Məhkəmə qərarları › İş №2(103)-2771/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2771/2020

27.02.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2771/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7173/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(006)- 4023/2017 saylı qətnaməsinə əsasən onun Cavabdeh hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat ödəməli olduğu alimentin miqdarının azaldılaraq hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2011-ci il tarixdə nikahlarını rəsmi qaydada qeydiyyatdan keçirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2013-cü il tarixdə X5 və xx xxxxxx 2016-cı il tarixdə X7 adlı övladları doğulmuşdur. Bir müddət sonra münasibətləri pisləşdiyi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi şəkildə boşanmışlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(006)-4023/2017 saylı qətnaməsi ilə iki azyaşlı övladının cavabdehdə qalması və hər ay hər uşağa görə 136 manat olmaqla cəmi 272 manat alimentin ondan cavabdehin xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra onun aylıq gəliri xeyli azalaraq 250 manat olmuşdur. Eyni zamanda, o, cavabdehdən boşandıqdan sonra ikinci dəfə X6 ilə ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2017-ci il tarixdə Hüseyn və Əbülfəz adlı ekiz övladları doğulmuşdur. Hal-hazırda onun aylıq gəliri 250 manatdır. Aylıq gəliri 250 manat, ondan tutulmalı aliment məbləği isə hər ay 272 manatdır. Bu pul nəinki alimenti ödəməyə, həmçinin digər ailəsində olan iki azyaşlı uşağın saxlanılmasına da çatmır. Hər ay 4 uşağın hər biri üçün 136 manatdan hesabladıqda, 544 manat təşkil edir, aylıq gəliri isə 250 manat olduğundan bu pulu alimentə ödəyib, digər ailəsindən olan iki azyaşlı övladının təminatlarını ödəyə bilmir. Bu, mümkün də deyil. Çünki, aylıq gəliri 4 uşağın tələbatını ödəmək üçün lazım olan puldan iki dəfə azdır. Buna görə də, alimentin miqdarıazaldılmalıdır. Hesab edir ki, onun maddi və ailə vəziyyətində olan dəyişiklik nəzərə alınmalı, iddiası təmin edilməlidir. Qeyd olunanları nəzərə alıb iddasınını təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmamışdır. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hazırkı iş üzrə qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmişdir, işə birtərəfli baxılmış, işi hərtərəfli araşdırmamış, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarılmasını və digər əsasları göstərməklə qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətin müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən, İddiaçı hər ay hər uşağa 136 manat, cəmi 272 məbləğində sabit pul şəkilində alimentin tutulması hissəsində dəyişdirilməlidir, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 100 manat, cəmi 200 məbləğində sabit pul şəkilində alimentin tutularaq Cavabdeh ödənilməlidir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən göründüyü kimi, iddiaçı ikinci dəfə faktiki ailə qurmuş və xx.xx.2017-ci il tarixdə Hüseyn və Əbülfəz adlı ekiz övladı doğulmuşdur. İşə əlavə edilmiş «Dost» iş mərkəzinin xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, iddiaçı mərkəzdə Ucar rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır, aylıq əmək haqqısı 250 manat təşkil edir. Göründüyü kimi işə baxan brinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlar və verilən izahatlarla müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi və ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı faktiki nikaha daxil olmaqla iki övladı anadan olmuşdur. Bundan başqa iddiaçının aylıq əmək haqqısı 250 manat təşkil edir. Eyni zamanda işə baxan məhkəmə qətnamədə göstərmişdir ki, alimentin miqdarı müəyyən edildikdən sonra xeyli zaman keçmiş, iddiaçının səhhətində problem meydana gəldiyi üçün maddi vəziyyətində dəyişiklik olmuş və artıq o, hər ay 272 manat məbləğində aliment ödəmək iqtidarında deyildir. Həmçinin iddiaçının ailə vəziyyətində bir sıra dəyişikliklər olmuş, o, yenidən ailə qurmuş və artıq öhdəliyində cavabdehlə olan övladından başqa, iki başqa övladı da vardır. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən hesab edir ki, iddiaçının yenidən ailə quraraq, nikaha daxil olması, həmin nikahdan iki yeni övladının olması və xəstə olduğu üçün işləyə bilməməsi ondan tutulan sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılması üçün əsas kimi qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı hər ay hər uşağa 136 manat, cəmi 272 məbləğində sabit pul şəkilində alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa 100 manat, cəmi 200 məbləğində sabit pul şəkilində aliment tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar