Məhkəmə qərarları › İş №2(103)-2686/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2686/2020

04.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2686/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), X9 və X10 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X4, Cavabdeh və onu nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Mayak yolu 28 saylı bağ evində Cavabdeh tərəfindən hazırlanmış pilləkəndə aşkara çıxmış qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması; mənəvi zərərin əvəzi olaraq cavabdehdən 5000 manatın tutularaq iddiaçıya ödənilməsi, məhkəmə və hüquqi müdafiə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh razılaşmasına əsasən 2013-cü ilin iyul-sentyabr aylarında iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Mayak yolu 28 saylı bağ evində cavabdeh tərəfindən özünün materiallarından istifadə edilməklə mərtəbələrarası taxta pilləkən quraşdırılmışdır. Artıq ikinci ildir ki, pilləkənin taxta materiallarında müxtəlif gizli qüsurlar aşkara çıxmış və pilləkən mənəvi və fiziki cəhətdən gözdən düşmüşdür. Podratçı istifadə etdiyi materialların keyfiyyətsiz olması və pilləkənin qüsurları barədə iddiaçıya qəsdən məlumat verməmişdir. Qüsurların aradan qaldırılması üçün iddiaçı cavabdehə dəfələrlə telefonla müraciət etməyinə baxmayaraq, müraciətlərin heç bir nəticəsi olmamışdır. Eyni zamanda, başqa ustaların dəvət edilməsi və müxtəlif maddələrdən istifadə pilləkənin taxta hissələrindəki qurd yeməsinin qarşısını ala bilməmişdir. Cavabdehə xx xxxxxx 2018-ci il tarixdə yazılı pretenziya göndərilərək pilləkəndəki qüsurların aradan qaldırılması və ya pilləkənin hazırlanmasına cavabdeh tərəfindən istifadə edilmiş materiala və işə görə alınmış 10000 manat məbləğində pulun qaytarılması ondan tələb edilmişdir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə pretenziya məktubunu qəbul etmiş və pretenziya məktubuna səsli ismarıc vasitəsilə cavab vermişdir. Cavabdeh həm telefon danışıqlarında, həm də iddiaçıya göndərdiyi səsli ismarıcda qüsurların olduğunu qəbul (etiraf) etmiş və onları aradan qaldıracağına söz vermişdir. Amma sonradan müxtəlif bəhanələr gətirərək həmin qüsurları aradan qaldırmaqdan boyun qaçırmışdır. Pilləkənin yüksək zövqlə hazırlanmasını istəməsə də, pilləkənin taxta materiallarında müxtəlif gizli qüsurların aşkara çıxması nəticəsində pilləkən mənəvi və fiziki cəhətdən gözdən düşmüşdür. Hər dəfə pilləkəni belə vəziyyətdə görmək iddiaçıya pis təsir edir, narahatlıq keçirir, əziyyətinin və pulunun boşa getdiyini düşünür. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri xəzər rayonu X16 yolunda yerləşən 28 saylı bağ evində cavabdeh tərəfindən taxta (fısdıq) materialdan hazırlanmış pilləkənin bəzi pillələrində müxtəlif ölçüdə qüsurların əmələ gəlməsi, əmələ gəlmiş qüsurların istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsinə xarakterik olduğu müəyyən edilir. Hər hansı qüsurun əmələ gəlməsininin vaxtının müəyyən olnumasına dair metodika olmadığından mövcud qüsurların nə vaxt əmələ gəlməsini müəyyən etmək mümkün deyildir. Tədqiq olunan pilləkən qəfəsinin bütün pillələrində deyil, bir neçəsində (10 pillə) qüsurların əmələ gəlməsini, əmələ gəlmiş qüsurların məhz istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsinə xarakterik olduğunu və gələcəkdə digər pillələrdə eyni qüsurların əmələ gəlməsinin istisna olmadığını nəzərə alaraq, pilləkanın bərpası deyil, xüsusi texnologiyaya müqaviq olaraq sökülüb yenidən quraşdırılması məqsədə müvafiq hesab olunur. Bu zaman görüləcək işin ümumi dəyəri pilləkənin sökülməsi nəticəsində, materialların hansı vəziyyətdə olmasından, materilların təkrar istifadə olunmasından, işin həcmindən əlavə oluna biləcək materilların növündən və görüləcək işin müqabilində xidmət haqqından asılı olaraq müəyyən edilməlidir. Bu səbəbdən də, tələb olunan vəsaitin məbləğini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır (səh.76); mədaxil qəbzinin surətinə əsasən, İddiaçı hüquqi xidmət üçün vəkilinin hesabına 200 manat ödəmişdir (səh.39); xx xxxxxx 2018-ci il tarixli pretenziyaya əsasən, iddiaçı X11 Cavabdeh bildirir ki, aralarındakı razılaşmaya əsasən cavabdeh 2013-cü ilin iyul-sentyabr aylarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Mayak yolu 28 №-li bağ evində özünün materiallarından istifadə etməklə mərtəbələrarası taxta pilləkən quraşdırmış, lakin artıq ikinci ildir ki, pilləkənin taxta materiallarında müxtəlif gizli qüsurlar aşkara çıxmış və pilləkən mənəvi və fiziki cəhətdən gözdən düşmüşdür. Qüsurların aradan qaldırılması üçün cavabdehə müraciətlər adekvat cavab almamış, başqa ustaların dəvət edilməsi və müxtəlif maddələrdən istifadə taxta hissələrində qurd yeməsinin qarşısını ala bilməmişdir, yuxarıdakılara əsasən 10 gün ərzində icra etdiyi işin qüsurlarını aradan qaldırmağa başlamasını və ya həmin materiala və işə görə aldığı 10000 manat pulun geri qaytarılmasını tələb edir (səh.6); iddiaçının pretenziya məktubuna cavabdehin iddiaçıya göndərdiyi səsli ismarıcın olduğu audiodiskə məhkəmə iclasında tərəflərin iştirakı ilə qulaq asılarkən müəyyən edilmişdir ki, cavabdeh qüsurların olduğunu qəbul (etiraf) etmiş və onları aradan qaldıracağına söz vermişdir; cavabdehin nümayəndəsi Vəkil ərizə təqdim edərək, Taxta pilləkənin 2013-cu ilin iyul-sentyabr ayında ığını, işin həmin ilin iyun ayında Sifarişçi (X11) tərəfindən diyini və həmin vaxtdan artıq 5 ildən artıq müddət keçdiyini nəzərə alraq ki, podrat müqaviləsi üzrə iddia müddəti keçmişdir. X2 cavabdehə qarşı aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi izinin ödənilməsi tələbinə dair” tələbində iddia müddətini tətbiq edilməsini xahiş etmişdir (səh.63a). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2019 saylı işi üzrə xx.xx.2019cu il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Şimal DRES Mayak yolu 28 saylı bağ evində Cavabdeh tərəfindən hazırlanmış pilləkəndə aşkara çıxmış qüsurların aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulması, Cavabdeh vəkilin göstərdiyi yardıma görə çəkilmiş xərc üzrə 200 manat tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə rədd edilmiş, cavabdeh“Cavabdeh 100 manat ekspertiza xərci alınıb Məhkəmə Ekspertiza Mərkəzi hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 77, 106, 217, 375, 752, 762, 763, 767, 775, 1097; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008- ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə; "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1999-cu il tarixli 7 saylı Qərarının 6-cı bəndinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 121.1–ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəf iddiaya etirazını razılaşmanın iddiaçı ilə Məhəmməd Abdullayari arasında olduğu, işin yerinə yetirilməsinə görə muzdun Məhəmməd Abdullayariyə verildiyi, Cavabdeh da pulu Məhəmməd Abdullayaridən aldığı üçün əsl cavabdehin Məhəmməd Abdullayari olması ilə əsaslandırmışdır. Məhkəmə, cavabdeh tərəfin bu dəlilinə tənqidi yanaşır və bu bildirilənlərin iddianın cavabdehə münasibətdə rədd edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Belə ki, işin müəyyən edilmiş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri Xəzər rayonu X16 yolunda yerləşən 28 saylı bağ evində pilləkən cavabdeh tərəfindən hazırlanmışdır. Həmin ev iddiaçıya məxsusdur. Belə olan halda işi icra edən şəxsin gördüyü işə görə muzdu üçüncü şəxsdən alması, üçüncü şəxsin podratçı olması kimi dəyərləndirilə bilməz. Qanunun qeyd edilən normasının tələbinə görə Bakı şəhəri Xəzər rayonu X16 yolunda yerləşən 28 saylı bağ evində pilləkən podrat müqaviləsinə əsasən hazırlanmışdır. Müqavilədə nəzərdə tutulan işi cavabdeh icra etdiyindən, o, podratçı, muzd ödəməyi öhdəsinə götürmüş iddiaçı isə danışıqları kiminlə aparmasından və ya ödənişi cavabdehə kimin vasitəsi ilə etməsindən asılı olmayaraq sifarişçi olmuşdur. Bundan başqa, cavabdehin işi iddiaçıya təhvil verdiyini, iddiaçının da işinə heç bir irad bildirməyib, işi bəyənərək ona 50 manat mükafat da verdiyini bildirməsi də, podrat müqaviləsinin tərəflər arasında olduğunu təsdiq edir. Cavabdeh tərəf iddiaya etirazını həmçinin, həmin evdə yaşayış olmadığı üçün rütubət nəticəsində bir neçə ildən sonra taxtalara bit düşməsi səbəbindən belə bir vəziyyətin yaranması əsası ilə bildirsə də, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, xx xxxxxxxx 2019-cu il tarixli rəylə razılaşır və pilləkəndə qüsurların əmələ gəlməsinə istifadə olunmuş taxtanın xammal materialının cavabdeh tərəfindən xüsusi texnoloji proseslərdən keçirilməməsi səbəbindən yaranmasını, bununla da işin qüsurla icra edildiyini işin hallarına uyğun sayır. Cavabdehin vəkili eyni zamanda ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmiş və iddia müddəti ilə bağlı dəlilini onunla əsaslandırmışdır ki, işlər 2012-ci ilin iyun ayında təhvil alınmış, yəni icra qəbul edilmişdir. İş qəbul edildikdən sonra yaranmış qüsurlarla bağlı münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 774-cü maddəsi tənzimləyir. Göründüyü kimi, işi icra edən Cavabdeh görülən iş barədə qarantiya müddəti üzrə öhdəlik götüməməsini nəzərə alaraq iddiaçının qeyd edilən qüsurun aradan qaldırılması hüququnu MM-nin 774-cü maddəsi istisna edir. Podrat müqaviləsində qarantiya müddəti nəzərdə tutulmamışdırsa, görülən iş qəbul edilmişdirsə, işin qüsurunu bilərəkdən gizlətmə halı yoxdursa, sonradan aşkar edilmiş qüsurla bağlı sifarişçi tələb irəli sürülə bilməz. Məhkəmə, qüsurun sonradan yaranmadığını nəzərə alaraq cavabdehin ərizəsinə tənqidi yanaşır və bu ərizənin iddianın rədd edilməsi üçün əsas olmadığı nəticəsinə gəlir. Belə ki, cavabdeh naşı usta olmadığını, neçə-neçə yerdə bu cür işlər gördüyünü bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə isə qüsurun istifadə olunmuş taxtanın xammal materialının cavabdeh tərəfindən xüsusi texnoloji proseslərdən keçirilməməsi səbəbindən yaranması müəyyən edilmişdir. Məhkəmə, naşı usta olmadığını nəzərə alaraq, xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsinin işin qüsurla icra edilməsi ilə nəticələnəcəyinin cavabdehə bəlli olduğunu və işi təhvil verərkən onun qüsuru bilərəkdən gizlətdiyini işin hallarına uyğun sayır. İddiaçı, "artıq ikinci ildir ki,” ifadəsinin pretenziyanın və iddia ərizəsinin mətninə yanlışlıqla daxil edildiyini, əslində isə pilləkəndəki qüsurun ona 2018-ci ildə bəlli olduğunu və bundan dərhal sonra cavabdehə pretenziya göndərdiyini bildirmişdir. Məhkəmə, iki il əvvəl qüsur barədə məlumatı olan şəxsin, hər hansı hərəkət etməkdən gözləməsinin və iki il sonra xx xxxxxx 2018-ci il tarixdə pretenziya göndərməsinin ağlabatan olmadığını nəzərə alaraq, pilləkəndəki qüsurun ona 2018-ci ildə bəlli olduğuna və bundan dərhal sonra cavabdehə pretenziya göndərdiyinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, qüsur 2018-ci ildə ayında iddiaçıya bəlli olmuş və o, xx xxxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini keçirməmişdir. Bundan başqa,iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edildiyindən və iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ onlara aid olduğundan, prosesin digər iştirakçısı olan cavabehin vəkili isə mübahisə tərəfi sayılmadığından, onun verdiyi ərizə mübahisə tərəfinin verdiyi ərizə olaraq dəyərləndirilə və nəzərə alına bilməz. Cavabdehin nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin mülki iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 2(003)- 221/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və X2 Cavabdeh qarşı “Qüsürların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 9.3, 77, 95.2. 101, 217; MM-in 774 - 776-cı maddələrinə istinadən qeyd edilmişdir ki, pilləkandakı qüsür ona 2018-ci ildə bəlli olmuş və bundan dərhal sonra cavabdehə pretenziya göndərmişdir. Məhkəmə verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə qiymət verərkən də iddiaçının yalnışlığı düzəldərək qüsurun sonradan bəlli olmasına istinad etmişdir. hazırkı mülki iş üzrə ümumilikdə 7 məhkəmə baxışı keçirilmişdir (xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019). Bu müddət ərzində iddiaçı özü şəxsən məhkəmə iclaslarında iştirak etməmiş, bütün iclaslarda ayrı-ayrılıqda 2 nəfər nümayəndə vasitəsilə təmsil olunmuşdur. İddiaçının heç bir nümayəndəsi “artıq ikinci ildir’ ifadəsinin yalnışlıqla iddia ərizəsinə və pretenziya məktubuna daxil edilməsi və düzəliş edilməsini məhkəmə iclaslarını heç birində məhkəmədən xahiş etməmiş, ümumiyyətlə olmamışdır. Qeyd edilən halla məhkəmənin iddiaçıya yardım etmək niyyətinin ortada olmasıdır. Bu halla bağlı onu da qeyd etmək istəyir ki, iddiaçının belə bir xahişi olsaydı, mənim tərəfimdən iddia tələbinə qarşı təqdim etdiyi etiraz ərizəmdə, keçirilən məhkəmə iclaslarında və ya sonuncu məhkəmə baxışında yazılı olaraq təqdim etdiyi çıxışında münasibət bildirilərdi. İddiaçı iddia ərizəsində podrat işlərinin (taxta pilləkan quraşdırılması işlərinin) cavabdeh tərəfindən 2013-cü ilin iyul-sentyabr aylarında yerinə yetirilməsi qeyd edilmişdir. Lakin onun məhkəməyə təqdim etdiyi yazılı çıxışında sözügedən işlərin 2012-ci ilin görüldüyü qeyd edilmişdir, yəni onlar işlərin 2013-cü ildə yerinə yetirilməsinə etiraz etməsinə baxmayaraq, iddiaçı tərəfindən işlərin 2013-cü ildə yerinə yetirilməsinə dair heç bir sübüt təqdim etməmişdir. Məhkəmə də nədənsə onun tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərkən işlərin 2013-cü ildə yerinə yetirilməsini nəzərə almışdır. Məhkəmə prosessual normanın tələbini kobud şəkildə pozmuşdur. İddiaçı işlərin 2013-cü ildə yerinə yetirilməsi tələbini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq bunu sübut edə bilməmişdir. Məhkəmə bu halı heç bir sübuta istinad etmədən müəyyən etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində podrat müqaviləsinin cavabdehlə onun arasında bağlandığı qeyd edilsə də, həm cavabdehin çıxışında, həm də onun tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz ərizəsində qeyd edilmişdir ki, cavabdeh işi X1 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdehin tərəfindən üçüncü şəxs) aldığını qeyd edilmişdir. Podrat işi ilə əlaqədar tapşırıqları və işin müqabilində muzdun X1 alındığını dəfərlərə qeyd etməyimizə baxmayaraq iddiaçı həqiqətən podrat müqaviləsinin cavabdehlə onun arasında bağlanmağı barədə hər hansı bir sübut təqdim olunmamış, bu halı sübut etməmişdir. Lakin məhkəmə işə hüquqi qiymət verərkən heç bir sübüt olmadan və iddiaçının sübut etmək vəzifəsi olduğu halda sübut etmədən hakim podrat müqaviləsinin iddiaçı ilə cavabdeh arasında bağlandığını qəbul etmişdir. Sözügedən səsyazı mütəbər subut kimi nəzərə alına bilməz. Cavabdehin iradəsi ziddinə olaraq əldə edilmiş qeyd edilən səsyazını Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həqiqətən işlərin görülməsi barədə əqd iddiaçı ilə cavabdeh arasında bağlanmış olsaydı belə, qeyd edilən işlərin 2012-ci ilin iyun ayında (iddiaçının deməsinə görə isə 2013-cü ilin sentyabr ayı) təhvil alınmışdır, yəni icra qəbul edilmişdir. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. Yəni podrat müqaviləsində qarantiya müddəti nəzərdə tutulmamışdırsa, görülən iş qəbul edilmişdirsə işin qüsurunu bilərəkdən gizlətmə halı yoxdursa sonradan aşkar edilmiş qüsurla bağlı sifarişçi tələb edə bilməz. Lakin məhkəmə tətbiq etməli olan maddi hüquq normasını tətbiq etməyərək məhkəmə qətnamədə qeyd edir ki, məhkəmə qüsurun sonradan yaranmadığını nəzərə alaraq cavabdehin ərizəsinə tənqidi yanaşır və bu ərizənin iddianın rədd edilməsi üçün əsas olmadığı nəticəsinə gəlir. Onun tərəfindən iddia müddətinin tətbiq edilməsi bağlı məhkəməyə yazılı ərizə təqdim edilmiş və məhkəmədən xahiş edilmişdir ki, qeyd edilən podrat işlərinin 2012-ci ilin iyun ayında təhvil verilməsini və iddiaçının isə xx xxxxxxx 2018-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini nəzərə alaraq iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi haqqında qətnamə çıxırılsın. Lakin məhkəmə heç bir sübuta söykənmədən, öz formal mülahizələrinə əsaslanaraq qətnamədə qeyd edir ki, pilləkanda qüsur 2018-ci ildə iddiaçıya bəlli olmuş və o, xx xxxxxxx 2018-ci il tarixində məhkəməyə müraciət etməklə iddia müddətini keçirtməmişdir. Halbuki iddiaçı Vüqar Abıyev həm pretenziya məktubunda, həm də iddia ərizəsində qüsurun ona iki il əvvəl bəlli olmasını qeyd etmişdir. Cavabdehin vəkili cavabdehin hüquqlarını müdafiəsi ilə bağlı məhkəmədən prosessual hərəkətlərin edilməsi və qərarların qəbul edilməsi ilə bağlı xahişlər (yazılı ərizə məzmunca xahişi ehtiva edir) edə bilər. Vəkil prosesdə tərəfin adından iştirak edərək, onun hüquqlarını müdafiə edir. Onda sual olunur??! Vəkil prosesdə nəyə lazımdır? Göstərilən məsələ (ərizənin verilməsi) sırf hüququ məsələ olduğundan, iddia müddətinin tətbiqi barədə ərizəni vəkil vermişdir. MPM-nin 68.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. Vəsatət vermək özlüyündə məhkəməyə müəyyən prosessual hərəkətlərin edilməsi və ya prosessual qərarların qəbulu üçün xahişdir. Mülki prosessaul qanunvericlikdə vəsatətə legal anlayış verilməsə də, CPM-də vəsatətə anlayış verilmişdir. Belə ki, həmin Məcəllənin 7.0.41-ci maddəsinə əsasən vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir. Göründüyü kimi məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı yazılı ərizə verə bilməməsi qənaətinə gələrək iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almamaqla maddi hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə yeganə sübut kimi ekspert rəyinə istinad etmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən ekspert rəyi o vaxt sübut növü kimi qəbul edilə bilər ki, digər sübutlarla öz təsdiqini tapsın. İşə baxdıqda isə işdə mötəbər sübut yoxdur. Ekpertizanın rəyi özlüyündə təzadlıdır. Belə ki, ekspert rəyində qeyd edilir ki, taxta (fısdıq) materialdan hazırlanmış pilləkənin bəzi pillələrində müxtəlif ölçüdə qüsurların əmələ gəlməsi, əmələ gəlmiş qüsurların istifadə olunmuş taxtanın xammal materialının xüsusi texnoloji proseslərdən keçirilməməsi xarakterik olduğu müəyyən olunmuşdur. Taxta pilləkənin 2012-ci il tarixində quraşdırılıb təhvil verdiyini və iddiaçının deməsinə görə 2018-ci il tarixində qüsurun yarandığını nəzərə alınsa ki, taxtanın özündə qurdun 6 il müddətində hər hansı bir qüsur yaratmadığını, taxta piltəkanlara zərər yetirməməsi ağlabatan deyil. Eyni zamanda ekspert öz rəyində gəldiyi nəticəni əsaslandırmamış, hansı tədqiqat üsulundan istifadə etməsi barədə qeyd etməmişdir, rəyi nəzərdən keçirərkən formal xarakterli olduğu aydın olur. Beləliklə, iddiaçı ilə cavabdeh arasında hər hansı podrat müqaviləsinin olmamasını, taxta pilləkənin quraşdrılması işlərinin 2012-ci ilin iyul ayında təhvil verilməsini, eyni zamanda iddiaçının tələbi üzrə iddia müddətinin ötürülməsini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin Xəzər Rayon Məhkəməsinin qətnaməsi təmin olunan hissədə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şagirdi ilə birlikdə iddiaçının evində işlədiyini, taxta pilləkənin quraşdrılması işlərinin 2012-ci ilin iyul ayında təhvil verildiyini, sonra 2016-cı il tarixdə iddiaçının ona zəng vuraraq taxtaya bit düşdüyünü bildirdiyini, onun bitə qarşı dərman vurduğunu, 4-5 il sonra şikayət verdiyini, 2016-cı il tarixdən iddiaçının şikayətlərinin başladığını, 2019-cu il tarixdə iddiaçı ona zəng etdikdə pul verməsi müqabilində pilləkəni düzəldirəcəyini bildirdiyini, iddiaçının onunla pis danışdığını bildirmiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında podrat müqaviləsinin olması barədə sübut təqdim edilmədiyini, cavabdeh iddiaçının evində işləyən zaman heç iddiaçını görmədiyini, həmçinin qətnamədə qüsurun olması barədə tərəflər arasında whatsapp yazışması olduğunu göstərdiyini bildirmiş və və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə qalmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikasının MM-in 372- 384, 527-529, 589.2, 560, 752–776, 1128-1133; MPM-nin14.2, 68.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğunlaşdırmaq cəhdi iddia tələbinin sübuta yetirilməyən dəlilləri ilə formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, qüsurların cavabdehin təqsirli hərəkətləri əsasında yaranması sübuta yetirilməmiş və iddia müddəti də ötürülmüşdür. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-221/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "qüsurların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar