Məhkəmə qərarları › İş №2(103)-2715/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2715/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2715/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 31 nömrəli evdə yerləşən və ona məxsus olan qızılzinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) qaytarılması və ya onların dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 31 nömrəli evdə yerləşən və ona məxsus olan cehiz əmlakının və qızıl-zinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) qaytarılması və ya onların dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 31 nömrəli evdə yerləşən cehiz əmlakının və qızılzinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi, 31 nömrəli evdə yerləşən cehiz əmlakının və qızılzinət əşyalarının (1 ədəd 583 əyarlı, 7 qram çəkidə nişan üzüyü, 1 ədəd 583 əyarlı, 5 qram çəkidə qara qaşlı üzük, 1 ədəd 583 əyarlı, 15 qram çəkidə komplekt, 2 ədəd 583 əyarlı, 24 qram və 7 qram çəkidə boyunbağı, 1 ədəd 750 əyarlı, 6 qram çəkidə boyunbağı, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə kulon, 1 ədəd 585 əyarlı, 6 qram çəkidə sırğa, 2 ədəd 583 əyarlı, 5 qram və 6 qram çəkidə sırğa, 1 ədəd 750 əyarlı, 14 qram çəkidə briliant kompekt, 1 ədəd 583 əyarlı, 21 qram çəkidə qara qaş komplekt, 1 ədəd 583 əyarlı, 4 qram çəkidə biləzik) istifadəsi və özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin tam rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddianın təmini tədbiri barədə ərizənin tam rədd edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olduğundan, eləcə də qeyd edilən əmlakların istifadəsi və özgəninkiləşdirilməsi ehtimalı olduğundan, həmin əmlakların özgəninkiləşdirilməsi və istifadəsi cavabdehə və digər şəxslərə qadağan olunmalıdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6579/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar