Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Eduardoviçin etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Eduardoviç Cavabdeh qarşı “alimentə dair hesabat verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25 iyun 2011ci il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün İddiaçı Eduardoviç tərəfindən 09 avqust 2020-ci il tarixdən bu günə qədər ödənilmiş 12.000 (on iki min) manat aliment məbləğinə dair iddiaçıya yazılı şəkildə əsaslandırılmış hesabat verilməsi vəzifəsinin, 25 iyun 2011-ci il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X2 saxlanılmaları üçün İddiaçı Eduardoviç tərəfindən ödənilən 2000 (iki min) manat aliment məbləğinə dair hər ay iddiaçıya yazılı şəkildə və müvafiq sübutlarla (aliment məbləğinin xərclənməsinə dair sənədlər təqdim edilməklə) əsaslandırılmış hesabat verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İddiaçı Eduardoviç tərəfindən Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin 25 iyun 2011ci il təvəllüdlü X5 və 17 iyul 2014-cü il təvəllüdlü X2 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Eduardoviç tərəfindən Cavabdeh ödənilən alimentin məbləğinin 50 (əlli) %-nin 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsinə dair iddia tələbinin təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən bəzi prosessual və maddi hüquq normalarını pozmuş və iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aiiment tutulması tələbinə dair işiərə baxılarkən qanunvericiliyin məhkəməiər tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarında göstərilən halların heç birini araşdırmamış, uşaqların həyat səviyyəsini, ödənişli, yaxud ödənişsiz təhsil müəssisələrində oxumalarını, necə qidalanmalarını, onların tərbiyəsinə, təhsilinə və saxlanmasına sərf edilən məbləği, ödənilən aliment məbləğinin cavabdeh tərəfindən tam şəkildə uşaqlara sərf edilib-ediiməməsini aydınlaşdırmamışdır. Cavabdeh Bankda olan hesabına 10.000 manat məbləğində aliment vəsaiti köçürülmüşdür. 21 dekabr 2020-ci il tarixə cavabdehin hesabında 3882,59 manat pul vəsaiti qalmışdır. İddiaçının qızlarının həyat şəraiti nəzərə aiınarsa bu vəsait kifayət qədər böyük vəsaitdir. İş materiallarından da göründüyü kimi iddiaçı hər uşağa görə 1000 manat, ümumilikdə 2000 manat aliment ödəyir. Bu məbləğ isə yaşayış minimumundan 6 (altı) dəfə artıqdır. Cavabdeh məhkəməyə imzasız cədvəl təqdim etsə də, həmin cədvəldə əks edilmiş rəqəmləri - xərcləri təsdiq edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin özünün də işlədiyini, 1500 manat əmək haqqı aldığını və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu nəzərə alsaq hesab edirik ki, iddiaçı tərəfindən ödənilən aiment məbləği yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edilir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Eduardoviç və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində, iddia ərizəsində, iddia predmetinin dəqiqlışdirilməsinə dair ərisəsində göstərdiklərinə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış erərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh vəkili X6 İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2535/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulması, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X7 Andreyeviçin, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 7 iyul 2014-cü il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X7 Andreyeviçin, 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir.(İ.vər. 7 - 13) İş materiallarında olan, xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 4000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat aliment ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Cavabdeh Eksklüziv Əmlakla kirayə müqaviləsi bağlamış, aylıq 900 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 36) Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, uşaqların ehtiyaclarını, onlar üçün xərclənən pul vəsaitlərini, təhsilini, uşaqların maraqlarını nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsi uşaqların yaşayış səviyyəsinin əvvəlki səviyyədə saxlanılmasına mane ola bilər. Buna görə də iddiaçının Cavabdeh ödənilən aliment məbləğinin 50 (əlli) %-nin 25 iyun 2011-ci il təvəllüdlü X3 və 17 iyul 2014-cü il təvəllüdlü X2 adına (hər birinə bərabər hissə olmaqla) açılan bank hesablarına köçürülməsinə dair iddia tələbi rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflərin münasibətinin gərgin olduğu videomüşahidə ilə keçirilən məhkəmə iclaslarından göründüyündən və iddiaçı tərəf aliment məbləğinin yaşayış minimumundan 6 dəfə artıq olmasına, sübut kimi hesabdan çıxarışa əsaslanmasına, cavabdeh tərəfdən xərclərə dair mötəbər sübut tələb etməsinə baxmayaraq, məhkəmə hər bir halda uşaqların üstün mənafeyini, əvvəlki yaşayış şəraitini nəzərə almalı iddianı rədd etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən: 75.1. Valideyinlər uşaqlarını saxlamağa borcludurlar; 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Uşaq hüquqları haqqında” 1998-ci il 19 may tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Həmin Qərarın 8.9 bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Qeyd olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların mənafeini nəzərə alaraq gəldiyi nəticə əsaslı olmuş, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində qeyd etdiyi dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə kollegiyası həmin dəlillərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1366/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-273/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-273/2022
19.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver