Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2666/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçı və cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-4782/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı “Nanny.az” nişanı ilə fəaliyyət göstərən fərdi sahibkar X3 27 mart 2023-cü il tarixdə müqavilə üzrə ödənilmiş 400 manat pulun, mənəvi ziyana görə 600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1030 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-4782/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və cavabdeh hazırki mübahisə ilə bağlı aralarında razılıq əldə edərək barışıq sazişi bağladılar və bu səbəbdən mülki işin icraatına xitam verilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını və təqdim edilən “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1.Cavabdeh X6 İddiaçı 200 manat ödəməyi öhdəsinə götürür.
2. Bunun əvəzində İddiaçı öz iddiasından imtina edir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Xətai Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı və cavabdeh X4 bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:
1.Cavabdeh X6 İddiaçı 200 manat ödəməyi öhdəsinə götürür.
2. Bunun əvəzində İddiaçı öz iddiasından imtina edir.
Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4782/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova