Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2790/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-597/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı (həm də iddiaçı X5 qanuni nümayəndəsi) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada mənim xeyrimə mənəvizərərə görə 3.000.000 (üç milyon) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat haqqın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada: - iddiaçının xeyrinə mənəvi zərərə görə 3.000.000 (üç milyon) manat məbləğində pulun, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat haqqın tutulub ona ödənilməsi barədə; - sağlamlığının bərpası üçün müayinə və müalicəyə çəkilmiş xərcin əvəzi kimi 20000 (iyirmi min) manat pulun, özünün sağlamlığına vurulmuş zərərə görə 500000 (beş yüz) min manat pulun cavabdehlərdən tutulub ona ödənilməsi; - xx.xx.2011-ci il təvəllüdlü övladı X7 vurulmuş mənəvi zərər görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada X5 xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulub onun qanuni nümayəndəsi kimi iddiaçıya ödənilməsi; - azyaşlı qızı X1 itirməsinə görə müayinə və müalicəsinə çəkimiş xərcin əvəzi olaraq 30000 manat pulun, qızının sağlamlığına vurulmuş zərərə görə 300000 (üç yüz min) manat pul cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, X19 Quluoğlu xidmətdə olarkən, 25 may 2017-ci il tarixində, hazırda cəmiyyətdə “Tərtər işi” adı ilə tanınan və istintaqı aparılan cinayət işi zamanı heç bir əsas olmadan tam qanunsuz şəkildə güya dövlətə xəyanət ittihamlarının araşdırılması adı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bərdə şəhərində yerləşən 1-ci korpus adı ilə bilinən N saylı hərbi hissəsinin komandiri, general-mayor Hikmət Həsənovun göstərişi ilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, Hikmət Həsənovun özü, onun hüquq işləri üzrə müşaviri Fuad Ağayev və N saylı hərbi hissənin kəşfiyyat bölüyünün hərbçiləri tərəfindən ona qarşı ağır işgəncələr verilmiş və bu işgəncələrin nəticəsində qətlə yetirilmişdir. Bu faktlar Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il və 13 mart 2019cu il tarixli hökmləri ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslər X37, X22 və X8rəis və vəzifəli şəxs kimi bir qrup şəxs halında, silah tətbiq etməklə, 2017-ci ilin may ayının 07dən 08-nə keçən gecə N saylı hərbi hissənin əlahiddə tank bölüyünün 3-cü tağımının komandiri leytenant X9 və həmin bölüyün sabiq komandiri, həmin vaxt N saylı hərbi hissənin 2-ci tank bölüyünün komandiri vəzifəsində, leytenant rütbəsində xidmət edən X15 N saylı hərbi hissənin köhnə qərargah binasına gətizdirərk, onların fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilmələrinə dair göstəriş vetmişdir. Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Elçin Mirzəliyevdən onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini, habelə düşmən hərbi qulluqçuları tərəfindən Mərhəmət Rəcəbliyə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini etiraf etməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Elçin Mirzəliyevə qarşı zorakı hərəkətlər etmiş, yeni günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə qərargah binasını ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub əllərini və ayaqlarını, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçanı gözünün üstünə salıb üstündən yapışqanlı lentlə bağladıqları Elçin Mirzəliyevin bədəninin müxtəlif nahiyələrinə yumruq, şillə və təpiklə plastik boru və digər küt əşyalarla çoxsaylı zərbələr vurmuş, onu üzü üstə uzadıb, tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün qollarından və ayaqlarından tutub, başını vannadakı suyun içinə salıb bir neçə saniyə saxlamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, habelə onu arxası üstə uzadıb tərpənməməsi, müqavimət göstərə bilməməsi üçün başından, qollarından və ayaqlarından tutub, əski parçasını onun ağzının üstünə qoymuş, əskinin üstündən su tökmüş, su ağzına dolduğundan və nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda ağzının üstündən əskini götürərək nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdirmiş, boğularaq çabaladıqda tutub saxlamış, daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb, xüsusi qurğu vasitəsi ilə, naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə, bədəninə bir neçə dəfə elektrik cərəyanı vermişlər. Elçin Mirzəliyev düşmənlə əməkdaşlıq etməsini təkzib etməkdə davam etdiyindən, X2 otağa gətirmişlər. Mərhəmət Rəcəbli ona verilmiş işgəncələrin təsiri altında Elçin Mirzəliyevin ona qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini bildirmişdir. X24 Rəcəblinin dediklərini təkzib etdiyindən, eyni qaydada Elçin Mirzəliyevə qarşı fiziki zor tətbiq etmiş və işgəncə vermişlər. Bundan sonra xx.xx.2017-ci il tarixdə, səhər saatlarında düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçular gecələdikləri binadan qanunsuz sorğu-sual prosesinin keçirildiyi binaya aparılarkən, X45 Mirzəliyevi sıradan çıxarıb, “düşmənlə əməldaşlıq etdiyinə görə” qisas almaq məqsədilə, onu yerə yıxıb, təpiklə və əlində olan dəmir parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmuşdur. Bundan sonra da Fuad Ağayevin qanunsuz göstərişinə əsasən, N saylı hərbi hissənin halhazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları həmin tarixdə köhnə qərargah binasının ikinci mərtəbəsindəki otaqlarda, habelə həmin gecə N saylı hərbi hissəyə aparıldıqdan sonra N və 10 may 2017-ci il tarixlərdə günün müxtəlif, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə, davamlı şəkildə, köhnə yataqxana binasının otaqlarında düşmənlə əməkdaşlıq etdiyini etiraf etməsini tələb edərək, Elçin Mirzəliyevə qarşı müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək və işgəncə vermişlər. X34 məruz qaldığı işgəncələrin təsiri altında düşmənlə məxfi əməkdaşlıq etdiyini, habelə İsəbala Məmmədova qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsini təşkil etdiyini billdirmək məcburiyyətində qaldıqdan sonra zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmək əvəzinə, əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətməsini ehtimal etdikləri əməllərə görə ondan qisas almaq məqsədilə işgəncə verməyə davam edərək, Elçin Mirzəliyevə “başın təpə-ənsə nahiyəsinin sıyrığı, başın yumşaq toxumasına həmin nahiyədən qansızma, baş beyinin sol yarımkürəsində təpə payında kapsullaşmış beyindaxili hematoma, hər iki yuxarı ətrafın, döş qəfəsinin, qarının sol səthinin, sol baldırın dabana keçən, sağ baldırın nekrozlaşma ilə nəticələnmiş yaraları, sol ayağın üst səthinin kəsilmiş yarası, sol budun əzələ daxili henatoması, dodaqların selikli qişası, sol alin qabarı, burun beli, yanaq, qulaq seyvanları, gövdə və ətrafların çoxsaylı qançır, sıyrıq və səthi əzilmiş yaraları” xəsarətlərini yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X25 xx.xx.2017-ci il tarixdə, saat 04:45-də 056 saylı hərbi hospitala aparılmış, saat 13 radələrində isə SilahlıQüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlərinin görülməsinə baxmayaraq, xx.xx.2017-ci il tarixdə, saat 11:55-də aldığı çoxsaylı xəsarətlər nəticəsində dövr edən qanın damarlardan çıxaraq, formalı elementlərinin parçalanma məhsullarının sorulmasından yaranmış orqanizmin ümumi intoksikasiyası, poliorqan çatmamazlığı səbəbindən hospitalda vəfat etmişdir. Komisyon məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli T126/2018 №-li rəyi ilə mərhum həyat yoldaşı X10 ölümünə səbəb olan ona yetirilmiş çoxsaylı xəsarətlər nəticəsində dövr edən qanın damarlardan çıxaraq onun formalı elementlərinin parçalanma məhsullarının sorulmasından yaranmış orqanizmin ümumi intokskasiyası. Poliorqan çatmazlığı olmuşdur”. Öz təsdiqini tapmışdır. Həyat yoldaşı X26 peşəkar hərbçi olmuş, uzun illərdir ki, Dövlətə, Prezidentə və xalqa sədaqətlə xidmət edirdi. Onlar Naftalan şəhərində mənzildə kirayədə qalırdı. Elçin Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin tank bölük komandiri vəzifəsində xidmət edirdi. 24 aprel 2017-ci ildə Bərdə şəhərində yerləşən N saylı hərbi hissəyə ezam olunmuşdu və orada tank bölüyünün komandiri kimi xidmətini davam etdirirdi. Elçin 24 aprel 2017-ci ildə səhər saat 9-da yaşadığı evdən tam hazırlıqlı çıxaraq Bərdə şəhərinə yeni xidmət yerinə yollanmışdı və N saylı hərbi hissədə qalmağa başlamışdı. Elçin onun hər gün telefonla əlaqə saxlayırdı və Bərdə şəhərində kirayə ev tutub onları yanına aparacağını bildirirdi. Onunla sonuncu danışığı 07 may 2017-ci il tarixdə saat 17:00-da olmuşdur. Elçin ona zəng edərək, hal-əhval tutdu, azyaşlı övladının vəziyyətini soruşdu və xidmətdə olduğunu deyərək, onunla sağollaşmışdı. Bu tarixdən və saatdan sonra Elçinlə əlaqəsi kəsildi. O, həmin gün gecə saatlarında onun mobil telefonuna zəng etmişdir, lakin zənginə cavab vermədi, telefon məşğul çaldı. İkinci dəfə zəng edəndə isə telefon bağlı oldu. Sabahısı günü, yəni mayın 8-də, 9-da, 10-da ona zənglər etdi, lakin Elçinə zəng çatmadı. 10 may 2017-ci il tarixdə saat 15:00-da kirayədə qaldığı çoxmənzilli bina evinin balkonunda olarkən, 6 yaşlı qızı Aylin qonşuluqda yaşayan hərbçi qonşuya demişdir ki, atasın zəng çatmır, o da dedi ki, anasını çağırsın. O, balkona çıxmışdır və bildirmişdir ki, Elçin öldürülüb. Səbəbini soruşduqda, o, azyaşlı qızının yanında ona «oğraş yoldaşın Elçin İsabala adlı hərbçi ilə birlikdə erməniyə işlədiklərinə görə öldürülmüşdür». O, bundan dərin sarsıntı keçirmişdir, azyaşlı qızı Aylin isə qorxub ağlamışdı və özündən getmişdi. O, bir təhər özünü ələ alıb, qızı Aylini sakitləşdirmişdir və dərhal anasına zəng edib məlumat vermişdir və tez gəlməsini xahiş etmişdir. X42 Ağdaş rayonundan Naftalana gəlmişdir və onları X46 kəndinə ata evinə aparmışdır. O, həmçinin Elçinin anasına və dayısına da məlunat vermişdir və bundan sonra onlar yoldaşı Elçin axtarmağa başlamışdır. O, 10 mayda gecə saatlarında Elçinin dayısı ilə N saylı hərbi hissəyə getmiş və Elçini soruşmuşlar. Hərbçilər onları qarşılamışdılar və demişdilər ki, «Elçin vətən xainidir, erməniyə tank satıb, o, xaini niyə axtarır. Onun adını çəkməyin». Onlar geri qayıtmışlar və Elçinin dayısı soraqlaşdı və məlum oldu ki, X20 adlanan yerdə yerləşən N saylı hərbi hissədədir. Onlar N saylı hərbi hissəyə gedəndə onları qapıya yaxınlaşmağa qoymamışlar. Onlar orada olanda çoxlu hərbçinin başına torba keçirib gətirdiklərini görmüşlər. O, Elçinin adını çəkəndə, orda hərbçilər dedi ki, Elçin artıq ölübdür, burda yoxdur. Onlar geri qayıtmışlar və o, hər gün N saylı hərbi hissəyə gedib-gəlirmiş ki, Elçinin harda olması barədə məlumat alsın. Nəhayət 2017-ci il may ayının 25-də Ucar rayonu Şahlıq kəndinin İcra nümayəndəsi Elçinin dayısına zəng edib ki, «Elçin ölüb, sabah yəni 26 mayda gəlin Ucar rayonu Şahlıq kəndinin yolunun başından Elçinin meyitini təhvil alın». 26 may 2017ci il tarixdə Elçinin dayısı və qohumları meyiti təhvil almağa gedəndə, meyiti gətirən başda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir (Hikmət Həsənovun) müavini polkovnik Babək Səmidli olmaqla əli silahlı hərbçilər deyiblər ki, «Elçin vətən xainidir, biz meyiti özümüz dəfn edəcəyik». X41 meyitini kəndin qəbirsanlığına gətirib, orada atasının qəbrinin yanında qazılmış qəbrdə basdırdılar. Lakin onlar tərəfdən heç kimi meyitə və qəbrə yaxın buraxmayıblar. Babək Səmidli və onunla gələn Ucar rayon Polis Şöbəsinin əməkdaşı kənd camaatına deyiblər ki, vətən xaini, gorbagor Elçinin yoldaşına deyin ki, «Elçin arvadını erməniyə 3000 manata satıb, qızını da 2000 manata satıb». Babək Səmidli həmçinin deyib ki, «bu oğraş vətən xaininin heç ehsan çayını da içməyin». Bundan sonra Elçinin yas mərasiminə yaxın qohumlarından başqa heç kim, heç bir kənd sakini gəlməmişdi. Bundan sonra o, bütün dövlət orqanlarını şikayətlər yazmışdır, əri Elçinin vətən xaini olmadığını, qürurlu bir zabit olduğunu bildirmişdir. Lakin ərizələrinə cavab verən olmurdu. O, nəhayət Bakı şəhərinə Respublika Hərbi Prokurorluğuna getmiş və orada onu qəbul edən hərbi prokurorun müavini Şəfayət İmranov ona bildirdi ki, «X35 xainidir, öz etdiyi əməllərinə görə qorxusundan ürəyi partlayıb, ölüb. Araşdırma gedir, sizə məlumat veriləcək». 15 mart 2018-ci ildə Respublika Hərbi prokurorluğundan ona göndərilən məktubda, həyat yoldaşı Elçin Mirzəliyevin bəraət alması barədə məktub gəldi. Həyat yoldaşı Elçin Mirzəliyevdən ona yadigar qalan qızıyla birgə yaşamağa məcbur olmuşlar. O, həyat yoldaşının vətən xaini adlandırılmasına heç cür inana bilmirdi, çünki Elçin Mirzəliyev igid bir Azəbaycan zabiti idi, çox qürurlu, vətəninə, millətinə və dövlətinə sadiq birisi idi. Bu səbəbdən də yoldaşının hansı səbəblə vəfat etməsini araşdırmaq üçün bu barədə araşdırma aparan şəxslərlə görüşüb ərinin nədən vətən xaini adlandırılmasını öyrənməyə çalışlrdı. Əgər Elçini döyərək öldürməsəydilər o, 44 günlük Vətən müharibəsində ön cəbhədə yaxından iştirak edərdi. Azərbaycan əsgəri şəhadəti, yəni şəhid olmağı sevir. Nə qədər ağır olsa da indiki durumda əgər həyat yoldaşı X35 müharibəsində şəhid olsaydı, onun arxada qalan qız azyaşlı qızına da müəyyən imtiyazlar verilə bilərdi. Müdafiə Nazirliyinin mənfur generallarının, polkovniklərinin, zabitlərinin və hərbi qulluqçularının təqsiri ucbatından azyaşlı qızı və o, bu imtiyazlardan məhrum olmuşlar. Sevinir ki, həyat yoldaşı Elçin vətən xaini olmamışdır. Belə ki, Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(N8)-7/2019 saylı hökmünə əsasən X37 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib 6 il müddətinə, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 134 cü maddəsi ilətəqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.2. 341.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3- cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X37 qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa X22 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələriilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2 ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.4, 133.2.6- cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X22 qətiolaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmçinin, X18 Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.2.1, 126.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62cimaddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 126.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 5il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 127.2.2ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6-cı maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X18 qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(N8)- 7/2019 saylı hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hökmdən görünür ki, təqsirləndirilən şəxslər X37 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə mayoru X22 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X18 isə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin əməkdaşları olmuşlar. Hal-hazıra kimi həyat yoldaşının öldürülməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən onlara heç bir müraciət belə edilməmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailənin maddi və mənəvi ziyan dəymiş, ona və azyaşlı qızına vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının öldürülməsi ilə bağlı onun, azyaşlı qızının və digər ailə üzvlərimin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququm vardır. Baş vermiş bu cinayət əməlləri nəticəsində ona və azyaşlı övladlarına ağır mənəvi zərər vurulmuşdur və bu elə bir zərərdir ki, onun aradan qaldırılması, yəni X11 geri qayıtması mümkün deyil. Bu baxımdan mərhum həyat yoldaşının ölümü, 1 uşağa təkbaşına baxmağı, keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş 3.000.000 (üç milyon) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınıb ona ödənilməlidir. İddia tələbinin həcmini artırılmasına dair ərizədə qeyd edilən hallar: İddiaçı ilə bərabər övladı xx.xx.2011-ci il təvəllüdlü X16 da mənəvi zərər çəkmişdir. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi, 10 may 2017-ci il tarixdə saat 15:00-da kirayədə qaldıqları çoxmənzilli bina evinin balkonunda olarkən, o zaman 6 yaşı olan qızı Mirzəlizadə Aylin qonşuluqda yaşayan hərbçi qonşuya dedi ki, atasına zəng çatmır, o da dedi ki, ananı çağır. Balkona çıxdıqda o, bildirdi ki, Elçin öldürülüb. Niyəsini soruşduqda, o, azyaşlı qızının yanında “oğraş yoldaşın Elçin İsabala adlı hərbçi ilə birlikdə erməniyə işlədiklərinə görə öldürülmüşdür” demişdir. Bundan dərin sarsıntı keçirdi, azyaşlı qızı Aylin isə qorxub ağladı və özündən getdi. Cavabdeh Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində azyaşlı qızı Mirzəlizadə Aylin 6 yaşından atasız qalmışdır. Aylin ata himayəsindən, ata qayğısından, ata nəvazişindən, ata nəfəsindən, ata məhəbbətindən, ata müdafiəsindən məhrum olmuşdur. Buna görə də hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü övladı X7 Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri nəticəsində vurulmuş mənəvi zərər görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən və Azərbyacan Respublikasının Maliyyə Nazirliyindən müştərək qaydada X5 xeyrinə 3.000.000 (üç milyon) manat məbləğində pul tutulub onun qanuni nümayəndəsi kimi iddiaçıya ödənilməlidir. Bundan başqa Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri ilə əri, qızı Aylinin isə atası Elçin Mirzəliyevə qarşı ağır işgəncələr verməsi və bu işgəncələrin nəticəsində qətlə yetirilməsi, həmçinin ona vətən xaini damğası vurmaqları səbəbindən o və azyaşlı övladı Aylin sağlamlıqlarını itirmişlər. Belə ki, qızı Mirzəlizadə Aylin atasının ölümündən sonra 7 yaşında ginekoloji xəstəliyə tutuldu və yeniyetməlik yaşına çatmamış aybaşı xəstəliyi əmələ gəldi. Onu Bakı şəhərində və Türkiyə Respublikasına xəstəxanalara aparmalı oldu. Qızı müayinə olundu və həkimlər müayinənin nəticəsi olaraq bildirdilər ki, qızı Aylin atasını itirməsi ilə ağır əsəb və stress keçirərək bu xəstəliyə tutulmuşdur. Həkimlər onu da bildirdilər ki, erkən yaşda aybaşı olması onun inkişafdan qalmasına səbəb ola bilər və liliput ola bilər. Buna görə də 2019-cu ildən bəri qızı Aylini müalicə etdirir və onun sağlamlığının bərpasına çalışır. 2019 cu ildən bu günə qədər qızı Aylinin müayinə və müalicəsinə 30000 manat pul xərcləmişdir. X13 aparıb gətirməyi, müayinə, malicə etdirməyi, getmək gəlmək xərci, otel xərci, yemək və sair xərclər daxil 10000 (on min) ABŞ dolları pul xərcləmişdir. Hal-hazırda da qızı Aylinin müalicəsi davam edir və o, Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri nəticəsində sağlamlığını itirmişdir. Ona görə də hesab edir ki, azyaşlı qızı X1 itirməsinə görə müayinə və müalicəsinə çəkimiş xərcin əvəzi olaraq 30000 manat pul, qızının sağlamlığına vurulmuş zərərə görə 300000 (üç yüz min) manat pul cavabdehlərdən tutulub ona ödənilməlidir. Bundan başqa özü də, Müdafiə Nazirliyinin məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz, hüquqazidd və cinayətləri nəticəsində əri Mirzəlizadə Elçinin ölümü səbəbindən sağlamlığını itirmişdir. Belə ki, ağır əsəb xəstəliyinə tutlmuş, qan təzyiqi xəstəliyinə, ürək xəstəliyinə, şəkərli diabet xəstəliyinə tutulmuşdur, bunların nəticəsində Qaraciyərində serroza keçid dövrü başlanmışdır. Hal-hazırda həmin xəstəliklərdən müalicə alır. Sağlamlığının bərpasına 20000 manatdan çox pul xərcləmişdir. Buna görə də hesab edir ki, sağlamlığının bərpası üçün müayinə və müalicəyə çəkilmiş xərcin əvəzi kimi 20000 (iyirmi min) manat pulun, onun sağlamlığına vurulmuş zərərə görə cavabdehlərdən 500000 (beş yüz) min manat tutulub iddiaçıya ödənilməlidir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-597/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsi (hakim Həbibə Miriyeva) ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 50.000 (əlli min) manat, qızı X6 xeyrinə isə 10.000 (on min) manat məbləğində pulun tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat, qızı X6 xeyrinə isə 1500 (bir min beş yüz) manat məbləğində pulun tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına hüquqi xidmətlərin göstərilməsi üçün 320 (üç yüz iyirmi) manatın İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qeyd etmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur.
7. İddiaçı Aylin Mirzəzadənin qanuni nümayəndəsi kimi işdə çıxış etsə də, məhkəmə həm iddiaçıya, həm də onun qanuni nümayəndəsinə mənəvi zərərin əvəzi olaraq kompensasiya ödənilməsi qənaətinə gəlmişdir. Lakin prosessual qanunvericiliyə uyğun olaraq qanuni nümayəndə məhkəmədə yalnız nümayəndəsi olduğu məhdud fəaliyyət qabiliyyətli şəxsin hüquqlarını müdafiə etdiyindən öz adından cavabdehə qarşı hər hansı tələb irəli sürməsi üçün iş üzrə iddiaçı olaraq prosessual şəxs kimi tanınması labüddür.
8. Bundan başqa, iddiaçıya hüquqlarının müdafiəsi üçün dəymiş maddi ziyanın əvəzi olaraq 320 manat məbləğində pul vəsaitinin ödənilməsi ağlabatan və ədalətli deyildir. Belə ki, iddiaçı sözügedən məhkəmə işi üzrə öz hüquqlarını vəkilin yardımı olmadan müdafiə edə bilməsi mümkün olduğu halda, birinci instansiya məhkəməsində işə baxılarkən şəxsi vəsaitindən istifadə edərək vəkillə hüquqi yardım göstərilməsi barədə müqavilənin bağlanılması şəxsin öz seçimidir və bu barədə prosessual qanunvericilikdə imperativ norma mövcud deyildir. İddiaçı tərəfindən vəkil xərci kimi ödənilmiş pul vəsaitinin əvəzinin ona ödənilməsi tam əsassızdır. Lakin iddiaçı tərəfindən ona dəymiş maddi və mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Məhkəmə maddi zərərin müəyyən edilməsi zamanı təqdim edilmiş sənədlərdə konkret məbləğlərin göstərilmədiyini qeyd edərək mülahizələrə və ehtimallara əsaslanaraq 3000 manat məbləğində maddi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına kompensasiyanın ödənilməsini qət etmişdir. Bu baxımdan maddi və mənəvi ziyanın əvəzi olaraq müəyyən edilmiş məbləğlə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir.
9. Məhkəmə tərəfindən iddiaçıya maddi ziyan vurulmasının müəyyən edən və maddi ziyanla vəzifəli şəxslərin əməlləri arasında səbəbli əlaqəni təsdiq edən müvafiq sübutları təqdim etməlidir. Təsadufi deyildir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Buna görə də qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirik. Tərəflərin izahatı:
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
12. Azərbaycan Respublikası Ucar rayon İHB-nin Əlikənd kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş AZ-İ seriyalı 651498 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X27 arasında nikah xx.xx.2011-ci il tarixli 06 sayla bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Mirzəliyeva» soyadı vermişdir.
13. Ucar Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı 965922 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. X4 və anası İddiaçı qeyd olunmuşdur.
14. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun barəsində Azərbaycan Respublikası CMnin 274 və s., maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin istintaqı zamanı Müdafiə Nazirliyinin N nömrəli, hərbi hissəsinin sabiq hərbi qulluqçusu, mərhum əri X11 Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirliliyı sübuta yetirilmədiyi üçün barəsində apanlan cinayət təqibinə bəraətverict əsasla, Azərbaycan Respublikası CPM-nin 39.2-ci (cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarla xitam verilmişdir.
15. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının barəsində Azərbaycan Respublikası CMnın 274 və s. maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin istintaqı zamanı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, məhrum əri X11 Azərbaycan Respublikası CM-nin 274-cü və ya digər maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirtiliyi sübuta yetirilmədiyi üçün barəsində aparılan cinayət təqibinə bəraətverici əsasla, yəni Azərbaycan Respublikası CPM-nin 39.2-ci (təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən xx.xx.2018-ci il tarixli qərarla xitam verilmişdir.
16. Azərbaycan Respublikası Müdafiə Nazirinin N47 saylı xx.xx.2017-ci il tarixli əmrindən çıxarışının surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ürək-damar çatışmazlığı, tənəffüs çatışmazlığı nəticəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır. xx.xx.2017-ci il tarixdə Ucar rayonu, Şahlıq kənd qəbiristanlığında dəfn olunub. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinə göndərilməsi əmr edilişdir. Əsas: N nömrəli hərbi hissə komandiri tərəfindən təsdiq olunmuş vəfat etməsi haqqında məlumat, qaytarılmaz itkilərin adlı siyahısı və Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 iyul 2017-ci il tarixli AZ-İ 864629 nömrəli ölüm haqqında şəhadətnamə olmuşdur.
17. Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmündən görünür ki, iddia ərizəsində iddiaçının qeyd etdiyi xüsusatlar doğrudur.
18. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(104)-51/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)-7/2019 saylı hökmü cəza hissəsində dəyişdirilmişdir.
19. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli 475 nömrəli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(104)-3/2022 nömrəli qərarına əsasən Tərtər Hərbi Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli 1(N8)- 7/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir.
20. X14 Haqqında EM-772VK-4878/24 saylı xx.xx.2024-cü il tarixli müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 320 manat ödəniş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
21. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
22. 28. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»:
23. Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
24. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
25. 29. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr
26. 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu:
27. Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1N6, 1N7.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
31. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
32. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlətorqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
33. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və yahərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 3-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
34. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
38. Ailə Məcəlləsi
39. Maddə 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Tətbiq edilən prosessual hüquq normaları:
40. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:
46. 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
48. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
50. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
51. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
53. 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
54. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
56. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri
58. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
59. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda iddia ərizəsi İddiaçı Kamil qızı tərəfindən öz adından verilmiş, bundan sonra o yetkinlik yaşına çatmamış qızının qanuni nümayəndəsi kimi həm də qızının adından iddia tələbləri irəli sürmüş, rayon məhkəməsi də həmin iddia ərizəsini prosessual qanunun tələblərinə uyğun olaraq icraata qəbul edərək baxmışdır.
61. Yəni hazırkı iş üzrə iki iddiaçı mövcuddur. İddiaçı X17 yetkinlik yaşına çatmadığından onun adından anası-qanuni nümayəndəsi kimi çıxış edir.
62. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə görə, valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.
63. MPM-in 49.4-cü maddəsinə görə, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
64. Rayon məhkəməsi də haqlı olaraq hər iki iddiaçının tələbinə ayrılıqda münasibət bildirmişdir.
65. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
66. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
67. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
68. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
69. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.
70. Göründüyü kimi, cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
71. Hazırkı iş üzrə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-597/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsi (hakim Həbibə Miriyeva) ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 50.000 (əlli min) manat, qızı X6 xeyrinə isə 10.000 (on min) manat məbləğində pulun tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərə görə ayrı-ayrılıqda İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat, qızı X6 xeyrinə isə 1500 (bir min beş yüz) manat məbləğində pulun tutularaq onun qanuni nümayəndəsi İddiaçı ödənilməsi qərara alınmışdır.
72. Apellyasiya şikayətinin kompensasiyanın məbləğinin çox olmasına dair dəlili üzrə Kollegiya qeyd edir ki, İddiaçı əri, iddiaçı A.Mirzəlizadənin atasının işgəncəyə məruz qalaraq vəhşicəsinə öldürülməsi nəticəsində onların keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stres, əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin əvəzi kimi müəyyən edilən məbləğ heç bir vəchlə çox hesab edilə bilməz.
73. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3cü maddəsi– İşgəncələrin qadağan olunması adlanır və orada qeyd edilir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
74. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
75. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada qeyd edilən bu və ya digər hüquq və azadlıqlarla bağlı müəyyən istisnaların olması halları nəzərdə tutulsa da, işkəncələrin qadağan olunması barədə 3-cü maddə ilə bağlı heç bir istisna halı nəzərdə tutulmamışdır. Bu isə ona dəlalət edir ki, şəxsin müəyyən müddət azadlıqdan məhrum edilməsi və ya azadlığının sair formada məhdudlaşdırılması, heç bir halda şəxsə işgəncə verilməsi ilə eyniləşdirilə bilməz. Bu hal öz-özlüyündə tam fərqli yanaşma tələb edir.
76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi zərərə görə sübut olmamasına baxmayaraq, həm də sağlamlığın bərpası üçün iddiaçıların hər birinə 1500 manat olmaqla maddi zərərin tutulması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçıların birinin əri, digərinin isə atasının misli görünməmiş işgəncələr verilərək vəhşicəsinə öldürülməsi, özlərinin isə “vətən xaini”nin ailə üzvləri adı ilə damğalanması nəticəsində iddiaçıların dərin mənəvi yara alması, psixoloji sarsıntı keçirməsi və müvafiq olaraq da nəticədə həm də sağlamlıqlarının ciddi şəkildə pozulması səbəbindən həkim müayinə və müalicəsinə möhtac olmaları və bu yöndə zəruri müalicə almaları işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. İddiaçı tərəf bununla bağlı rayon məhkəməsinə sübutlar təqdim etmişdir. Doğrudur, iddiaçılar müayinə və müalicələri üçün çəkdikləri bütün xərclərə dair tam olaraq maliyyə sənədləri təqdim edə bilməsələr də, rayon məhkəməsi iddiaçıların hər birinin müayinə və müalicələri üçün 1500 manat məbləğində vəsaitin xərclənməsini ağlabatan və inandırıcı hesab edərək həmin hissədə də iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Məlum məsələdir ki, hazırkı vaxtda həyata keçirilən bütün müayinə və müalicə xərclərinin tam olaraq rəsmiləşdirilməsi, bəzən müəyyən səbəblərdən mümkün olmur. Bu inkar edilə bilməz. Odur ki, şikayətin həmin dəlili də əsaslı sayılmır.
77. Cavabdehin apellyasiya şikayətini digər dəlili iddiaçının vəkilsiz də öz hüququnu müdafiə edə bilməsi, öz arzusu ilə vəkillə müqavilə bağladığı üçün ondan vəkil xərcinin tutulmasının əsassız olması barədədir.
78. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-cü maddəsinin İ hissəsi ilə bağlı bildirir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
79. MPM-in 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
80. MPM-in 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir.
81. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
82. Beləliklə, iddiaçı öz konstitusion hüququndan istifadə edərək vəkil yardımından istifadə etmiş, iddia tələbi qismən təmin edilmiş, rayon məhkəməsi də MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, həmin məhkəmə xərcini cavabdehdən tutmaqda haqlı olmuşdur, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:
83. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
84. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-597/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsindən onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.