Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı, həmçinin Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-267/2025 (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması, daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı1, onun vəkili Vəkil3, Cavabdeh (qarışılıqlı iddiaçı) Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (Cavabdeh2 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2024 nömrəli 18 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 070913 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Koroğlu Axtarəli oğlu xx.xx.2003-cü il tarixdə (73 yaş) ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 767 nömrə ilə qeyd edilmişdir.
2. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 295606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məryəm Axtarəli qızı xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə xx.xx.2007-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-339 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Yeni Suraxanı qəsəbəsi, Tağıyev küçəsi, 18 saylı evin “A” tikilisinin tinindən “B” tikilisinə tərəf tindən Tağıyev küçəsinə perpendikulyar istiqamətdə su anbarı Koroğlu Axtarəli oğlunun ərazisində qalmaqla həyət hasarı çəkilməklə həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi, hasarın hər iki tərəfin xərci hesabına çəkilməsi və su anbarından ümumi qaydada istifadə edilməsi qət edilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)-138/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, Cavabdeh2 və X8 iddiası təmin edilərək Koroğlu Axtarəli oğlundan miras qalmış əmlakın vərəsələr arasında bölünməklə - 1/10 pay X4, 1/10 pay İddiaçı1, 1/10 pay İddiaçı2 verilməsi və 7/10 pay Cavabdeh2 və X8 arasında bərabər paylara bölünməklə paylarının müəyyən edilməsi qət edilmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 3156/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı “mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1606/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı (İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) “payın naturada ayrılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 16/20 hissədə Cavabdeh1 (xx.xx.2017-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 2/20 hissədə X3 (xx.xx.2017-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır.
9. X7 və Cavabdeh1 arasında xx.xx.2017- ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 173.4 kv/m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən – 2/20 hissəni (17.34 kv/m) Cavabdeh1 mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 10.000 manat qiymətinə satmış, Alıcı isə həmin qiymətə almışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi üzərində 2/20 hissədə İddiaçı1 (xx.xx.2015-ci il tarixdə), 14/20 hissədə Cavabdeh1 (xx.xx.2015-ci il tarixdə) payı qeydə alınmış və 4/20 hissədə Koroğlu Axtarəli oğlunun payı açıq almışdır.
11. Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş Koroğlu Axtarəli oğlunun əmlakının 1/10 hissəsinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 18-də qeydiyyatda olan qızı – İddiaçı1 vərəsədir və 2/10 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şəhəri İHBA ÖBMİ Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1999-cü il tarixdə verilmiş 03Y/S saylı reyestr kitabının 325-ci səhifəsində 30/1079 sayı ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsinə və AR ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri, Əİ tər, xx.xx.2013-cü il tarixdə verdiyi 06/1593 saylı Arayışa əsasən, mərhum Koroğlu Axtarəli oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zeynalabidin Tağıyev küçəsində yerləşən ümumi sahəsi 173.4 kv.m, o cümlədən yaşayış sahəsi 70.4 kv.m, yardımçı sahəsi 103 kv.m olan 4 (dörd) otaqlı 18 a saylı fərdi yaşayış evindən və ümumi sahəsi 39.3 kv.m olan həyətyanı tikililərdən ibarətdir. Göstərilən miras əmlakın qalan 7/10 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubdan müəyyən olunur ki, sözügedən ünvanda arxiv texniki pasportunda göstərilən tikililərdən “A” və “B” literli yaşayış evləri və İV saylı köməkçi tikili mövcuddur. “Q” literli tikili və İİ, İİİ, V saylı köməkçi tikililər sökülmüşdür. Əlavə olaraq sahəsi 160.0 kv.m olan bir mərtəbəli yaşayış evi, sahəsi 125 kv.m olan qeyriyaşayış binası və köməkçi tikililər inşa edilmişdir. Eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur.
13. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən qızı birinci iddia üzrə iddiaçılar, ikinci iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 göndərilmiş təklifdən müəyyən olunur ki, Cavabdeh1 öz payının əvəzi olaraq 350.000 manat məbləğində kompensasiya haqqının ona ödənilməsi ilə bağlı İddiaçı1 və İddiaçı2 təklif göndərmiş, əks halda daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyini bildirilmişdir. xx.xx.2023-cü il tarixli poçt qəbzi iş materiallarına əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat Birinci iddia:
14. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən qanunla qorunan mülkiyyət hüquqları pozulduğu üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 4 ünvanında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi, ev əmlak payından istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 4 ünvanında notarial qaydada bağlanmış, satıcı X1 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m olan (mənzilin paylı mülkiyyət üzrə 2/20 pay – 173.4 kv.m hissəsini) xx.xx.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçılara aid ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən bacısı Cavabdeh1 2/20 və 1/10 hissədə İddiaçı1 məxsus və 1/10 pay hissədə İddiaçı2 məxsus vərəsəlik paylarından olan ünvan 4 ünvanında, ümumi sahəsi 173.4 kv.m olan evi razılıqları olmadan notarial qaydada müqavilə ilə Cavabdeh2 satmışdır. Alıcı Cavabdeh1 Cavabdeh2 aldığı yaşayış evinin hissəsini ticarət dükanına çevirmiş, İddiaçı1 məxsus 2/20 və 1/10 hissəni, eləcə də İddiaçı2 məxsus digər 1/10 pay hissəsini qanunsuz olaraq zəbt etmiş, ona maddi və mənəvi zərər vurmuş və vurmaqda davam edir. Belə ki, iddiaçılara aid ev əmlak payından yaranmış girişçıxış maneələri ilə bağlı, eləcə də yeni tikililər aparılmaqla ev əmlakının müvafiq hissələrindən istifadənin qarşısı alınmaqla istifadə etmək mümkünsüz olmuşdur. Cavabdehlər tərəfindən ümumi paylı mülkiyyət iddiaçıların iradəsi ziddinə olaraq digər şəxsə satılmaqla qanunla müəyyən edilən və qorunan mənafeyi pozulmuş və məhkəmə qaydasında hüquqlarının müdafiəsinə zərurət yaranmışdır. Bununla yanaşı, onu da bildirir ki, hazırda mübahisələndirdiyi iddiaçılara məxsus pay hissələrində ev əmlakının paylar üzrə naturada bölünməsi və ayrılması mümkün olduğu halda cavabdehlərin ev əmlakının paylara naturada bölünməsi ilə bağlı mümkünlüyünü inkar etmələrinin səbəbi məhz iddiaçılara məxsus payların əsassız varlanma yolu ilə tutaraq əldə etməkdir.
17. Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, cavabdeh alğı-satqı müqaviləsi bağlandığı gündən 3 ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da müraciət etmək hüququnu itirmişdir. Qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1606/2023 saylı qətnamə ilə payların naturada ayrılmasına dair iddia tələbi rədd edilmişdir. Beləliklə, paylar naturada ayrılmadığından və ayrıla bilmədiyindən kimin kimə maneə yaratmasının müəyyən edilməsi mümkün deyil. Bundan əlavə, payların naturada ayrılması haqqında iddia ərizələri icraatda olan zaman, eləcə də verdiyi apelyasiya şikayətində cavabdeh İddiaçı1 açıq mövqe bildirərək Cavabdeh1 payların naturada ayrılması haqqında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bu fakt onu göstərir ki, İddiaçı1 Cavabdeh1 paylarını tanımış, bəyənmiş və mübahisələndirmək fikri olmamışdır. Odur ki, məhkəmədən iddia müddətinin tətbiq edilməsini, hazırki mülki işi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-5933/2023 saylı mülki işlə bir icraata birləşdirilməsi haqqında qərardad qəbul edilməsini və İddiaçı1 və İddiaçı2 “alğı-satqı müqaviləsinin ləğvi, əmlak payından istifadəyə maneələrin aradan qaldırılması haqqında” iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia:
18. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh2 və X9) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən daşınmaz əmlakın dövlət reyestrində “**********49- 10301” reyestri nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ümumi sahəsi 173.4 kv/m olan, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilərindən biridir. Daşınmaz əmlak 2/20 pay üzrə mərhum Koroğlu Axtarəli oğlunun, 2/20 pay üzrə İddiaçı1, 16/20 pay üzrə isə onun mülkiyyətindədir. O, daşınmaz əmlakın əhəmiyyətli (4/5) hissəsini notarial alğı-satqı müqaviləsi əsasında üçüncü şəxslər Cavabdeh2 və X6 almışdır. Evi ona satan şəxslər paylarla bağlı hər hansı mübahisənin olmadığını, vaxt tapan kimi İddiaçı1 da notariat kontoruna gəlib öz payını təqdim edəcəyini, mərhum Koroğlu Axtarəli oğlunun payı ilə bağlı vərəsəlik məsələləri həll olunduqdan sonra o payında onun mülkiyyətinə verilməsinin təmin olunacağını bildirmişlər. Buna baxmayaraq sonradan cavabdeh İddiaçı1 ilə payın təqdim olunması ilə bağlı aparılmış danışıqlar fayda verməmiş, İddiaçı1 payı vermək istəmədiyini bildirmiş və bu səbəbdən də mübahisə yaranmışdır. Vahid çıxarışla rəsmiləşdirilmiş əmlak əslində iki ayrı-ayrı fərdi yaşayış evindən ibarətdir: ev “A” və ev “B”. “A” evində cavabdehlər yaşayır, “B” evində isə o yaşayır. “A” evinin ümumi sahəsi 45.8 kv/m, “B” evinin isə ümumi sahəsi 127.6 kv.m-dir. Hər iki evin ümumi sahələrinin cəmi 173.4 kv/m-dir. Onun payının 16/20 olması onu göstərir ki, ona düşən hissə 138.72 kv.mdir (173,4/20 = 138.72). Onun qənaətinə görə, faktiki yaşadığı “B” evinin tam, eyni zamanda cavabdehlərin yaşadığı “A” evinin 11.2 kv/metr hissənin mülkiyyətçisidir. Buna baxmayaraq paylar naturada ayrılmadığına görə daşınmaz əmlakın hansı hissəsinin kimin mülkiyyətində olmasını israr etmək mümkün deyil, cavabdehlərlə də qarşılıqlı razılıq əldə etmək mümkün olmur. Belə ki, cavabdehlər məsələni məhkəmədən kənar qaydada həll etməyə istiqamətlənmiş, onun xahişlərini davamlı şəkildə rədd etmişlər. Payların naturada ayrılması ilə bağlı əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, payların naturada ayrılması haqqında iddia tələbi rədd edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh İddiaçı2 daşınmaz əmlak üzərində mərhum Koroğlu Axtarəli oğlunun payını faktiki qəbul etmişdir. O, cavabdehlərə təkliflə müraciət edərək öz payını təklif etmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onlardan hər-hansı cavab daxil olmamışdır. Cavabdehlərin təklifinə müsbət cavab verməməsini nəzərə alaraq hesab edir ki, daşınmaz əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib sürətdə bölüşdürülməsi vacibdir.
20. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-861/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Cavabdeh2 və Əliyeva (Muradova) Reyhan Koroğlu qızı üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşüdürülməsi” tələbinə dair 2(010)- 861/2024 saylı mülki işin iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair 2(010)-543/2024 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.
21. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 aprel 2024-cü il tarixli 2(010)-543/2024 nömrəli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) birinci iddianın təmin edilməməsi, ikinci iddianın təmin edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 kv.m olan daşınmaz əmlak açıq hərracda satışa çıxarılması və hərracdan əldə edilən pul məbləğinin paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı2 və İddiaçı1 müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.
22. Məhkəmə hesab etmişdir ki, hazırki işdə birinci iddia tələbi üzrə iddiaçların ləğvini tələb etdiyi həmin müqavilə üzrə müqavilə onlar müqavilə tərəfi olmadığından, hazırki iddianı, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüquqları olmamışdır.
23. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıların müqavilənin ləğvinə dair irəli sürdüyü dəlillər digər payçının razılığı alınmadan evin satılmasıdır. Sözügedən dəlilə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunverciliyin həmin hüququ təsbit edən müddəasının (§MM 218.2 218.3) mənasına görə, paylı mülkiyyətdə olan payın satın almaqda üstünlük hüququ pozulmaqla satılması, müvafiq müqavilənin etibarsız sayılmasını şərtləndirən hal deyildir. Qanunvericilik belə halda, hüququ pozulan paylı mülkiyyətçiyə üç ay ərzində alıcının hüquq və vəzifələrinin ona keçirilməsini tələb etmək imkanı vermişdir. Lakin birinci iddia tələbi üzrə iddiaçılar bu hüquqlarından istifadə etməməklə, müqavilənin bağlanmısandan uzun müddət keçdikdən sonra həmin müqavilənin ləğvini tələb edirlər. Məhkəmə hesab etmişdir ki, ümumi paylı mülkiyyətlə bağlı bir neçə məhkəmə mübahisələri olmuşdur və iddiaçılar Kərimova Şərabani öz payını Cavabdeh1 satdığınıdan uzun müddətdir ki, xəbərdardırlar.
24. Məhkəmə birinci iddia üzrə iddia tələbinin “ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpası”na dair hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar istinad etdikləri hallara dair sübut təqdim etməmişlər.
25. Əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, həmin iddia tələbi mübahisəli daşınmaz əmlakın naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianı təmin etməmişdir, bu halda da Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
26. Ayrılmaq istəyən mülkiyyətçi Cavabdeh1 öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququndan istifadə edərək digər mülkiyyətçilərə bu barədə təklif göndərmiş, lakin həmin təklifə hər hansı cavab almamışdır.
27. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər (birinci iddia üzrə iddaçılar) tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış və cavabdehlər (birinci iddia üzrə iddaçılar) heç bir təklifə razı olmadıqlarını bildirmişlər.
28. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6, 218.1, 218.2, 218.3, 220.1, 220.2, 220.3, 220.6, 221, 421.1, 421.2, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 214, 216-220, 233, 357 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamədən birinci iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddialarının təmin edilməsini xahiş etmişlər.
31. Apellyasiya şikayətində göstərilmişdir ki, vərəsəlik paylarının bölgüsü vərəsələr arasında açıq qalmqla, tamamlanmadığı halda, evin bütövlükdə açıq hərracda satılması və vərəsələrin paylarına uyğun olaraq bölünməsində ədalətli nəticə əldə etmək mümkünsüz olduğu üçün hesab edirlər ki, Suraxanı rayon Məhkəməsinin qətnaməsi cavabdehlərin mülki hüquqlardan suiistifadə edərək, iddiaçıların qanunla qorunan əmlak mənafelərinin pozulması üçün əsaslı şərait yaratdığı üün həmin qətnamə ləğv edilməlidir. İş materiallarında olan 2013-cü il tarixli AR Suraxanı rayon məhkəməsi adından çıxarılmış qətnamədə həyətdə olan su anbarının mülkiyyətçilərin ümumi istifadəsində olması müəyyənləşdirilir. Məhkəmə qətnaməsində ümumi istifadəyə daxil olan su anbarının üzərində cavabdehlər tərəfindən özbaşına əlavə tikililər tikilmiş, nəticədə mülkiyyətçilərin ümumi istifadəsində olan həmin su anbarından məhrum edilmişlər. Bu əhəmiyyətli hüquqi faktı önə çəkərək, iddia tələbiləri üzrə cavabdeh şəxsində çıxış edən Cavabdeh1, Cavabdeh2 tərəfindən əmlak hüquqları pozulmuşdur. Mülki qanunvericilik ümumi paylı mülkiyyətdə pay sahiblərinin hüquq bərabərliyini müəyyən etməklə, bir-birinə münasibətdə bərabər əmlak payının əldə edilməsində ilk növbədə ümumi əmlak payının iştirakçılarının payı almaqda üstünlük hüququnu tanıyır, həmin üstünlük hüququnun məhdudlaşdırılması qadağan edilir. Belə olan halda, İddiaçı1 və İddiaçı2 ümumi mülkiyyətdə olan əmlakdakı mübahisələndirilən payın alınmasında və əldə edilməsində üstünlük hüquqları vardır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
33. Məhkəmə kollegiyasının birinci iddia üzrə iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı həmçinin Cavabdeh1 payını kompensasiya ödəməklə almağa razı olduğunu bildirdi.
34. Cavabdeh1 nümayəndəsi-vəkili "xxxx" MMC-nin müəyyən etdiyi bazar dəyəri ilə razı olduqlarını, Cavabdeh1nən öz payını iddiaçılara satmaqdan imtina etdiyini, əksində müəyyən edilən bazar qiymətinin üstünə 7000 manat əlavə etməklə iddiaçıların əmlak üzərində paylarını almağa razı olduqlarını qeyd etdi. O, həmçinin mübahisəli əmlakda Cavabdeh1 aid mağaza olduğunu, lakin onun sənədsiz olduğuna görə qiymətləndirmə zamanı nəzərə alınmadığını bildirdi. Halbuki həmin tikili qanunsuz olsa belə, maddi dəyərə malikdir.
35. İşdə iştirak edən digər iddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
36. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
37. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
38. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
39. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
40. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
41. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
42. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
43. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir
44. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ikinci iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir.
54. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173.4 m2 olan fərdi yaşayış evi ümumi paylı mülkiyyətdədir. Həmin əmlak üzərində 2/20 hissədə İddiaçı1, 16/20 hissədə Cavabdeh1 payı qeydə alınmış və Koroğlu Axtarəli oğlunun 2/20 hissədə payı açıq qalmışdır. Həmin paylı mülkiyyətdə olan paya kompensasiya ödəmək yolu ilə mülkiyyət hüququna xitam verilməsi və əmlakın naturada bölünməsinin məhkəmə qətnamələri ilə mümkün hesab edilməməsi işin mübahisəsiz halıdır.
55. Kollegiya qeyd edir ki, X2 ümumi paylı mülkiyyətdə olan payını 05 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satması iddiaçların həmin müqavilə üzrə müqavilə tərəf olmadığından, onun hazırki iddianı, yəni alqı-satqı müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
56. Bundan əlavə paylı mülkiyyətçilər payın satılmasını 3 ay ərzində mübahisələndirməmişlər.
57. Halbuki iddiaçılar payın satılmasından xəbərdar olmuşlar.
58. İddiaçılar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında iddia tələbinin ev əmlak payından və ümumi istifadəyə maneələrin aradan qaldırılması, pozulmuş əmlak hüquqlarının bərpasına aid hissəsinə münasibətdə maneələrin nədən ibarət olmasını əsaslandıra bilməmişlər və cavabdehin hansı qaydada maneyə yaratdığına dair sübutlar təqdim etməmişlər.
59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı (Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru və DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “alqı-satqı müqaviləsinin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair” iddialarını təmin etməməkdə haqlı olmuşdur. Həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. Lakin kollegiya məhkəmənin ikinci iddiaya dair mövqeyi ilə razılaşmır.
61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.”
62. Mübahisəli əmlakların naturada bölgüsü mümkün deyildir. Belə ki, tərəflər arasında qeyd edilən tələblərlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnamələri var.
63. İşin hallarından da göründüyü kimi hazırda mübahisəli əmlak üzərində İddiaçı1 2/20, Cavabdeh1 16/20 qeydə alınmış, eləcə də İddiaçı2 2/20 açıq payı var.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli 06 dekabr 2024-cü il tarixli qərardadına əsasən, ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər.
65. Həmin qərardadın 48 və 49-cu bəndlərinə əsasən, payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda məhkəmə iddianı təmin etməklə, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olan məbləği qət etməlidir. Əks halda isə məhkəmə tələb edilən kompensasiyanın məbləğindən asılı olmayaraq, əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna razılığı olduğu halda iddia tələbinə münasibətdə iddianın tam və yaxud qismən təmin olunmasına dair qətnamə qəbul etməlidir.
66. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1, eləcə də İddiaçı1 və İddiaçı2 mübahisəli əmlakın hazırki bazar qiymətinin müəyyən edilməsinə etiraz etməmişdir.
67. "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli MEB/04-2976/2025 nömrəli hesabatına əsasən mübahisəli əmlakın hazırki bazar qiyməti 52300 manat müəyyən olunmuşur.
68. Kollegiya qeyd edilən qiyməti ağlabatan hesab etmiş, işdə iştirak edən şəxslər də qiymətlə razı olduqlarını bildirmişlər.
69. Məhkəmə iclasında ikinci iddia üzrə cavabdeh İddiaçı1 iddiaçının payını almağa razı olduğunu bildirsə də, iddiaçı bununla razı olmamışdır.
70. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyindən, məhkəmə araşdırması yekunlaşmaqla iddia rədd olunmalıdır.
71. İddiaçıya gələcəkdə ikinci mərhələdən – öz payını məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği qarşılığında digər payçılara satmaqdan başlamaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilir.
72. Məhkəmə xərclərinə gəldikdə isə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.202-ci il tarixli, 9/9716 nömrəli rəyi hazırki iş üzrə sübut kimi qəbul edilmədiyindən onun dəyəri olan 50 manat tərəflərdən heç birinə aid edilməməlidir.
73. "xxxx" MMC-nin 12 may 2025-ci il tarixli MEB/04-2976/2025 nömrəli hesabatının xidmət haqqı olan 500 manat isə iddia təmin edilmədiyindən Cavabdeh1 aid edilməlidir.
74. Birinci instansiya məhkəməsi ikinci iddia üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manatın həmin iddia üzrə cavabdehlərdən tutulmasını qət etmişdir.
75. Kollegiya hesab edir ki, hər iki iddia ərizəsi təmin edilmədiyindən iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilməlidir.
76. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu barədə tələb olmadığından kollegiya onu ödəmiş tərəfə aid edir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-543/2024 nömrəli iş üzrə 18 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı (Cavabdeh2 və X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlakın açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. İş üzrə iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. 500 manat qiymətləndirmə xərci iddiaçı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.