Məhkəmə qərarları › İş №2(103)-2735/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2735/2023

04.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2735/2023 04.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi ilə, İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Mx oğlunun katibliyi ilə İddiaçı Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(005)-332/2023 nömrəli qətnaməsindən Ərizəçi MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi MMC (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra Şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 21 saylı Notariat Ofisinin 8İ-6071 saylı, xx.xx.2022-ci il tarixli, 8İ-6072 saylı, xx.xx.2022-ci il tarixli və 8İ-6073 saylı, xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(005)- 332/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən Ərizəçi MMC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və şikayətdən imtinanı qəbul edərək apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və mülki işin apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcələnin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(005)-332/2023 nömrəli qətnaməsindən Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətindən imtina qəbul edilsin. Ərizəçi MMC-nin (Bakı şəhəri 21 saylı Notariat Ofisi, Sabunçu rayon İcra şöbəsi, Binəqədi rayon İcra şöbəsi və Maraqlı şəxs4 ASC maraqlı şəxs qismində cəlb edilməklə) “icra qeydlərinin ləğv edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar