Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2782/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2782/2025 (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/2025 nömrəli 27 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4204/2021 nömrəli qətnaməsindən görünür ki, X11 ilə İddiaçı arasında 06 sentyabr 2013-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1520 № ilə qeyd edilmiş nikah pozulmuşdur.
2. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, “İddiaçı mənə məxsus bütün cehiz əşyalarımı, nikahdan əvvəl və nikah dövründə mənə verilmiş bütün əşyalarımı, əmlaklarımı götürdüm. X6 qarşı hər hansı bir şikayətim və tələbim yoxdur. Gələcəkdə bu əmlaklar və əşyalarla bağlı tələbim və şikayətim olmayacadır. Ərizəni özüm yazdım və öz imzamla təsdiq edirəm.” – qeyd edilmişdir.
3. "xxxx" MMC-nin 09 aprel 2024-cü il tarixli, 02-40/24 saylı mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fototəsvirlərə və sertifikatlara uyğun olaraq qızıl zinət əşyalarının 09 aprel 2024-cü il tarixinə bazar dəyəri 1 ədəd brilliant qaşlı qızıl sep (A 026722) – çəkisi 20.50 qram, əyar - 750, karat/sot 0,24; 1,52; 2.78 - 3480 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (nişan hədiyyəsi olan) (A 021186) – çəkisi 6.10 qram, əyar - 750, karat/sot 0,32; 0.71; 0.30 - 1735 AZN; 1 ədəd brilliant qaşlı (braslet) qolbağı (A 013042) – çəkisi 12.60 qram, əyar - 750, karat/sot 0,14; 1.29 - 1280 AZN; 1 ədəd 1 cüt qızıl sırğa (A 024395) – çəkisi 4.90 qram, əyar - 750, karat/sot 0,48; 0.15, 0.83 - 1540 AZN; 1 ədəd qızıl üzük (incə üzük) (A 007224) – çəkisi 3.70 qram, əyar - 750, karat/sot 0,41 - 745 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (A 014767) – çəkisi 7.90 qram, əyar - 750, karat/sot 0,38 - 1380 AZN olmaqla, cəmi 10,160.0 (on min bir yüz altmış) manat təşkil etmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-71/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manatın İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
5. Həmin qətnamədən görünür ki, şahid X3 bildirmişdir ki, həm iddiaçı, həm də cavabdehi tanıyır. Onların qonşusudur. Cavabdehin yaşadığı ev 1-ci mərtəbədə, onun evi isə 2-ci mərtəbədədir. Təqribən 2022-ci ilin payızına kimi iddiaçı orada yaşamışdır. Onu az-az görürdü. Onun özünün açarı var idi, hərdən gəlib-gedirdi. Onun 3 nəvəsi var, ona görə də tez-tez çıxıb-düşərkən mərtəbələrdə Əzizəni evə gəlib-gedəndə görmüşdür. Gedəndə əlində çantalar olduğunu görürdü, lakin qızıllar barədə heç nə bilmir. Onun əlində gördüyü çantaların içində nə olması barədə də məlumatı olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. 1 ədəd brilliant qaşlı qızıl sep (A 026722) – çəkisi 20.50 qram, əyar - 750, karat/sot 0,24; 1,52; 2.78; qiyməti 3480 AZN; 2. 1 ədəd brilliant qaşlı qızıl üzük (nişan hədiyyəsi olan) (A 021186) – çəkisi 6.10 qram, əyar - 750, karat/sot 0,32; 0.71; 0.30; qiyməti 1735 AZN, 3. 1 ədəd brilliant qaşlı (braslet) qolbağı (A 013042) – çəkisi 12.60 qram, əyar - 750, karat/sot 0,14; 1.29; qiyməti 1280 AZN, 4. 1 ədəd 1 cüt qızıl sırğa (A 024395) – çəkisi 4.90 qram, əyar - 750, karat/sot 0,48; 0.15, 0.83; qiyməti 1540 AZN 5. 1 ədəd qızıl üzük (incə üzük) (A 007224) – çəkisi 3.70 qram, əyar - 750, karat/sot 0,41; qiyməti 745 AZN, 6. 1 ədəd brilliant qaşlı qızıl üzük (A 014767) – çəkisi 7.90 qram, əyar - 750, karat/sot 0,38 - qiyməti 1380 AZN olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq İddiaçı verilməsi, qeyd olunan qızıl-zinət əşyaları Cavabdeh tərəfindən İddiaçı qaytarılmadıqda qızıl-zinət əşyalarının ümumi dəyəri olan 10,160.0 (on min bir yüz altmış) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh oğlu X11 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan nikah cavabdehin oğlu X5 iddia ərizəsi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-4204/2021 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan övladılarının yetkinlik yaşına çatanadək onun yanında qalması qərara alınmışdır. Cavabdehin oğlu ilə aralarında olan nikahın pozulmasına cavabdehin ailələrinə olan haqsız müdaxilələri səbəb olmuşdur. Çünki cavabdehlə ailədaxili hər bir xırda mübahisəyə cavabdeh də qarışaraq ailə münasibətləri dözülməz bir həddə çatmışdır. O, cavabdehin və onun oğlunun dözülməz hərəkətlərinə dözməyib evdən çıxarkən cehiz və toy, nişan mərasimləri zamanı ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını da götürə bilməmişdir. Dəfələrlə o, cavabdehin oğluna zəng edərək nişan və toy mərasimləri zamanı yaxın qohumları tərəfindən ona hədiyyə edilmiş 1 ədəd brilliant qaşlı qızıl nişan üzüyü, 1 ədəd brilliant qaşlı qızıl sep, brilliant qaşlı qolbağ (broslet), 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, brilliant qaşlı qızıl üzüyü tələb etsə də, cavabdeh iddiaçıya məxsus qızıl zinət əşyalarını qanunsuz olaraq özündə saxlayaraq ona qaytarmamışdır. O, qeyd olunan qızıl zinət əşyalarının cavabdehin oğlu X4 alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-71/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İşə baxan məhkəmə iddia ərizəsinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə də ondan ibarət olmuşdur ki, iddia ərizəsində cavabdehin ona məxsus qızıl zinət əşyalarını qanunsuz olaraq özündə saxlayaraq ona qaytarmaması göstərmiş olsa da, məhkəmə iclaslarında izahatlarında tələb olunan qızıl-zinət əşyalarının X5 anası, cavabdeh tərəfindən götürüldüyünü bildirmişdir, belə ki, X5 anası özü ona qızılları götürüb banka qoyduğunu bildirmişdir. Bununla da məhkəmə həmin iş üzrə cavabdeh X11 onun iddiasına cavab verməli olan şəxs olmadığı qənaətinə gəlmişdir. Qeyd edir ki, İddiaçı ilə onun keçmiş həyat yoldaşı Murad Əliyev arasında whatsapp yazışması zamanı Murad Əliyev özü də etiraf etmişdir ki, qızılları o deyil, anası, yəni iş üzrə Cavabdeh götürmüş özündə saxlamışdır. O, qızılları götürüb bankda saxlayaraq Murad Əliyevlə birgə nikahlarından anadan olmuş övladları Maqsuda verəcəyini demişdir. Murad Əliyevlə aralarında xx.xx.2022-ci il tarixdə olan whatsapp yazışması zamanı qızılları ondan tələb etdikdə, Murad Əliyev bildirmişdir ki, qızılları ona verdikləri halda onları satmayacağına necə əmin ola bildiyini, bu barədə anası, yəni cavabdehə bildirərək qızılları ona geri qaytarlacağını ona yazmışdır. O, Murad Əliyevə cavab yazaraq bu barədə həftənin sonunadək ona cavab verəcəyini bildirmişdir. Murad Əliyev yenidən ona cavab yazaraq həftənin sonunadək cavabı verməyi və qızıl-zinət əşyalarını ona anası, cavabdeh tərəfindən qaytarmağı vəd vermişdir. Onunla keçmiş həyat yoldaşı X11 arasında olan whatsapp yazışmasından Murad Əliyev tərəfindən qızıl-zinət əşyalarının satmayacağı barədə ona vəd verməsini və əgər qızıllar ona veriləcəyi təqdirdə satmayacağına əmin olduğunu deməsi və bu barədə anası, yəni iş üzrə cavabdeh Gülnarə Əliyeva ilə danışacağı barədə yazıması bir daha təsdiq edir ki, onun tərəfindən evdən çıxarkən götürülməmiş və həmin qızıl zinət əşyaları X5 anası, iş üzrə Cavabdeh götürərək özündə saxlanmışdır. Onu da qeyd edir ki, göstərilən qızıl zinət əşyaları Bakı şəhərində yerləşən “Röyam group” mağazasından alınmış və həmin qızıl zinət əşyalarının hər birinə dair iddiaçıya sertifikatlar verilmişdir. Həmin sertifikatlarda qızılların rəngi, xarici görünüşü, üzərində olan nömrəsi, karatı və çəkisi qeyd olunmuşdur. Həmin qızıl-zinət əşyalarından 1. qiyməti 3600 manat olan 1 ədəd brilliant qaşlı qızıl sepin üzərində olan nömrəsi A026722, çəkisi 20.50g, 2. nişan hədiyyəsi olaraq qiyməti 1800 manat olan 1 ədəd brilliant qaşlı qızıl üzüyün, nömrəsi A021186, çəkisi 6.10g, 3. qiyməti 1300 manat olan brilliant qaşlı qolbağ (broslet) nömrəsi A013042, çəkisi 12.60 g, 4. qiyməti 1600 manat olan 1 cüt qızıl sırğa, nömrəsi A024395, çəkisi 4.90, 5. qiyməti 760 manat olan 1 ədəd qızıl üzük, nömrəsi A007224, çəkisi 3.70, 6. qiyməti 1400 manat olan brilliant qaşlı qızıl üzüyü nömrəsi A014767, çəkisi 7.90g qeyd olunmuşdur. İş məhkəmədə baxılarkən məhkəmə tərəfindən qızılların qiymətini müəyyən etmək üçün mütəxəssisdən rəy alnması üçün "xxxx" MMC-nə müraciət etmişdir. "xxxx" MMC 09 aprel 2024-cü il tarixli, 0240/24s saylı mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fototəsvirlərə və sertifikatlara uyğun olaraq qızıl zinət əşyalarının 09 aprel 2024-cü il tarixinə bazar dəyəri 1 ədəd brilliant qaşlı qızıl sep (A 026722) – çəkisi 20.50 qram, əyar - 750, karat/sot 0,24; 1,52; 2.78 - 3480 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (nişan hədiyyəsi olan) (A 021186) – çəkisi 6.10 qram, əyar - 750, karat/sot 0,32; 0.71; 0.30 - 1735 AZN; 1 ədəd brilliant qaşlı (braslet) qolbağı (A 013042) – çəkisi 12.60 qram, əyar - 750, karat/sot 0,14; 1.29 - 1280 AZN; 1 ədəd 1 cüt qızıl sırğa (A 024395) – çəkisi 4.90 qram, əyar - 750, karat/sot 0,48; 0.15, 0.83 - 1540 AZN; 1 ədəd qızıl üzük (incə üzük) (A 007224) – çəkisi 3.70 qram, əyar - 750, karat/sot 0,41 - 745 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (A 014767) – çəkisi 7.90 qram, əyar - 750, karat/sot 0,38 - 1380 AZN olmaqla, cəmi 10,160.0 (on min bir yüz altmış) manat təşkil etmişdir.
8. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunanlar, yəni istər tərəflər arasında münasibətlərinin pozulma və ailənin dağılması səbəbləri, istərsə də qızıl-zinət əşyalarının cavabdehdə qalması ilə bağlı göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, iş üzrə iddiaçı və cavabdehin övladı Murad Əliyev xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqları vaxtdan onlar Muradın valileynlərinin evində onlarla birlikdə yaşamışlar. Onların bu nikahından xx.xx.2014-cü il təvəllüdlü Maqsud adlı bir övladları anadan olmuşdur. Murad Əliyev və onun valideynləri həyat yoldaşı və övladına qarşı həmişə sevgi və qayğı ilə yanaşmış, onların bütün maddi və mənəvi ehtiyaclarını artıqlaması ilə qarşılamış, onların bütün istəklərini yerinə yetirmişdir. Onu da qeyd edirlər ki, Murad Əliyev və onun valideynləri xasiyyətcə mülayim bir insandır. X15, nədə ki, onun valideynləri ailədə hər hansı mübahisə və ya münaqişə yaratmamışlar. Lakin 2021-ci ildə Murad Əliyev həyat yoldaşı, iş üzrə iddiaçının, ona və onun validyenlərinə qarşı davranışlarında dəyişiklik hiss etməyə başlamışdır. Daha sonra Murad Əliyev iddiaçının mobil telefonundan “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə daxil olmuş və onun başqa kişi ilə sevgi və intim mövzuda yazışmalarını əldə etmişdir. Murad Əliyev 2021-ci ilin təxminən iyul ayının sonu, avqust ayının əvvəllərində bu barədə İddiaçı ilə danışmışdır. İddiaçı əvvəl başqa kişi ilə münasibətlərinin olmasını inkar etsə də, yazışmalar ilə üz-üzə qaldıqdan sonra, başqa şəxslə əlaqəsinin olduğunu, Murada xəyanət etdiyini etiraf etmişdir. Lakin İddiaçı bu barədə validyenlərinə, xüsusən də atasına heç nə deməməyi Muraddan xahiş etmiş və onları tədricən boşanmağına hazırlayacağına söz vermiş, bunun üçün ona müəyyən vaxt verməyi, evdə müvəqqəti yaşamağına icazə verməyi Muraddan xahiş etmişdir. Murad Əliyev və sonuncunun valideynləri də iddiaçıya müvəqqəti evdə qalmasına razılıq vermişlər. Tərəflər arasındakı nikah 2021-ci ilin noyabr ayının 11-də məhkəmə qaydasında pozulmuşdur. Nikah məhkəmə qaydasında pozulduqdan sonra da İddiaçı Murad Əliyev və onun valideynləri ilə birlikdə yaşamış, bir masa arxasında yemək yemiş, asudə vaxtlarını birlikdə keçirmiş, aralarında hər-hansı mübahisə və ya münaqişə olmamışdır. Bir sözlə iddiaçının cavabdehin övladı Murad Əliyevə xəyanət etməsi aşkar olunduğu vaxtdan sonra 1 il müddətində iddiaçı cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşamış, sonuncular ona keçmişi (xəyanəti) xatırlatmamış, bununla bağlı onun ünvanına utandırıcı ifadələr belə işlətməmişlər. Əvvəllər olduğu kimi, cavabeh Gülnarə Əliyeva iddiaçı ilə bir ailə üzvü kimi mehriban davranmış, çayını, çörəyini hazırlamış, iddiaçını ev qayğıları ilə yormamışdır (fotoşəkillər etiraza əlavə olunur). Həmin müddət ərzində Gülnarə Əliyeva, Emil Əliyev, Murad Əliyev, İddiaçı ev xərclərinə, o cümlədən kommunal xərclər, azuqə xərcləri və s. cəlb etməmiş, Əzizə və nəvənin bununla bağlı bütün ehtiyaclarını öz vəsaitləri hesabına qarşılamışlar. Onu da qeyd etmək lazımdır ki, 2021-ci ilin iyun ayından sonra iddiaçı, guya övladına, əslində isə özünə ipoteka ilə mənzil almaq üçün ilk ödənişin edilməsi ilə bağlı mütamadi olaraq Murad Əliyevi yola gətirmək istəmişdir. Lakin onun bütün cəhdləri baş tutmamış, Murad pul verməkdən imtina etmişdir. Mənzil üçün Muraddan pul ala bilməyəcəyini başa düşən iddiaçı 2022- ci ilin təxminən iyun ayında artıq başqa yerdə yaşayağacını bildirib, özünə məxsus bir çox əşyaları ilə birlikdə Murad Əliyev və onun valideynləri ilə birgə yaşadığı mənzili tərk etmişdir. Həmin vaxt və ondan əvvəl və ya sonra tərəflər arasında hər hansı mübahisə, münaqişə baş verməmişdir. Həmin vaxt iddiaçı cavabdehə və onun ailə üzvlərinə qızıl-zinət əşyalarının guya götürülməsi ilə bağlı heç nə deməmiş, bu barədə hər hansı irad və tələb bildirməmişdir. İddiaçı, Murad və onun ailə üzvləri ilə birgə yaşamağının müvəqqəti olduğunu, əvvəl-axır evdən çıxıb gedəcəyini çox gözəl bilmiş və buna hazırlıqlı olmuşdur. Yəni iddiaçı əvvəlcədən evdən gedəcəyini bildiyi üçün əşyalarını hissə-hissə evdən aparmışdır. Qeyd olunan bu faktı iddiaçı özü də əvvəllər Murad Əliyevə qarşı qaldırdığı iddia ilə bağlı mülki işə baxılması zamanı verdiyi izahatda təsdiq etmişdir. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, özünə aid əşyaları hissə-hissə aparmışdır. Cavabdehgildən çıxandan sonra həm anasıgildə, həm də başqa evdə yaşamışdır. İddiaçının Murad Əliyevlə ayrılacağına hazırlıqlı olması həmçinin onun sevgi və intim əlaqəsində oduğu başqa kişi ilə apardığı yazışmalarla da təsdiq olunur (“WhatsApp” ani mesajlaşma mübadilə sistemindən çıxarış etiraza əlavə olunur). Həmin yazışmalardan göründüyü kimi, Əzizə həmin şəxslə birləşərək birgə yaşayacaqları barədə qərara gəlmiş, hətta dünyaya uşaq gətirməyi də planlaşdırmışlar. Yazışmalarda onların planlarının həyata keçirilməsi vaxtı kimi 2022-ci il qeyd olunmuşdur. Bütün bunlar onu bir daha təsdiq edir ki, İddiaçı Muraddan kənar, başqa şəxslə ailə qurmaq planları olmuş, mənzili tərk etmək üçün tam hazırlıqlı olmuşdur. İddiaçı hazırda yenidən ailə qurmuşdur. Onu da qeyd edirlər ki, mənzilin giriş qapısının açarlarının bir nüsxəsi ailə üzvü kimi daimi İddiaçı olmuşdur. İddiaçı 2022-ci ilin iyun ayında mənzili tərk etdikdən sonra belə həmin açarı cavabdehgilə təhvil verməmişdir. İddiaçı mənzili tərk etdikdən sonra da bir neçə dəfə mənzilə gəlmiş, hər dəfə də mənzildən gedərkən isə yenə də özünə məxsus əşyalardan aparmışdır. Bunları cavabdehin qonşusu X3 bilavasitə görmüşdür. Adı çəkilən şəxs – X3 qeyd olunan halları iddiaçının Murad Əliyevə qarşı irəli sürdüyü eyni məzmunlu iddiasına dair mülki işə baxılması zamanı şahid kimi verdiyi ifadəsində təsdiq etmişdir. İddiaçının, cavabdehlə əvvəllər yaşadığı mənzilə və özünə aid bəzi əşyalarını götürməsi həmçinin onun (iddiaçının) qayınatası Emil Əliyevə yazdığı yazışma ilə də təsdiq olunur. Həmin yazışmalar aşağıdakı məzmunda olmuşdur: “- Мне нужно просто вещи забрат, вчера мне сказали, что не хотят чтоб я приходила. Вот поэтому и спрашиваю, чтоб и ваше присуствие было. - Мурад дома. Приехжай, я тоже постараюсь вырваться. - Понятно. Когда приедете сообщите, я тогда приду. - Я буду через 10 мин.максимум. Хорошо, я напишу. Я дома. - Через пару минут подойду. Я тут» (“WhatsApp” ani mesajlaşma mübadilə sistemindən çıxarış etiraza əlavə olunur). Göründüyü kimi, iddiaçı ilə cavabdeh və ya cavabdehin əri və övladı arasında münasibətlər normal saxlanılmış, aralarında mübahisə və ya münaqişə olmamışdır. Tərəflərin ayrıldıqdan sonra da normal münasibətdə qalmaları bir daha təsdiq edir ki, iddiaçıya aid qızıl-zinət əşyalarını cavabdeh götürməmişdir. Belə bir hal olsaydı, iddiaçının cavabdehə, keçmiş əri Murad Əliyevə və keçmiş qayınatası Emil Əliyevə qarşı münasibəti də fərqli olar, onlara qarşı iddia irəli sürər, hüquq mühafizə orqanlarına şikayət edərdi. Lakin bunlardan heç biri baş verməmişdir. Bütün bunlar iddiaçının iddia ərizəsində göstərilənlərin həqiqət olmadığına dəlalət edir. Onu da qeyd edirlər ki, iddiaçının başqa kişi ilə münasibətləri aşkara çıxandan sonra da əvvəllər olduğu kimi, qızıl-zinət əşyaları hər vaxt İddiaçı özündə olmuşdur. O, həmin qızılları özünün yataq otağında saxlamış, mənzildə olmayanda isə yataq otağının qapısını daimi bağlı saxlamışdır. Yataq otağının qapısının kilidinin olması bildiriklərini sübut edir. Qeyd olunan bu fakt iddiaçının Murad Əliyevə qarşı olan mülki iş üzrə onun tərəfindən verilmiş izahatda da təsdiq olunmuşdur. Bunlardan başqa, iddiaçının Murad Əliyevə qarşı olan işə baxılması zamanı məhkəməyə qızılzinət əşyalarına aid sertifikatlar və şəkillər təqdim etmişdir. Əgər qızıl-zinət əşyalarını iddiaçı özü ilə aparmamışdırsa, necə olur ki, həmin əşyaların sertifikatları İddiaçıdır? Sertifikatların iddiaçıda olması da onu təsdiq edir ki, qızıllar elə onun özündədir. Hazırki iş üzrə iddiaçı məhkəməyə whatsap yazışmalarını təqdim edərək, həmin yazışmalarda, guya onun keçmiş əri Murad mübahisələndirilən qızılların onun valideynlərində olduğunu etiraf etmişdir. Bildirir ki, iddiaçı tərəfin bu dəlili əsassızdır. Belə ki, məhkəməyə təqdim edilmiş Murad Əliyev və İddiaçı arasında eyni tarixi əhatə edən yazışmalar tərəfindən məhkəməyə təqdim olunmuşdur. İddiaçının və onun təqdim etdiyi yazışmalar müqayisə olunarkən müəyyən olunur ki, iddiaçı bəzi yazışmaları qəsdən silmiş, bunun məqsədi isə yazışmaların guya məhz qızıl barədə aparılması görüntüsünü yaratmaq olmuşdur. Qeyd edir ki, həmin yazışmalarda söhbət pul barədə olmuş, qızılların Muradın vaideynlərində olması barədə hər hansı etirafedici ifadə işlədilməmişdir. Qeyd olunan məhkəmə prosesi zamanı iddiaçı tərəf iddia etmişdir ki, cavabdeh Gülnarə Əliyeva mübahisələndirilən qızıl-zinət əşyalarını götürərək banka saxlanca vermişdir. Lakin iddiaçı bu dəlilini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edir ki, iddiaçının bildirdikləri yalandır, cavabdeh iddiaçıya aid qızılları götürməmiş, banka təhvil verməmişdir. Qızıl-zinət əşyalarının tərəflərin birgə yaşadığı evdə və ya cavabdehdə olmaması, həmin əşyaların əslində elə iddiaçının özündə olması həmçinin iddiaçının və onun anasının xx.xx.2023-cü il tarixdə öz xətləri ilə yazdıqları və imzaladıqları qəbzlə təsdiq olunur. Belə ki, qeyd olunan tarixdə İddiaçı əvvəllər yaşadığı mənzildə qalan əşyalarını aparmaq məqsədi ilə anası ilə həmin mənzilə gəlmişdir. İddiaçı həmin vaxt özünə aid bütün əşyaları, o cümlədən nikahdan əvvəl və nikah dövründə ona hədiyyə verilmiş, alınmış əşyalarını götürmüşdür. İddiaçı və anası bununla bağlı yazılı qaydada qəbz yazmış və həmin qəbzdə iddiaçıya aid əşyalarla bağlı hər hansı şikayət və tələblərinin olmadığını, gələcəkdə də bununla bağlı şikayətinin olmayacağını qeyd etmişdir. İddiaçının anası da bu məzmunda öz xətti ilə yazını yazmışdır (qəbzlər etiraza əlavə olunur). İddiaçının və onun anasının bu məzmunda qəbz yazaraq cavabdehə vermələri də təsdiq edir ki, iddiaçıya aid qızı-zinət əşyalarını o özü ilə aparmışdır. İddiaçının həmin əşyaların nə vaxt (mənzili ilk dəfə tərk edən zaman və ya sonradan bir neçə dəfə mənzilə gəldiyi zaman və ya başqa vaxt) götürməsi isə dəqiq bilinmir. Çünki, qızıllar həmişə iddiaçının özündə, onun özünün saxlancında olmuşdur. Bunun əksi olsaydı, yəni qızıl-zinət əşyaları cavabdehdə qalsaydı, iddiaçı və ya onun anası həmin qəbzlərdə bu barədə qeyd edərdilər. Lakin qəbzlərdən göründüyü kimi, bu kimi qeydlər aparılmamışdır. Bu baxımdan da müəyyən edilir ki, qızıl-zinət əşyalarını iddiaçı özü ilə aparmışdır. Sadəcə iddiaçının hazırki iddianı irəli sürməkdə məqsəd cavabdehin hesabına əsassız varlanmaqdır. Bunlardan başqa, bildirirlər ki, iddia ərizəsi ilə cavabdehdən tələb olunan 1 ədəd qızıl üzük cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilməmişdir. Belə bir qızıl üzüyün iddiaçıya hədiyyə verilməsi ilə bağlı onun tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Tələb olunan 1 ədəd brilliant qaşlı qızıl üzük isə iddiaçı və onun valideynlərinin cavabdeh Murad Əliyevə hədiyyə etdikləri nişan üzüyüdür. İddiaçı tərəfin təqdim etdiyi sertifikatda olan görüntüdən və hazırki etiraza əlavə etdikləri fotoşəkillərdən də təsdiq olunur ki, sözügedən üzük kişi üzüyü olmaqla, Murad Əliyevə məxsus olmuşdur. Cavabdeh Murad Əliyev cavabdehin xəyanətindən sonra həmin üzüyü çıxartmış və yataq otağına qoymuşdur. Həmin üzüyün iddiaçıya heç bir aidiyyatı olmadığı halda, o, digər qızıl-zinət əşyaları ilə birlikdə həmin üzüyü də özü ilə aparmışdır. Lakin buna baxmayaraq iddiaçı iddia ərizəsində həmin üzüyün də ona qaytarılmasını cavabdehdən tələb edir. Həmin üzüyün onda olması bir daha təsdiq edir ki, İddiaçı aid nə qızıl olubsa hamısı özündədir. Bundan əlavə, yuxarıda qeyd etdiyi kimi, iddiaçıya hədiyyə olunmuş qızıl-zinət əşyalarının daimi iddiaçının bilavasitə öz üzərində və ya onun yataq otağında saxlancda olmasını, yataq otağının qapısında kilid olmasını və evdə olmayanda qapını bağlı saxladığıını iddiaçı öz izahatında təsdiq etmişdir. Bildirir ki, hazırki iş üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti İddiaçı hədiyyə edilmiş və onun mülkiyyətinə keçmiş qızıl-zinət əşyalarının cavabdeh Murad Əliyevin qanunsuz sahibliyində olması faktının sübuta yetirməli olmasıdır. Başqa sözlə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında isə sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Hazırda cavabdeh Murad Əliyevdən tələb olunan zinət əşyalarının fərdi əlamətlərini göstərməklə, həmin əşyaların mülkiyyətçisi olmasını, sahibliyindən öz iradəsinə zidd çıxmasını, cavabdehin qanunsuz sahibliyində olmasını sübut etmək vəzifəsi İddiaçı üzərindədir. Həmin faktlar sübut edildikdən sonra, onların əksini sübut etmək cavabdehin vəzifəsidir. İddiaçı həmin hallardan hər hansı birini sübut etmədiyi halda cavabdeh tərəf sübutetmə vəzifəsindən azaddır və bu, iddianı rədd etmək üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı istinad etdiyi halları, yəni qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilmir, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmir. İddiaçı əmlaka olan mülkiyyət hüququnu əsaslandıran və əmlakın cavabdehdə olduğunu təsdiq edən konkret dəlil göstərməmişdir. Tərəfindən məhkəməyə təqdim etdiyi sübutlara, habelə iddiaçı Əzizə Muradovanın özünün məhkəməyə bildirdiyi məlumatlara əsaslanaraq bir daha bildirir ki, iddiaçı, tələb etdiyi sepi, brasleti, sırğanı və üzüyü, habelə özünün keçmiş əri Murad Əliyevə aldığı 1 ədəd nişan üzüyünü özü ilə aparmışdır. Bir daha bildirir ki, iddiaçının hazırki iddianı irəli sürməkdə məqsədi cavabdehin hesabına əsassız varlanmaqdır. İddiaçının cavabdehin və onun ailə üzvlərinin hesabına əsassız varlanmaq niyyətində olması həmçinin onunla təsdiq olunur ki, iddiaçının əvvəllər keçmiş əri Murad Əliyevə qarşı irəli sürdüyü iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarının ümumi dəyərinin 5.510 manat olduğunu göstərsə də, hazırki iddia ərizəsində həmin əşyaların dəyərinin artıq 10.160 manat olduğunu iddia etmişdir. Halbuki, qızıl-zinət əşyaları həm aşınmış əşyalar olmaqla yanaşı, həm də göstərilən məbləğdən qat-qat aşağı dəyərdə olmuşlar. Göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh X2 qarşı “qızıl-zinət əşyalarının qaytarılması və sair tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 yanvar 2025-ci il tarixli 2(009)-144/2025 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilmiş, İddiaçı məxsus 1 ədəd brilliant qaşlı qızıl sep (A 026722) – çəkisi 20.50 qram, əyar - 750, karat/sot 0,24; 1,52; 2.78; qiyməti 3480 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (nişan hədiyyəsi olan) (A 021186) – çəkisi 6.10 qram, əyar - 750, karat/sot 0,32; 0.71; 0.30; qiyməti 1735 AZN; 1 ədəd brilliant qaşlı (braslet) qolbağı (A 013042) – çəkisi 12.60 qram, əyar - 750, karat/sot 0,14; 1.29; qiyməti 1280 AZN; 1 ədəd 1 cüt qızıl sırğa (A 024395) – çəkisi 4.90 qram, əyar - 750, karat/sot 0,48; 0.15, 0.83; qiyməti 1540 AZN; 1 ədəd qızıl üzük (incə üzük) (A 007224) – çəkisi 3.70 qram, əyar - 750, karat/sot 0,41; qiyməti 745 AZN olmaqla, ümumilikdə 8780 manat dəyəri olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilməsi, əşyalar olmadıqda onların dəyəri olan 8780 manat və məhkəmə xərcinin 70 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı nikah pozulduqdan sonra da bir müddət, yəni 27 iyun 2022-ci il tarixədək keçmiş ərinin ailəsi ilə birlikdə yaşamışdır. Hazırda iddiaçı ona ailə qurduğu zaman toy münasibəti ilə hədiyyə edilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edir.
11. Cavabdeh tərəf iddianı qəbul etməsə də, mübahisə predmeti olan qızıl-zinət əşyalarının dəyərini də mübahisələndirməklə bununla bağlı məhkəməyə mütəxəssis rəyi də təqdim etmişdir.
12. Məhkəmə cavabdeh tərəfin heç bir qızıl-zinət əşyasının onlarda qalmadığına dair izahatını inandırıcı hesab etməyərək bu izahatın cavabdeh tərəfin məsuliyyətdən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlmişdir.
13. Məhkəmə cavabdeh tərəfin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, əvvəla cavabdehin özünün də bildirdiyi kimi tərəflərin münasibəti nikah pozulduqdan sonra da yaxşı olmuş və iddiaçı özü həmin evdə cavabdeh tərəfin və ailəsinin icazəsi ilə onlarla birlikdə yaşamağa davam etmişdir. Belə olan halda məhkəmə iddiaçının cavabdeh ilə məhz qızıl-zinət əşyalarını evdə tapa bilmədiyi üçün tərəflər arasında baş vermiş mübahisədən sonra evdən getməsinə dair dəlillərini inandırıcı sayır. Həmin əşyaların sertifikatının iddiaçıda qalması qızıl-zinət əşyalarının da iddiaçıda olması və ya cavabdeh tərəfindən götürülməməsinə dəlalət etmir.
14. Məhkəmə cavabdeh tərəfin oğlu ilə keçmiş gəlini arasında aparılmış “Whatsapp” yazışmalarına sübut qismində istinad etməsini də nəzərə alaraq iddiaçı ilə cavabdehin oğlu arasında olan və məhkəməyə təqdim edilən yazışmalarını sübut qismində qiymətləndirərək, qeyd etmişdir ki, iddiaçı birinci dəfə Əliyev Murada qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etdikdən sonra onunla arasında aparılan yazışmasında Əliyev Murad ona qızılları onun götürmədiyini və onda heç nə olmamasını, məhkəmədə qızılları onun götürməsini deməsini yazmış, İddiaçı isə ona məhkəmədə qızılları onun anasının götürməsini dediyini yazmışdır. Başqa sözlə, Murad Əliyev yazışmada məhkəmədə niyə məhz onun adını verməsinə etiraz etməklə kifayətlənmiş, qızılların iddiaçının özündə olması, anasında olmaması ilə bağlı hər hansı bir söz deməmişdir.
15. Məhkəmə, hər iki tərəfin təqdim etdiyi sübutları tədqiq edib onlara müqayisəli şəkildə qiymət verərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəf iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmasına dair məhkəməyə mötəbər və tutarlı sübutlar təqdim edə bilməmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddiaçının qeyd olunan qızıl-zinət əşyalarının mülkiyyətçisi olması, cavabdehin qanunsuz əşyaya sahib olması, bununla da iddiaçının mülkiyyətindən məhrum olması sübuta yetirilmişdir.
17. Məhkəmə, qaytarılması təmin edilən qızıl-zinyət əşyalarının dəyəri ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırda tələb etdiyi qızıl-zinət əşyalarının dəyərini əvvəlki məhkəmə icraatı zamanı məhkəmə tərəfindən əldə edilən "xxxx" MMC-nin 09 aprel 2024-cü il tarixli, 02-40/24 saylı mütəxəssis rəyinə uyğun olaraq göstərmişdir ki, məhkəmə bu dəyərləndirməni daha mötəbər hesab edir və iddiaçının bu mövqeyi ilə razılaşır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 225.2, 666.1, 668.1.3, Ailə Məcəlləsinin 34 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 223 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilən hissədə ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətində göstərilmişdir ki, 2021-ci ilin iyun ayından sonra iddiaçı, guya övladına, əslində isə özünə ipoteka ilə mənzil almaq üçün ilk ödənişin edilməsi ilə bağlı mütamadi olaraq Murad Əliyevi yola gətirmək istəmişdir. Lakin onun bütün cəhdləri baş tutmamış, Murad pul verməkdən imtina etmişdir. Mənzil üçün Muraddan pul ala bilməyəcəyini başa düşən iddiaçı 2022-ci ilin təxminən iyun ayında artıq başqa yerdə yaşayağacını bildirib, özünə məxsus bir çox əşyaları ilə birlikdə Murad Əliyev və onun valideynləri ilə birgə yaşadığı mənzili tərk etmişdir. Həmin vaxt və ondan əvvəl və ya sonra tərəflər arasında hər hansı mübahisə, münaqişə baş verməmişdir. Həmin vaxt iddiaçı cavabdehə və onun ailə üzvlərinə qızıl-zinət əşyalarının güya götürülməsi ilə bağlı heç nə deməmiş, bu barədə hər hansı irad və tələb bildirməmişdir. İddiaçı, Murad və onun ailə üzvləri ilə birgə yaşamağının müvəqqəti olduğunu, əvvəl-axır evdən çıxıb gedəcəyini çox gözəl bilmiş və buna hazırlıqlı olmuşdur. Yəni iddiaçı əvvəlcədən evdən gedəcəyini bildiyi üçün əşyalarını hissə-hissə evdən aparmışdır. Qeyd olunan bu faktı iddiaçı özü də əvvəllər Murad Əliyevə qarşı qaldırdığı iddia ilə bağlı mülki işə baxılması zamanı verdiyi izahatda təsdiq etmişdir. Belə ki, iddiaçı izahatında bildirmişdir ki, özünə aid əşyaları hissə-hissə aparmışdır. Cavabdehgildən çıxandan sonra həm anasıgildə, həm də başqa evdə yaşamışdır. İddiaçının Murad Əliyevlə ayrılacağına hazırlıqlı olması həmçinin onun sevgi və intim əlaqəsində oduğun başqa kişi ilə apardığı yazışmalarla da təsdiq olunur. “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən çıxarış tərəfimizdən məhkəməyə təqdim olunmuşdur. Həmin yazışmalardan göründüyü kimi, Əzizə həmin şəxslə birləşəşək birgə yaşayacaqları barədə qərara gəlmiş, hətta dünyaya uşaq gətirməyi də planlaşdırmışlar. Yazışmalarda onların planlarının həyata keçirilməsi vaxtı kimi 2022-ci il qeyd olunmuşdur. Bütün bunlar onu bir daha təsdiq edir ki, İddiaçı Muraddan kənar, başqa şəxslə ailə qurmaq planları olmuş, mənzili tərk etmək üçün tam hazırlıqlı olmuşdur. İddiaçı hazırda yenidən ailə qurmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
23. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izah vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 28.Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 29.Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 30.Maddə 668.1.3. Bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
31. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 32.Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
42. İddiaçı qızıl-zinət əşyalarını tələb etmişdir.
43. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
44. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət və digər əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir (MPM-nin 14.2, 77.1 m.).
45. Məhkəmə kollegiyası nəzərə alır ki, tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması mübahisə doğurmamışdır.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyni əsaslı hesab edir.
47. Cavabdehin özünün də bildirdiyi kimi tərəflərin münasibəti nikah pozulduqdan sonra da yaxşı olmuş və iddiaçı özü həmin evdə cavabdeh tərəfin və ailəsinin icazəsi ilə onlarla birlikdə yaşamağa davam etmişdir. Belə olan halda məhkəmə iddiaçının cavabdeh ilə məhz qızıl-zinət əşyalarını evdə tapa bilmədiyi üçün tərəflər arasında baş vermiş mübahisədən sonra evdən getməsinə dair dəlillərini inandırıcı sayır. Həmin əşyaların sertifikatının iddiaçıda qalması qızıl-zinət əşyalarının da iddiaçıda olması və ya cavabdeh tərəfindən götürülməməsinə dəlalət etmir.
48. Bundan əlavə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilən “Whatsapp” mobil tətbiqindən çıxarışdan görünür ki, iddiaçı ilə onun keçmiş əri – cavabdehin oğlu Muradla yazışmalarda 28 iyul 2022-ci il tarixdə onların arasında qızıl-zinət əşyalarının şərtlər daxilində taleyi soruşulur.
49. Göründüyü kimi iddiaçı evi tərk etdikdən sonra qızıl-zinət əşyaları iddiaçıda olmamışdır.
50. İddiaçı ilə cavabdehin oğlu arasında olan və iş materiallarına əlavə edilmiş yazışmalarına münasibətdə Kollegiya qeyd edir ki, iddiaçı birinci dəfə Əliyev Murada qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etdikdən sonra onunla arasında aparılan yazışmasında Əliyev Murad ona qızılları onun götürmədiyini və onda heç nə olmamasını, məhkəmədə qızılları onun götürməsini deməsini yazmış, İddiaçı isə ona məhkəmədə qızılları onun anasının götürməsini dediyini yazmışdır. Başqa sözlə, Murad Əliyev yazışmada məhkəmədə niyə məhz onun adını verməsinə etiraz etməklə kifayətlənmiş, qızılların iddiaçının özündə olması, anasında olmaması ilə bağlı hər hansı bir söz deməmişdir.
51. Apelyasiya baxışında həmin yazışmaların ardıcıllığını yoxlamaq məqsədilə iddiaçının mobil telefonuna baxış keçirilmiş (sonradan onların çıxarışı təqdim olunmuşdur) və iddiaçı tərəfindən həmin yazışmalara hər hansı müdaxilə edilməsi (müəyyən hisəsinin silinməsi) halı müəyyən edilməmişdir.
52. Həmin yazışmalardan aydıq şəkildə müəyyən olunur ki, qızıl-zinət əşyaları cavabdehdə qalmışdır və sonuncunun oğlu müəyyən şərtlər daxilində onların iddiaçıya qaytarılmasına kömək etməsinə söz verir.
53. Beləliklə, cavabdeh iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə aparmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
54. Cavabdeh iddiaya etirazını həm də onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023cü il tarixdə bütün əşyalarını, o cümlədən qızıllarını təhvil almış və buna dair müvafiq iltizam vermişdir.
55. Kollegiya həmin dəlillə razılaşmır və qeyd edir ki, həmin iltizamda söhbət yalnız cehiz əşyalarından gedir, qızıl-zinət əşyaları barədə hər hansı qeyd aparılmamış, nə də cavabdehin oğlu əvvəlki işdə bu hala istinad etməmişdir. Hər iki işdə cavabdehləri eyni vəkil-nümayəndə təmsil etmişdir və göstərilən hal doğru olsaydı, əvvəlki işdə də iddiaya etirazın əsaslarından birini bu hal təşkil edərdi.
56. İddiaçı öz yaşadığı evdən çıxdıqdan sonra keçmiş əri ilə qızıl-zinət əşyaları barədə soruşanda o, qızıl-zinət əşyalarının evdə olmağını inkar etməmişdir.
57. Belə olan halda Kollegiya hesab edir ki, məhkəməni gəldiyi nəticə düzgün olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-144/2025 nömrəli iş üzrə 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.