Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2757/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Sərdarova (Həşimova) Elnarə Adil qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qaytarılması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı Sərdarova (Həşimova) Elnarə Adil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.199 manat dəyərində olan cehiz əşyalarının, 5.390 manat dəyərində şəxsi geyim əşyalarının, 5.500 manat dəyərində qızıl-zinət əşyalarının, cəmi 37.089 manat dəyərində əmlakın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə, Cavabdeh1 etiraf etdiyi və ona qaytarmağa hazır olduğu əmlaklardan başqa, 11.159 manat dəyərində olan cehiz əmlakların, 1.290 manat dəyərində şəxsi paltarların, 5.500 manat dəyərində qızıl-zinət əşyalarının, cəmi 17.949 manat dəyərində əmlakın, həmin əmlaklar olmadıqda isə onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona qaytarılması, birgə nikah dövründə əldə edilmiş “Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satış məbləğinin 2/3 hissəsinin Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dəyəri 700 (yeddi yüz) manat olan stol və 6 ədəd stul, dəyəri 500 (beş yüz) manat olan 1 ədəd xalça, dəyəri 150 (bir yüz əlli) manat olan taxt döşəyi, dəyəri 300 (üç yüz) manat olan taxt üst örtüyü, dəyəri 600 (altı yüz) manat olan gümüş qablar dəsti, dəyəri 200 (iki yüz) manat olan fujer dəsti, ümumi dəyəri 400 (dörd yüz) manat olan 3 dəst bagema meyvə qabları, dəyəri 300 (üç yüz) manat olan xrustal meyvə qabları, dəyəri 500 (beş yüz) manat olan fosfor çay dəsti, dəyəri 500 (beş yüz) manat xrustal çılçıraq, dəyəri 300 (üç yüz) manat olan xrustal güldan, dəyəri 200 (iki yüz) manat olan bagema dolça, dəyəri 100 (bir yüz) manat olan bagema duz qabları, dəyəri 300 (üç yüz) manat olan aş bulud qabları dəsti, dəyəri 300 (üç yüz) manat olan xrustal konfet qabları dəsti, dəyəri 100 (bir yüz) manat olan ağ verkal meyvə qabları, ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 4 ədəd xrustal konfet qabı, dəyəri 150 (bir yüz əlli) manat olan 1 ədəd xrustal güldan, dəyəri 250 (iki yüz əlli) manat olan bagema çay dəsti, dəyəri 200 (iki yüz) manat olan bagema yemək dəsti, dəyəri 100 (bir yüz) manat olan kofe dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan bakal dəsti, dəyəri 100 (bir yüz) manat olan rumka dəsti, dəyəri 250 (iki yüz əlli) manat olan dördkünc yemək dəsti, dəyəri 200 (iki yüz) manat olan versace çay fincan dəsti, ümumi dəyəri 30 (otuz) manat olan 1 ədəd çaynik, dəyəri 50 (əlli) manat olan razetka qabları, dəyəri 150 (bir yüz əlli) manat olan ağ-qara işləməli süfrə, dəyəri 200 (iki yüz) manat olan əl-üz dəsmallar dəsti, dəyəri 150 (bir yüz əlli) manat olan çay dəsmalları dəsti, dəyəri 80 (səksən) manat olan masaj aparatı, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd paltar ütüsü, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd tozsoran, dəyəri 150 (bir yüz əlli) manat olan 1 ədəd ətçəkən, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd elektrik samovar, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd sokçəkən aparatı, dəyəri 100 (bir yüz) manat olan 1 ədəd blender, dəyəri 1.000 (bir min) manat olan paltaryuyan maşın, dəyəri 50 (əlli) manat olan mikser, dəyəri 1.000 (bir min) manat olan Beko markalı soyuducu, dəyəri 200 (iki yüz) manat olan florlu qızdırcı-kalonka, dəyəri 200 (iki yüz) manat olan qaz plitəsi, dəyəri 40 (qırx) manat olan qab yuyan yeri, dəyəri 200 (iki yüz) manat olan qazan dəsti, dəyəri 300 (üç yüz) manat olan qapılı paltar dolabı, dəyəri 200 (iki yüz) manat olan yataq otağı pərdəsi, dəyəri 400 (dörd yüz) manat olan 1 ədəd çəhrayı rəngli xalça, ümumi dəyəri 200 (iki yüz) manat olan 3 ədəd balaca xalça, dəyəri 150 (bir yüz əlli) manat olan soba, dəyəri 80 (səksən) manat olan toster, dəyəri 300 (üç yüz) manat olan aspirator, dəyəri 3.429,90 (üç min dörd yüz iyirmi doqquz manat, doxsan qəpik) manat olan yataq və qonaq dəsti, dəyəri 1.000 (bir min) manat olan mətbəx mebeli, dəyəri 150 (bir yüz əlli) manat olan taxt döşəyi, dəyəri 150 (bir yüz əlli) manat olan taxt yorğanı, ümumi dəyəri 200 (iki yüz) manat olan 2 ədəd döşək və 2 ədəd yastıq, ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 3 ədəd 2 nəfərlik pastel dəsti, dəyəri 100 (bir yüz) manat olan 6 ədəd 1 nəfərlik pastel dəsti, dəyəri 100 (bir yüz) manat olan taxt üst örtüyü (pakrıval), ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 2 ədəd uşaq üçün qalın üst örtüyü (odeyal), dəyəri 100 (bir yüz) manat olan qara rəngli toy donu, dəyəri 200 (iki yüz) manat olan yaşıl rəngli atlaz toy donu, dəyəri 200 (iki yüz) manat olan lak boyalı hündürdaban ayaqqabı, dəyəri 100 (bir yüz) manat olan bej rəngli açıq yay ayaqqabısı, dəyəri 150 (bir yüz əlli) manat olan qara rəngli, kabluklu çəkmə, dəyəri 50 (əlli) manat olan bardovı rəngli çəkmə, ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 3 ədəd əl çantası, bu əmlaklar qətnamə icra olunan vaxt mövcud olmasa, onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, birgə nikah dövründə götürülmüş kredit üzrə Cavabdeh1 tərəfindən aparılmış ödənişlər də nəzərə alınmaqla, əldə edilmiş əmlakın (“Opel Astra” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı və “Vaz-21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil) real dəyərinin ½ hissəsi, yəni ümumilikdə 2.567,50 (iki min beş yüz altmış yeddi manat, əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il, 2(001)-1092/2021 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında iddiaçı X2 apellyasiya şikayətindən imtinaya dair ərizəsini məhkəməyə təqdim edərək, qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı Sərdarova (Həşimova) Elnarə Adil qızının apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən iddiaçı Sərdarova (Həşimova) Elnarə Adil qızı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2757/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2757/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver