Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2738/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X17 iştirakı ilə İddiaçı cavabdehlər "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X32 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-564/2*24 nömrəli, 16 fevral 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən *9 sentyabr 2*21-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 2*4*93 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 1* avqust 2*21-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Ölümün səbəbi uğursuz və ya çətin intubasiya qeyd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla *1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, X1* cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilməsi hökm edilmişdir. Lənkəran rayonu, Girdəni kənd icra nümayəndəliyi tərəfindən *7 iyul 2*21-ci il tarixdə verilmiş AZ-T seriyalı 173*67 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.198*-cı ildə Lənkəran şəhərində doğulmuşdur. Onun atası X15, anası X11r. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2*23-cü il tarixli arayışdan görünür ki, X6 *2.11.1956-cı ildə Lənkəran rayonu, Havzava kəndində anadan olmuşdur. Onun atası X15, anası X22r. Hazırda İddiaçı X1* işlədiyi və iddiaçının bacısının öldüyü xəstəxanaya qarşı iddia qaldıraraq mənəvi zərərə görə kompensasiya tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X32 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” X37 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən onun xeyrinə 4*.*** (qırx min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 21* manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, dünyada ona ən əziz olan qohumlarından biri olan bacısını itirmişdir. Ata və anası uzun illər öncə vəfat etmişlər. Yaşca ondan böyük olan bacısı ona həm ana, həm də ata olmuşdur. X33 ilə ailə həyatı qurmuş, yeznəsi Nəsiət Xəlilov 1998-ci ildə vəfat etmişdir. 1999-cu ildən etibarən bacısı Rəxşəndə ünvan 1 ünvanında yaşamaqla Sumqayıt şəhər, Təmizlik Departamentində işləmişdir. 19.*7.2*21-ci il tarixdə saat 19 radələrində bacısı ona zəng edərək Sumqayıt şəhər, 1*-cu mikrorayon ərazisində yolun kənarında dayandığı zaman onu maşın vurduğunu və tez xəstəxanaya gəlməsini xahiş etmişdir. O, təxminən 2 saat ərzində Sumqayıt Təcili tibbi yardım xəstəxanasına getmişdir. 1* avqust 2*21-ci il tarixdə o evdə olarkən həyat yoldaşı Gülnarə ona zəng edərək Rəxşəndənin vəziyyətinin ağır olduğunu bildirmişdi. O, dərhal Sumqayıt TTYX-na gətmiş və bacısının reanimasiya şöbəsində vəfat etdiyini bildirmişdir. Sonra bacısını aparıb Lənkəran şəhərində dəfn etmişdirlər. Onun bacısı həkim səhlənkarlığının qurbanı olmuşdur. Bu kimi həkim məsuliyyətsizliyi haqqında Azərbaycanda kifayət qədər faktlar var. Bu işdə həkimdən çox həkimin işlədiyi qurumun rəhbərliyinin səhlənkarlığı öndədir. Onlar işlərini düzgün qursalar onun bacısı və bacısı kimilər belə bədbəxt hadisələrin qurbanı olmazlar. Bacısının ölümü onu əməlli-başlı sarsmış, həmin an keçirdiyi mənəvi sarsıntı və iztirabları yalnız onun kimi doğma bacısını faciəvi itirən şəxs bilər. Bacısı həkim səhlənkarlığının növbəti qurbanlarından biri olmuşdu. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)-348/2*22 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Bütün bunlardan aydın olur ki, təqsirləndirilən şəxs-X21 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Onun bacısının ölümünə səbəb olması bu hökmlə tam sübuta yetirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 24.*6.2*22-ci il tarixli, 1(*6*)- 348/2*22 saylı hökmünə əsasən X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 (on beş) faizi məbləğində pul tutmaqla 1 (bir) il müddətdə islah işləri cəzasına məhkum edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin 21 fevral 2*23-cü il tarixli hökmü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, məhkum olunan şəxs X21 hadisəni törədərkən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim anestezioloqreanimatoloqu işləmişdir. Göründüyü kimi onun bacısının vəfatına səbəb “Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası” publik hüququ şəxsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona bacısının ölümü ilə bağlı dözülməz mənəvi zərər dəymişdir. Bacısı onun üçün çox əziz və dəyərli idi. Onun əvvəllər də zehni xəstəlikdən əziyyət çəkməsi və belə vəziyyətdə bu cür faciəvi şəkildə bir həkimin ehtiyatsızlığı ucbatından əziyyət çəkərək həyatdan köçməsi yadına düşdükcə ona izahı mümkün olmayan bir əzab verir. Heç kimə zərəri dəyməyən, ürəyitəmiz bacısının ölümü ürəklərinə dağ çəkir. Baş vermiş cinayət hadisəsi nəticəsində bacısının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 4*.*** (qırx min) manat məbləğində pul cavabdehlər-Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası” X37 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müştərək qaydada alınaraq ona ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-564/2*24 nömrəli, 16 fevral 2*24cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X16 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxslə barışması, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən hüquqi qiymət verilməli məsələdir. Məlumdur ki, cinayət mühakimə icraatı çərçivəsində zərəçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi cəzanı yüngülləşdirən hallardan biridir. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəməyə zərərçəkən şəxsin belə bir bəyanı ədalət mühakiməsini düzgün həyata keçirilməsinə təsir edən amildir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cinayət mühakimə icraatının hər bir iştirakçısı öz hüquqlarını və vəzifələrini vicdanla yerinə yetirməli, öz hərəkətlərinin məsuliyyətini dərk etməli, yaratdığı nəticələri qəbul etməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki halda cavabdeh xəstəxanadan iddiaçının xeyrinə mənəvi zərərlə bağlı pul tutulacağı təqdirdə xəstəxananın subroqasiya qaydasında həmin məbləği X9 tutmaq hüququ yaranacaq. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X16 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərkən gələcəkdə müvafiq xəstəxanaya qarşı mənəvi zərərlə bağlı tələbinin olacağına dair də hər hansı bir qeyd şərt göstərməmişdir.Bu baxımdan məhkəmə hesab etmişdir ki, cinayət prosesində zərərçəkən şəxsin hüquqi varisinin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi qiymətləndirilməlidir. Bu halda, zərərçəkmiş həmin vaxtdan sonra yaranmış zərərlə bağlı tələb irəli sürmək hüququna malikdir. İddiaçı dəymiş ziyanın tam ödənilməsini tələb etmək hüququnu özündə saxlaması barədə qeyd-şərt göstərməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)- 348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmünün qanuni qüvvəyə mindikdən sonra ona vurulmuş zərərin nədən ibarət olduğu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1*96.1, 1*96.2, 1*97-ci maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2*11-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-nin 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi işin mübahisəsiz haldır. Belə ki, mərhumun vəfat etməsi ilə iddiaçıya mənəvi zərər dəymişdir. Bu iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var və hazırki işdə preyedesual əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsinin mənəvi zərərə münasibətdə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, məhkəmənin nəzərə almalı olduğu əsas məqam odur ki, bu vəziyyət təkcə bir həkimin səhvi ilə bağı deyil, bacısının itkisi xəstəxana rəhbərliyinin davamlı səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində də baş verib. Hazırki işdə də cavabdeh məhz hüquqi şəxs olan xəstəxanadır. Məhkəmənin yalnız həkimin təqsirinə diqqətini yönəltməsi ədalət mühakiməsinin səthi həyata keçirilməsi deməkdir. Həkimin işlədiyi qurum və rəhbərlik öz işlərini düzgün qursalar, mərhum bacısı və bacısı kimilər belə bədbəxt hadisələrin qurbanı olmazlar. Həkimin onsuz da cəzasını çəkəcəyini nəzərə alaraq, onunla barışmış və onun ailə vəziyyətini nəzərə alaraq ən azından ona yüngül cəza təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Eyni zamanda xəstəxana rəhbərliyinin ümumi məsuliyyətini vurğulamışdır. Bu, həkimə öz başına bir fərd kimi deyil xəstəxana daxilində, bir sistem daxilində fəaliyyət göstərən əməkdaş kimi yanaşmaq lazım olduğunu ifadə edir. Lakin görünür ki, məhkəmənin verdiyi qiymətləndirmə bu məqamı göz ardı edir. Tələb etdiyi mənəvi ziyan tələbi xəstəxana rəhbərliyinin səhlənkarlığını, yaşadığı ağrının, əzab-əziyyətin arxasında dayanan səbəbləri ehtiva edir və məhkəmə isə onun bu haqlı tələblərini rədd etmişdir. Dəyən mənəvi ziyanı bir az da olsa yüngülləşdirmək və gələcəkdə oxşar faciələrin yaşanmaması üçün bu addımı atmışdır. Göründüyü kimi hazıki iş üzrə məhkəmənin iddianı rədd etməsi üçün əsasları yoxdur. İddiaçının cinayət mühakimə icraatı çərçivəsində verdiyi ərizə məhz təqsirləndirilən şəxsə münasibətdə hər hansı tələbi irəli sürməyi istisna edə bilər. Mənəvi zərər tələbi ilə bağlı işdə isə tərəflər və iddia tələbinin irəli sürüldüyü cavabdeh qismindəki şəxs fərqlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə-tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1*99.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2**2-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda eyni zamanda göstərilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2*2*-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li *3 noyabr 2**8-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*97-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.*.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 4*5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla *1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, X1* cəzasının əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, X21 ehtiyatsızlıqdan X5 ölümünə səbəb olmuşdur. Belə ki, o, peşə vəzifələrini lazımi qaydada yerinə yetirməyib Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19.*9.2*12-ci il tarixli 7* nömrəli əmri ilə təsdiq edilmiş «həkimanestezioloq-reanimatoloqun nümünəvi vəzifə Təlimatı»nın 7 və 24.1-ci bəndlərinin tələblərini pozaraq 19.*7.2*21-ci il tarixdə saat 18:3*-da «sağ bazu sümüyünün yuxarı 1/3-nin, sol qamış sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol bazu oynağının travmatik çıxığı» diaqnozu ilə işlədiyi xəstəxanaya daxil olmuş *2.11.1956-cı il təvəllüdlü X5 üzərində 1* avqust 2*21-ci il tarixdə sağ bazu başı çıxığının açıq üsulla yerinə salınması və sınığın osteosintezi cərahhiyyə əməliyyatı ilə əlaqədar aparılan intubasiya zamanı narkoz verilərkən diqqət və ehtiyatlılıq göstərməyərək endotraxeal trubkanı səhv qoyaraq dilin kökünü travmatik zədələmiş, tənəffüs yollarının qanla tutulmasının sonuncunun ölümünə səbəb olacağına lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda görməmiş və nəticəsini aradan qaldırmamış, bununla da X8 tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş aspirasion asfıksiyadan 1* avqust 2*21-ci il tarixdə saat 11:2*-də Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında ehtiyatsızlığından ölmüşdür. Həmçinin qeyd olunan hökmdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X16 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərmişdir və cinayət işinə baxan məhkəmə bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almaqla cavabdehə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş hökm ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburi olmasına birinci instansiya məhkəməsi diqqət yetirməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatına və işdə olan sübutlara əsasən həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23 1*96.1, 1*96.2, 1*99.1, 1112 və 1115-ci maddələri, MPM-nin 82.4-cü maddəsi, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarına əsaslandıraraq hesab edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində bacısının ölümü ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Belə ki, iddiaçının bacısının ölümü cavabdeh təşkilatda çalışan həkimin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri ilə əlaqədar olması qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Beləliklə, iddiaçının bacısının ölümü "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X31 çalışan həkim X1* cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi ilə əlaqədar olması qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(*6*)-348/2*22 saylı, 24.*6.2*22-ci il tarixli hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi mübahisəsizdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını müəyyən etsə də, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X16 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərməsinə və cinayət işinə baxan məhkəmənin də bu halı cəzanı yüngülləşdirən hallardan biri kimi nəzərə almasına istinad edərək hesab etmişdir ki, hazırki halda cavabdeh xəstəxanadan iddiaçının xeyrinə mənəvi zərərlə bağlı pul tutulacağı təqdirdə xəstəxananın subroqasiya qaydasında həmin məbləği X9 tutmaq hüququ yaranacaq. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi İddiaçı cinayət işinə baxılarkən həmin məhkəməyə *7.*6.2*22-ci ərizə ilə müraciət edərək, X16 qarşı heç bir şikayəti və tələbi olmadığını göstərərkən gələcəkdə müvafiq xəstəxanaya qarşı mənəvi zərərlə bağlı tələbinin olacağına dair də hər hansı bir qeyd şərt göstərməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmır. Belə ki, İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisimi kimi cinayət işinə baxılan zamanı məhkəmə müraciət edərək, məhz təqsirləndirlən şəxsə münasibətdə hər hansı şikayətinin olmamasını bildirmişdir. Hazırda isə iddia tələbi təqsirləndirilən şəxs X1* çalışdığı – hadisənin baş vediyi "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X32 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı yönəlmişdir ki, iddiaçının da hazırki cavabdehlərə qarşı tələbinin olmamasını göstərən iradə ifadəsi olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1112-ci maddəsinin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, X21 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişdir. Bu zaman tibb müəssisəsi - "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X37 tibbi yardım göstərən subyekt kimi çıxış etdiyindən, mənəvi ziyan da ondan tutulmalıdır. Göründüyü kimi, cavabdehin işçisinin təqsiri nəticəsində iddiaçının bacısının ölümü səbəbindən iddiaçı iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla mənəvi zərərin həcmi iddiada göstərilən məbləğdə deyil, 2*.*** manat məbləğində müəyyən edilməsi işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli sayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilərək, "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X27 mənəvi zərərin əvəzi olaraq 2*.*** manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə, yəni digər cavabdehə münasibətdə təmin edilməməlidir. Belə ki, «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X37 Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 2* dekabr tarixli 418 nömrəli Fərmanı ilə yaradılmışdır. Həmin fərmanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı şəhər Baş Səhiyyə İdarəsi, Gəncə şəhər Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Milli Hematologiya və Transfuziologiya Mərkəzi (X36 Gəncə bölməsi, X36 Şəki bölməsi, X36 Quba bölməsi, X36 Sumqayıt bölməsi, X36 Lənkəran bölməsi, X36 Bərdə bölməsi, X36 Şirvan bölməsi, X36 Mingəçevir bölməsi daxil olmaqla), K.Y.Fərəcova adına X3, Akademik C.M.Abdullayev adına X2, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, X4 İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına X28, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və X24 və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, X29 adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, «Tibb» qəzeti, «Azərbaycan Tibb Jurnalı», Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, X2*, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, X14 Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, X1, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*19-cu il 12 aprel tarixli 163 nömrəli «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X37n tabeliyindəki tibb müəssisələrinin Siyahısı»nın təsdiq edilməsi barədə qərarına əsasən TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda yuxarıda adları çəkilən tibb müəssisələri də vardır. Siyahıdan da məlum olduğu kimi, həmin müəssisələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyil, «Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi»nin tabeliyindədir. Göründüyü kimi, "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X37 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olmadığı üçün iddia həmin Nazirliyiə qarşı hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1*7-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun 15* manatı cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X27 tutulmalı , 6* manat pul isə iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(**6)-564/2*24 nömrəli, 16 fevral 2*24-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X27 mənəvi zərərin əvəzi olaraq 2*.*** manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15* manatı cavabdeh "Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası" X27 tutulsun, 6* manat pul iddiaçıya aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov