Məhkəmə qərarları › İş №2(103)-2716/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2716/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2716/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, 11 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, himayədə olduğu Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 saylı qətnaməsi əsasında cavabdeh ilə aralarında mövcud olmuş xx.xx.2000-ci il tarixli 637 nömrəli nikah qeydi pozulmuşdur. Məhkəmə qətnaməsi əsasında birgə nikahdan xx.xx.2002-ci il tarixdə doğulmuş X6 onun yanında, xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında saxlanması qət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)- 1216/2020 saylı qətnaməsi əsasında xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (əmək haqqının) dörddə bir hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. 2018-2019-cu illər dövründə cavabdeh ilə aralarında baş vermiş məhkəmə çəkişməsi və məhkəmədən kənar formada baş vermiş ciddi problemlər nəticəsində şəkər xəstəliyi şiddətlənmiş, Talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün, işlədiyi sahədə hərbi vəzifəni yerinə yetirə bilmədiyi üçün müvafiq qaydada istefaya göndərilmişdir. Artıq daimi iş yeri yoxdur və sabit məbləğdə əmək haqqı almır. Belə ki, o, xx.xx.1995-ci ildən etibarən AR Milli Qvardiyada müddətli hərbi xidmətə başlamışdır. xx xxxxx 1998-ci ildən etibarən AR Ali Dövlət Hakimiyyəti və İdarəetmə orqanlarının Baş Mühafizə İdarəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, 11 dekabr 2020ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ədalətsiz və əsassız hesab edir. Məhkəmə qanunvericiliyin normasından irəli gələn halları düzgün qiymətləndirmək üçün işin faktiki halları qətnamə çıxaran məhkəmə tərəfindən ətraflı araşdırılmalıdır. Sübutlar düzgün qiymətləndirilmədiyi səbəbindən məhkəmə tərtib edilməli olmayan hüquq normalarını tətbiq etməklə əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, aşağıdakı qanuni və hüquqi əsaslara görə Məhkəmənin qətnaməsi ədalətli deyildir. Alimentin tutulması ilə əlaqədar AM-nin 78.1-ci maddəsində ... tərəflərdən birinin ... marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallar müddəası nəzərə alınmamışdır. Hansı ki, bu halda, Məhkəmə bu normaya istinad edərək iddianı təmin edə bilərdi. Digər tərəfdən AMnin 112.1-ci maddəsinə əsasən ... alimenti ödəməli olan şəxsin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla qərar qəbul edə bildiyi halda, bu norma nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, o, daimi çalışdığı hərbi xidmətdən istefaya göndərilmiş, əvvəlki əmək haqqını almır, sağlamlıq vəziyyətində kəskin problemlər olduğundan iş yerini itirmiş, xəstəliyi ilə əlaqədar özünün saxlanılması (yaşamaq üçün müalicə məqsədləri ilə zəruri xərclər və s.) üçün minimum tələbatlarını ödəməsi və birgə nikahdan olan oğlan övladının onun himayəsində olmaqla, ödənişli əsaslarla universitetdə əyani təhsil aldığı üçün, bu təhsil xərclərin və digər xərclərin onun tərəfindən ödənilməsi və işin digər halları yuxarıda istinad olunan hüquqi mövqeyin təsiri altına düşür. Hesab edirəm qeyd olunanlara əsasən, eyni zamanda sabit pul məbləğində ödəniş həm ədalətli, həm də qanunidir. Pensiyaya münasibətdə tutmanın həyata keçirilməsi vətəndaşın müalicə xərclərin qarşılaya bilməməsi səbəbindən, onun sağlamlıq durumu və yaşamaq, habelə mövcudluğun təhlükə altına düşmək ehtimalı artır. Bu yolverilməz hesab edilməlidir. Qeyd olunan əsaslara görə qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmalıdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz vermiş və etirazda apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunmalıdır. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, ******* №li əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildən etibarən Milli Qvardiyada müddətli hərbi xidmətə başlamış, xx xxxxx 1998-ci ildən etibarən Ali Dövlət Hakimiyyəti və İdarəetmə orqanlarının Baş Mühafizə İdarəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmuş və xx xxxxx 2020-ci il tarixdə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. İş materiallarında olan, xx xxxx 2020-ci il tarixli 382 №li xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab olunmuşdur. İş materiallarında olan, Bakı şəhərti Nizami Rayon Məhkəməsinin 2(007)-226/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması, birgə nikahdan xx.xx.2002-ci il tarixdə doğulmuş X4 İddiaçı yanında, xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 anası Cavabdeh yanında saxlanması, İddiaçı xx xxxx 2017-ci il tarixdən başlayaraq xx xxxx 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınıb, Məhərrəmova (Xələfova) Aynur Səhhət qızına, X1 xx xxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2002-ci il təvəllüldü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154.0 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-1216/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh qarşı “xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu X5 Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında təhsil alıb qurtaranədək hər tədris ili üçün akademiyaya ödənilməli olan 2.500 manat təhsil haqqının 1/4 hissəsini təşkil edən 1.250 manat pul vəsaiti və X5 akademiyada təhsilini bitirənədək hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Belə ki, İddiaçı apelyasiya şikayətində məhkəmə tərəfindən onun xəstəliyi ilə əlaqədar hərbi xidmətdən tərxis olunduğu və əvvəlki əmək haqqını almadığı, xəstəliyi ilə əlaqədar özünün saxlanılması (yaşamaq üçün müalicə məqsədləri ilə zəruri xərclər və s.) üçün minimum tələbatlarını ödəməsini və birgə nikahdan olan oğlan övladının onun himayəsində olmaqla, ödənişli əsaslarla universitetdə təhsil aldığı üçün, təhsil xərclərin və digər xərclərin onun tərəfindən ödənilməsi, başqa gəlirlərinin olub-olmaması və s. diqqətəlayiq halların araşdırılmamasını, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3426/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar