Məhkəmə qərarları › İş №2(103)-28/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-28/2024

13.02.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-28/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı prosessual hüquqi varisi X1, Cavabdeh1 iştirakı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı (Bakı şəhəri 14 saylı Notariat ofisi və ƏMDK yanında DƏDRX-nın Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “alğı-satqı müqavilələrinin ləğvi” tələbinə dair iddiası rədd edilmişdir.

2. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10127/21 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır.

4. Mülki işin dayandırılmasına səbəb olmuş hal aradan qalxdığından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-28/24 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və baxışa təyin edilmişdir

5. İşə apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən X1 ərizəsi əsasında o, iddiaçının prosessual hüquqi varisi kimi tanınmışdır.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının prosessual hüququ varisi M.Nağıyeva ərizə verərək apellyasiya şikayətindən imtina etdiyini bildirdi və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətindən imtina ilə bağlı ərizəyə etiraz etmədiyini bildirdi.

8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə kollegiyası iddiaçının hüquqi varisi M.Nağıyeva apellyasiya şikayətindən imtinaya dair ərizəsini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilməli və ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində yazılı formada ondan imtina edə bilər.

12. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

14. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun prosessual hüquqi varisinin imtinası qəbul edilməli və onun şikayətinə münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

15. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

16. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

17. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Yasamal Rayon Məhkəməsinin 2(004)-3568/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən onun prosessual hüquqi varisinin imtinası qəbul edilsin və onun şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar