Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2690/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(005)-1556/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş "VAZ 21041” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını satışından əldə olunan vəsaitin 1/2 hissəsinin, yəni 4 150 manat məbləğində pul vəsaitinin və "Hyundai Azera” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan vəsaitin ½ hissəsinin, yəni 16 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 20650 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X1 5.900 (beş min doqquz yüz) manat məbləğində təhsil haqqı borcu, gecikdirilmiş 647 (altı yüz qırx yeddi) gün üçün 530,41 (beş yüz otuz manat qırx bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “X6” Tam Orta Ümumtəhsil Məktəbi Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(103)- 3719/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1556/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək, “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 26000 manat müəyyən edilərək və Cavabdeh “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısı, yəni 13000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin 150 manat İddiaçı, 150 manatı isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(102)-51/2022 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3719/2021 saylı iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 26000 manat müəyyən edilməsi və Cavabdeh “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının, yəni 13000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək bildirdi ki, Cavabdeh ona 4000 manat məbləğində pul verir və o, bunun müqabilində Cavabdeh qarşı birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına əldə edilmiş “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunan pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi tələbindən imtina edir və xahiş edir ki, həmin hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, o, həqiqətən iddiaçı ilə razılaşmış, ona 4000 manat pul vermişdir. Xahiş etdi ki, “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hissədə iş üzrə icraata xitam verilsin. Məhkəmə kollegiyası tərəfləri dinləyib, ərizəni və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının mübahisələndirilən hissədə iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(005)-615/2021 saylı qətnaməsi həmin hissədə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən hissədə iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli və qətnamə həmin hissədə ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 400, 402-403, 405.0.2, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı mübahisələndirilən hissədə iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(005)-1556/2020 saylı qətnaməsi mübahisələndirilən- “Hyundai Azera” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı iddianın qismən təmin edilən və rədd edilən hissələrində ləəğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-2690/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2690/2022
16.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver