Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2748/2023 09.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 və başqalarına qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “əmlak tələbi barədə” iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdehlərin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Həmin işə, cavabdehlərin verdikləri apellyasiya şikayətinə baxılan zaman müəyyən edilmişdir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qaytarılmış və iddiaçının həmin qərardaddan verdiyi şikayət Rayon Məhkəməsinə daxil olmuşdur. Bunu nəzərə alan Məhkəmə hesab edir ki, Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398-ci maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, iddiaçı tərəfindən verilmiş şikayətin baxılması nəticəsində xx.xx.2023-cü il tarixli qərardadın Rayon məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması ehtimalı olduğu kimi, ləğv edilib, iddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsi ehtimalı da mövcuddur və ikinci halda hazırki işə həm cavabdehlər, hım də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılması daha düzgün olar. MPM-nin 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-nin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardad ləğv edilsin və mülki iş, İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardaddan verdiyi şikayətə baxılması və onun hazırki iş üzrə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2748/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2748/2023
09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver