Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2732/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və cavabdeh X1 nümayəndəsi vəkil Vəkil1 iştirakları ilə, iddiaçı oğlunun cavabdehlər X3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə və 4 Saylı "ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı bağışlama müqaviləsinin və çıxarışın ləğv olunması tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2660/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh X4 arasında Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi bina 4, 2524 məhəllə, 19 nömrəli mənzilə dair xx xxxxxxxx 2019-cu il tarixli 4Ə- 1365 nömrə ilə bağlanmış bağışlama müqaviləsinin və onun hüquqi nəticəsi olan X1 adına dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, mənzilin ilkin hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı Bakı şəhəri,Nizami rayonu,Şərifli küçəsindəki 2524-cü məhəllədə 5 saylı evin 19 saylı mənzili müqaviləyə əsasən İddiaçı tərəfindən alınıb və mənzilin dəyəri xx.xx.2011-ci il tarixdə tam olaraq, 71592,00 manat məbləğində ödənilməsinə dair GARANT MTK-dan verilmiş xx.xx.2020-ci il tarixli 02 saylı arayış (səh.8), Bakı şəhəri,Nizami rayonu,Şərifli küçəsindəki 2524-cü məhəllədə 5 saylı evin 19 saylı mənzili İddiaçı adına tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçməsi haqqında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş çıxarış (səh.26), İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2524-cü məhəllədə 5 saylı evin 19 saylı mənzili X3 bağışlamasına dair İddiaçı ilə X4 arasında 4 Saylı "ASAN Xidmət”Mərkəzinin notariat ofisində bağlanmış xx xxxxxxxx 2019cu il tarixli bağışlama müqaviləsi (səh.24), Bakı şəhəri,Nizami rayonu,Şərifli küçəsindəki 2524-cü məhəllədə 5 saylı evin 19 saylı mənzili hal-hazırda X1 mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli məktubu (səh.90) tərəflər arasında xx xxxxxxx 2011-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş hər iki uşaqın ananın himayəsinə verilməsi və aliment tutulmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (səh.11) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1;Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 673.1, 673.1.2, 673.1.3, 673.2, 673.2.2, 673.2.1, 673.2.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında rəsmi nikah xx xxxxxxx 2011-ci il tarixdə bağlanmış,onların birgə nikahindan iki övladları doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-394/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə X1 İddiaçı qarşı nikahın pozulması,uşağın ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin olunmuş,tərəflər arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli nikah pozulmuş,birgə nikahdan doğulmuş hər iki uşaq ananın himayəsinə verilmiş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı X1 xeyrinə hər ay sabit məbləğdə hər uşağa görə 150 manat,cəmi 300 manat aliment tutulması qət edilmişdir. İddiaçı GARANT MTK tərəfindən inşa edilmiş Bakı şəhəri,Nizami rayonu,Şərifli küçəsindəki 2524-cü məhəllədə 5 saylı evin 19 saylı mənzilin dəyərini xx.xx.2011-ci il tarixdə tam olaraq,71592,00 manat məbləğində ödəməklə əldə etmiş,onun həmin mənzilə mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmiş,xx xxxxxxxx 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı həmin mənzilini öz həyat yoldaşına,hazırkı iş üzrə cavabdeh X3 bağışlamışdır.Hazırda nənzil sonuncunun mülkiyyətindədir. Halhazırda iddiaçı bağışlama müqaviləsinin və Nümayəndə2nın adına verilmiş çıxarışın ləğv olunmasını,mənzilin əvvəlki vəziyyətə qaytarımasını tələb edir. Bunu onunla əsaslandırmışdır ki, cavabdehlə ülvi duyğular əsasında ailə qurarkən onunla bir ömür boyu həyat sürməyi düşündüyündən ailənin dağılmaması və qorunub saxlanması üçün uşaqlarını gözünün qabağına gətirib, Bakı şəhəri,Nizami rayonu,Şərifli küçəsindəki 2524cü məhəllədə 5 saylı evin 19 saylı mənzili xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh X3 bağışlamışdır.Ailə dəyərini mənzildən üstün tutaraq mənzilin kimin adına olmasının əhəmiyyətsiz olmasını düşünmüşdür.Ancaq bağışlamanın növbəti günü X1 ona qarşı olan münasibəti kəskin şəkildə dəyişmiş və üstündən 1 ay keçmiş nikahın pozulması barədə iddia qaldırmışdır. X4 onunla ailə münasibətlərini davam etdirməyi arzulamadığından ona bir arvad kimi qayğı və qulluq göstərmək niyyətində olmadığından bağışlamadan imtina etmək qərarına gəlmişdir maddi hüquq normalarının məzmunundan görünür ki,bağışlamadan imtina üçün qanunvericilikdə 7 konkret hal nəzərdə tutulmuşdur. İddiaçının öz iddia ərizəsində sadaladığı və məhkəmə iclasında göstərdiyi hallar qanunla müəyyən edilmiş və yaxarıda göstərilən 7 haldan heç birinə uyğun gəlmir. Hədiyyə alanın nikahın pozulması üçün məhkəmədə iddia qaldırması ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması kimi qiymətləndirilə bilməz . İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Ailə Məcəlləsinin 3.0.2, 6.2, 29.4; Mülki Məcəllənin 421.2, 425.1, 673.1.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 , 88, 217.3, 217.4, 335.1.1, 389, 335.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxan hakim iddianın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdr. İlk öncə qeyd edilməlidir ki, nikahın pozulması ailə bağlarının qırılması, uşaqların valideynlərdən, valideynin isə uşaqlardan ayrılması deməkdir. Bunun səbəbkarı isə cavabden Mina Məmmədova olmuşdur. cavabdeh Mina Məmmədova ilə 2011-ci ildən ailə qurub bir yerdə yaşayırlar. Birgə nikahdan iki övladı olmuşdur. 2019-cu ilin sentyabr ayının 22-də nikahdan əvvəl əldə edilmiş mənzilini arvadı (iş üzrə cavabdeh) Mina Məmmədovaya bağışlamışdır. Cavabdeh Mina Məmmədova həmin evə çıxarış aldıqdan dərhal sonra iddiaçı ilə birgə yaşamaq istəmədiyini bildirərək nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Nəticədə məhkəmə qaydasında boşanmışlar. Təbii ki, hər bir ailədə münasibətlərin kəskinləşməsi və söz söhbət olur. Ancaq hazırki işdə cavabdeh Mina Məmmədova mübahisəli mənzil ona bağışlanandan və çıxarış aldıqdan dərhal sonra İddiaçı boşanmaq qərarına gəlmişdir. Yəni, cavabdehin məqsədi məhz mənzilin ələ keçirilməsi və İddiaçı mülkünün ələ keçirərək ondan uzaqlaşmaq olmuşdur. Əgər cavabdeh Mina Məmmədova İddiaçı ayrılmaq niyyətinə düşmüşdürsə nəyə görə bağışlama baş tutandan dərhal sonra ayrılmışdır? Çünki cavabdeh Mina Məmmədovanın məqsədi məhz mənzili ələ keçirmək olmuş və o, İddiaçı ayrılmağı qabaqcadan planlaşdırmışdır. Belə olduğu halda isə bu iddiaçıya həm qanun baxımından və həm də ədalət baxımından bağışlamadan imtina üçün əsas verir. İddiaçı nikahdan əvvəl əldə edilmiş mənzilini cavabdehə bağışlayıb ki, ailə bağları möhkəmləndirilsin, birgə və xoşbəxt yaşayaraq uşaqların tərbiyyəsində iştirak edərək onları böyütsünlər. Cavabdeh isə nə İddiaçı, nə də ki, övladlarını düşünərək ailəni planlı şəkildə, maddi maraq güdərək dağıtmışdır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Lakin bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir Belə ki, ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Nəzərə alınmalıdır ki, “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr” dedikdə ilk növbədə aliment öhdəlikləri yada düşür. Lakin ailə hüquq münasibətlərində aliment (bir- birini saxlamaq üçün vəsait ödənilməsi) öhdəliyindən az əhəmiyyəti olmayan ailə üzvünə qayğı göstərmək və hörmətlə yanaşmaq öhdəliyi var. Ailəni qarşılıqlı hörmət və qayğı elementindən kənar təsəvvür etmək mümkün deyil. Məhz ailə üzvlərinin bir-birinə qayğı və hörmət etməsi insan cəmiyyəti yaranan qədim dövrdən indiyə qədər ailəni cəmiyyətin əsası olaraq ailəvi sosial birlik forması kimi yaşatmışdır. Bu xüsusiyyətlər xüsusilə Azərbaycan ailəsi üçün xas olan ali dəyərlərdir. Lakin cavabdehin iddiaçıya qayğı ilə yanaşması sübut olunmur Cavabdehin qərəzli şəkildə atdığı addımlar (boşanma) nəticəsində İddiaçı ailədə yaşamaq, uşaqlarının tərbiyyəsində və təhsilində iştirak etmək (iddiaçı uşaqlarla görüşməyə imkan vermir və bununla bağlı məhkəmə çəkişməsi var, uşaqların ölkədən kənara aparması barədə iddia qaldırmışdır) imkanından məhrum edilmişdir. Bundan başqa Mina Məmmədova məhkəmə qaydasında İddiaçı aliment tələb etmiş və qətnamə icraya yönəlmişdir. Təsəvvür edin hörmətli kollegiya iddiaçı nələr keçirir? İddiaçı öz əmlakını həyat yoldaşına bağışlayır və sonuncu heç bir əsas olmadan dərhal ondan ayrılır, nəticədə iddiaçıya həm mənəvi və həm də maddi zərər vurur. İddiaçı özünü aldanmış hesab edir. Bağışlamadan imtina üçün bundan ciddi əsas ola bilərmi?. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkməəsinin Mülki Məcəllənin 673-cü maddəsinə istinad etməsinin əsassız olduğunu, bağışlama müqaviləsi bağlanmamışdan əvvəl tərəflər arasında münasibətlərin normal olduğunu, bağışlamanın məqsədinin ailədə etibarın möhkəmləndirilməsi olduğunu, müqavilədən sonra cavabdehin boşanmaq qərarına gəldiyini, lakin boşanmaq üçün heç bir səbəbin olmadığını, hal-hazırda bağışlama müqaviləsindən imtina etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi vəkil Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas olmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən 3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi və 4 Saylı "ASAN Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndələrinin iştirakları olmadan mülki işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 666-674; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı və sonradan nikahın pozulması müqavilənin ləğvinə əsas vermir Mülki məcəllənin 666.1-ci maddəsinə görə: Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 673.1.2 və 673.3-cü maddələrinə əsasən: hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər; İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. İddiaçı «ailə hüquq münasibətlərində aliment (bir-birini saxlamaq üçün vəsait ödənilməsi) öhdəliyindən az əhəmiyyəti olmayan ailə üzvünə qayğı göstərmək və hörmətlə yanaşmaq öhdəliyi» əsasını irəli sürərək şikayətini ailə hüquq münasibətlərinə aid nəzəri baxışları ilə əsaslandırmağa cəhd etmiş, bağışlamadan imtina (proseduruna riayyət) etmədən bu əsasla müqavilənin ləğvi tələbin irəli sürmüşdür. Qeyd edilməlidir ki, nigahın pozulması və uşaqların anada saxlanılması ər-arvad arasında ailə hüquqmünasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi anlamını məhdudlaşdırır. İddiaçının (nümayəndəsinin) də qeyd etdiyi kimi bağışlamadan öncə ailə münasibətlərində pozuntu baş verməmiş və bağışlama nigahın pozulmaması ilə şərtləndirilməmişdir. Ona görə, cavabdeh (şəxsi həyatına mənsub hüquqlar müstəvisində) nikahının pozulmasında azad olmuş, iddiaçı isə məhz nikahın pozulmasına istinad edərək cavabdeh tərəfindən ailə münasibətlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə əsaslanmış, lakin nikah pozulduğu halda və ya bundan öncə cavabdehin daşıyıcısı olduğu hansı vəzifələrinin yerinə yetirilməməsini belə müzakirəyə təqdim etməmiş və bu halları sübuta yetirə bilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2660/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2732/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2732/2021
01.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver