Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2687/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Muradov Əlizadə Xeybar oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı mülki iş üzrə 08.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi (bundan sonra mübahisəli fərdi yaşayış evi) üzrə ipotekaya xitam verilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin hərrac vasitəsi ilə satılması və ya satışının təşkilinin cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh3nə və "xxxx" MMC-yə qadağan edilməsi; onun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin girovdan azad olunması vəzifəsinin Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması; iddia qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instaniya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir: -Cavabdeh3 31 oktyabr 2018-ci il tarixli 87 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.2018-ci il tarixli 2(103)-5058/2018 saylı icra sənədinə əsasən X1 02.02.2015-ci il tarixli kredit müqaviləsinə cəmi 31158 ABŞ dolları, X5 və İddiaçı müştərək qaydada 10.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə 46014 ABŞ dolları məbləğində borc tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Tutma borclu İddiaçı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalıdır, kredit borcu olan 46.014 ABŞ dolları pul vəsaiti ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməlidir. Borclu İddiaçı məxsus mübahisəli fərdi yaşayış evi icra sənədinə əsasən 75000 manat qiymətləndirilmişdir. İcra sənədi üzrə hərracın keçirilməsi üçün müvafiq sənədlər "xxxx" MMC-yə göndərilmişdir; -"xxxx" MMC-nin 16 noyabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X4, İddiaçı, X8, X6) bildiriş ünvanlayaraq, ünvan 2asən mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir.Hərrac 19 dekabr 2018-ci il tarixə saat 11:00-a təyin olunmuşdur; -"xxxx" MMCnin 30 noyabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X4, İddiaçı, X8, X6) bildiriş ünvanlayaraq, ünvan 3sən mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir; -"xxxx" MMC-nin 21 dekabr 2018-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X4, İddiaçı, X8, Qəniyev Tofiq Rasim oğluna) bildiriş ünvanlayaraq, təkrar hərracın 23 yanvar 2019-cu il tarixə saat 11:00-a təyin edildiyini, əmlakın ilkin satış qiymətinin 63750 manat təşkil etdiyini bildirmişdir; -"xxxx" MMC-nin 04 yanvar 2019-cu il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Xəzər rayon İcra Şöbəsinə), tələbkara (Cavabdeh1 ASC-yə) və borcluya (X4, İddiaçı, X8, X6) bildiriş ünvanlayaraq, təkrar hərracın 23 yanvar 2019-ci il tarixə saat 11:00-a təyin edildiyini, əmlakın ilkin satış qiymətinin 63750 manat təşkil etdiyini bildirmişdir; -"xxxx" MMC-nin 31 yanvar 2020-ci il tarixli 117 saylı məktubundan görünür ki, həmin Mərkəz tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığından iş Cavabdeh3nə geri qaytarılmışdır; - Bakı şəhəri Cavabdeh3 25 fevral 2020-ci il tarixli, "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, yuxarıda qeyd olunan icra sənədi üzrə hərracın keçirilməsi üçün sənədlər "xxxx" MMC-yə göndərilmişdir; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 28.02.2020-ci il tarixli məktubundan görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir.Hərrac 30 mart 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur;- Külək» MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 19.05.2020-ci il tarixli məktubundan (01 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 19 iyun 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 25.06.2020-ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 06 iyul 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 19.08.2020-ci il tarixli məktubundan (01 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 18 sentyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 25.06.2020ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 06 iyul 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur; - "xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 19.08.2020-ci il tarixli məktubundan (01 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 18 sentyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00dək (növbəlilik əsasında) təyin olunmuşdur; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 21.09.2020-ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 05 oktyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) təyin olunmuşdur. Hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir; -"xxxx" MMC-nin Cavabdeh3nə, banka və borclulara ünvanladığı 21.09.2020-ci il tarixli məktubundan (02 saylı bildiriş) görünür ki, mübahisəli fərdi yaşayış evinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 05 oktyabr 2020-ci il tarixə saat 11:00-dan 17:00dək (növbəlilik əsasında) təyin olunmuşdur. Hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir; - Bakı şəhəri Cavabdeh3 26 sentyabr 2020-ci il tarixli 9802-12Q saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 04.06.2018-ci il tarixli 2(103)- 5058/2018 saylı icra vərəqəsi 27.09.2018-ci il tarixdə Cavabdeh3nə daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və bildiriş borcluya məlumat üçün göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra sənədində qeyd olunan mübahisəli fərdi yaşayış evi hərracda satılması üçün 31.10.2018-ci il tarixdə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 31.01.2020-ci il tarixli məktubuna əsasən geri qaytarılmışdır. 25.02.2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin ci il tarixli bildirişinə əsasən 06.07.2020-ci il tarixə 11:00-a təyin edilmişdir,mübahisəli fərdi yaşayış evinin hərracda satılması barədə protokol şöbəyə daxil olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2020-ci il tarixli 2- 2(103)- 130/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilərək Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondunun Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Qərar dərhal icraya yönəldilmişdir( iş.səh.12-25, 53-63, 153-177). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı işi üzrə 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,İddiaçı ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi,həmin ipoteka müqaviləsi üzrə ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi,bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarına, Mülki Prosesual Məcəllənin 14.2, 76, 80, 88. 217.3, 217.4, 218.1; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Cavabdeh3nə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan "Birja Yenilikləri” qəzetində elan dərc olunmuşdur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Cavabdeh3nə geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, işin qeyd olunan faktiki hallarına istinad edən iddiaçı ipoteka saxlayanın qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsinə əsaslanaraq mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli olmasını iddia etməkdə haqlı olmuşdur. cavabdehin özünün iddia tələblərinə əsasən başlanılmış məhkəmə icraatı, yəni iş üzrə sonuncu instansiya kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.06.20l8-ci il tarixli 2(103)-5058/2018 saylı qətnaməsinə əsasən X1 və İddiaçı müştərək qaydada tutulmalı olan pul məbləği ilə bağlı tutmanın sonuncuya məxsus ünvan 7 ünvanda yerləşən 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitinin kredit borcu olan 46.014 ABŞ dollarının ödənilməsinə yönəldilməsi ilə bağlı icra icraatına başlanması barədə tam məlumatlı olduğu halda 19 dekabr 2018-ci il, 23 yanvar 2019-cu il, 30.03.2020-ci il, 19.06.2020-ci il, 06.07.2020-ci il, 18.09.2020-ci il, 05.10.2020-ci il tarixlərdə keçirilən hərraclardan heç bir formada məlumatı olmaması inandırıcı deyil. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaya olan etirazının dəlillərinin əsası kimi istinad etdiyi halların həqiqət olması ilə bağlı ən azından hazırki icraat dövrundə "xxxx" MMC-nin və Bakı şəhəri Cavabdeh3 sözügedən mübahisəli fərdi yaşayış evinin satılması ilə bağlı hərəkətlərini mübahisələndirmək hüququndan belə istifadə etməmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-409/2020 saylı işi üzrə 22.01.2020-ci il tarixli qətnaməsinin Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı işi üzrə 08.04.2021-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88, 217.1, 385, 389, 390, ‘İpoteka haqqında' AR Qanunun 43.8-cı maddələrinə istinadən göstərilmişdir ki, qoşma olunan sənədlər arasında bildirişlərin, təklifin və s. iddiaçının qənaətinə görə faktları təsdiqləyən sənədlərin ipoteka saxlayan banka çatmasına dair mötəbər sübut aşkar edilməmişdir, yəni yoxdur. Qoşma olunan və iddiaçının dili ilə desək faktları təsdiqləyən sənədlər sorğu verilərək ‘’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi'’ MMC-dən əldə olunan sənədlərdir. Belə qənaətə gəlmək olar ki, heç ipoteka qoyanın da hərracın keçirilməsindən xəbəri olmamışdır. Xəbəri olsaydı rəsmi poçtla göndərilmiş sənədləri qoşma edərdi, sorğu ünvanlayıb almazdı. Bu fakt bir daha onu deməyə əsas verir ki, hərracın keçirilməsindən ipoteka saxlayanın, ipoteka qoyanın xəbəri olmamışdır. Xəzər İcra və Probasiya şöbəsinə iddiaçı tərəfindən ünvanlanmış 21.07.2020-ci il tarixli sorğuya cavab məktubun məzmunundan və qoşma edilən sənədlərdən bu hal aşkar olunur ki, icra şöbəsinin də hərracın keçirilməsindən xəbəri olmamış, olsaydı hərracın keçirilməsinə dair bildirişlərin surətlərini qoşma edərdi. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsinə mötəbər sayılmayan sənədləri qoşma edərək, hərracın keçirilməsini, hərracda alıcı olmadığından satılmamasını, alıcı olmadığından ipoteka saxlayan Banka təklif edildiyini və Bankın evi əldə etməkdən imtina etdiyini sübuta yetirməyə çalışır, lakin bütün bunlar əsassız iddia tələbidir, hər hansı mötəbər subuta əsaslanmamışdır, yəni nə bildirişlərin, nə təklifin Banka çatmasına, onun tərəfindən alınmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta bu qənaətə gəlmək olur ki, nə ipoteka saxlayanın, nə ipoteka qoyanın, hətta sifarişçinin belə xəbəri olmamışdır. Bu hal iddia ərizəsinə qoşma edilən sənədlərdən açıq-aşkar görsənir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6847/2021 saylı, 16.07.2021ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı işi üzrə 08.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07.02.2022-ci il tarixli, 2(102)-184/2022 saylı Qərarı ilə cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2021-ci il tarixli 2(103)- 6847/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 15.1, 43.3, 43.4, 43.5, 43.7, 43.8; "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq olaraq 28 oktyabr 2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 218, 407.2, 416, 418.3,392.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh bankın ləğvedicisi iddiaya etiraz olaraq birinci instansiya məhkəməsində və apellyasiya şikayətində hərrac barədə banka məlumat verilməməsini dəlil kimi irəli sürsə də, onun bu dəlilləri üzrə hər hansı araşdırma aparılmayıb. İddiaçı "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracın nəticələri ilə bağlı ipotekaya xitam verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddianı "Külək” MMC tərəfindən keçirilən hərraclar (30.03.2020-ci il, 19.06.2020-ci il, 06.07.2020- ci il, 18.09.2020-ci il, 05.10.2020-ci il) baxımından qiymətləndirmiş və Külək” MMC-nin hərraclarla bağlı bildiriş və elanlarına istinad etmişdir. "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin 19 dekabr 2018-ci ildə keçirdiyi hərrac vaxtı qüvvədə olan "İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin keçirdiyi 19 dekabr 2018 və 23 yanvar 2019-cu il tarixli hərracla bağlı cavabdeh banka bildiriş göndərilməsi, müvafiq elanların verilməsi isə, ümumiyyətlə, araşdırılmayıb, birinci instansiya məhkəməsi bununla bağlı cavabdehin irəli sürdüyü dəlilləri yoxlamaq üçün "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-dən hərracla bağlı sənədləri tələb etməyib. Buna görə də "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi”nin keçirdiyi hərraclardan cavabdeh bankın məlumatlı olub-olmaması işdən görünmür. İddianı təmin edən birinci instansiya məhkəməsi cavabdeh bankın hərracın baş tutmamasından xəbərdar olmasının əsası kimi hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan "Birja Yenilikləri” qəzetində elan dərc olunmasına istinad etsə də, həmin qəzetin hansı tarixli nömrəsinə istinad etdiyini öz qətnaməsində göstərməmişdir. İstinad edilən həmin qəzetlər işdə olan (i.v.174-176, 229-233) "Birja Yenilikləri” qəzetinin nömrələdirsə, həmin nömrələrdə Külək” MMC tərəfindən keçirləcək hərracların elanı verilib, hərracın baş tutmaması barədə isə hər hansı məlumat verilməyib. Üstəlik, bu elanlar "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkil etdiyi hərraclar barədə deyil, Külək” MMC tərəfindən təşkil olunan hərraclar barədədir ki, iddianın əsasını da yuxarıda qeyd edildiyi kimi "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkil etdiyi hərracların nəticələri təşkil edir. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdeh bankın "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi”nin keçirdiyi hərraclardan xəbərdar olması halını hansı sübutlara qiymət verilməklə müəyyən etməsi qətnamədən görünmür. Prosessual qanunvericilik isə tələb edir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya məhkəməsi isə cavabdeh bankın dəlillərinə qiymət verməmiş, "Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin təşkil etdiyi hərraclar barədə bankın məlumatlı olub-olmaması halını araşdırmamışdır. Halbuki qeyd edilən halların araşdırılıb, onlara qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.Nəzərə almaq lazımdır ki, Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdehin apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., "G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”) Məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini hazırki qərarın 39-43-cü bəndində göstərilən xüsusatlar üzrə yoxlamadığı üçün məhkəmə kollegiyası gəlinən nəticənin əsaslılığına qiymət verə bilmir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi Muradov Əlizadə Xeybar oğlunun apellyasiya şikayətini müdafiə edərək, hərracın keçirilməsindən bankın məlumatının olmadığını, "xxxx" tərəfindən hərracın keçirilməsi ilə bağlı onlara heç bir bildirişin çatdırılmadığını, buna görə də hərracın nəticəsi ilə razılaşmadıqlarını, lakin hərracın etibarsızlığını hələki mübahisələndirmədiklərini, banka bildirişin çatdırıldığı barədə sübutu iddiaçı tərəfin sübut etməli olduğunu bildirmiş və şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, qanunvericiliyin tələbinə əsasən iki dəfə ayrı-ayrı vaxtlarda hərrac keçirildiyini, hərracın keçirilməsi barədə ipoteka saxlayanın məlumatlı olmasının iddiaçı tərəfindən həm sifarişçi icra şöbəsinə, həm hərracı keçirmiş hərrac təşkilatına edilmiş sorğularla təsdiq edildiyini, hərrac keçirən orqanın rəsmi cavabında hər iki hərracın keçirilməsi barədə ipoteka saxlayana məlumat verildiyini qeyd etdiyini, hərrac baş tutmadıqdan sonra qanunvericiliyin tələbinə görə 1 ay müddətində ipotekanı əldə etmək səlahiyyətinin verildiyini, sorğularda ipoteka saxlayanın ipoteka qoyulana sahib çıxmadığı üçün ipotekaya xitam verildiyinin göstərildiyini, hərracın keçirilməsi barədə bildirişlərin həm hərracı sifariş edən orqana, həm ipoteka qoyana çatdırıldığı halda, banka çatdırılmamasının mümkün olmadığını, bildiriş banka çatdırılmadığı halda belə bunun 4 və yaxud 5 dəfə hərrac keçirilməsi üçün əsas olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq cavabdehlər "Külək” MMC-nin, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin, "xxxx" MMCnin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-43, 48; Mülki Məcəllənin 269-323-1, 414-416, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişləri, kredit və ipoteka müqavilələri (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İlk növbədə iddia tələbinin hər bir cavabdehə qarşı olmasına dair mülki prosessual qanunvericiliyə uyğun verilməsi diqqətə çatdırılmalıdır. Hazırki tələb üzrə ümumiyyətlə kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən hüquqi şəxslərin cavabdehlik daşıması və hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olması təsnif edilməmiş, bunlara aydınlıq gətirilməmiş və apellyasiya baxışı hədləri daxilində tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünsüzlüyü prosessual qeyri-müəyyənliklə müşayyət edilən halların müzakirəsini istisna etmişdir. Hərracın nəticələrinə istinadən verilən iddia üzrə işin baxılması zamanı hərraclar və onların nəticələri barədə cavabdehin məlumatlı olmaması və məlumatlı olmasının sübuta yetirilməməsi səbəbi ilə mübahisələndirilən qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, kasassiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq üçüncü şəxslərə göndərilən sorğular cavabdehə məlumatların verilməsini və onun iştirakının təmin edilməsi üçün görülmüş tədbirləri təsdiq etməmişdir. Qeyd edilməlidir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinin ipotekaya xitam verilməsi İpoteka haqqında Qanunun 43.8-ci maddəsi, ipotekasaxlayanın iştirakını və hərəkətlərini müəyyən edən ondan qabaqki müddəaların kontekstində nəzərdən keçirilməlidir. Ona görə ipoteka predmeti üzrə keçirilən hərrac üzrə tərəflərin, ələlxüsus tələbkarın iştirak etməməsi icra hərəkətlərinin mahiyyətinə ziddir və ondan irəli gələn hərəkətlərə istinad edilən maddənin dispozitiv şərtinə uyğun təfsir edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli və iddia rədd (birinci instansiya məhkəməsinin qətnaməsi ləğv) edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-605/2021 saylı işi üzrə 08.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, "xxxx" MMC-yə, Cavabdeh3nə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2687/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2687/2022
25.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver