Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-279/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı, keçmiş ərinə – Cavabdeh1 və keçmiş qayınanasına – Cavabdeh2 qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərilmiş və Cavabdeh1 ilə nikaha daxil olarkən valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarının, nikah zamanı cavabdehlər tərəfindən ona hədiyyə olaraq verilmiş geyim əşyalarının və birgə nikah dövründə uşaq üçün alınmış əşyaların cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 23.08.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İddiaçı cavabdehlərin yaşadıqları və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, bina № 11-də yerləşən 111 saylı mənzilə gəlin köçmüş və valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını da, həmin evə aparmışdır. İddiaçı ilə cavabdeh Cavabdeh1 1 övladları var – 20.02.2019-cu il təvəllüdlü Vidadi. Uşaq doğulandan bir neçə ay sonra iddiaçı ilə cavabdeh Cavabdeh1 münasibətləri pozulmuşdur. 2020-ci ilin mart ayında cavabdehlər iddiaçını, uşaqla birlikdə, evdən qovmuşlar. İddiaçıya və uşağa aid əşyalar cavabdehlərə məxsus olan mənzildə qalmışdır. İddiaçı bildirir ki, cavabdehlərdən alınaraq ona verilməsini xahiş etdiyi əşyalar aşağıdakılardır:
1. nikaha daxil olarkən valideynləri tərəfindən verilmiş cehiz əşyalar- dəyəri 10.000 olan yataq mebel dəsti, dəyəri 7.500 manat olan qonaq mebel dəsti, dəyəri 2.500 manat olan yumşaq mebel dəsti, dəyəri 600 manat olan mətbəx mebel dəsti, dəyəri 2.000 manat olan dəhliz dolabı, dəyəri 500 manat olan çarpayı döşəyi, dəyəri 2.000 manat olan iki otaq üçün pərdələr, dəyəri 2.000 manat olan soyuducu, dəyəri 3.500 manat olan televizor, dəyəri 1.800 manat olan paltaryuyan maşın, dəyəri 1.820 manat olan kondisioner, dəyəri 120 olan soba, dəyəri 180 manat olan elektrik samovarı, dəyəri 60 manat olan elektrik çaydanı, dəyəri 350 manat olan ütü dəsti, dəyəri 500 manat olan tozsoran, dəyəri 250 manat olan mikser, dəyəri 150 manat olan şirə çəkən, dəyəri 190 manat olan ətçəkən, dəyəri 50 manat olan qəhvə üyüdən, dəyəri 250 manat olan mətbəx kombaynı, dəyəri 5.000 manat olan yorğan-döşək, dəyəri 5.000 manat olan yataq üzlükləri və dəsmallar, dəyəri 2.000 manat olan yataq örtüyü, dəyəri 1.000 manat olan yun odeyallar, dəyəri 1.800 manat olan böyük kovrolit, dəyəri 900 manat olan üç ədəd balaca xalçalar, dəyəri 200 manat olan parla işləyən ütü, dəyəri 500 manat olan qaşıq dəsti, dəyəri 50 manat olan balaca şirəçəkən, dəyəri 250 manat olan divan örtüyü, dəyəri 100 manat olan yay yorğanları, dəyəri 350 manat olan dörd ədəd süfrələr, dəyəri 9.500 manat olan üç növdə qazan dəstləri, dəyəri 2.000 manat olan iki növdə servis dəstləri, dəyəri 2.500 manat olan qəhvə servisi dəsti, dəyəri 700 manat olan iki ədəd büllur gülqabıları, dəyəri 900 manat olan iki ədəd büllur meyvə qabları, dəyəri 160 manat olan iki ədəd büllur külqabıları, dəyəri 600 manat olan on iki ədəd bokallar, dəyəri 600 manat olan on iki ədəd büllur stəkanlar, dəyəri 400 manat olan on iki ədəd mürəbbə qabları, dəyəri 500 manat olan on iki ədəd nəlbəkilər, dəyəri 500 manat olan on iki ədəd büllur armudu stəkanlar, dəyəri 160 manat olan 2 ədəd salfet qabları, dəyəri 160 manat olan balaca gülqabı, dəyəri 640 manat olan dörd ədəd büllur konfet qabları, dəyəri 360 manat olan altı ədəd büllur stəkan və su qabı dəsti, dəyəri 720 manat olan altı ədəd büllur mürəbbə qabları, dəyəri 360 manat olan iki ədəd “bogema” meyvə qabları, dəyəri 500 manat olan saat, dəyəri 160 manat olan büllur şam qabları, dəyəri 300 manat olan iki ədəd büllur suvenirlər, dəyəri 400 manat olan “bogema” bokal dəsti, dəyəri 40 manat olan çaydan, dəyəri 400 manat olan podnoslar, dəyəri 500 manat olan on iki ədəd parçalar, dəyəri 600 manat olan on iki ədəd büllur stəkanlar, dəyəri 100 manat olan paltar qurudan, dəyəri 20 manat olan zibil qabı, dəyəri 50 manat olan döşəməsilən, dəyəri 50 manat olan çörəkqabı, dəyəri 170 manat olan bıçaq çömçə dəsti, dəyəri 150 manat olan qranit tava dəsti, dəyəri 100 manat olan iki ədəd keramika soba qabları, dəyəri 180 manat olan iki ədəd büllur kül qabı, dəyəri 50 manat olan 2 ədəd paltar səbətləri, dəyəri 40 manat olan qranit keks qabı, dəyəri 100 manat olan hamam dəsti, dəyəri 460 manat olan müxtəlif məişət əşyaları;
2. nikaha daxil olarkən cavabdehlər tərəfindən ona hədiyyə edilmiş əşyalar- dəyəri 3.000 manat olan şuba, dəyəri 1.700 manat olan iki ədəd palto, dəyəri 1.200 manat olan iki ədəd plaş, dəyəri 750 manat olan gödəkcə, dəyəri 4.000 manat olan on iki ədəd donlar, dəyəri 1.700 manat olan üç cüt uzunboğaz ayaqqabılar, dəyəri 1.000 manat olan 4 cüt qış ayaqqabıları, dəyəri 2.000 manat olan beş cüt yay ayaqqabıları, dəyəri 2.200 manat olan altı cüt ayaqqabılar, dəyəri 300 manat olan dəri çanta, dəyəri 700 manat olan beş ədəd çantalar, dəyəri 600 manat olan dörd ədəd balaca çantalar, dəyəri 1.000 manat olan dörd dəst kostyum, dəyəri 2.000 manat olan on ədəd donlar, dəyəri 1.000 manat olan on beş ədəd koftalar, dəyəri 1.000 manat olan on iki ədəd şalvarlar, dəyəri 500 manat olan altı ədəd sviterlər, dəyəri 300 manat olan beş ədəd yubkalar, dəyəri 1.000 manat olan on beş dəst idman kostyumları, dəyəri 2.000 manat olan beş ədəd ətirlər və dəyəri 1.000 manat olan kosmetika dəsti;
3. birgə nikah dövründə uşaq üçün alınmış əşyalar – dəyəri 850 manat olan uşaq çarpayısı, dəyəri 40 manat olan uşaq çarpayısının döşəyi, dəyəri 1.000 olan uşaq yorğandöşək dəsti. İddiaçı bildirir ki, qeyd edilən əşyalar ona və yanında qalmış uşağa məxsus olduğundan cavabdehlərdən alınmalı və ona verilməlidir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.04.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddia ərizəsində qeyd edilən əşyaların bir qisminin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti və apellyasiya baxışı zamanı “apellyasiya şikayətinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə (iş v. 98) verərək, qətnamənin qismən ləğv edilməsini və Rayon Məhkəməsi tərəfindən Cavabdeh1 alınaraq ona verilməsi qət edilmiş əşyaların dəyərinin də qətnamədə göstərilməsini xahiş etmişdir. İddiaçının mövqeyi onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilən əmlakların hamısını deyil bir hissəsinin Cavabdeh1 alınaraq ona verilməsini qət etmişdir. O, hazırda Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşır. Lakin hesab edir ki, Rayon Məhkəməsi Cavabdeh1 alınaraq ona verilməsini qət etdiyi əmlakların dəyərini qətnamədə göstərməməklə səhvə yol vermişdir. Bu hal qətnamənin gələcəkdə icrası zamanı müəyyən problemlər yarada və qətnamənin icrasını mümkünsüz edə bilər. Belə ki, qətnamənin icrası zamanı həmin əmlakların hamısının və ya bir hissəsinin Cavabdeh1 naturada alınması hər hansı səbəbdən mümkün olmazsa, onda həmin əmlakların dəyəri Cavabdeh1 alınaraq ona ödənilməlidir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək “apellyasiya şikayətinin həcminin dəqiqləşdirilməsi barədə” ərizəni müdafiə etdi və ərizənin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, təmsil etdiyi və hüquqlarını müdafiə etdi iddiaçı iddianın bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək bildirmişdir ki, təmsil etdiyi və hüquqlarını müdafiə etdi Cavabdeh1 iddianın bir hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır. Əşyaların dəyərinin qətnamədə göstərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. O, əlavə olaraq bildirdi ki, cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan əşyalar cavabdehlər tərəfindən onlara məxsus mənzildən çıxarılaraq ünvan 1 ünvanında yerləşən “X2” MMCdə “188 Daşıma Xidmətinə” məxsus saxlanc yerinə yerləşdirilmişdir. İddiaçı istədiyi vaxt həmin əşyaları oradan götürə bilər. İş üzrə Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən bəlli olur ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 23.08.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdehlərin yaşadıqları və Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsi, bina № 11-də yerləşən 111 saylı mənzilə gəlin köçmüş və valideynləri tərəfindən ona verilmiş cehiz əşyalarını da, həmin evə aparmışdır. İddiaçı ilə cavabdeh Cavabdeh1 1 övladları var. Uşaq doğulandan bir neçə ay sonra iddiaçı ilə cavabdeh Cavabdeh1 münasibətləri pozulmuşdur. 2020-ci ilin mart ayında, iddiaçı, cavabdehlərin mənzilini uşaqla birlikdə tərk etmişdir. İddiaçı bildirir ki, ona və uşağa aid əşyalar cavabdehlərdə qalmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 alınaraq iddiaçıya verilməli olan əşyalar Cavabdeh1 tərəfindən mənzildən çıxarılaraq ünvan 1 ünvanında yerləşən “X1” MMC-də “188 Daşıma Xidmətinə” məxsus saxlanc yerinə yerləşdirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3577/2020 saylı iş üzrə qəbul etdiyi 20.11.2020-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra uşağın ananın yanında saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh1 hazırki iş üzrə iddiaçının xeyrinə alimentin tutulması və s. məsələlər qət edilmişdir. İşin müəyyən edilmiş hallarını və tərəflərin mövqeyin nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məcəllənin 34.2-ci maddəsinə görə, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məcəllənin 36.6-cı maddəsinə görə, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddi hüququ normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, iddiaçı ona məxsus cehiz əşyalarının, nikah zamanı cavabdehlər tərəfindən ona hədiyyə olaraq verilmiş geyim əşyalarının və birgə nikah dövründə uşaq üçün alınmış əşyaların Cavabdeh1 alınaraq ona verilməsi barədə tələbi irəli sürməkdə haqlı olmuşdur. İddia tələbi Cavabdeh1 aid hissədə qismən əsaslıdır. Cavabdeh2 aid hissədə iddia əsassızıdır. Məhkəmə bildirir ki, MPM-nin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərməlidir. Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsindən isə görünür ki, iddianı qismən təmin etmiş Rayon Məhkəməsi cavabdehlərdən alınaraq iddiaçıya verilməli olan əmlakların dəyərini qətnamədə göstərməmiş, bununla da MPM-nin 222.1-ci maddəsinin imperativ tələbinə əməl etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, qətnamə düzgün deyil. MPM-nin 385.1.1-ci maddəsinin mənasına görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. MPM-nin 387.1-ci maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan aktın qəbul edilməsinə səbəb olsun. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş üzrə yeni qətnamə qəbul edilməsi barədə nəticəyə gələn Məhkəmə nəzərə alır ki, iş üzrə tərəflər, Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 alınaraq iddiaçıya verilməsi qət olunmuş əşyaların sayını, çeşidini və növünü mübahisələndirməmiş, bu barədə faktiki olaraq razılığa gəlmişlər. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilsə də, Cavabdeh1 tutularaq iddiaçıya verilməli olan əşyalar həmin qətnamənin nəticə hissəsində göstərilən əşyalar olmalıdır. Əşyalarının dəyərinin müəyyən edilməsi üçün Məhkəmə qəbul etdiyi 16.07.2021-ci il tarixli qərardadla iş üzrə “qiymətləndirmə ekspertizası” təyin etmiş və qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə tapşırmışdır. Həmin MMC tərəfindən verilmiş 15.12.2021-ci il tarixli, 03-PLS saylı rəydən görünür ki, iddiaçıya məxsus olan və ünvan 1 ünvanında yerləşən “X1” MMC-də “188 Daşıma Xidmətinə” məxsus saxlanc yerinə yerləşdirilmiş 1 ədəd yataq mebel dəsti 6.000 manat, 1 ədəd qonaq mebel dəsti 5.500 manat, 1 ədəd yumşaq mebel dəsti, 1 ədəd mətbəx mebel dəsti, 1 ədəd dəhliz dolabı 600 manat, 1 ədəd çarpayı döşəyi 200 manat, iki otaq üçün pərdələr 600 manat, 1 ədəd soyuducu 800 manat, 1 ədəd televizor 1.500 manat, 1 ədəd paltaryuyan maşın 600 manat, 1 ədəd kondisioner 700 manat, 1 ədəd soba 60 manat, 1 ədəd elektrik samovarı 70 manat, 1 ədəd elektrik çayniki 20 manat, 1 ədəd tozsovuran 100 manat, ədəd yorğan-döşək 1.200 manat, yataq üzlükləri və dəsmallar 800 manat, 1 ədəd yataq örtüyü 600 manat, yun odeyallar 300 manat, 1 ədəd böyük kovrolit 400 manat, 3 ədəd balaca xalçalar 300 manat, 1 ədəd qaşıq dəsti 150 manat, 1 ədəd divan örtüyü 70 manat, yay yorğanları 60 manat, 4 ədəd süfrələr 120 manat, 3 növdə qazan dəstləri 1.500 manat, 2 növdə servis dəstləri 700 manat, 1 ədəd qəhvə servisi dəsti 800 manat, 2 ədəd büllur gülqabıları 600 manat, 2 ədəd büllur meyvə qabları 400 manat, 2 ədəd büllur külqabıları 100 manat, 12 ədəd bokallar 250 manat, 12 ədəd büllur stəkanlar 200 manat, 12 ədəd mürəbbə qabları 200 manat, 12 ədəd nəlbəkilər 200 manat, 12 ədəd büllur armudu stəkanlar 100 manat, 2 ədəd salfet qabları 60 manat, 1 ədəd balaca gülqabı 40 manat, 4 ədəd büllur konfet qabları 160 manat, 16 ədəd büllur stəkan 150 manat və su qabı dəsti 80 manat, 16 ədəd büllur mürəbbə qabları 300 manat, 1 ədəd saat 100 manat, 1 ədəd çaydan 20 manat, podnoslar 10 manat, 1 ədəd zibil qabı 10 manat, 1 ədəd döşəməsilən 5 manat, 1 ədəd çörəkqabı 10 manat, 1 ədəd bıçaq çömçə dəsti 30 manat, 1 ədəd qranit tava dəsti 120 manat, 2 ədəd paltar səbətləri 20 manat, 1 ədəd qranit keks qabı 20 manat, 2 ədəd plaş 300 manat, 12 ədəd donlar 600 manat, 3 cüt uzunboğaz ayaqqabılar 300 manat, 1 ədəd dəri çanta 50 manat, 4 dəst kostyum 260 manat, 10 ədəd donlar 200 manat, 15 ədəd koftalar 300 manat, 15 ədəd yubkalar 300 manat, 5 dəst idman kostyumları 300 manat, 1 ədəd uşaq çarpayısı 250 manat, 1 ədəd uşaq çarpayısının döşəyi 15 manat, 1 ədəd uşaq yorğan-döşək dəsti 50 manat, cəmi 30.560 manat təşkil edir. Odur ki, qeyd edilənlərə, apellyasiya baxışı ilə müəyyən edilmiş hallara və MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi barədə” iddiası qismən təmin edilsin. Dəyəri 6.000 manat olan 1 ədəd yataq mebel dəsti, dəyəri 5.500 manat olan 1 ədəd qonaq mebel dəsti, 1 ədəd yumşaq mebel dəsti , 1 ədəd mətbəx mebel dəsti, dəyəri 600 manat olan 1 ədəd dəhliz dolabı, dəyəri 200 manat olan 1 ədəd çarpayı döşəyi, dəyəri 600 manat olan iki otaq üçün pərdələr, dəyəri 800 manat olan 1 ədəd soyuducu, dəyəri 1.500 manat olan 1 ədəd televizor, dəyəri 600 manat olan 1 ədəd paltaryuyan maşın, dəyəri 700 manat olan 1 ədəd kondisioner, dəyəri 60 manat olan 1 ədəd soba, dəyəri 70 manat olan 1 ədəd elektrik samovarı, dəyəri 20 manat olan 1 ədəd elektrik çayniki, dəyəri olan 100 manat 1 ədəd tozsovuran, dəyəri 200 manat olan yorğan-döşək 1 , dəyəri 800 manat olan yataq üzlükləri və dəsmallar, dəyəri 600 manat olan 1 ədəd yataq örtüyü, dəyəri 300 manat olan yun odeyallar, dəyəri olan 400 manat 1 ədəd böyük kovrolit, dəyəri 300 manat olan 3 ədəd balaca xalçalar, dəyəri 150 manat olan 1 ədəd qaşıq dəsti, dəyəri 70 manat olan 1 ədəd divan örtüyü, dəyəri 60 manat olan yay yorğanları, dəyəri 120 manat olan 4 ədəd süfrələr, dəyəri 1500 manat olan 3 növdə qazan dəstləri, dəyəri 700 manat olan 2 növdə servis dəstləri, dəyəri 800 manat olan 1 ədəd qəhvə servisi dəsti, dəyəri 600 manat olan 2 ədəd büllur gülqabıları, dəyəri 400 manat olan 2 ədəd büllur meyvə qabları, dəyəri 100 manat olan 2 ədəd büllur külqabıları, dəyəri 250 manat olan 12 ədəd bokallar, dəyəri 200 manat olan 12 ədəd büllur stəkanlar, dəyəri 200 manat olan 12 ədəd mürəbbə qabları, dəyəri 200 manat olan 12 ədəd nəlbəkilər, dəyəri 100 manat olan 12 ədəd büllur armudu stəkanlar, dəyəri 60 manat olan 2 ədəd salfet qabları, dəyəri 40 manat olan 1 ədəd balaca gülqabı, dəyəri 160 manat olan 4 ədəd büllur konfet qabları, dəyəri 150 manat olan 16 ədəd büllur stəkan, dəyəri 80 manat olan su qabı dəsti, dəyəri 300 manat olan 16 ədəd büllur mürəbbə qabları, dəyəri 100 manat olan 1 ədəd saat, dəyəri 20 manat olan 1 ədəd çaydan, dəyəri 10 manat olan podnoslar, dəyəri 10 manat olan 1 ədəd zibil qabı, dəyəri 5 manat olan 1 ədəd döşəməsilən, dəyəri 10 manat olan 1 ədəd çörəkqabı, dəyəri 30 manat olan 1 ədəd bıçaq çömçə dəsti, dəyəri 120 manat olan 1 ədəd qranit tava dəsti, dəyəri 20 manat olan 2 ədəd paltar səbətləri, dəyəri 20 manat olan 1 ədəd qranit keks qabı, dəyəri 300 manat olan 2 ədəd plaş, dəyəri 600 manat olan 12 ədəd donlar, dəyəri 300 manat olan 3 cüt uzunboğaz ayaqqabılar, dəyəri 50 manat olan 1 ədəd dəri çanta, dəyəri 260 manat olan 4 dəst kostyum, dəyəri 200 manat olan 10 ədəd donlar, dəyəri 300 manat olan 15 ədəd koftalar, dəyəri 300 manat olan 15 ədəd yubkalar, dəyəri 300 manat olan 5 dəst idman kostyumları, dəyəri 250 manat olan 1 ədəd uşaq çarpayısı, dəyəri 15 manat olan 1 ədəd uşaq çarpayısının döşəyi, dəyəri 50 manat olan 1 ədəd uşaq yorğan-döşək dəsti, onların naturada qaytarılması mümkün olmadığı halda isə onların dəyəri Cavabdeh1 alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 45 manat dövlət rüsumunun yarısı iddiaçının özünə aid edilsin. Dövlət rüsumunun qalan hissəsinin ödənilməsi məqsədi ilə Cavabdeh1 22 (iyirmi iki) manat 50 (əlli) qəpik alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş qiymətləndirilmə ekspertizasının xərci – 300 manat İddiaçı və Cavabdeh1 bərabər hissələr ilə aid edilsin. Bu məqsədlə onların hər birindən 150 (yüz əlli) manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.