “Gülxanım övladım deyil - deyib onun mənşəyini şübhə altına alan iddilar qaldırmış, ona mənəvi zorakılıq etmiş, nevroloji müalicələr almağına səbəb olmuşdur. 16 il alimentini, müalicə xərclərini ödəməməklə sağlamlığına xələl gətirmiş, sağlıq vəziyyətinin fəsadlaşmasına, ağırlaşmasına səbəb olmuşdur. 16 il aliment borclarını ödəməmiş, onu icra və məhkəmə yollarında süründürmüşdür. Bu cür süründürməçiliyinə, “ata” kimi davranmadığına, ona atalıq sevgisi göstərmədiyinə görə, onunla zorakı davranışlarına görə valideynlik hüquqlarından məhrum olmalıdır. Cavabdeh ona verməli olduğu alimenti borclarını 16 il ödəməyərək, 2013-cü ildə bankda 25.000, 36.000 pulu olduğuna, hər ay banka 1500 manat ödəyərək onun alimentlərinin hesabına varlandığına görə onu sağlığını, varlığını, uşaqlığını istismar etdiyinə görə valideyn hüquqlarından məhrum edilməlidir. Cavabdeh 9000 manat alimenti ödəmədiyi üçün hələ də ona maddi zərərlər çəkdirməkdə davam edir. 10 ay prosessual hüquqlarından suiistifadə etdiyi üçün yenidən 10 ayın alimentini ödəməsi üçün qəbul olunan 19.08.2020-ci il tarixli icra sənədi üzrə 9000 manat dərhal ödəmədiyi üçün icra orqanlarına, ədliyyə nazirliyinə dəfələrlə gedib-gəlməklərə iddiaçını məruz qoyur. Cavabdehin ona zərər vurması həm maddi həm mənəvi davamlı xarakter daşıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh xx xxx 2001-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün (əmək qabiliyyətinin bərpa edilənə və ya maddi yardıma olan ehtiyacı aradan qalxana qədər) 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin 27 oktyabr 2021-ci il tarixdən hesablanması, alimentin ödənilməsi dərhal icra edilməsinin, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən bu nəticəyə gəlinərkən ona istinad edilmişdir ki, mülki iş materiallarında olan çoxsaylı sübutlarla və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı eyni zamanda digər xəstəliklərdən də əziyyət çəkir və dəfələrlə müalicə kurslarına məruz qalmışdır. Həmçinin əvvəlki məhkəmə qərarları ilə İddiaçı olan xəstəliklərin dairəsi, ağırlıq dərəcələri, müalicəsinin davamlı olması və s. hallar müəyyən olunmuşdur. Eyni zamanda hazırki vəziyyətdə də yetkinlik yaşına çatmış xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müayinə və müalicəsinin davam etdirilməsi zəruriliyi işdə olan sübutlarla tam təsdiq olunur. Bütün bunlar onu göstərir ki, iddiaçı həqiqətən əmək qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud fiziki şəxsdir və onun həqiqətən də maddi yardıma ehtiyacı var. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması iş materiaları ilə öz təsdiqini tapmışdır. Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qərarları ilə xx.xx.2001-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment, İddiaçı xəstəliklərinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat, Yusubova Gülxanım Zahid qızının xüsusi qida ilə təmin olunması üçün hər ay ödənilməli sabit pul məbləğində 200 manat miqdarda əlavə xərclər Cavabdeh iddiaçı Nümayəndə1smayıl qızının xeyrinə tutulması qət edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə1smayıl qızı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin edilərək, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı saxlanması üçün Cavabdeh 500 manat sabit pul miqdarında aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Göstərilən məhz bu əsaslara görə məhkəmə tərəflərin yetkinlik yaşına çatmış xx.xx.2001ci il təvəllüdlü İddiaçı təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də onun müalicəyə və maddi yardıma ehtiyacı olduğunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarı 500 manat sabit pul məbləğində müəyyən edilməlidir. Hesab edirik ki, həmin nəticə tam əsassız olmaqla işin faktiki halları ilə və məhkəmənin özünün qənaəti ilə ziddiyyət təşkil edir. Belə ki, ilk öncə məhkəmə tərəfindən işin obyektiv həlli ilə bağlı zəruri olan bütün vəsatətləri təmin edilməmiş, habelə qərəzlilik nümayiş etdirməklə ifadəni təhrif etmiş, iş üzrə anoloqu olmayan qətnamə qəbul etmişdir. İstər alimentin tutulması ilə əlaqədar iddianın təminində, istərsə də, alimentin məbləği ilə bağlı gəldiyi nəticələrdə hakim olduqca qanunsuz, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. İlk öncə məhkəmə kollegiyasının diqqətinə çatdırırılır ki, iddiaçının maddi yardıma ehtiyacı olması iş materialları ilə təsdiq edilmədiyi halda məhkəmənin hansı iş materiallarına istinadən sözügedən nəticəyə gəlməsi olduqca qaranlıqdır. Belə ki, məhkəmə iddiaçının əmək qabiliyyətli olmamasını onun maddi yardıma ehtiyacı olması anlamına gəldiyini qeyd etmişdir ki, bu fakt özlüyündə tam qanunsuzdur. Belə ki, məhkəmənin özünün istinad etdiyi plenum qərarında belə mütləq şəkildə qeyd edilir ki, iddiaçının maddi yardıma ehtiyacı olması ayrıca araşdırılmalıdır. Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, iddiaçı özü hazırda ADA universitetində təhsil almaqla illik təhsil haqqı 6000 (altı min) manat təşkil edir. Belə ki, bu halın araşdırılması ilə əlaqədar verdiyi vəsatət məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq təmin edilməmiş, bununla belə iddiaçının nümayəndəsi bu halı qismən etiraf etmişdir. Digər tərəfdən nəzərə alınsa ki, iddiaçının özünün ödənişi əsaslarla təhsil alması bir başa olaraq iddiaçının maddi yardımının göstəricisdir. Belə ki, adı çəkilən və məhkəmənin istinad etdiyi plenum qərarındada qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Qeyd edilən qərardada qeyd edildiyi kimi məhz şəxsin təhsil alması onun maddi vəziyyəti ilə bağlıdır və təhsil aldığı üniveristetin ödənişli olub-olmaması, təhsil haqqının məbləği və.s kimi hallar şəxsin maddi vəziyyətinin birbaşa göstəricisi olduğu halda, məhkəmənin hazırkı iş üzrə iddiaçının illik 6 min ödənişlə təhsil almasını və bunun onun birbaşa maddi yardıma ehtiyacı olmadığnı göstərməsinə baxmayaraq məhkəmənin bu faktı inkar etməsi qəbul edilməzdir. Hörmətli, məhkəmə kollegiyası, hazırkı işə baxarkən mütləq nəzərə almalı olunan vacib məqamlardan bir məhz bu halın aydınlaşdırılması və konteksdə yəni iddiaçının maddi yardım məsələsinin məhkəmə iclasında müzakirə edilməsinə düzgün hüquqi qiymət verilsin!!! Hörmətli məhkəmə kollegiyası, digər bir məqam isə bu istər iddianın təmin tədbiri qərarında istərsədə, hazırkı işin hallarında göstərdiyi bu əsaslara düzgün hüququ qiymət verilməmişdir. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarında istinad etdiyi qanundan fərqli olaraq hazırkı qanun əliliyi olan şəxsə başqa anlayış vermiş və əliliyi olan şəxsi əmək qabiliyyəti olub-olmaması ilə əlaqələndirməmiş, əksinə tam əmək qabiliyyətli şəxs kim tanımışdır. Belə ki, eyni mövqe BMT- nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın 12-ci maddəsində təsbit edilmişdir. Beləliklə hazırkı qanun məhz öz mövqeyini qeyd edilən konvensiyaya uyğunlaşdırmış və əlilliyi olan şəxsin əmək qabiliyyətini tam şəkildə tanımışdır. Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Qeyd edilən hüquqlar Əmək Məcəlləsində də nəzərdə tutulmuşdur. Qeyd edilən qanunun tələblərindən göründüyü kimi məhz əliliyi olan şəxs hazırda hər hansı əmək qabiliyyətli olmayan şəxs kimi tanınmamaqla əksinə əmək fəaliyyəti ilə tam məşğul olmaq hüquqları təsbit edilmişdir. Belə vəziyyətdə şəxsin yenidən həmin hazırkı qüvvədə olan qanunla onun əmək qabiliyyətli olmayan şəxs kimi tanımaq qanunverciliyin yuxarıda göstərilən tələbləri baxımından əsassızdır. Digər tərəfdən hörmətli, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən hallar baxımından aliment tələbi əsassız olsa belə, məhkəmə tərəfindən bu dəlillərlə razılaşmadğı halda məhz plenum qərarının digər tələbləridə pozulmuşdur. Hazırkı işin halları baxımından məhz qanunverciliyin tələbindən görünür ki, iddiaçı məhz aliment tələbini hər iki valideyinə qarşı irəli sürməli olduğu halda, yalnız cavabdehə qarşı həmin tələblə müraciət etməsi və ondan aliment tələbi etməsi tam əsassızdır. Əgər məhkəmənin həqiqətən iddiaçının 500 manat məbləğində alimentə ehtiyacı vardırsa onda nəyə görə məhz cavabdeh atanın həmin məbləği ödəməsi öhdəliyi əsaslandırılmamışdır. Məhz birinci növbədə araşdırılmalı məqam yəni cavabdehin maddi vəziyyəti, onun himayəsində azyaşlı övladlarının olması, adına hər hansı daşınmaz əmlakın (öz yaşadığı fərdi yaşayış evindən başqa) və avtomobilin olmaması, işləməməsi, birinci qarabağ müharibəsi iştirakçısı olması və.s hallar nəzərə alınmamışdır. Digər tərəfdən iddiaçı özü faktiki olaraq anası ilə birlikdə yaşayır və anasının hazırkı maddi durumu digər cavabdehə münasibətdə əlverişlidir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçının anasının adına bir neçə daşımaz əmlak vardır və bu hal onu təsdiq edir ki, iddiaçı istənilən halda maddi durumu yetərlidi və hazırda əlil olmasından istifadə edərək atasına qarşı hazırkı iddianı qaldırması tam qərəzli iddiadır. Digər tərəfdən hörmətli məhkəmə, hazırda 2021-ci il üçün Azərbaycan Respublikası Prezidentinin 29 dekbar 2020-ci il tarixli Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununaəsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda iddiaçıya məhz nəyə əsasən yaşayış minumumundan artıq olan alimentin tutulması ümumiyyətlə naməlum və qaranlıq bir yanaşmadır. Çünki, bunun heç bir hüququ izahı olmamış, belə bir əsası məhkəmə qətnaməsində əsaslandırılmamış, digər tərəfdən isə bu halın iddiaçının nümayəndəsinin özünün və iddiaçının adından etdiyi çox saylı şikayətlərin təsiri ilə olması kimi ehtimaldan başqa ağıla digər bir əsas gəlmir. Sonda qeyd edilməlidir ki, hazırkı iş üzrə müvəqqəti xarakterli təmin tədbiri kimi secilmiş aliment hazırkı iş üzrə predusial əhəmiyyət kəsb edə bilməz və alimentin onun əsasında təyin edilməsi yolverilməzdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən işin materiallarına istinad etməmiş, maddi hüquq normalarını pozmuşdur. Əvvəla, məhkəmə, qətnamədə iddiaçının iddiasının aliment tələbi ilə bağlı hissəsini əsaslı hesab edərək, iddiaçının əmək qabiliyyətinin olmamasına, maddi yardıma ehtiyacının olmasına görə ona 500 manat məbləğində ailment təyin etsədə, lakin, nə xüsusi qida ilə bağlı əlavə xərclər barədə, əlavə xərc olaraq taksi xidmətinin xərcləri barədə iddiaları təmin etmir, təmin edə bilməməsini isə əsaslandırmır. Yəni, 1-ci instansiya məhkəməsi qətnamədə yalnız belə bir cümlə yazır: “.... xüsusi qida və taxsi xidmətlərinə görə əlavə xərclərin cavabdehdən tutulmasına heç bir zərurət yoxdur” Məhkəmə, zərurətin olmamasını izah etmir, əsaslandıra bilmir, əsaslandırmır. Xüsusi olaraq qeyd edilməlidir ki, məhkəmə iddiaçının tibbi sənədlərinə də hüququ qiymət verməmişdir. Müxtəlif tarixlərdə, dəfələrlə dizləri çıxdığı üçün, yolu yeriyə bilmədiyi üçün həkimlər iddiaçıya müalicələr, xüsusi ortopedik vasitə təyin etmişlər. Göründüyü kimi, məhkəmə bu cür tibbi sənədləri mötəbər sənəd kimi qəbul etməmiş, iddiaçının fiziki məhdudiyyətinə görə ona taxsi xidmətləri üçün, xüsusi qida xərcləri üçün aylıq sabit məbləğdə əlavə xərc təyin etməmişdir. Hər biri ayrı-ayrlıqda: taxsi xərcləri və xüsusi qida xərcləri Ailə Məcəlləsinin 80,81-ci maddəsi ilə tənzimlənir, Konstitusiya Məhkəməsinin bu maddələrin müddəalarının şərh edilməsi barədə Qərarında da ayrıayrılıqda izah edilir ki, əlavə xərclərə nələr aiddir. Açıq aşkar Şərh Qərarında bu barədə yazılsada, Yasamal Rayon məhkəməsi qətnaməsində 500 manat pul məbləğində alimenti böyük məbləğ hesab etmiş, xüsusi qida və taxsi xərclərinə dair əlavə xərclərin təyinini zəruri hesab etməmişdir. Ancaq, məhkəmə xüsusi qida, taxsi xərclərinə dair əlavə xərcləri niyə zəruri heab etməmişdir, bunu əsaslandırmamışdır. Məhkəmə, 27.10.2021-ci il tarixli qətnaməsində, iddia tələblərinin 18 yaşdan sonra 21 ay müddətində iddiaçıya çəkilmiş xərclərin də ödənilməsi barədə iddianı təmin etməmiş, təmin edə bilməməsini əsaslandırmamışdır. Belə ki, Cavabdeh qərəzli şəkildə illərlə ödəmədiyi 18 min manat borcu iddiaçının anasına ödəmişdir. İddiaçı tərəf məhkəməyə bildirmişdir ki, həmin 18 min aliment borcu ödənilməyib ki, cavabdeh 18 yaşdan sonra iddiaçıya ödəmədiyi aliment və s.xərclər üçün xərcləsin. 18 min manat illərlə, aylarla cavabdehin ödəmədiyi aliment borcu idi. İddiaçı tərəfindən məhkəməyə, 18 min manat aliment borcunun ödənilməsi barədə icra orqanının xitam qərarı təqdim olunsada, məhkəmə, qətnaməsində bunu mötəbər sübut kimi görməmiş, iddianın bu hissəsini təmin etməmişdir. İddia tələblərinin valideynlik hüquqlarından məhrumetmə barədə hissəsini də təmin etməyən məhkəmə qətnaməsində hesab edir ki, Ailə Qanunvericiliyində yetkinlik yaşına çatmış şəxsin valideynlik hüquqlarından məhrumetmə ilə bağlı iddia qaldırması nəzərdə tutulmayıb. Qanunun analogiyası deyilən bir anlayış var, oxşar münasibətləri tənzimləyir. Birbaşa Ailə Məcəlləsi onu tənzimləmir, onu göstərmir ki, yetkinik yaşına çatmış övlad “valideynlik hüquqlarından məhrumetmə” iddiasını qaldıra bilməz. Qanun qadağan eləmir bu məsələni, çünki şəxs 18 yaşına çatırsa, artıq “uşaq” anlayışından çıxır, o müstəqil tam fəaliyyət qabiliyyətli şəxs sayılır. Tam fəaliyyət qabiliyyətli şəxsin də “valideynlik hüquqlarından məhrumetmə” ilə bağlı iddia qaldırmaq hüququ- əlbəttə sübyektiv hüququ var. Qanunun analoji olaraq,oxşaq münasibəti tənzimləyən norması var, bu, uşağa münasibətdə tətbiq olunursa,yəni mən övlad olaraq 18 yaşdan sonra valideynə qarşı aliment tələbi edə bilirəmsə, o zaman mən “valideynlik hüquqlarından məhrumetmə” iddiasını da paralel olaraq, oxşar analoji vəziyyət olaraq, qaldıra bilərəm. Bu cür hal analoji norma, oxşar münasibətləri tənzimləyən normalara tətbiq olunur. Konstitusiyanın 26.1- maddəsində deyilir: “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır”. Əgər hər hansı bir qanunla bu hüquq məhdudlaşdırılmayıbsa, qadağan olunmayıbsa Konstitusiyanın 26.1 maddəsi ilə,qadağan olunmayan üsul və vasitəylə subyektiv tələb etmək hüququnu irəli sürə bilər. “Valideynlik hüquqlarından məhrumetmə”nin hüququ əsaslarından biri valideynlik vəzifələrindən suiistifadə etdikdə, aliment ödəməməkdir. Aşağıda qeyd edilən, 4-cü bənddə, cavabdehin prosesual hüquqlarından sui-istifadə etməsi barədə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə Qərarı var. Bunuda, 1-ci instansiya məhkəməsi araşdırmamışdır. Cavabdeh, onun 20 yaşı tamam oldu, 2017-ci ildən 18 yaşınadək təyin olunan 9000 manat aliment borcunu ödəməmək üçün qanunlardan sui-istifadə edir. Ali Məhkəmənin qərarı ilə cavabdeh 2017-ci ildə valideynlik və prosesual hüquqlardan sui-istifadə edən,10 ay mülki işi məhkəmələrdə süründürüb, təzədən 10 ayın alimentini dərhal ödəməsi icra sənədi üzrə 9000 manat alimenti ödəməyən cavabdehə qarşı 18 yaşından sonra öz hüquqlarını müdafiə etməlidir. 18 yaşından sonra sublektiv hüquqları itmir, ona dövr edilir, qadağan olunmayan üsul və vasitələrlə məhkəmədə valideynə qarşı bu tələblə, müstəqil olaraq iddia qaldıra bilər. Lakin, Yasamal Rayon Məhkəməsi 27.10.2021-ci il tarixli Qətnaməsi ilə cavabdehə qarşı qaldırdığı valideynlik hüquqlarından məhrumetmə tələbini əsassız olaraq təmin etmədi. İddia tələblərinin 3-cü hissəsini təmin etməyən məhkəmə başqa bir məhkəmənin qərarına istinad edərək, iddiaçının cavabdehdən maddi və mənəvi zərər tələb etməsi barədə iddiasını əsassız hesab etmişdir. Lakin, iş materiallarında Ali Məhkəmənin qanuni qüvvəyə minmiş 27.12.2017-ci il tarixli, cavabdehin prosessual hüquqlardan sui-istifadə etməsi haqda Qərarını, Yasamal Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli prossesi əsassız olaraq uzatdığına görə 1000 manat cərimə olunması barədə Qərardadını, Bakı Apellyasiya Məhkəməsinin 2019, 2020-ci ildə tərtib etdiyi icra sənədləri üzrə cavabdehin dərhal 9000 manat alimenti ödəməsi üçün icra orqanının apardığı icra tədbirlərinə iddiaçının cəlb olunduğunu, icra zamanı cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi zərərləri nəzərə almamış, bu barədə iş materiallarındakı subutları diqqətə almamışdır. Yasamal Rayon məhkəməsi hər ay sabit məbləğdə təyin etdiyi alimentin miqdarını da düzgün müəyyən etməmişdir. Belə ki, məhkəməyə iddiaçı tərəfindən cavabdehin şəxsi mülkiyyətində olan, icra orqanının təşəbbüsü ilə üzərinə həbs qoyulan saysız-hesabsız avtomaşınlarını qərəzli şəkildə gizlətməsini, lakin gizlicə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində, borcları ödəmədən üzərindən həbsin götürülməsi barədə iddia qaldırdığını, buna görə Gəncə Apellyasiya Məhkəməsinin Qərarı ilə inzibati qaydada cərimə tənbehi cəzası aldığını bildirilmişdir. Məhkəməyə yazılı olaraq iddiaçı bildirmişdir ki, cavabeh əmlaklarını öz adından təcili surətdə çıxarır ki, mənə aliment təyin olunanda aşağı məbləğdə müəyyən olunsun. Məhkəmə isə bu müraciəti nəzərə almadan olduqca aşağı miqdarda aliment təyin etmişdir. Əvvəlki məhkəmə qətnamələrinə baxarkən aydın olur ki, məhkəmələr iddiaçının saxlanılması və əlavə xərcləri üçün cavabdehin hər ay 900 manat sabit məbləğdə pul ödəməsini təyin etmişlər, lakin hazırkı qətnamədə məhkəmə bunu nəzərə almamışdır. Qeyd edək ki, aliment borclarını ödəmədiyi üçün müxtəlif rayon məhkəmələrinin qərarları ilə cavabdehin mənzilinin, torpaq sahəsinin də və s. əmlaklarının üzərinə həbs qoymuşdur. Birinci instansiya məhkəməsi, sadalanan bütün halları araşdırmamış, mülki işin tərkibini araşdırmamış, iddianı tam həcmdə deyil, qismən təmin etmişdir. Birinci instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunan sübutları araşdırıb, onlardan istifadə etməli olduğu halda, iddia tələblərinin tam həcmdə təmin edilmədiyi hissədə maddi və prosesual hüquqların pozulmasına səbəb olan akt qəbul etmişdir. Birinci instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunan sübutları araşdırıb, onlardan istifadə etməli olduğu halda, iddia tələblərinin tam həcmdə təmin edilmədiyi hissədə maddi və prosesual hüquqların pozulmasına səbəb olan akt qəbul etmişdir. Qətnamədən aydın olur ki, hakim, verilmiş tələblər üzrə iddiaları məhkəmə baxışına mümkün hesab etmişdir. Lakin, mülki işin tərkibi, materialları hərtərəfli araşdırılmadığından, iddianın təmin edilmədiyi hissədə əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmənin aydınlaşdırmağı, mülki işdə olan, qanuni qüvvəyə minmiş müxtəlif məhkəmə instasiyalarının qətnamələri, icra sənədləri var. Həmin qətnamələr, icra sənədlərinə görə iddiaçının saxlanılması üçün 18 yaşınadək olan müddət ərzində məhkəmələr (üç ildən bir, 5 ildən bir) dəfələrlə alimentin miqdarlarını yüksək məğləğlərdə, sabit miqdarda artırmış, icra orqanı da, gec də olsa onu icra etmişdir. İddiaçının təminatının mümkün qədər maksimum saxlanılması üçün, həmişə məhkəmələr ona ən yüksək məbləğdə sabit miqdarda aliment təyin etmişlər. Sonuncu dəfə, Yasamal Rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının saxlanılması üçün alimentin miqdarı 900 manat artırılmışdır. Lakin, hazırkı məhkəmə prosesi zamanı, 1-ci instansiya məhkəməsi 900 manatdan qat-qat aşağı həddə aliment təyin etmiş, bu isə iddiaçının təminatının mümkün qədər maksimum həddə olmamasını göstərir. Hər kəsin sərbəst, onun haqqı, hüququ olduğu şəkildə yaşamaq azadlığı var. Əgər, məhkəmə iddiaçıya saxlanılması üçün cavabdehdən aşağı miqdarda aliment təyin edirsə, bu, iddiaçıya münasibətdə, maddi, hüquq normalarının pozulması kimi başa düşülür. Məhkəmə əlavə xərcləri, xüsusi qida xərclərini, taxsi xərclərini təyin etmir. Lakin, iddiaçının yetkinlik yaşına çatanadək həmişə, daim müxtəlif məhkəmə instansiyaları tərəfindən cavabdeh xüsusi qida, əlavə xərclərin iştirakına cəlb olunmuşdur. İddiaçının taksi xidmətlərinə, əlavə xərclərə zərurət var ki, bu iddialar da təmin olunmursa gələcəkdə, iddiaçı çox əziyyət çəkəcəkdir. İddia tələblərinin əvvəllər çəkilmiş 21 ayın xərcləriylə bağlı hissəsi təmin edilmədiyi üçün, iddiaçı maddi olaraq köməksiz vəziyyətdə qalmaqda davam edəcək. Yetkinlik yaşına çatandan sonra əlil övladların valideynə qarşı müalicə xərclərinə dair iddia qaldırması məhdudlaşır, onsuzda, iddiaçı mütəmadi aparılan müalicə xərclərini qarşılaya bilmir, 21 ayın borclarının da ödənilməməsi, bu barədə iddiasının təmin edilməməsi, iddiaçını maddi olaraq çətin vəziyyətə salır və salmaqda da davam edəcəkdir. Valideynlik hüquqlarından məhrum etməyə dair iddianın təmin olunması üçün kifayət qədər sübutlar, dəlillər var, mülki işin tərkibində. Ən əsası odur ki, iddiaçının 2 yaşında, 16 yaşında cavabdeh “mənim belə bir övladım yoxdur”-deyərək, iddialar qaldırıb, İddiaçı soyadından çıxartmaq üçün onun mənşəyini şübhə altına alıb, iddiaçının psixologiyasına təsir edən hərəkətlər edib. Cavabdeh iddiaçını övladı kimi qəbul etmir. Belə bir şəxsi, Cavabdeh valideynlik hüquqlarından məhrum etməmək, qanunvericiliyin tələblərin ziddir. Digər, cavabdehin valideynlik hüquqlarından məhrum edilməsi üçün əsaslar, əvvəlki bölümlərdə qeyd edilmişdir. İddia tələblərinin 3-cü hissəsi üzrə bildirilir ki, məhkəmə maddi, mənəvi zərərlə bağlı tələbi təmin etməməklə, dolayısı olaraq, Ali Məhkəmənin qanuni qüvvədə olan “Cavabdeh prosesual hüquqlarından sui-istifadə edərək mülki işi məhkəmələr arasıbda süründürmüşdür” məzmunlu Qərarına ziddir. Həmin Qərarla, cavabdeh prosesi uzatdığə üçün 1000 AZN cərimə olundu. Maddi və mənəvi zərərin əvəzinin ödənilməməsi barədə qətnamə qəbul edilməməsi, iddiaçının qanunla müəyyən olunan və qorunun maddi və prosesual hüquqlarını pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Xudaquliyev Samir Məhəbbət oğlu tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə etdərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, iddiaçının nümayəndəsi Allaverdiyeva Sevil İsmayıl qızı elektron qaydada məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayəti üzrə məhkəmə iclası zamanı çıxış etməyi və fikirini ifadə etməyi üçün ona kifayət qədər vaxt verilməsini xahiş etsə də, İddiaçı və nümayəndəsi Allaverdiyeva Sevil İsmayıl qızı məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı və onun nümayəndəsi Allaverdiyeva Sevil İsmayıl qızının iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilməsi hissə ilə bağlı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi aliment məbləğinin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 250 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin 09.02.2004-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Nümayəndə1 qarşı “atalığın müəyyən edilməsinə dair” iddia ərizəsi rədd edilmişdir. İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 23.05.2011-ci il tarixli 2(004)- 64/2011 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Nümayəndə1 aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Samux Rayon Məhkəməsinin 09.02.2004cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment və xəstəliklərinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, Nümayəndə1 verilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5542/2013 saylı, 06.11.2013-cü il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 23.05.2011-ci il tarixli 2(004)-64/2011 saylı qətnaməsi alimnetin və əlavə xərclərin miqdarıını müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment və İddiaçı xəstəliklərinin müalicəsinin aparılması üçün əlavə xərclərə görə hər ay sabit pul məbləğində 150 manat pulun tutularaq Nümayəndə1 verilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2150/2012 saylı, 02.05.2012-ci il tarixli qətnaməsində görünür ki, Nümayəndə1 Cavabdeh qarşı hematoloji xəstəliyə görə uşağa təyin olunan xüsusi qidanın təmin olunması üçün cavabdehin hər ay sabit pul məbləğində xüsusi qida xərclərinə, cavabdehin hər ay sabit pul məbləğində təhsil xərclərinə cəlb olunmasına və uşağın xüsusi qidasına çəkilən 3000 manat pul tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər hematoloji xəstəliyə görə təyin edilən xüsusi qida ilə təmin olunması üçün Cavabdeh əlavə xərclərə cəlb olunması və ondan hər ay ödəməli sabit pul məbləğində 50 manat miqdarında əlavə xərcin tutulub Nümayəndə1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-3146/2017 saylı, 22.05.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment, İddiaçı xəstəliklərinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat, Yusobova Gülxanım Zahid qızının xüsusi qida ilə təmin olunması üçün hər ay ödənilməli sabit pul məbləğində 200 manat miqdarda əlavə xərclər Cavabdeh iddiaçı Nümayəndə1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(103)- 3453/2018 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3146/2017 saylı, 22.05.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 27.09.2018-ci il tarixli, 2(103)-6093/2018 saylı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli, 2(103)-3453/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli, 2(103)-8253/2019 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2452/2019 saylı, 06.04.2019-cu il tarixli qətnaməsi iddia tələblərinin 9000 manatın tutulmasının təmin olunmamasına dair hissəsində ləğv edilmiş, həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbləri həmin hissədə təmin edilmiş və Cavabdeh 9000 manat pulun alınaraq iddiaçı Nümayəndə1 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)- 6065/2020 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03.04.2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 9000 manat pulun alınaraq iddiaçı Abdullayeva Sevil İsmayıl qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(102)-1675/2021 saylı Qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)-6065/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Nümayəndə1 Cavabdeh qarşı qətnamənin gec qüvvəyə minməsinə görə 9000 manat pulun tutulması barədə iddiası təmin edilməmişdir. İş materiallarında olan 21.02.2017-ci il tarixli Gəncə şəhəri üzrə icra idarəsinin aliment borcunun hesablanması haqqında qərarından görünür ki, Samux Rayon Məhkəməsi tərəfindən verilmiş 2(058)-03/2004 saylı, 09.02.2004-cü il tarixli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-3833/2012 saylı, 06.12.2012-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-5542/2013 saylı, 07.02.2014-cü il tarixli icra sənədləri üzrə borclu Cavabdeh borcu qərar qəbul olunan günə 17908 manat müəyyən edilmişdir. İş materiallarında olan 5 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş 07.01.2017-ci il tarixli 3 saylı Arayışdan görünür ki, İddiaçı anadangəlmə-ortopedik, xroniki-damar çatışmazlığı, uşağın əl və ayaqlarında olan elastik hərəkətlərə, gözlərində olan görmənin getdikcə zəifləməsinə, baş nahiyyəsində olan, sağalmayan xroniki yaralara “seboreyalı dermatit” xəstəliyinə görə uşağa “hipermobil” sindromu diaqnozu qoyulmuşdur. Nəticə etibari ilə qeyd olunmalıdır ki, uşağın səhhətində 2016-cı ildəki kəskin və cidd dəyişikliklər uşağa İran Klinikasının ortopedi tərəfindən qoyulan “hipermobil” sindromunun fəsadlarıdır. “Hipermobil sindromundan” əziyyət çəkən anadangəlmə ortopedik xəstə, əlil uşaq İddiaçı təyin olunan müalicələr mütəmadi aparılmasa uşağın həyatı, yaşaması böyüməsi təhlükə altında olar. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ikinci dərəcəli əlildir. İş materiallarında olan 28 iyun 2019cu il tarixdə verilmiş əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ikinci qrup əlildir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat – imtahan idarəsinin kompyuter uçot bazasına görə hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş 14.10.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil 12.02.2001-ci il tarixdə, Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 0,10 ha hissəsi 13.07.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və onun mülkiyyətindədir. Həmçinin bildirilir ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin üzərinə Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 22.09.2016-cı il tarixli, 2(044)-832/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Azərbaycan Resublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə araşdırılması zamanı iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, İddiaçı həqiqətən də ikinci qrup əlildir. İş materiallarında olan 5 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışdan da göründüyü kimi, İddiaçı uşaqlıqdan nevroloji (astenonevritik vəziyyət), göz xəstəliyi (OD-zəif dərəcəli miopiya, OS-orta dərəcəli miopiya), dəri-zöhrəvi xəstəlik (seboreyalı dermatit), xroniki allergik xəstəlikləri (allergik rinit, xroniki qinofarenqit), burunboğaz-qulaq xəstəliyi, xroniki damar çatışmazlığı, kardioloji-revmatoloji xəstəlik (vegetativdamar distoniyası, apatiya), anadangəlmə ortopedik xəstəlik (hər iki diz oynaqlarının varus deformasiyası, ikitərəfli yastıpəncəlilik 1ci, 2-ci dərəcə), hipermobil sindromu diaqnozları qoyulmuş və həmin xəstəliklərə müvafiq olaraq müayinələr aparılmış və müalicələr təyin edilmişdir. Bundan əlavə mülki iş materiallarında olan çoxsaylı sübutlarla və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı eyni zamanda digər xəstəliklərdən də əziyyət çəkir və dəfələrlə müalicə kurslarına məruz qalmışdır. Həmçinin əvvəlki məhkəmə qərarları ilə İddiaçı olan xəstəliklərin dairəsi, ağırlıq dərəcələri, müalicəsinin davamlı olması və s. hallar müəyyən olunmuşdur. Eyni zamanda hazırki vəziyyətdə də yetkinlik yaşına çatmış xx.xx.2001-ci il təvəllüdlü İddiaçı müayinə və müalicəsinin davam etdirilməsi zəruriliyi işdə olan sübutlarla tam təsdiq olunur. Bütün bunlar onu göstərir ki, iddiaçı həqiqətən əmək qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud fiziki şəxsdir və onun həqiqətəndə maddi yardıma ehtiyacı var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Yuxarıda göstərilən Qərarda həmçinin qeyd edilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması iş materiaları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsi Cavabdeh yetkinlik yaşına çatandan sonra hər ay 1000 manat məbləğində alimentin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə həmin hissəsində iddianı qismən təmin etmiş və Cavabdeh xx xxx 2001-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün (əmək qabiliyyətinin bərpa edilənə və ya maddi yardıma olan ehtiyacı aradan qalxana qədər) 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini qət etmişdir. Kollegiya aliment məbləğinin miqdarı ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələbi baxımından valideynlər hər biri əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Hazırki halda isə birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və yetkinlik yaşına çatmış iddiaçının saxlanılması üçün alimentin miqdarını kifayət qədər yüksək məbləğdə təyin etməklə, həmin məbləğin yalnız hazırki iş üzrə Cavabdeh tutulmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin maddi vəziyyəti, onun himayəsində azyaşlı övladlarının olması, adına fərdi yaşayış evindən başqa hər hansı daşınar və daşınmaz əmlakın olmaması və işləməməsi kimi zəruri halları nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən əsaslıdır və birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilərək xx xxx 2001-ci il təvəllüdlü İddiaçı saxlanılması üçün (əmək qabiliyyətinin bərpa edilənə və ya maddi yardıma olan ehtiyacı aradan qalxana qədər) hər ay 250 manat sabit pul məbləğində müəyyənləşdirilməsini hazırki mübahisənin yuxarıda qeyd edilən halları baxımından ədalətli və ağlabatandır. Məhkəmə iddia ərizəsinin əlavə xərc olaraq hər ay 1000 manat məbləğində taksi xidmətləri və hər ay 1000 manat məbləğində xüsusi qida xərclərinə cavabdehin cəlb edilməsi hissəsi üzrə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı təminatının mümkün qədər maksimal saxlanması məqsədi ilə məhkəmə tərəfindən tutulan 500 manat sabit pul məbləğində aliment kifayət qədər böyük məbləğdir və xüsusi qida və taksi xidmətlərinə görə əlavə xərclərin cavabdehdən tutulmasına heç bir zərurət yoxdur. Bundan əlavə iddia ərizəsinin 18 yaşından sonra 21 ay müddətində iddiaçıya çəkilmiş aliment, taksi xidmətləri xərclərinə, xüsusi qida xərclərinə görə 18000 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi üzrə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı göstərdiyi müddət ərzində 18000 manat məbləğində çəkilmiş xərcləri təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi cavabdehin valideynlik hüququndan məhrum edilməsi hissəsində də əsassız olduğundan təmin edilməməldir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: - öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; - alimenti qəsdən ödəmədikdə; - heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; - valideynlik hüquqlarından sui-istifadə etdikdə; - uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; - xroniki alkoqol və narkomaniya xəstəsidirsə; - uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Göründüyü kimi Azərbaycan Respublikasının ailə qanunvericiliyi yetkinlik yaşına çatmış şəxsin valideynlik hüquqlarından məhrumetmə ilə bağlı iddia qaldırmağı nəzərdə tutmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Bundan əlavə iddia ərizəsinin 10 ay mülki işi mahiyyəti üzrə məhkəmə baxışından kənarda saxladığına, 10 ayın aliment pulunu 9000 manatı ödəməkdən kənarda qalmağa nail olduğuna görə vurduğu 10000 manat maddi zərər, mənəvi zərər üçün 40000 manat məbləğindən pulun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair hissəsi üzrə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialllarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(102)-1675/2021 saylı Qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19.08.2020-ci il tarixli, 2(103)-6065/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Nümayəndə1 Cavabdeh qarşı qətnamənin gec qüvvəyə minməsinə görə 9000 manat pulun tutulması barədə iddiası təmin edilməmişdir. Göründüyü kimi, digər məhkəmə mübahisəsi üzrə Cavabdeh 9000 manat pulun alınaraq iddiaçı Nümayəndə1 verilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olduğu halda iddiaçı həmin məbləğin ödənilməməsinə görə cavabdehdən maddi və mənəvi zərər tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərlə təkzib olunduğundan formal mülahizələr olmaqla əsaslı sayıla və məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edildiyindən və məhkəmə qətnaməsi ilə müəyyən edilən mübahisələdirəcəyi 250 manat aliment məbləği 5000 manatdan az olduğundan cavabdeh Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi aliment məbləğinin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 250 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 27 oktyabr 2021ci il tarixli qətnaməsi aliment məbləğinin tutulması hissəsində dəyişdirilərək həmin məbləğ 250 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2658/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2658/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver