Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2761/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-628/2025 saylı, 5 fevral 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və onun əsasında verilmiş maliyyə arayışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir neçə illik tanışlıq münasibətlərinə əsasən məlum idi ki, cavabdeh ayrı-ayrı tanıdığı şəxslərə əlavə faiz hesablamaqla borca pul verir. Onlar da tikintidə maliyyə çatışmazlığı olduğundan cavabdehdən 200.000 manat borc almış və qısa zamanda qaytarmağı razılaşdırmaqla formal olaraq xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və dəyəri guya tam şəkildə ödənilmiş 630.000 manatlıq maliyyə arayışı vermişlər ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli və çoxmənzilli binanın 1 saylı blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsini girov olaraq yazmışlar. Aralarındakı razılaşmaya əsasən Cavabdeh pulu qaytarılan kimi ona verilmiş sifariş müqaviləsi və maliyyə arayışı MMC-yə geri qaytarılmalı və ləğv edilməli idi. Lakin sonradan cavabdehə olan borclarını geri qaytarmaq istəsələr də, cavabdeh müqavilənin ləğvindən boyun qaçırmışdır. Belə ki, cavabdeh aralarındakı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır.
3. Cavabdeh tərəf ərizə təqdim edərək bildirmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 664/2022 saylı iş üzrə qəbul etdiyi qətnamə ilə münasibət bildirildiyi, sözügedən qətnamənin qanuni qüvvəsini alaraq icraya yönəldiyi, hazırki iddia ərizəsinin isə qətnamənin icrasından yayınmaq məqsədilə verildiyi qeyd edilmiş və iş üzrə icraata MPMnin 261.0.2-ci maddəsinə uyğun olaraq xitam verilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 2(006)-628/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda ləğvi tələb edilən müqavilənin etibarlı olub-olmaması məsələsinə qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verilməsi eyni müqavilədən törəyən digər bir tələbə baxılıb yenidən qiymət verilməsini istisna etdiyi üçün, hazırki işin icraatına xitam verilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçının nümayəndəsi-vəkili Nümayəndə şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-628/2025 saylı 5 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və onun əsasında verilmiş maliyyə arayışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir neçə illik tanışlıq münasibətlərinə əsasən məlum idi ki, cavabdeh ayrı-ayrı tanıdığı şəxslərə əlavə faiz hesablamaqla borca pul verir. Onlar da tikintidə maliyyə çatışmazlığı olduğundan cavabdehdən 200.000 manat borc almış və qısa zamanda qaytarmağı razılaşdırmaqla formal olaraq xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsi və dəyəri guya tam şəkildə ödənilmiş 630.000 manatlıq maliyyə arayışı vermişlər ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli və çoxmənzilli binanın 1 saylı blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsini girov olaraq yazmışlar. Aralarındakı razılaşmaya əsasən Cavabdeh pulu qaytarılan kimi ona verilmiş sifariş müqaviləsi və maliyyə arayışı MMC-yə geri qaytarılmalı və ləğv edilməli idi. Lakin sonradan cavabdehə olan borclarını geri qaytarmaq istəsələr də, cavabdeh müqavilənin ləğvindən boyun qaçırmışdır. Belə ki, cavabdeh aralarındakı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, eyni tərəflər arasında eyni predmet barəsində iddia tələbi olmamışdır. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “sənədlərin verilməsi və s. tələbinə dair” iddia ərizəsi cavabdeh İddiaçı MMC-yə aid olan hissədə rədd edilmiş, digər hüquqi şəxsə münasibətdə təmin edilmişdir. Bundan başqa, hakim mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın əsaslandırma hissəsində yalnız AR MM-nin “əqdin etibarsızlığı” fəslinin normalarına əsaslanaraq icraata xitam vermişdir. Halbuki, hazırki mülki iş üzrə iddia tələbi müqavilənin ləğvinə dairdir. Buna görə də, düşünür ki, hakim formal araşdırma apararaq qanunsuz yekun nəticəyə gəlmişdir və s.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-628/2025 saylı,18 mart 2025-ci il tarixli qərardadı ilə, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5 fevral 2025-ci il tarixli, 2(006)-628/2025 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
11. 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
12. 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
13. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
14. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
15. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
16. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına görə əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. İşin mübahisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.
20. Məlum olduğu kimi, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.
21. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
22. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrı-ayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir.
23. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(006)-664/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı MMC və "xxxx" MMC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddiası cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilmiş, məhkəmə müqavilənin etibarlılığına hüquqi qiymət verərək, ünvan 1 ünvanında inşa etdiyi çoxmərtəbəli və çoxmənzilli binanın 1 saylı blokunun 2-ci mərtəbəsində ümumi sahəsi 300 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin – ümumi yığıncağın qərarının, protokoldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihə-planının, tikinti obyektinin istismara icazə aktının iddiaçı Cavabdeh verilməsini cavabdeh "xxxx" MMC-yə həvalə etmişdir.
24. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı MMC ilə sifariş müqaviləsi bağlansa da, AR 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 5052/2017 nömrəli qərardadı ilə ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən inşa edilmiş binanın mənzillərin və qeyri-yaşayış sahələrinin təhvil-təslim verilməsi "xxxx" MMC-yə ötürülmüşdür. Bu səbəbdən iddia həmin cavabdehə münasibətdə rədd edilmişdir.
25. Həmin qətnamədən verilmiş şikayətlər üzrə işə baxan yuxarı instansiya məhkəmələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 664/2022 nömrəli qətnaməsini təsdiq etmişdir.
26. Belə ki, əqdə əsaslanaraq irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqd təşkil edir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
27. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
28. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
29. Hazırki mülki iş üzrə iddiaçı məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 51 nömrəli sifariş müqaviləsinin və onun əsasında verilmiş maliyyə arayışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, sözügedən müqavilənin etibarsızlığına dair dəlillərə istinad etmişdir. Belə ki, iddiaçı, MMC-nin cavabdehdən borca pul aldığını, mübahisələndirilən müqavilənin alğısatqı məqsədi ilə deyil, cavabdehdən aldığı borcla bağlı yaranmış münasibətləri pərdələmək üçün bağlandığını qeyd etmişdir.
30. Halbuki, iddiaçı Cavabdehlər İddiaçı MMC və "xxxx" MMC-yə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair mülki işə baxılan zaman məhkəmələr tərəfindən xx.xx.2008ci il tarixli 51 nömrəli sifariş müqaviləsinin etibarlılığı, əsasında tərəflərin müvafiq hüquq və vəzifələrinin yaranmasının mümkünlüyü yoxlanılmış, bu müqavilənin etibarlı olması qənaətinə gəlinmiş, bu barədə məhkəmə aktı qanuni qüvvəsini almışdır. Qeyd olunan bu hallar da hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, müqaviləin istinad olunan dəlillər üzrə təkrar qiymətləndirilməsi imkanını aradan qaldırır.
31. Göründüyü kimi iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.
32. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-628/2025 saylı, 5 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev